Sərbəst iş ad: Sevinc soyad: Hüsüyeva kurs: 3



Yüklə 28,18 Kb.
səhifə2/6
tarix10.06.2022
ölçüsü28,18 Kb.
#89268
1   2   3   4   5   6
Müalicəvi palçıq ehtiyatlarının əhəmiyyəti və xarakterstikasi

1.Palçıq vulkanları
Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır.

Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir. Keçən əsrin müxtəlif illərində palçıq vulkanı fəaliyyətində aktivləşmə qeydə alınmışdır və püskürmələrin sayı həmişəkindən çox olmuşdur.


Son illərdə palçıq vulkanlarının aktivləşməsi 2001-ci ildə qeyd olunmuşdur. Rekord miqdar-16 püskürmə, onlardan ikisi dənizdə (Buzovna pilpiləsi, Çigil-dəniz), üçü Abşeron yarımadasında (Keyrəki, Bozdağ-Hökməli, Lökbatan), digərləri Qobustanda olmuşdur. Xüsusilə intensiv fəaliyyət Durandağ və Çapılmış palçıq vulkanlarında qeydə alınmışdır. Onlar yer səthinə uyğun olaraq 700 və 300 m3 çox brekçiya çıxarmış, 31 və 22 hektar sahəni örtmüşlər. Tez-tez püskürən vulkanlar Lökbatan, Şıxzərli, Keyrəki, Quşçu, Xərə-Zirə adası və s. İki vulkan (Çeildağ, Qoturdağ) püskürməsi palçığın çıxarılması (dürtülmə) ilə səciyyələnir.




Qarasu (Los) a. Palçıq vulkanı 

Vulkan bakıdan 70 km cənub-şərqdə Hamadağ-Daşlı a. (Kamen İqnati) antiklinal zonasında – ŞmQ-CŞ yönlü qırılma zonasında yerləşmişdir. Bakı arxipelaqının iri və aktiv ada vulkanlarından biridir. Qrifon və salzaların müxtəlifliyi ilə səciyyələnir, qaz, su, neft örtüklü lilli palçıq çıxardır. Onun ilk püskürməsi XIX əsrin ikinci yarısında -1876-cı ilin fevral və mart aylarında qazın yanması və alov sütununun yüksəyə qalxması ilə qeydə alınmışdır. 1923-cü ildə baş verən püskürmədə 60-70 min m3 brekçiya çıxarılmışdır. ən intensiv və davamlı püskürmə (iki sutka) 1977-ci ilin aprelində baş vermişdir. Nəhayət vulkanın son təzahürü alovsuz və brekçiyasız olmuşdur. Köhnə brekçiya tullantısı üzərində parçalanma (200×25×50 m) və çox saylı dərin (1 m-ə qədər və uzunluğu 700 m-dən çox çatlar yaranmışdır.



Yüklə 28,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə