Sərbəst iş ad: Sevinc soyad: Hüsüyeva kurs: 3



Yüklə 28,18 Kb.
səhifə6/6
tarix10.06.2022
ölçüsü28,18 Kb.
#89268
1   2   3   4   5   6
Müalicəvi palçıq ehtiyatlarının əhəmiyyəti və xarakterstikasi

3.PALÇIQLA MÜALİCƏ
Palçıqla müalicə terapiya müalicəvi xüsusiyyətlərə malik palçığın müalicədə istifadə olunmasıdır.
Müalicəvi palçıq yüksək istilik tutumuna və istilik saxlama qabiliyyətinə malik olan təbii üzvi mineral kolloidal birləşmədir. Onların tərkibində bioloji fəal maddələr, duzlar, qazlar, biostimulyatorlar və canlı mikroorqanizmlər vardır.
Mənşəyinə görə müalicəvi palçıqlar 6 qrupa bölünürlər: lil sulfidli, sapropelli, torflu, təpə, gilli lillər, hidrotermallı palçıqlar. Bütün palçıqların strukturu çox mürəkkəb fiziki-kimyəvi sistem təşkil edərək bir birilə qarşılıqlı əlaqədə olan 3 hissədən ibarətdir: palçıq məhlulu, palçıq skeleti və kollid kompleks.
loading...
Lilli sulfidli palçıqlar tərkibində mineral komponentlərin üzvi maddələrə nisbətən daha çox olması ilə xarakterizə olunur. O, qara rəngdə olub hidrogen sulfid yaxud ammonium iyi verir.
Sapropel palçığı şirin su hövzələrində bitki və heyvan orqanizmlərinin çürüntülərinin çökməsi sayəsində əmələ gəlir. Bu palçığın ən fərqləndirici xüsusiyyəti tərkibində üzvi maddələrin daha çox olmasıdır.
Torf ali bitkilərin çürüntüsü hesabma əmələ gələrək tərkibində üzvi maddələr, əsasən huminlər üstünlük təşkil edir. Minerallığı çox az, reaksiyası zəif turş yaxud neytral olur. Torfların tərkibinin 65-90% su təşkil edir. Orada həmçinin hidrogen sulfid də olur. Kolloid əsasını isə humin maddələri, sellüloza və amin turşuları təşkil edir. Torfların istilik saxlama qabiliyyəti yüksək olur.
Gilli lil su hövzələrində zəif dispersli minerallaşmış az miqdarda az üzvi maddələri olan çöküntüdür. Rəngi boz, yüksək yapışqan, kolloidallığı və su tutumu az olub, tərkibində dəmir sulfid olmur.
Vulkan (təpə) palçığı nisbətən qatı, mexaniki tərkibi bir cinsli olmayan gilli qatışıqdır. O, adətən neft-qaz olan yerlərdə yerin təkindən tektonik çatlardan qaz, su fontanı, vulkan püskürmələri ilə yerin səthinə çıxır.
Hidrotermal palçıqlar vulkan püskürmələri nəticəsində əmələ gələn qatı gilli birləşmələrdir.
Peloid terapiya qan və limfa dövranım, mübadilə proseslərini, toxumaların trofikasım, toxuma tənəffüsünü yaxşılaşdırır, damarları genişləndirir, oksidləşmə bərpa olunma proseslərini sürətləndirir. Palçıq müalicəsi bəzi iltihab mediatorlarına qarşı toxuma və hüceyrə reaksiyalarım məhdudlaşdırmaqla iltihabın eksudasiya fazasına təsir göstərir. Qara ciyərdə qlükogenin şəkərə çevrilməsini səfərbər edir, toxuma tənəffüsü fermentlərının fəallığmı artırır.
Palçıq yaxması qan damarlarını genişləndirir, sistolik və diastolik qan təzyiqini endirir, qanda eritrositlərin, hemoqlobinin, retikulositlərin miqdarını, ağciyərlərin həyat tutumunu artırır, tənəffusü dərinləşdirir və tezləşdirir, mədənin motor və sekretor fəaliyyətini normallaşdırır, mədə-bağırsaqlarda regenerativ və reparativ prosesləri sürətləndirir, böyrəklərin ekskretor funksiyasım artırır və hematuriyanı azaldır, cinsi orqanlarda iltihabı azaldır, sorucu təsir göstərir.

Nəticə
Balneoloji kurortlara, əsasən, təbii mineral sulardan istifadə olunan kurortlar aiddir. Azərbaycanın ərazisində müalicəvi xüsusiyyətlərinə görə dünyada qəbul olunan səkkiz qrup mineral suyun hər biri mövcuddur.
İqlim kurortları müalicəvi iqlimə malikdir. İqlim kurortları üçün səciyyəvi olan müalicəvi amillər (dəniz suyu, günəş vannaları, isti qum vannaları, dağ iqlimi və s.) bir çox xəstəliklərin profilaktikası və müalicəsi baxımından əhəmiyyətli hesab olunur.
Müalicəvi palçıq kurortlarında palçıqdan, əsasən lil palçığından (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqlarından istifadə yolu ilə müalicə aparılır.
Naftalan nefti kurortunda unikal müalicə amilli olan və yüksək təsirə malik Naftalan nefti ilə müalicə aparılır.
2019-cu ildə Naftalan kurortları sağlamlıq turizmi üçün MDB ölkələrinin ən yaxşı kurortları arasında ilk üçlükdə yer alıb.
Coğrafi yerləşməsinə görə Azərbaycanın kurort resursları zonalara bölünür.
Böyük Qafqaz zonasında otuzdan artıq termal və soyuq müxtəlif konsentrasiyalı kükürdlü və üzvi maddələr tərkibli zəif minerallaşmış mineral su yataqları mövcuddur.
Azərbaycanda geniş yayılmış palçıq vulkanları da bu zonada yerləşir.
Kiçik Qafqaz zonası əsasən karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir. Şəfalı iqlimə malikdir. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir.
Xəzər dənizinin sahil zonası iqlim və balneoloji xüsusiyyətlərinə görə üç kurort sahəsinə bölünür. Xudat-Yalama zolağı – Nabran kurortu qumlu çimərliklər, meşələr, yod-bromlu su ehtiyatları ilə zəngindir. Abşeron yarımadası Mərdəkan, Bilgəh, Zuğulba, Buzovna, Suraxanı kurortlarını əhatə edir. Həmin ərazidə dəniz iqlimi ilə yanaşı Şıx termal sulfidli suyu, çoxsaylı yodlu-bromlu sular kimi müxtəlif mineral sularla müalicə aparılır. Suraxanı kükürdlü suları, Masazır və Zığ lil palçıqları da müalicə üçün istifadə olunur.

Lənkəran-Astara subtropik zolağı termal mineral su bulaqları ilə zəngindir.


Mineral sularla zəngin bölgədə 150 su bulağı olan, kurort müalicəsi üçün əhəmiyyətli Naxçıvan Muxtar Respublikasının Sirab, Badamlı, Vayxır, Darıdağ və Batabat kurortları yerləşir.
Kür-Araz çökəkliyində balneoloji kurortlar yerləşir və mövcud olan metanlı, azotlu, yüksək və çox yüksək minerallaşmış, silisiumlu, yodlu-bromlu termal su ehtiyatları müalicəvi əhəmiyyətə malikdir.


Ədəbiyyat siayhısı
1.https://tibb-dunyasi.com/palciqla-mualic%C9%99/
2. A.Akif Ayna.-2009.-18 iyul.-S.10.
3. https://azertag.az/xeber/Salyanda_mualicevi_ehemiyyetli_palchiq_vulkanlari____Reportaj_VIDEO-1305042
4. https://tibb-dunyasi.com/palciqla-mualic%C9%99/
Yüklə 28,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə