Şərqşünaslıq fakültəsi İstiqaməti, şifri və adı: hsm- 040000 Dilşünaslıq İxtisası, şifri və adı: hsm- 040009 Ərəb dili


Əlaqə müəssisəsinin indeksi, poçt ünvanı, telefon, faks, bank hesabının nömrəsi-



Yüklə 129,86 Kb.
səhifə15/19
tarix12.12.2023
ölçüsü129,86 Kb.
#148911
1   ...   11   12   13   14   15   16   17   18   19
referat 1842

Əlaqə müəssisəsinin indeksi, poçt ünvanı, telefon, faks, bank hesabının nömrəsi- bütün bunların cəmi müəssisənin hüquqi ünvanı hesab olunur.
Sənədin növünün adı- sənədin başlıq hissəsində yerləşir və iri şriftlərlə yazılır. Sənədin növünün adı əsas rekvizitlərdən biri hesab olunur. O, bütün sənədlərdə, xüsusən də, maliyyə sənədlərində (məktub, telefonoqram və s. istisna ola bilər) istifadə olunur və sənədin ümumi təyinatı haqqında məlumat verir, mətnin strukturunu müəyyən edir.
Tarix- sənədə hüquqi əsas verən əsas rekvizitlərdən biridir. Sənədin tarixi dedikdə, onun imzalanma tarixi (məktub, faks və s.), təsdiq olunma tarixi, sənəddə qeyd olunmuş hadisələrin baş vermə tarixi nəzərdə tutulur. O, yuxarı sol küncdə yazılır.
Sənəddə bütün tarixlər aşağıdakı ardıcıllıqla qeyd olunur: gün (iki işarə), ay (iki işarə), il (dörd işarə). Məsələn, 22 oktyabr 1995-١٩٩٥/١٠/٢٢
Sənədin indeksi. Qeydiyyat zamanı sənədə verilən şərti işarə onun indeksi sayılır. O, giriş və çıxış sənədlərində tarix ilə yanaşı yazılır.
Başlıq- sənədin əsas məzmunu haqqında qısa məlumatdır. Adətən hə haqda? kim haqda? suallarına cavab verir və بخصوص, الموضوع, بشأن –sözləri ilə (qısa .../م) ifadə olunur. Ondan sonra qısa, 3-4 sözlə onun məzmunu işıqlandırılır. Məsələn: dənli qəhvənin qiyməti haqqında – أسعارالبنّ/ م
Mətn. İşgüzar sənədin (müqavilə, akkreditiv, hesab faktura və s.) əsas rekvizitidir. İşgüzar sənədlərin mətninin qrafik quruluşu digər mətnlərdən fərqlidir; onun quruluşu sənədin növündən və hansı ölkədə tərtib olunmasından asılıdır. Rəsmi məktub sənədin ən geniş yayılmış formasıdır.
Məktubun mətni aşağıdakı quruluşda olur:

  1. müraciət.

Mətnin əvvəlində iki hissədən ibarət olan salamlama gəlir:qısa müraciət- cənab- السيّد,السادة,حضرة; və “çoxhörmətli” atributivləri ilə olan müraciət-
المحترم السلام عليكم و رحمة اللّه ...جناب السيّد
حضرة السادة المحترمين... السيد الموقر... السيد المحترم
Ardınca salamlamadan sonrakı klişelərdən biri gəlir:
تحية و إجلالا و بعدُ ,التحية الطيبة و بعدُ , تحيتنا و بعدُ ,بعد التحية, onlar müraciətdən bilavasitə sonra işlənir.

  1. giriş hissəsi nəzakət formullarından ibarət olur və adətən iş yazışmalarında daha çox istifadə olunan aşağıdakı ifadələrdən birini özündə əks edir:

Sizə xəbər verməkdən şərəf duyuruq ki,

لنا الشرف بإحاطتكم علما بأن...

Sizə məktuba görə təşəkkür edirik

نشكركم على خطابكم المؤرخ بـ ...-

Sizin məktubunuzu aldığımızı təsdiq edirik.

نؤكد إستلام خطابكم...-


Yüklə 129,86 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə