Sərbəst iş ad: Sevinc soyad: Hüsüyeva kurs: 3



Yüklə 28,18 Kb.
səhifə4/6
tarix10.06.2022
ölçüsü28,18 Kb.
#89268
1   2   3   4   5   6
Müalicəvi palçıq ehtiyatlarının əhəmiyyəti və xarakterstikasi

Keyrəki palçıq vulkanı

Vulkan Abşeron yarımadasında Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsi yaxınlığında yerləşmişdir. Azərbaycanın aktiv, tez-tez püskürən vulkanlarından biridir. Morfoloji baxımdan gümbəzvari kiçik kraterli bu vulkan 146 m mütləq yüksəkliyi var. Onun yer səthindən hündürlüyü 116 m-dir. Tektonik mövqeyinə görə Binəqədi qırışığının gümbəzə yaxın cənub qanadında, Paleogen-Miosen yaşlı strukturla əlaqədardır. Onun birinci püskürməsi 1824-cü ildə qeydə alınmışdır. Vulkan 17 dəfə püskürmüşdür, onlardan 5-i XIX əsrdə (1824, 1830, 1865, 1882, 1885-ci illər) və 12-si (1902, 1915, 1952, 1953, 1957, 1964, 1966, 1968, 1989, 1991, 2001, 2002-ci illər) sonrakı əsrdə olmuşdur. Püskürmələr yeraltı gürultu, partlayışla, olunsa da, qazın yanması qeydə alınmamışdır. Ən intensiv püskürmə 1852-ci ildə olmuşdur və yer səthinə bir neçə saat ərzində 375 min kubmetr brekçiya çıxardılmış və 30 hektar sahə örtülmüşdür.


2001-ci il iyunun 26-da vulkanın güclü püskürməsi Bakı seysmik stansiyasında saat 20:42 də qeyd olunmuşdur. Onun fəallaşması müəyyən fasilələrlə 2,5 saat davam etmişdir. Onun yamaclarında, xüsusilə şərqdə qəribə formal brekçiya axınlarının uzunluğu 200-250 m-ə çatmişdır.


Çigil dəniz (Kumani) palçıq vulkanı

2001-ci il 30 mayda sualtı vulkan Çigil dəniz 40 illik fasilədən sonra püskürmüşdür. O, Neftçala şəhərindən 38 km şərqdə Bakı arxipelaqında yerləşir. Vulkan periodik püskürənlər sırasına aiddir. Maraqlıdır ki, vulkanın hər bir püskürməsindən sonra müxtəlif ölçülü adalar əmələ gəlir, onlar bir neçə aydan sonra dalğalarla yuyulurlar, vulkanın əsas kütləsi su altında qalır və sualtı bankəyə çevrilir.


“Kumanı” vulkanının ilk püskürməsi 1861-ci ildə, sonuncu isə 1959-cu ildə baş vermişdir. 2001-ci ilin may ayındakı püskürmə səkkizincidir. Vulkanının 1861-ci ilin may ayındakı püskürməsində çox böyük həcmdə – 1 mln kubmetr brekçiya dəniz dibinə çıxarılmışdır. 26 mayda adanın ölçüsü 87×66 m, hündürlüyü 35 m, sahəsi 0,57 hektar olmuşdur. 1962-ci ilin əvvəlində ada Xəzrin suları ilə yuyulmuşdur.


Keçən əsrdəki püskürmələrdə (1927, 1950, 1959) alov tüstüsünün hündürlüyü 100-300 m-ə çatmışdır. 1928-ci il 5 noyabrda baş verən püskürmə təxminən 2 sutka olmuşdur. “Kumaninin” ən intensiv püskürməsi 1950-ci ildə olmuşdur, bu zaman yaranan iri adanın sahəsi 700×500 m, hündürlüyü 6 m-i aşmışdır. 1959-cu il püskürməsində çoxlu kiçik şüşəvari palçıq hissəcikləri “lapillər” müşahidə olunmuşdur.



Yüklə 28,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə