Sərbəst iş Fakultə: Mühəndislik İxtisas: İnformasiya texnologiyaları Qrup: 23 Kurs: Fənn: Mikroprosessorlar



Yüklə 1,01 Mb.
səhifə11/12
tarix31.12.2021
ölçüsü1,01 Mb.
#81499
1   ...   4   5   6   7   8   9   10   11   12
Ağayeva Gulnar.Mikroprosessorlar.-1

Mikrokontrollerlər (MK). MK MP sistemlərin (mikro-EHM) texniki qurğu-ların və texnoloji proseslərin idarəetmə alqoritminin reallaşdırılmasına yönəldilən növüdür. Universal mikro-EHM-lə müqayisədə MA sadə olmalıdır. MK-nın bü-tün sxemotexnikası praktiki olaraq bir kristalda yerləşdirilməsi mümkündür. MK-nın digər adı birkristallı mikro-EHM-dir.

MK-nı mikro-EHM-dən fərqləndirici cəhət ilk əvvəl kiçik yaddaşın və xarici qurğuların tərkibinin az olmasıdır. Universal mikro-EHM tərkibinə böyük həcmli və yüksək ani təsirliliyə malik yaddaş modulu daxildir, yaddaş qurğuları yüksək ierarxiyaya malikdir, çünki bunlarsız bəzi məsələləri həll etmək mümkün olmur. MK üçün vəziyyət başqadır, onlar əvvəlcədən məlum mürəkkəb olmayan alqo-ritmləri reallaşdırır və proqramların yerləşdirilməsi üçün ona bir qədər kiçik yad-daş tutumu tələb olnur. Xarici qurğular yığımı da bir qədər qısa olur, onlar özləri isə olduqca sadədirlər. Nəticədə mikro-EHM modulları konstruktiv səpbəstdir, MK isə bir kristalda hazırnlanır. Hətta onun tərkibinə həmin funksional vəzifəli modullar daxildir.

MP ilə MK-nı müqayisə etsək MK-nın daha üstün olduğunu görərək, MK işlədi-ciləri MP ayrı-ayrı mi4krosxemlərin işlədicilərindən bir neçə dəfə çoxdur. MK məişət aparatları, dəzgahqayırma, avtomobil sənayesi və s. kütləvi istehsal sahə-lərində təitbiq edilir.

İlk Mk İntel şirkəti tərəfindən 1976-cı ildə (səkkiz mərtəbəli 8048 MK) bura-xılmışdır. Hazırda 8 , 16, 32 mərtəbəli, kiçik sayda verilənlərin operativ yaddaş qurğusuna, onlarla kBayt tutumlu yaddaş proqramına və bir sıra interfeys və per-feys sxemlərinə malik MK buraxılır. İstehsal olunan MK sırasında 8 mərtəbəli MKS-51/151/251 və 16 mərtəbəli MCS-96/196/296 mikrokontrollerlər (İntel şir-kəti) geniş yayılmışdır. Bir çox istehsalçılar bu MK ailələrinin analoqunu və ya onlarla uzlaşan MK buraxırlar. Son dövrlər İntel şirkəti kompüterlər üçün mürək-kəb MP-nin işlənib hazırlanmasına daha böyük diqqət yetirdiyindən sadə MK di-gər şirkətlər tərəfindən istehsal olunur. Məsələn, Atmel şirkəti AT89 seriyalı proqramlı fleş yaddaşlı MK ailələri buraxır ki, onlar İntel şirkətinin 8 mərtəbəli MK ailəsinə funksional analojidir. Qeyd edək ki, yeni 16-32 mərtəbəli MK yara-dılmasına baxmayaraq 8 mərtəbəli MK ən çox müvəffəqiyyətə malikdir.

AT89C ailəsinə daxil olan MK-nın strukturunda fleş tipli və verilənlərin OYQ yaddaş proqram blokları ayrı-ayırlıqda istifadə edilir (şəkil 1).

Takt impulsları generatoru (TİG)-nun tezlikləri və yaddaş tutumunun diapazonu aşağıdan yuxarıya ailə nümayəndələrinin parametrlərini xarakterizə edir. zəruri hallarda yaddaş sahəsini genişləndirmək üçün xarici sabit yaddaş qurğusu, ope-rativ yaddaş qurğusu BİS qoşulması mümkündür. Giriş/çıxış vasitələri parallel portlarla (32 xətt) ardıcıl giriş/çıxış üçün, T×D (çıxış ötürücüsü) və R×D (giriş qə-buledicisi) xətlər ilə təsvir olunur.

Harvord arxitekturası


MK-nın tərkibinə 2-3 taymer-sayğac (16 mərtəbəli) daxildir və onlar sistemin zaman nöqtələrini verir və intervalları emal edir. fiziki interfeysin enini qısaltmaq üçün parallel portların xətlər funksiyası uzlaşdırılır və müxtəlift rejimlərdə müx-təlif vəzifələrə malikdir. Radial tipli 5 sorğu mənbəli kəsilmələr sistemi iki xarici sorğuya, taymerdən 2 sorğuya və ardıcıl portdan 1 sorğuya xidmət edir. TİG-nin 2 Mhs tezlik zamanı əksər əmrlər 1 mksan, müəyyən əmrlər 2 mksan ərzində ye-rinə yetirilir. MK-nın MP-dən kommersiya üstünlüyünə baxmayaraq bundan son-ra MP-sistemə daxil olan MP və interfeys sxemləri – adapterlər, kontrollerlər nə-zərdən keçiriləcək. Bu zaman interfeys sxemləri yalnız ayrıca kristallara və ya bö-yük mürəkkəbliyə malik kristallara uyğun olmur, həm də proqramlaşdırılan mən-tiqi funksional blokların kitabxanasının müasir İBİS-nin meqafunksiyalarına uy-ğun olmur. Məsələnin belə həll geniş imkanlı MPS qurulmasına hesablanmış mi-krosxem komplekti həm də blokların işlənməsini tam əks etdirir, həm də yaddaşın və xarici qurğuların idarəedilmə və s. məsələlərin həllindəki xüsusiyyətləri tam əks etdirir. MK-da bu və digər məsələlərin həlli məhdud dərəcədə olur və daha sadə vasitələrlə həll edilir. Ona görə MPS-nin qurulmasına hesablanmış universal mikrosxemlərin öyrənilməsi mikrokontroller texnikasını asan mənimsəməyə im-kan verir.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə