Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə39/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   35   36   37   38   39   40   41   42   ...   144

122 

 

İmtahanlar,  11  “vatmanlıq”  diplom  layihəsinin  qısa  vaxt 



ərzində tamamlanması qeyri‐mümkün olan işiydi. Allah üçünə, 

dekanımız Nəriman müəllim olduqca insan adam idi, bu işləri 

tam şəkildə yerinə yetirmək üçün 15 gün vaxt verdi – “Layihə‐

ləri  işləmək  sizdən,  müdafiə  etmək  məndən”,  –  demişdi.  Mən, 

Sabir, Nağı və Yaşar “Nəsimi bazarı”nın yaxınlığında kirayədə 

yaşayan  qrup  yoldaşımız  Ataşın  evinə  yığışdıq.  Ataş,  həm  də 

Səhiyyə Nazirliyinin 1‐ci mərtəbəsinə gecələr gözətçilik etdiyin‐

dən rayona getməmişdi. 

İşləri  bölüşdürdük:  Nağı  “kapirovka”  işini  (qalın  şüşənin 

altına  lampa  qoyub  yandırır,  şüşənin  üstünə  hazır  çertyoju, 

onun  üstünə  isə  ağ  vərəqi  qoyurduq.  İşıqda  çertyojun  şəkli  ağ 

vərəqdə  əks  olunduğundan  karandaşla  cizginin  “kölgəsini”  ağ 

vərəqə  köçürürdük);  Sabir  yemək,  qab‐qacaq,  bazarlıq  və  tə‐

mizlik  işlərini;  mənsə,  xəttim  yaxşı  olduğu  üçün  layihə  hesa‐

batlarını köçürməyi öz üzərimə götürdüm. 

Gecələri də yatmadan gərgin işə girişdik. Layihələri müda‐

fiə üçün isə dekanımızın verdiyi sözə arxayın idik. Gecəni növ‐

bə ilə – bəzən bir çarpayıda iki nəfər qucaqlaşıb yatırdıq. Evdən 

bayıra  yalnız  ayaqlarımızın  keyi  açılsın  deyə  xüsusi  hallarda 

çıxırdıq. Onda da, yaxınlıqdakı dəlixananın dəlilərini seyr  edir,  

–  “Allah,  məsləhətinə  şükür,  bəlkə  də  dəli  olmaq  daha  yaxşıy‐

mış” – deyib işimizin başına qayıdırdıq. 

Deyilən  vaxtda  layihələrin  üzünü  köçürüb  dekanlığa  yol‐

landıq. Allah ondan razı olsun – Nəriman müəllim dediyi kimi 

də  elədi:  diplom  rəhbərlərini  çağırdı,  –  “Döyüşən  oğlanlardı, 

kömək  edin”,  –  deyib  bizi  tapşırdı  və  müdafiənin  sonunadək 

bizi tərk etmədi. Beləliklə əsas yükün birindən azad olduq, indi 

sərbəst idik və evlərimizə yollana bilərdik. Nağı və Sabir bizim 

ailəmizi  qəbul  etmək  üçün  öz  aralarında  razılaşmış  və  qərar 

vermişdilər  –  Yaşargil  Masallıya  Nağıgilə,  mən  isə  ailəmlə 

Şərura  –  Sabirgilə  yerləşdiriləcəydik.  Lakin  Yaşarın  ailəsi  artıq 



123 

 

qardaşıgilə – Bakıya çoxdan yerləşmişdi. Dördümüz də mənim 



ailəmi köçürmək üçün bizim rayona yollandıq. 

Yolboyu  köç  karvanlarının  qarşısını  kəsib  Bakıya  giriş‐

lərinə  mane  olan  polislərlə  köçkünlər  arasındakı  dava‐dalaşlar 

adamın  ürəyini  deşirdi.  Magistral  yolun  qara  nəfəsi  əsəb  yığ‐

nağıydı.  İmişlidə  gücləndirilmiş  qadağan  səddi  çəkilmiş,  sər‐

hədyanı  rayonlardan  köçənlərin  ağzını  elə  yaxınlıqdakı  çadır 

şəhərciyinə döndərirdilər. Dedikləri isə ancaq bu idi, – “Höku‐

mət  ciddi  tədbirlər  görür,  uzağı  10‐15  günə  torpaqlarınızı  alıb, 

sizi geri – doğma evlərinizə qaytaracaqlar!”. Bu sözlərə inanan‐

lar və gedəcək yeri olmayan biçarə didərginlər “Qırmızı Xaç”ın 

çadırlarına  yerləşirdilər.  İmişlidəki  qaçqın  çadır  şəhərciyi  bax 

beləcə yarandı. 

Kəndimizdən, rayondan təkəm‐seyrək adamlarla qarşılaşır‐

dım. Hələ ki, bizimkiləri “gördüm” deyən yox idi. İmişlidə bütöv 

bir  günümüzü  itirdik.  Təlaşım  getdikcə  artırdı.  Yol  maşınlarını 

dəyişə‐dəyişə  Horadizədək  gəlib  çıxdıq.  Füzulinin  bir  hissəsi 

alınmış,  düşmənin  artilleriya  təzyiqi  durmadan  intensivləşirdi. 

Dinc  əhali  arxasına  baxmadan  Bakıya  doğru  axışırdı.  Horadiz 

yolunun  bağlanması  Cəbrayıl,  Zəngilan  və  Qubadlının  müha‐

sirəyə alınması demək idi, bu rayonlar üçün yalnız bir çıxış yolu 

qalırdı – Arazdan keçərək İrana adlamaq. Bizimkiləri Horadizdə 

də  tapa  bilmədik.  Bizi  Horadizdən  o  tərəfə  buraxmadılar.  “O 

tərəfdə  heç  kim  qalmayıb,  qalıbsa  da,  İrana  keçiblər”  –  dedilər. 

Bir gecə də Horadizdə Mirməhəmmədin

40 

məzarı yanında gecə‐



lədik.  Tanrıya,  seyidlərimizin  ruhuna  yalvarmaqdan  öz‐özünə 

danışan  dəlilərə  dönmüşdüm.  Mənim  təlaşım  dostlarımı  da 

bürümüş,  daha,  –  “Əşşi  tapacağıq,  iynə  deyillər  ki,  itələr...”  – 

demirdilər, ruh kimi mənim arxamca səssiz‐səmirsiz gəzirdilər. 

                                                            

40

 



Ağır  seyid  nəslindən  olan  həmyerlimiz,  xeyriyyəçi,  həkim  idi.  Horadizdə  qəzaya 

düşdüyü yerdə simvolik məzarı vardı.

 



124 

 

Qubadlı nömrəsi ilə Bakı istiqamətində sürətlə şütüyən bir 



“Niva”  markalı  avtomobili  saxladıq,  rayonda  mühasirəyə  dü‐

şən olub‐olmadığını soruşduq. 

–  Bilmirəm.  Amma  Xanlıqda

41 


bizimkilərlə  ermənilər  üz‐

üzə  dayanıblar,  razılığa  gəliblər  ki,  dinc  əhali  sağ‐salamat  çıx‐

sınlar. Rayonda polis rəisini, prokuroru, məhkəmə sədrini özü‐

müzünkülər güllələyiblər – dedi. 

Bu xəbərlər bizi lap əldən saldı, bir anda quş olub Xanlığa 

uçmaq,  adamların  arasında  ata‐anamı  tapmaq  istəyirdim.  Hər 

şeydən  əli  üzülmüş,  üzümüzü  Qubadlıya  doğru  tutub  yortur‐

duq. Dostlarım yorulduqlarını büruzə vermirdilər. 

Cəbrayılın  kəndləri  boşalmış,  sahibsiz  qalan  mal‐heyvan 

bağ‐bağata  doluşmuş,  olanlardan  bixəbər  rahatca  otlayırdılar. 

Əsas yolda maşın karvanları seyrəlmişdi, görünür son çıxanlar‐

dır.  İçimi  qorxu  aldı,  –  “Allahım,  sən  inadkar  atamın  ürəyinə 

insaf  sal,  təki  namusuna  boğulub  evdə  qalmağa  qərar  vermə‐

sin”. Bu ağlımdan çıxmırdı. Bəlkə atam, – “Qoy elə öz evimdə 

ölüm”,  –  deyib  heç  kəndi  tərk  etməyib?!  Yox,  o,  bunu,  heç  ol‐

masa anamın girov düşə biləcəyi qorxusundan etməzdi. Bəlkə, 

Hitler kimi əvvəlcə anamı, sonra da özünü öldürüb ki, düşmən 

əlinə sağ keçməsinlər? Artıq hövsələm daralır, başımı itirirdim, 

nə  edəcəyimə  qərar  verə  bilmirdim.  Dörd  dost  ən  çətin  dö‐

yüşlərdə də belə əlacsız vəziyyətə düşməmişdik. 

Yolun kənarındakı evlərdən birinin həyətində yedəkli mo‐

tosikl  gözümüzə  sataşdı.  Əvvəllər  Nağının  belə  bir  motosikli 

olub. Motosikllə ova getməyindən çox danışmışdı bizə. Bir‐biri‐

mizə  baxdıq,  dərhal  da  rəsmi  oğurluğa  birgə  qərar  verdik. 

Yanacağı  da  var  idi.  Nağı  motosiklin  orasını‐burasını  bir  xeyli 

qurdaladıqdan sonra onu işə salmağı bacardı. Motosikllə  Xan‐

lığa tərəf üz tutduq. Yolda bir‐iki yük maşını ilə rastlaşdıq, ge‐

                                                            

41

 

Qubadlının ən iri qəsəbəsidir.



 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə