Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə31/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   27   28   29   30   31   32   33   34   ...   144

98 

 

–  Mənim  heç  kimim  yoxdur,  tək‐tənha  yaşayıram,  sənin 



kimi köməkçiyə də ehtiyacım var. Mənim yanımda da 15 il qa‐

lıb mənə övladlıq etsən, sənə elmin başının nə olduğunu öyrə‐

dərəm – qoca deyir. 

Oğlan razılaşır və qocanın yanında qalır. İllər sürətlə ötüb 

keçir və 15 il tamam olur. Oğlan qocaya yaxınlaşıb deyir, – “Hə, 

babacan,  vaxt  tamam  oldu.  15  ildir  ki,  sənə  doğma  atam  kimi 

baxdım,  ancaq  evdə  qoca  anam  və  arvadımı  qoyub  gəlmişəm. 

İzn versəydin elmin başını öyrənib evimə yollanardım” – deyir. 

Qoca: 

–  Hə  oğul,  Allah  səndən  razı  olsun.  Səndən  çox  razı  qal‐



dım,  heç  getməyini  istəmirəm,  isinişmişdim  sənə.  Amma  get‐

məlisən,  gözləyənlərin  var.  Lap  istəyirsən  gedib  əzizlərini  də 

götür  gəl,  birlikdə  qalaq...  O  ki,  qaldı  elmin  başına..,  unutma, 

elmin  başı  səbrdir.  Səbrlə  hərəkət  etsən  bütün  elmləri  öyrənə 

bilərsən, bütün bəla və fəlakətlərdən uzaq ola bilərsən. Həmişə 

səbrli ol. Ən böyük səbr sahibi Allahdır və o da səbrliləri sevər. 

Şeytana qarşı ən yaxşı silah səbrdir. 

Oğlan sevincək qocanın əlini öpüb alnına qoyur, halallaşıb 

evinə  doğru  yola  düşür.  Uzun  aylardan  sonra  gəlib  gecə  vaxtı 

kəndlərinin  yaxınlığındakı  təpəyə  çıxır.  Gözlərinə  inanmır,  – 

kəndin bütün evlərinin lampaları sönüb. Sən demə hamı kəndi 

çoxdan tərk edib buralardan köçübmüş. İşığı yanan təkcə onla‐

rın  evidir.  Sevincək  evlərinə  doğru  cumur,  əlini  qapıya  atır. 

Birdən  nəsə  fikirləşir  və  evin  damına  qalxır.  Keçmişdə  evlərin 

üstündə  baca  olardı,  bacadan  aşağı  baxır  və  görür  ki,  sevimli 

arvadı mışıl‐mışıl yatıb, qucağında da cavan və yaraşıqlı bir kişi 

ona  sarılıb.  Cin  vurur  kişinin  başına.  İri  bir  daş  götürüb  baca‐

dan oğlanın başına salmaq istəyir. Birdən fikirləşir, – “Axı qoca 

mənə deyib ki, hər şeydən əfsəl

37

 səbrdir, bir səbr edib öyrənim, 



                                                            

37

 Vacib.



 


99 

 

görüm arvadım axı niyə mənə xəyanət etmək fikrinə düşüb...”. 



Düşür, qapını açıb evə girir. Qapının səsinə arvadı yuxudan du‐

rur,  ərini  görcək  boynuna  sarılıb  sevinir.  Səsə  yataqdakı oğ‐

lan da durur və gözünü zilləyib baxır. 

– Bu kimdir!? – deyə sənin dədən Ağəli kimi cöjüyür

38

 ar‐


vadının üstünə. 

Arvadı: 


– Sənin doğmaca oğlundur. Nənəsi öləndən sonra mənimlə 

yatır, yekə evlənməli kişidir, yenə də tək yatmağı xoşlamır. Hər 

gecə qucağımdadır. 

Atası  oğlunun  boyunu  qucaqlayır  və  düşünür,  –  “Hə.., 

qoca düz deyirmiş, azca səbr etməsəydim öz doğmaca balamın 

qatili  olacaqdım”.  –  Bəs  kəndin  camaatı  hanı?  –  oğlan  arva‐

dından soruşur. 

Arvadı: 


– Bütün kənd 10 il bundan qabaq köçüb. Anan bizi köçmə‐

yə  qoymadı  və  dedi  ki,  –  “Qızım,  səbr  edin,  oğlum  qayıdacaq 

və sizi də götürüb aparacaqdır. Adam, elm, savab dalınca gedə‐

ni axıradək gözləməlidir, səbirsizlik etməyin” – deyir. 

Oğlanın  gözündən  iki  damla  yaş  yanaqlarına  diyirlənir,  – 

“Elmin başını anam da bilirmiş, mənsə gör neçə illərdir ki, sər‐

gərdan  gəzib  dolaşıram”.  O,  ailəsini  də  götürüb  15  il  qullu‐

ğunda  dayandığı  qocanın  yanına  yollandı  və  ömürlərinin  axı‐

rınadək birlikdə firavan yaşadılar... 

– ...Qurtardın nağılı, ay nənə? – nigaran‐nigaran soruşmuş‐

dum. 

– Hə. Yatmadın? – nənəm gözünün yaşını silirdi. 



– Ağlayırsan? – yastığa dirsəklənib soruşdum. 

–  Rəhmətlik  anam  eyzan  bu  nağılı  mənə  danışardı...  – nə‐

nəm doluxsunmuşdu. 

                                                            

38

 

Üstünə yerimək.



 


100 

 

– Sən də ananın qucağında yatırdın? 



–  Hə.  Tək  yatmaqdan  qorxurdum.  Elə  bilirdim  ki,  divar‐

dakı  taxcada  şeytan  yaşayır,  anam  yuxuya  gedən  kimi  mənim 

saçlarıma  cin  düyünü  vuracaq...  Sonra  anam  mənə  “qurdağzı 

duasını” öyrətdi. Dedi ki, – “İstəyirsənsə şeytan, cin sənə yaxın 

durmasın, bu duanı ipə oxu və onların əl‐ayağını, dil‐ağzını dü‐

yünlə”. Hər həftə bir dua öyrədirdi. Sonradan anladım ki, anam 

mənə bu yolla Quranın yarısını əzbərlədibmiş. Qorxduğumdan 

istifadə  edib  mənə  Quranı  əzbərlətmişdi.  Yazıq  anam,  mələk 

anam... Allah qəni‐qəni rəhmət eləsin... 

Fikrini  dağıtmasaydım,  qılığına  girməsəydim  səhərədək 

sıtqıyıb duracaqdı. Odur ki, – “Nənə, yenə nağıl istəyirəm...!” – 

dedim. 


– Buy başımıza xeyir, bu gədə lap inqə‐bəbə olub ey... 

– Qurbanın olum, qadalarını alım, ay nənə, nolar birini də 

danış,  gör  nə  vaxtdandır  ki,  mənə  nağıl  danışmırsan.  Bir  də 

istəməyəcəyəm, söz..! – deyib araya pəlxəştlik

39 

qatdım. 


– Ə, kəmsərləmə! Mən sənə qurban olum, bala – əliylə ağ‐

zımı qapadı – Bir də belə demə, ağrın ürəyimə gəlsin! Sənə lap 

səhərədək nağıl danışsam da yorulmaram. Yaxşı, qulaq as... 

Bir az fikirləşib özündən yeni nağıl qoşdu – nağıl qoşmaq 

onun əlində su içimi kimi asan bir şey idi: 

–  ...Sakit  bir  göldə  yaraşıqlı  bir  ana  durna  varmış.  Dur‐

nanın  erkəyini  ovçular  öldürmüşdülər.  Elə  tək‐tənha  bir  ba‐

lasıyla yaşayırmış – gözünün ağı‐qarası bircə balasıyla. Bir gün 

ovçular ana durnanı da yaralayırlar və o, artıq öz balasını yedir‐

mək  üçün  yuvasından  kənara  çıxa  bilmir.  İndi  onun  balası  ac‐

lıqdan  əziyyət  çəkir,  yaralı  anasına  baxıb  göz  yaşı  tökürmüş. 

Günlərin birində, balaca bir oğlan göldə çimməyə gələrkən dur‐

nanı və onun balasını görür. Yaralı anaya və onun balasına ya‐

                                                            

39

 Şuluq salmaq, ara qarışdırmaq.



 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə