Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə35/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   31   32   33   34   35   36   37   38   ...   144

110 

 

qızım...  Alo..,  xəstəxanadır?  Alo..,  Saray  kəndində  bir  yaşlı 



qadın yıxılıb huşunu itirib, vəziyyəti ağırdır.., təcili həkim gön‐

dərin! Necə yəni maşın yoxdu, bəs təcili yardım maşınları hanı? 

...Necə!!! Əliyarı vurublar?!! ...Ölüb!? ...Aman Allah! ...Siz Allah 

qeyd eliyin, ...Mehtiyev Ağəlinin evində..., yaşı 90‐a yaxın olar 

...Abdullayeva  Durna,  rayon  tərəfdən  gələndə  birinci  ev.  Sağ 

olun!”... “Düt‐düt‐düt‐düt” – telefonun dəstəyini yerinə qoyur.  

“Əliyara qıyan, səni öz balanın qanına bələnəsən! Şirin bala  da‐

dına  həsrət  qalasan,  güvənc  yerin  qırılsın,  evin  başına  yıxılsın, 

sinənə çarpaz övlad dağı çəkilsin..! Əliyarı vurublar...” – deyib  

gözlərini Durna nənəyə zilləyir, başını əlləri arasına alıb sakitcə 

divana oturur. 

 

 



* * * 

 

...Təxminən 3 saatdan sonra həyətə əlində tibb çantası olan 



qadın  həkim,  yanında  da  tibb  bacısı  içəri  girdilər.  Durna  nənə 

eyvandakı  taxtın  üstündə  hərəkətsiz  uzanılı  qalmışdı.  Həkim 

xəstənin  göz  bəbəklərini  işıqlandırdı,  dizinin  ağrıya  reak‐

siyasını  yoxladı.  “Beyninə  qan  sızıb,  təcili  xəstəxanaya  çatdır‐

maq  lazımdır”,  –  deyib  qalxdı.  Kəndin  cavanları  köməkləşib  

xəstəni  təcili  yardım  maşınına  –  “UAZ”a  mindirdilər. Ağəli 

də maşına oturdu. Familə həyətdə üzünü cırıb şivən qoparırdı – 

“Allah,  sən  balamın  xatirinə  nənəsinə  qıyma,  balam  bu  dərdə 

dözməz, ay Allah!” – deyə hayqırırdı... 

Axşama yaxın Ağəli qayıtdı. 

– Noldu a kişi, necədi arvad!? – Familə təlaşla soruşdu. 

–  Beyninə  qan  sızıb.  İynə‐dərman  eləyirlər.  Huşu  hərdən 

qayıdır,  tez  də  itir.  İki  dəfə  qusdu.  Həkimlər  dedi  ki,  qusmağı 

yaxşıdır.  Huşu  özündə  olanda  astadan  danışa  bilir.  Allah  kə‐

rimdi.  Gör  başımıza  nə  gəldi?  Həkimlər  yığışdılar  məsləhət‐



111 

 

dəşdilər – “Çox yaşamaz” – dedilər. Gərək Rəhimə xəbər verək, 



tərs kimi də uşaqları yola saldıq getdilər. 

– Başımıza gələnlərə bir bax! Bəs biz indi neyləyək? Allah 

balanı öldürsün, erməni, səni yer üzünə gələn günə daş yağey‐

di, sizi lənətə gələsiniz, şeytanın övladları! 

Sabah  Familə  və  Ağəli  ertədən  xəstəxanaya  yollandılar. 

Tibb  bacıları  Durnanın  döşəkağını  yığışdırırdılar,  alt  paltarla‐

rını dəyişirdilər. Həkim onun yanına iynə vurdu – “Ağrını hiss 

edirsənmi,  nənəcan?”.  Xəstə  başını  yellədi  –  “Yox”.  “Sağala‐

caqsan  qorxma,  beş  gündən  sonra  qaça‐qaça  gəzəcəksən,  hələ 

istəsən  futbol  da  oynaya  bilərsən!”  –  həkim  ona  toxtaqlıq  ve‐

rirdi.  Xəstə  “güldü”.  Xəstənin  paltarını  dəyişərkən  Ağəli  dəh‐

lizə  çıxdı.  Həkimlə  rastlaşdı  –  “Necədi  həkim,  doğrudan  sağa‐

lacaqmı?”.  “Ümid  çox  azdı,  beyin  zədələnib  və  ocaq  genişlən‐

məkdə  davam  edir,  ətraflar  ağrını  hiss  eləmir.  Yenə,  bir  az 

cavan  olsaydı,  bəlkə...  Amma  daxili  orqanları  çox  sağlamdı”  – 

deyə cavab verdi. 

– Nə vaxt evə apara bilərik? – Ağəli soruşdu. 

–  Sabah  evə  yazacağam,  Ofeliya  həkim  sizin  kənddən 

keçir,    hər    gün    iynələrini    özü    vuracaq,    dərmanını    atmağa 

nəzarət edəcəkdir. 

– Allah köməyiniz olsun, sağ olun həkim. 

– Siz sağ olun – dedi və öz kabinetinə keçdi. 

Ağəli  palataya  girdi.  Durna  nənə  zarıyaraq  astadan  danı‐

şırdı: 


–  Familə,  biabır  oldum,  bu  günü  də  görəcəkmişəm,  altımı 

başqası təmizləyir... 

–  Fikir  vermə,  ay  arvad,  həkimin  işidi  dayna,  burda 

utanıb‐çəkinməli nə var ki? 

Ağəli: 

–  Həkim  dedi  ki,  yaxşısan.  Sabah  səni  evə  yazacaqlar,  na‐



rahat olma. 


112 

 

–  Ağa, ağrım  yoxdu, amma bədənimi də hiss  eləmirəm... 



Fərhaddan bir xəbər yoxdu ki? 

–  Keçib  gedən  şeydi,  sağalacaqsan.  Dünən  Fərhad  zəng 

eləmişdi, deyirdi ki iki günə gələcəyəm, sağ‐salamatdır. Axşam 

yenə  televizorda  göstərdilər  nəvəni,  sənə  salam  deyirdi. 

Rəhimə  də  zəng  vurmuşam,  bu  gün  gələcəkdir.  Bəlkə  də  Fər‐

hadla birlikdə gəldilər. Nəvələrin də sağ‐salamat çatıblar – Fər‐

had barədə özündən uydururdu. 

Amma, Durna nənə bu xəbərlərdən məmnun qaldı, azacıq 

gülümsündü,  –  “Gəl  ömrüm‐günüm,  gəl  gözümün  nuru,  səni 

gözləyəcəyəm, sənsiz ölməyəcəyəm”– dedi. 

Axşam  gecəyarı  Rəhim də Bakıdan  gəlib çıxdı. Sabah Dur‐

na  nənəni  evə  yazdılar,  təcili  yardım  maşını  onu  evə  gətirdi. 

Xəstəni  yola  salmamışdan  qabaq  həkim  son  sözünü  dedi  – 

“Fikrimcə,  uzağı  üç  gün  yaşayacaq,  axırıncı  gün  halı  lap  pislə‐

şəcək,  çalışıb  özüm  də  sabah  yox,  birisi  gün  baş  çəkəcəyəm, 

Allah kərimdir! Hazırlığınızı görün, biz əlimizdən gələni elədik, 

gerisi  Allahın  məsləhətinə  qalıb”.  Rəhim  nə  qədər  çalışsa  da, 

həkim onun cibinə basılan pulu götürmədi. “Ayıb olan işdi, biz 

burda  kefdə  deyilik,  neynirəm  bu  ağır  gündə  pulu,  camaatın 

üzünə  baxa  bilmərəm.  Heç  narahat  olmayın,  gedin,  Allah  ama‐

nında  olun”.  “Demək,  insanlıq  hələ  də  ölməyib”,  –  deyə  Rəhim 

pulu kor‐peşiman cibinə qoydu. Təşəkkür edib xəstənin yanına – 

maşına keçdi. 

Durna nənəni televizor olan otaqda Familənin çarpayısına 

uzatdılar.  Doğma  evdə  elə  bil  bir  az  yüngülləşmişdi.  Həkimin 

təlimatıyla  bir‐iki  qurtum  güc‐bəla  meyvə  şirəsi  içirdilər.  Fa‐

milə bütün işini bir yana tullayıb xəstə ilə əlləşirdi. Altını təmiz‐

ləyir,  yatağını  yumşaldır,  meyvə  şirəsini  içirirdi.  Axşamüstü 

Ofeliya  həkim  gəldi  və  xəstənin  iynəsini  vurdu,  dərmanlarını 

verdi, gecə atılmalı olan dərmanları bölüb saxladı. 




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə