Sən həmişə mənimləsən



Yüklə 213,58 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix01.07.2018
ölçüsü213,58 Kb.
#52751
1   2   3   4   5   6

Fərəcdəki  kobudluq,  rəzillik,  özündən  müştəbehlik  və  bu  kimi  qeyri-insani  keyfiyyətlər  ailədə 

qeyri-səmimi  mühit  yaradır.  Nargilə  atalığı  Fərəcin  qeyri-insani  hərəkətlərindən  həmişə  təngə 

gəlir,  bu  hərəkət  onu  əsəbiləşdirir.  Anası  Nəzakətin  halına  isə  acıyır.  Anasındakı  qorxaqlığa, 

mütiliyə  görə  onu  qınayır  və  təəccüblənir  ki,  vaxtı  ilə  «gözəl-göyçək  bir  gəlin  olan»  anası 

Fərəclə evlənməyə nə üçün razı olmuşdur. Müəllif ailədəki  gərgin dramatik vəziyyəti psixoloji 

cəhətdən əsaslandıraraq  təbii-psixoloji nəticə çıxarır:  ailədəki  sərtlik,  soyuqluq  istər Nəzakətin, 

istərsə də Nargilənin xarakterində dəyişiklik yaradır. 

Nəzakətdə  mütilik,  qorxaqlıq,  Nargilədə  isə  həyata,  insanlara  münasibətdə  soyuqluq, 

barışmazlıq,  eyni  zamanda  sonsuz  kin  özünü  göstərir  və  bu  kin  ilk  növbədə  Fərəclər  mühitinə 

qarşı  yönəlir.  Nargilə  özünə  mənəvi  qayğının  harayı  ilə  Həsənzadənin  yanında  mənəvi  təpər, 

dayaq axtarır və bu dayaq Nargilə ömrünün əvəzsiz səadəti və təsəllisi kimi çıxış edir 

Əvvəlldə  artıq  qeyd  etdik  ki,  Nargilə  –  Həsənzadə  xəttində  yaranan  mənəvi  məhrəmlik, 

doğmalıq  süjet  boyu  Nargilə  və  Nəzakət  xəttinə  aydınlaşdırıcı  ahəng  verir. 

Həsənzadə  demək  olar  ki,  pyes  boyu  daxili  hərəkətdə,  daxili  düşüncələr  axarında  yaşayır.  

Müəllif Həsənzadənin daxili düşüncələr prosesini daha canlı, dinamik vermək üçün remarkalara 

müraciət edir. 

Remarkada  obraz-xarakterin  psixoloji  vəziyyəti  daha  əyani  ifadəsini  tapır:  «Həsənzadə  öz 

eyvanına  çıxaraq  papiros  yandırır...O  tez-tez  papiros  çəkir  və  budaqları  eyvana  əyilmiş  söyüd 

ağacına  baxır...Qarşıdakı  binanın  artırmasında  isə  Nargilə  dayanmışdır.  Onun  gözləri 

Həsənzadəyə  zillənmişdir.  Elə  bil  ki,  qız  onun  baxışlarını  tutub  öz  üzərində  saxlamaq  istəyir: 

lakin  Həsənzadə  onu  görmür...Həsənzadə  öz  dərdi  ilə  məşğuldur.»  [27,səh.296].  

Yaxud digər bir nümunəyə fikir verək: «Həsənzadə əlində papiros pəncərə qarşısında dayanaraq 

uzaqlara  baxır.  Sonra  dərindən  nəfəs  alaraq  geri  çevrilir.  Xurşud  xanım  gəlir»  [8,səh.322].  

Dramaturq obraz-xarakterin daxili düşüncələr prosesində xəyali-psixoloji səhnə yaradaraq pyesin 

ümumi ruhuna daxili təmkinlilik, dərinlik məzmununu aşılayır. 

Müəllif  Xurşud  xanımın  xəyali  obrazını  yaratmaqla  Həsənzadənin  daxili  dünyasının 

təcəssümünə  nail  olur.  Xəyali-psixoloji  səhnədən  bədii  vasitə  kimi  istifadə  edən  dramaturq 

Həsənzadəni Xurşud xanımın xəyali ruhu ilə dialoqa çağırır və Xurşud xanımın ruhu Həsənzadə 

ilə təmasda olarkən əsərə əlavə olunan daxili dialoqun psixoloji əsası verilir. 

Həsənzadə  burada  artıq  öz-özü  ilə  deyil,  Xurşud  xanımın  xəyali  ruhu  ilə  dialoqa  girir.  Məhz 

Xurşud  xanımın  xeyirxah  ruhu  Həsənzadənin  gerçək  aləmində  yaşayaraq  onu  qeyri-insani 

davranışlardan çəkindirir. 

Həsənzadə bu anda mənəvi təmizliyin bütün komponentlərini özündə cəmləşdirən bir varlıq kimi 

bizimlə  daxilən  dialoqa  girir.  Müəllif  qəhrəmanın  bədii  müdafiəsində  təbii-insani  duyğuların 

mənəvi  psixoloji  əsasını  verir  və  dərinliyi  ilə  açıqlayır.  Bu  baxımdan  obraz-xarakter  müxtəlif 

şərait və vəziyyətlərdə inkişaf prosesində izlənilir. 

Başqa sözlə, obraz-xarakter mənəvi təkamül prosesini yaşayır. 

 

Ümumiyyətlə,  “...  sosial  cəhətləri  nəzərdən  qaçırmayan  psixologizm  ...  xarakterin  başlıca 



əlamətləridir.  Ədəbiyyatda  xarakter  anlayışının  müasir  şərhi  onun  psixologiyasının,  mənəvi 

aləminin daxili  ziddiyyətləri  ilə  göstərilməsini, inkişafda verilməsini nəzərdə tutur” [4, səh.10-

11]. 

“Əsil bədii xarakter... yüksək əməllərin, qayə və idealların daşıyıcısı, müdafiəçisi kimi meydana 



çıxır  ...  hadisələrin...  girdabında  yetişir,  formalaşır”  [12,  səh.425].  “Xarakterin  əsas  və  ilkin 


əlaməti  tutduğu  yoldan  axıra  kimi  dönməmək,  iradəsinə,  əməlinə  sadiqlik,  əqidə  və  məslək 

ardıcıllığı, bütövlüyüdür” [10, səh.180]. 

Həmçinin bədii sənətdə xarakter fərdi, xüsusi cizgiləri və ümumi səciyyəvi detalları birləşdirən 

konkret  və  ya  ümumi  bədii  obrazdır.Bu  baxımdan  dramaturq  konkret  fərdi  insan  simasında 

səciyyəvi,  tipik  cizgilər  yaratmaqla  obrazın  ayrılıqda  tam,  bitkin  fərdi  insan  taleyinin  maraqlı, 

yaddaqalan surətini yaratmışdır. Əsər boyu Həsənzadənin mənəvi-təkamül posesində deyil, artıq 

həmin  prosesi  keçirmiş,  kamil,  yetkin  bir  şəxsiyyət  kimi  formalaşdığının  şahidi  oluruq.  

“Yüksək əməllərin, qayə və idealların daşıyıcısı, müdafiəçisi kimi” çıxış edən Həsənzadə məhz 

həmin yaş, zirvə səviyyəsində ətraf aləmə, həmin aləmin, mühitin üzvü olan Nargiləyə mənəvi 

məhrəmliyi 

ilə 

yanaşır, 



Nargiləni 

öz 


mənəvi 

qanadları 

altında 

bəsləyir.  

Həsənzadə  Nargilənin  məsum,  körpə  qəlbinin  dərinliyində  ilıq,  isti  yuvaya  çevrilir.  Nargilə 

ömründə heç kəsdən görmədiyi nəvazişi Həsənzadənin nurani varlığında, nurani varlığın daxili 

narahatlığında tapdı. 

Nargilə  inanır  ki,  ömrü  boyu  keçirdiyi  daxili  hiss  və  düşüncələrini  çoxdan  tanıdığı  qonşusu 

Həsənzadə başa düşə bilər. Həsənzadənin keçirdiyi daxili həyat prosesi bir qonşu, həmrəy insan 

kimi  Nargiləyə  gün  tək  aydın  və  tanışdı.  Nargilə  bu  ümidin  sonsuz  harayı  ilə  Həsənzadəyə 

yaxınlaşır. Görüşlər isə hər dəfə təkrar olunanda Nargilə sanki qaynar insan təbiətinin əzəmətli 

qolları  arasında  dünyaya  yenidən  göz  açır:  Həsənzadə:  Əgər  tale  deyilən  bir  şey  varsa,  sizin 

ondan inciməyə haqqınız yoxdur. O, xoşbəxt olmaq üçün sizə hər şeyi vermişdir. Ağıl, gözəllik, 

sağlamlıq...daha nə istəyirsiniz [8,səh.314]. 

Nargilə  Həsənzadənin  ilıq  insan  nəvazişi  ilə  yoğrulmuş  lirik-romantik  qatla  səslənən  sözlərin 

təsiri altında hədsiz kövrəlir, bəxtindən, taleyindən narazı olduğunu rast gəldiyi ilk nurani şəxsə 

–  Həsənzadəyə  bildirir:  Nargilə:  (birdən  əsəbiləşərək)  Kim!  Anam!  Atamın  yerini  tutan  o 

köstəbək,  üzümə  baxıb  şit-şit  gülümsəyən,  məni  tovlayıb  yoldan  çıxarmağa  can  atan  fərsiz 

oğlanlar, qrammatikadan «üç»ü verib mənim ali məktəbə girməyimə mane olan o qız! Hamı!... 

Hamı!... [8,səh.302-303]. 

Dramaturq  Nargilənin  gənc  qız  ikən  rastlaşdığı  çətinlikləri  həssaslığı  ilə  duyur,  qəlb  aləminin 

dərinliklərinə  nüfuz  edərək  onun  istək  və  arzularını  təbiiliyi  ilə  qiymətləndirir. 

Müəllif  burada  real  gerçəklik,  həyati  faktdan  irəli  gələn  Nargilə  taleli  qızlara  qarşı  əsər  boyu 

oxucularda dərin rəğbət hissi oyadır. 

Digər  tərəfdən  əsərdə  obrazlar  müəyyən  yaş  fərqləri  səviyyəsində  özünəxas  dünyaduyumu, 

düşüncə  tərzi,  hərəkət  və  davranışı  ilə  seçilir.  Başqa  sözlə,  məxsusi  davranışı  ilə  obraz  və  ya 

insan digərindən fərqli xarakterə malik olur. 

Y.Seyidovun  Nargilə  obrazı  barədə  və  eləcə  də  Nargilənin  şəxsində  bütün  gəncliyin  mənəvi 

simasına  aid  söylədiyi  bəzi  mülahizələr,  fikrimizcə,  həqiqəti  əks  etdirmir.  Y.Seyidov  yazır: 

«İ.Əfəndiyev  özünün  yaradıcılıq  axtarışlarının  mərkəzində  duran  «əsil  xoşbəxtlik  nədir» 

problemini  «Sən  həmişə  mənimləsən»də  qoymuşdur.  Nargilə  bu  suala  gəncliyə  xas  yügüllüklə 

cavab verir» [28,səh.149-150]. 

Daim özünə qarşı mənəvi qayğının harayı ilə çırpınan Nargilə kimi zərif, həm də köməksiz qızlar 

ata-ana  nəvazişi  ilə  əhatə  olunmadığı  halda,  düzgün  həyat  yoluna  səsləyən,  istiqamətləndirən 

narahat  qəlbli  eyni  cavab  hissləri  ilə  yaşayan  mənəvi  dayağa  ehtiyac  duyur.  

Belə halda isə, «gəncliyə xas yüngüllüklə» ifadəsi yerinə düşmür. 

Nargilə  həmyaşıdları  Surik  və  Dodik  kimi  «sərbəst  hərəkətlərə»  yol  vermirsə,  məhz  bu 

xüsusiyyəti ilə yoldaşlarından seçilir.  




Yüklə 213,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə