Sərbəst iş ad: Sevinc soyad: Hüsüyeva kurs: 3



Yüklə 28,18 Kb.
səhifə3/6
tarix10.06.2022
ölçüsü28,18 Kb.
#89268
1   2   3   4   5   6
Müalicəvi palçıq ehtiyatlarının əhəmiyyəti və xarakterstikasi

Qoturdağ palçıq vulkanı 

Bakıdan 70 km cənub-qərbdə yerləşir. Nisbi hündürlüyü 150 m, morfoloji baxımdan kəsilmiş konus, diametri 150 m, dərinliyi 15-20 m-ə qədər enmə kalderadır. Tektonik cəhətdən vulkan Qoturdağ qırışığının gümbəzəyaxın hissəsində Məhsuldar qat çöküntülərində yerləşmişdir.


Qoturdağ vulkanı Azərbaycanın maraqlı vulkanlarından biridir və başqalarından öz təzahürünə görə fərqlənir. 100 ildən artıq vaxt ərzində nalvarı krater çatından, uzunluğu 50 m və eni 15 m olan daim palçıq sıxılıb çıxarılması baş verir. Yarı quru brekçiya tübikdən çıxan pasta kimi qırılaraq vulkan yamacı ilə aşağı sürüşür. Bu hadisə ilk dəfə 1926-cı ildə qeyd edilmişdir. O, zaman axının illik sürəti 42 m olmuşdur. Proses 1966-cı ilə qədər davam etmişdir. Sonra 1966-cı ilin oktyabr ayında və 1970-ci ilin yazında adi püskürmə baş vermişsə də brekçiyanın sıxılıb çıxarlması davam etmişdir. Eni 25 m-ə qədər, hündürlüyü 10 m-dən çox olan ellips formalı brekçiya püskürməni müşayiət etmişdir. Brekçiyanın sıxılıb çıxarılma sürəti ayda 2,5 m olmuşdur. Hal-hazırda da bu proses davam etməkdədir. Palçıq vulkanı brekçiyası qabartı şəklində Qoturdağda cəmi 6 püskürmə - 1926, 1959, 1966, 1970, 1977 və 1987-ci illərdə qeyd edilmişdir.


Keçəldağ palçıq vulkanı

Vulkan Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının cənub-şərq sahilində yerləşmişdir. Onun mütləq hündürlüyü 114m-dir. O, Keçəldağ-Zigilpiri strukturunun şimal-qərb perikilinalının şimal hissəsində Paleogen çöküntülərindən təşkil olunmuşdur və Görədil-Masazır qırılma zonasında yerləşmişdir. 


Vulkanın ilk qeydə alınmış püskürməsi 10 oktyabr 2000-ci ildə vermışdır. Püskürmə kiçik fasilələrlə 1,5 saat davam etmişdir, qaz yanması olmamışdır, ancaq vulkan bekçiyası 40-50 m hündürlüyə tullanmışdır. Vulkan boğazı ətrafında halqavarı çatlar yaranmış, onlar boyu divarlar uçmuş və vulkan krateri kalderə bənzər forma almışdır. Vulkan yer səthinə 150 min kum metrə qədər brekçiya çıxarmışdır və qismən onun yamaclarının örtmüşdür.



Yüklə 28,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə