Şərqşünaslıq fakültəsi İstiqaməti, şifri və adı: hsm- 040000 Dilşünaslıq İxtisası, şifri və adı: hsm- 040009 Ərəb dili



Yüklə 129,86 Kb.
səhifə14/19
tarix12.12.2023
ölçüsü129,86 Kb.
#148911
1   ...   11   12   13   14   15   16   17   18   19
referat 1842

Müqavilə-xarici iqtisadi fəaliyyət dairəsinə aid olunan sənədlərdən biridir. Müqavilə-tərəflərin qanuni əsasda bu və ya digər sahədə hüquq və vəzifələrini qarşılıqlı şəkildə tənzimləyən sənəddir. Bağlanma qaydası və xarakterindən asılı olaraq müqavilənin üç növünü ayırırlar: 1) konsensual (razılaşma) müqavilə; 2) real müqavilə (razılıqdan əlavə əşyaların başqasına verilməsi şərtilə bağlanan müqavilə, məsələn, daşımaq, istifadə etmək); 3) formal müqavilə (belə müqavilə yazılı tərtib edilir və notarius təsdiq edir, tərəflər müqavilənin şərtlərini yerinə yetirməyə borcludur).
Müqavilənin rekvizitlərinə aşağıdakılar daxildir:

  1. sənədin növünün adı, nömrə;

  2. bağlanma yeri və tarixi;

  3. müqaviləni imzalayanların adları;

  4. müqavilənin predmeti;

  5. əmtəənin keyfiyyəti;

  6. qiymət;

  7. təchiz yeri və tarixi.

Standart sənədlərin növləri kimi, onların əsasını təşkil edən rekvizitlər də sənədin anlaşıqlı olması üçün mühüm əhəmiyyət kəsb edirlər. İş fəaliyyətində istifadə olunan sənədlərin əsas rekvizitlərinə təşkilatın adı, emblem (loqotip), əlaqə müəssisəsinin indeksi, poçt ünvanı, telefon, faks, bank hesabının nömrəsi, sənədin növünün adı, tarix, sənədin indeksi, başlıq, mətn, əlavələr haqqında qeyd, imza, viza, möhür, surət haqqında qeyd, çatdırılma haqqında qeyd və s. daxildir[26,207].
Təşkilatın adı. Hüquqi qüvvəyə malik olan hər bir ticari təşkilat müəyyən ada malik olmalıdır. Bu ad təsisat sənədlərində qeydiyyata alınmış orijinal adla tam uyğunlaşmalıdır.
Avropa ölkələrində sənədin adı həm tam, həm də ixtisarla yazıla bilər. Məsələn, Səhmdar Cəmiyyəti-SC. Ərəb dilində isə sənədlərin adı əksər vaxt tam yazılır. Məsələn, Abdul Malik və oğulları- عبد الملك وأولاده
İxtisarlar yalnız ərəb ölkələrinin Elmlər Akademiyaları tərəfindən sənəd əsasında təsdiq olunduqda istifadə olunur.
Təşkilatın loqotipi. Təşkilatın emblemi-lazımi formada qeydiyyata alınmış sözlü (simvolik) və ya qrafik şəkildən ibarətdir. Təşkilatın emblemi kimi əmtəə nişanı, şəkil, abbreviatura və s. istifadə oluna bilər. Adətən o, sənədin yuxarı hissəsində yerləşdirilir [26,146].

Yüklə 129,86 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə