Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə36/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   32   33   34   35   36   37   38   39   ...   144

113 

 

Rəhim gözlərini xəstəyə zilləyib yanında oturmuşdu. Ana‐



sının  əlini  ovcundan  buraxmırdı.  Xəstə,  gözlərini  tavana  zillə‐

yib  məlul‐məlul  bir  nöqtəyə  baxırdı.  Televizorun  səsi  tamam 

alınmışdı,  həkim  tapşırmışdı  ki,  –  “Xəstənin  yanında  çox 

səs‐küy  salmayın”.  Televizorda  aşıq  konserti  verirdilər.  Durna 

nənə  gözlərini  döndərərək  televizora  tərəf  “boylandı”,  əliylə  – 

“Televizorun  səsini  verin”,  –  işarə  elədi.  Rəhim  doluxsunmuş‐

du,  Familə  isə  1‐2  gündən  sonra  dünyasını  dəyişəcək  Durna 

nənənin  çöhrəsini  yaddaşında  əbədi  saxlamaq  üçün  gözlərini 

ona zilləmiş, göz yaşlarını saxlaya bilmirdi. “Bir az da...” – xəstə 

əliylə  işarə  elədi.  Aşıq  Ədalət  yanağını  sazın  üstünə  qoyub 

“Sarıtel”i “ağlayırdı”, otağı saz havası başına götürmüşdü. Dur‐

na nənə əliylə yüngülcə – “Oynayın” – işarəsi verdi.  Bu hava,  

onun ən sevdiyi saz havası  idi.  Hər üçü  mat‐məəttəl bir birinə 

baxırdı.  “Oynayın!”  –  bir  də  işarə  elədi.  Rəhim  göz  yaşları  ya‐

naqlarına süzülə‐süzülə  əllərini havaya qaldırdı. Sifətinə gülüş 

ifadəsi verərək ürəyinin içinə hönkürdü. Göz yaşları bıldır‐bıldır 

yanaqlarından süzülürdü. Ağəli başını əlləri arasına alıb gözlə‐

rini  dünyanın  sanki  dibinə  zilləmişdi.  Hərdən  ürəyini  boğan 

göynərtidən sinəsini gərirdi. Familənin sinəsi qalxıb enir, hıçqı‐

rıqlarını  gizlətmək  üçün  ağzını  yaşmağıyla  ortmüşdü.  Rəhim 

isə  musiqinin  avazına  uyub  oynamaqda  davam  edir,  zarımaq‐

dan sifəti eybəcərləşmişdi. Burnundan və ağzından axan seliyə 

fikir  vermirdi.  Rəhim,  onu  böyüdüb  boya‐başa  çatdıran  anası‐

nın  keçmiş  günlərini  xatırlayaraq  dərvişlərin  səmavi  rəqslərin‐

dəki  kimi  fırlanırdı,  sanki  onun  ruhu  özündən  uçmuşdu.  Aşıq 

mahnını bitirdi, Durna nənə indi də, – “Səsini alın”, – işarəsini 

verdi. Familə televizorun səsini kəsdi. Hər üçünü yaxına çağır‐

dı, özünü toparlayıb aydın və səlis danışa bilmək üçün son gü‐

cünü  topladı.  Durna  nənə  xırıltılı,  asta,  zədəli  sözlərlə  son  və‐

siyyətini etməyə hazırlaşırdı: 




114 

 

– Sö‐zü‐mü  kəsmə‐yin, diqqətlə  qulaq asın və dediklərimi 



çalışıb edin. Bütün ömrümü Allahıma və övladıma həsr eləmi‐

şəm.  İndi  hiss  edirəm  ki,  ömrüm  sona  çatır.  Bu,  nə  vaxtsa  ol‐

malıydı, görünür indiyə məsləhət bilib yaradanım. Qorxmuram 

öl‐mək‐dən,  hamımız  öləcəyik.  Oğul,  yanıma  üzüqara  gəlmə. 

Ailənlə yaxşı dolan, övladlarını oxut. Südümü, zəhmətimi sənə 

halal eliyirəm, sən də zəhmətini halal elə. Ağa, çox yaxşı adam‐

san,  səni  övladım  qədər  sevmişəm,  əziyyətimi  çox  çəkmisən, 

çörəyini yemişəm, halallığını ver... Dünya gözəli, qulaq dostum 

Familə balamın qəlbini çox qırmısan, könlünü al, onu qoru, in‐

citmə... Familə qızım, Fərhad balam sənə əmanət. Axı niyə gəl‐

mədi  mənim  balam?  –  gözləri  yaşardı,  qəhər  boğazına  doldu, 

bir müddət danışa bilmədi. 

– ...Familə, sənə verdiyim boxçada pul var. Fərhadın mənə 

verdiyi  aylıqlar,  bir  də  pensiyamdan  qısıb  saxladıqlarımdır.  O 

pula,  balamın  arvadı  üçün  nişan  üzüyü    alarsınız.  Rəhim,  çox 

istərdim  ki,  Dilbər  Fərhada  ərə  getsin.  Amma,  arvadını  buna 

məcbur edə bilmərəm. Heyvanlarımı satıb Dilbəri məktəbə qo‐

yarsan. Familə, Allah canımı tez alsın ki, sənə çox yük olmayım, 

bax mən də anamın altını beləcə təmizləyirdim... Fərhadsız ölü‐

müm ağır olacaq, axtarın gəlsin, son dəfə balamın qoxusunu al‐

maq istəyirəm... Məni anamın yanında basdırarsınız... Buraların 

axırı yoxdu, özünüzə ermənidən uzaqda yer seçin, köçün bura‐

lardan, qoy gələcəkdə uşaqlarınız bir daha əziyyət çəkməsin... 

Ağəli sinəsinin ağrısına dözə bilmirdi, həyətə çıxdı. Çalğunu 

əlinə alıb tövlənin həyətini süpürməyə girişdi. Qurumuş qığ, mal 

peyinini  süpürdükcə  içini  boğan  qəhəri  doğan  qadınlar  kimi 

gücənərək  hıqqınıb  çıxarmaq  istəyir,  dolmuş  gözlərini  silir,  ki‐

minsə  görüb‐görmədiyini  yoxlamaq  üçün  hərdən  ətrafa  boyla‐

nırdı.  “Tanrım,  mənə  bala  dağı  göstərmə,  canımı  tez  al,  məni 

başqasının  evinə  sığınmaqdan,  əlinə  baxmaqdan  qoru,  el‐oba 




115 

 

içində başıaşağı eləmə”– ürəyində yalvarır, nəyəsə qərar vermə‐



yə çətinlik çəkirdi, – “Arvadın belə olmağı işləri lap bədləşdirdi, 

indi  neyləyim,  buralardan  gedimmi,  bəlkə  təkcə  paltar‐palazı 

göndərim  getsin,  qaçaqaç  düşəndə  də  hamı  kimi  boxçamızı  gö‐

türüb çıxarıq... Yox, mən birinci çıxa bilmərəm, eldən ayıbdı...”. 

Familə eşiyə çıxıb hövlnak çığırdı: 

– Ağa, tez ol halı xarablaşdı, tələs! 

Durna nənə yerində qıvrılırdı. Boğazına yığılmış seliyi nə 

udquna  bilir,  nə  də  qaytara  bilirdi  –  xırıldayır,  boğulur,  göz‐

ləri az qala hədəqəsindən çıxırdı. Rəhim – “Ana.., ana.., can.., 

canım anaaaaa....!!” – deyə hönkürür, əlacsız qalıb anasının bir 

dəri‐bir sümük qalmış əllərini ovxalayırdı. Ağəli yenə telefona 

cumub  güc  bəla  ilə  xəstəxanaya  zəng  vurdu.  Bir  saata  həkim 

gəlib çıxdı. Udlağına yığılmış seliyi çəkib təmizlədi. Xəstə özü‐

nə  gəldi,  tənəffüsü  xeyli  normallaşdı.  İlk  sualı  –  “Fərhad  gəl‐

dimi?”– oldu. 

Rəhim  anasının  yanında  oturmuş,  gözlərini  yatmış  anası‐

nın  sifətinə  zilləyib  durmuşdu.  Anası  ilə  bağlı  xatirələri  kino 

lenti  kimi  gözlərinin  qabağından  keçirdi.  Fikirləşdikcə  gözün‐

dən  yaş  gilələri  yanaqlarından  süzülüb  dodaqlarının  yanından 

ağzına  dolurdu.  Durna  gözlərini  açanda  oğlunu  qəmli  gördü, 

içində qürurla fikirləşdi – “Yox, mənim balam məni çox istəyir, 

o mənim biricik oğlumdur, göz yaşlarına qurban olaram, oğul. 

Ananı  itirmək  çox  ağırdı,  mən  bunu  özüm  hələ  də  unutmamı‐

şam”, – özü də doluxsunmuşdu. 

– Qorxursan, oğul? – Rəhimi xəyalından ayırdı – Güclü ol, 

yaranan  bir  gün  öləcək.  Keçilməsi  ən  çətin  olan  yol,  ölümdür. 

Əgər  Allah  adamısansa  bu  yolu  keçmək  asan  olur.  Şükür  ki, 

bağışlanmayacaq  günahım  yadıma  gəlmir...  Bilirsən  kim  yadı‐

ma düşüb? Reyhanı xatırlayırsanmı..? 

– Dəli Reyhanı? – Rəhim acza gülümsündü – o hardan ağ‐

lına gəldi? 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə