Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə28/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   24   25   26   27   28   29   30   31   ...   144

89 

 

mətin  əleyhinə  qalxmış  ordu  hissələrini  görürdük.  Yorğun  və 



insan  sifətindən  çıxmış  halda  idarəyə  çatdıq.  İnzibati  binanın 

ikinci  mərtəbəsindən  bizə  tuşlanmış  avtomat  və  pulemyotları 

gördük. “Silahları yerə  qoyun  və təslim  olun!” – əmrini  verdilər. 

Sanki  ermənilər  bizi  doğma  Bakımızda  əsir  götürmüşdülər.  

Silahları  yerə  qoyub,  əmrə  uyğun  olaraq  dizüstə  çökdük.  Əllə‐

rimizi  boynumuzun  ardına  qoyduq.  Kürəyimizdən  bir‐iki  təpik 

vurub  bizi  idarənin  zirzəmisinə  saldılar.  İnsafsızlar,  heç  ayaq‐

yoluna  da  getməyə  imkan  vermədilər.  Bakıda  hakimiyyət  çevri‐

lişinə cəhd edilmiş, Daxili İşlər Nazirliyinin binası ələ keçirilmişdi. 

Bir  neçə  saat  çək‐çevirdən  sonra  döyüşçü  olduğumuzu  minnətlə 

başımıza qaxaraq, bizi açıb taleyin hökmünə buraxdılar. Yataqxa‐

naya getdik, otağımızı qaçqınlar zəbt etmişdilər. Dəyişməyə mülki 

paltarlarımızı  da  tapa  bilmədik.  Hərbi  formada,  bitli‐birəli,  yol 

pulunu evdə düşərkən verəcəyimizi uzun‐uzadı and‐aman edən‐

dən sonra hərəmiz bir avtobusa minib rayondakı evlərimizə – gö‐

zü yolda qalanlarımızın yanına yollandıq. 

Mən  də  rayonumuza  gedən  “İkarus”a  mindim.  Yolboyu 

Bakıya  doğru  yol  almış  köçkün  karvanı  adamın  belini  qırırdı. 

Yeddi  saatlıq  yol  mənə  bir  ildən  də  çox  gəldi.  Yaşlı  bir  kişi  yol 

pulumu  verdi.  Kəndi  ölü  sükut  bürümüşdü  –  elə  bil  adamlar, 

toyuq‐cücə,  mal‐qara  qeyb  olmuşdu.  Uçuq  kalafalarda  daldala‐

nan  5‐6  ulaqdan  başqa  gözə  heç  nə  dəymirdi.  Əllərim  cibimdə,  

ilk    dəfə  pay‐püşsüz  məhləmizə  girdim.  Kəndin  bir  neçə  yaşlı 

arvadı bizdən çıxırdı, anam onları ötürürdü. Məni görcək anam 

şivən‐qiyamət  qopardı,  arvadlar  bir‐birinə  qarışdı.  Uzun  həsrə‐

tin, ya da, “yəqin saxta ölüm xəbərim gəlib” düşüncəsiylə ağlaş‐

maya  ciddi  fikir  vermədim,  hətta  toxtaqlıq  olsun  deyə  gülüm‐

sündüm  də.  Ancaq  Həvva  xalanın  naləsi  qanımı  dondurdu...  – 

“Səni  gözləyə‐gözləyə  öldü,  gözü  açıq  getdi  bu  dünyadan,  ay 

oğul!”. Anam məni sinəsinə sıxıb – “Nənə rəhmətə getdi, bala.., 

dünən qırxı çıxdı...” – dedi. İçim göynədi. Dizlərim sözümə bax‐



90 

 

madı,  özümü  saxlaya  bilmədim,  dizüstə  çökdüm.  Boğazıma 



yığılmış qəhərdən boğulurdum. Güclə nəfəsimi udub hayqırdım, 

–  “Nənə,  ay  nənə!!!”  –  hönkürtüylə  kənd  qəbristanlığına  doğru 

qaçdım. Təzə qəbri tapıb üzümü torpağına dayadım: 

–  Canım  nənəm, gözüm  nənəm, bəs indi mən sənsiz ney‐

ləyəcəyəm?  Məni  niyə  tək  qoyub  getdin  axı..,    nənə..,  ay  nənə! 

Yəqin  məni  gözləməyə  ürəyin  tab  gətirmədi,  hə?  Bəs  indi  mə‐

nim  boyumu  kim  oxşayacaq,  kimdən  alacağam  sənin  qoxunu, 

sənsiz mənə çox çətin olacaq, ay nənə!!! Dur, dur boynuma sa‐

rıl, nənə. Yalvarıram, qalx balanı bağrına bas, qabağında ölüm, 

nolar qalx, ay nənə..! 

Hönkürtüm  “Qara  qaya”da  əks‐səda  verirdi.  İki  saatadək 

ağlayıb  ürəyimi  boşaltdım.  Durna  nənəmi  itirdiyimi  anlamağa 

çalışsam da bunu qəbul edə bilmirdim. Evimizə qayıtdım. Evdə 

bir neçə kənd ağsaqqalı atamla birgə halvayla çay içirdilər. Bir‐

bir  hamıyla  görüşdüm.  Durna  nənənin  oğlu  Rəhim  əmi  də 

burda idi. Üzü tüklüydü – yas saxlayırdı. Atamı kişilərin içində 

öpməyə  utandım.  Amma  bu  anda  təsəllisinə  sığınmaq  istədi‐

yim yeganə insan atam idi. Atamı bağrıma basıb, o ki var hön‐

kürmək, onunsa, nəvazişlə başımı sığallamasını istəyirdim. Çox 

ac  idim.  Bir  az  halvadan  yedim,  çay  içdim.  Xeyli  sonra  Rəhim 

əmidən başqa bütün qonaqlar çıxıb getdi. 

Anam hamamı qalamışdı. Hamama xeyli əl gəzdirmişdilər 

– su qızdırıcı soba, duş düzəltmişdilər. Üzümü qırxdım, yuyu‐

nub  təmizləndim.  Anama  paltarlarımı  yandırmağı  tapşırdım, 

çünki  bilirdim  ki,  üstümüzdəki  bit  nə  qaynatmaqla,  nə  də  yu‐

yucu tozda islağa qoyulmaqla məhv olan deyil, tikiş yerlərində 

yenidən törəyib çoxalacaqdı. Hamamdan çıxdım. Başımı qaldı‐

randa,  misilsiz  bir  gözəl  gördüm.  “Aman  Allahım,  bu  ki  Dil‐

bərdir! Yəni vaxt bu qədər sürətlə keçirmiş, neçə il idi ki, insan‐

lar  arasında  olmurdum?”  Evimizin  eyvanında  üz‐üzə  gəldik. 

Dilucu, – “Salam, necəsən Dilbər?” – soruşdum.   



91 

 

Dilbər: 



–    “Yaxşıyam.  Bəs  sən?”.  “Mən  də  yaxşı”  –  dedim.  Uzun 

ayrılıq keçmişdi aramızdan, ilk dəfə idi ki qucaqlaşıb öpüşmə‐

dən,  çox  quru  və  soyuq  görüşdük.  Başqa  vaxt  bir‐birimizə  sa‐

rılmaqdan çəkinməyi heç ağlımıza da gətirməzdik, ancaq nənə‐

mizin  yoxluğu  bizi  məhv  etmişdi  yəqin.  Sanki  onunla  birlikdə 

sıxılırdım  indi.  İçəri  birlikdə  keçdik,  o  anamın  yanına  –  dö‐

şəmədəki xalçanın üstünə, mənsə Rəhim əminin yanına. 

–  Nə  var,  nə  yox  Qarabağda?  Ağlın  nə  kəsir  bu  döyüşlər‐

dən? – Rəhim əmi məni sorğu‐suala çəkdi. 

– Mənasız, başsız döyüşdü. Arada cavan‐cavan igidləri xu‐

duruca  ölümə  göndərirlər.  Belə  çox  çəkə  bilməz,  uduzacağıq  – 

dedim. 


–  Mən  də  atana  onu  deyirəm,  neçə  ki  vaxt  və  imkan  var, 

şey‐şüyünüzü toparlayıb bir çarə fikirləşməyin vaxtıdır. Vallah, 

bir  də  görəcəksiniz  ki,  erməni  qapını  kəsdiribdir.  Axı  birinci 

dəfə  deyil  ki,  bunların  qanının  coşduğu,  gözlərini  qan  örtdü‐

yü... Anam heç sizə danışmamışdımı erməni‐müsəlman davala‐

rı haqqında, adamların başına nə müsibətlər açırmışlar? Yoxsa, 

vətən  elə  gəldi,  belə  getdi..!  Vətən  təkcə  sənin,  sənin  oğlunun 

öhdəsinəmi qalıb? 

Atam dilləndi: 

– Onunku getməsin, mənimki getməsin, bəs necə olsun bu 

yazıq torpaq? 

– Qoy onu bu torpağın qanını gənə kimi sümürüb əmən şə‐

rəfsizlər fikirləşsin. Qələt eləmədik ki, bu vətəndə doğulduq. Dün‐

ya siyasətidir və biz bu oyunu oynasaq batacağıq. Bizi müharibəyə 

çəkiblər, kişi, lap arını şirəyə çəkən kimi. Bu müharibədə Azərbay‐

canın maraqları ən axırıncıdır. Dünya yenidən bölüşdürülür, Ağa! 

Əsas, bu bulanıq sudan sağ çıxmaqdı. Başınıza bir çarə qılın. 

– Nə deyim vallah, ay Rəhim, sən deyən də düzdü. Amma 

doğulduğun, ömür sürdüyün torpaqdan ayrı qalmaq heç bilir‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə