Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə34/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   30   31   32   33   34   35   36   37   ...   144

107 

 

–  Kəs  səsini,  köpəyin  qızı!  Dədən  səni  yesin!  Get  əyninə 



abırlı  paltar  gey!  Sən  də  ərə  getməli  yekə  qızsan,  xalxın  uşaq‐

larından  ayıbdı,  görüb‐eliyən  nə  deyər?  –  əlini  saçıma  atanda 

aradan  çıxdım.  “Hətta,  nənəm  də  mənim  yekə  qız  olduğumu 

görür,  bəs  sən  niyə  kor  olmusan,  ay  Fərhad?”  Axşam  bağa 

açılan  pəncərənin  miçətkənini  aşağı  saldım,  lampanı  söndür‐

düm,  çılpaq  bədənimə  gecə  köynəyimi  geyinib  yerimə  uzan‐

dım.  Nənənin  mal‐qarasını  yerbəyer  edən  Fərhadı  gözümün 

önünə gətirərək yorğan üzünü üstümə çəkdim, “onun qoynuna 

girdim”,  xəyallarımda  məni  gözləyənə  doğru  tələsdim.  Artıq 

onu qardaşım kimi deyil, gələcək ərim, yatağımın kişisi kimi se‐

virdim. Bu dünyada yalnız ona məxsus olmağın dəlisiydim. 

 

* * * 


 

Məktəbin  axırıncı  sinfindəydim.  Bütün  sərhədyanı  bölgə‐

lərdə,  o  cümlədən  bizim  rayonda  müharibə  gedirdi.  Valideyn‐

lərimin  israrlarına  baxmayaraq  kəndə  gəldim.  Bu  dəfə  qarda‐

şım Tofiqi də mənə qoşmuşdular. Çox maraqlı idi, uşaqkən mə‐

ni  tək  buraxırdılar,  böyüyəndən  sonra  isə  qardaşımı  yanıma 

qoşurdular. Qayıdanbaş isə nənəmi də Bakıya köçürməliydik. 

Tofiq 7‐də oxuyurdu. Tez‐tez xəstələndiyi üçün təmiz kənd 

havası  alsın  deyə  anam  onun  da  kəndə  gəlməsinə  razılıq 

vermişdi. Tofiq sakit və zəif uşaqdı. Xasiyyətlərimiz bir‐birinin 

tam  ziddiydi.  Tez‐tez  onunla  dalaşardıq.  Yemək  yeməzdi, 

uşaqlarla oynamaqla arası yox idi. Təbiətcə tərkidünya, sakitlik 

və qaranlıq sevəndi. Onun bu cür yetişməsində anam günahkar 

idi. Nənə hər dəfə Tofiqi “fərsiz”, “lodur”, “qız uşağı” adlandı‐

rır, arxasınca anamın ünvanına, – “İfritə, yezidin qızı, gör uşağı 

nə kökdə böyüdüb!” – deyinərdi 

Fərhad Bakıda oxuyur, polisdə işləyir, həm də Qarabağ dö‐

yüşlərində  iştirak  edirdi.  Fərhadsız  buralar  olduqca  maraqsız 




108 

 

və sönük idi. On gündən artıq qala bilmədik. Kənd öz marağını, 



sakitliyini itirmişdi. Bir tərəfdən də kəndin məktəbli oğlanları – 

yaşıdlarım  mənə  dinclik  vermir,  söz  atırdılar.  Nədənsə,  kənd 

oğlanlarının  şəhərdən  gəlmiş  qızlara  münasibəti  normal  ol‐

murdu.  Daima,  –  “Şəhərlisənsə,  deməli  səni  “bişirmək”  asan‐

dır” – münasibəti olub kənd oğlanlarının beynində şəhər qızla‐

rına  qarşı.  Amma  qızlarına  söz  ola  bilməz,  olduqca  etibarlı, 

mehriban  rəfiqələrdir.  Mən  Fərhadın  müdafiəsindən  uzaqda 

qaldığıma  heyfsilənirdim,  –  “Kaş  Fərhad  burda  olaydı,  onda 

görərdiniz sizin burnunuzun payını necə verir” – fikirləşirdim. 

Nənənin  bütün  yükü  Ağəli  əminin  çiyinlərində  qalmışdı. 

Arvad,  Fərhadsız  özünə  yer  tapa  bilmirdi.  Çox  hövsələsiz 

olmuşdu.  Fikri‐zikri  onun  yanında  qalmışdı,  havalanmışdı  elə 

bil. “Allah, sən özün balamı qoru” – yalvarışı, duaları dilindən 

düşmürdü.  Ağəli əmidən  xəlvəti  xahiş  eləmişdi  ki,  heyvan‐

larını satsın. Birinci erməni‐müsəlman davasını hələ uşaq   yaş‐

larından  gördüyü  üçün,  çox  çək‐çevirdən  sonra  hər  şeyi  satıb 

Bakıya  –  bizə  köçməyə  candərdi  razılıq  vermişdi.  Amma,  əs‐

lində susmuş, nə “hə”, nə də “yox” demişdi – Fərhadın gəlişini, 

onun qərarını gözləyirdi. 

Top‐raket  mərmiləri  qənşərdəki  dağların  zirvələrinədək 

düşməyə  başlamışdı.  Gündə  bir‐birindən  bəd  xəbərlər  gəlirdi. 

Durna  nənə  özünə  gündəlik  lazım  olan  əşyalardan  başqa  hər 

şeyi  Ağəli  əmigilə  vermişdi.  Ağa  əmi  isə  özlərinin  və  nənənin 

əşyalarını  birlikdə  həyətlərindəki  qurumuş  su  quyusuna  salla‐

mış,  ağzını  iri  maşın  təkəriylə  örtüb  torpaqlamışdı.  Hər  ehti‐

mala  qarşı  əl  boxçasını  və  sənədləri  Familə  xalaya  saxlamağa 

vermişdi.  Gecənin  bir  aləmi  avtomat  silahla  göydə  partladılan 

“Kristall” raketinin alovu ətrafı işıqlandırdı. “Görəsən kim kimi 

vurdu?”  sualı  ilə  vurnuxub  qalmışdıq.  Həmin  gecə  güclü  atış‐

ma olmuşdu, artilleriyanın səsi yuxarı kəndlərdən dərəboyu ya‐

yılırdı.  Nənə  səhərədək  yatmamışdı,  bizə  bir  şey  olacağından 



109 

 

qorxurdu.  Səhər  açılar‐açılmaz  ilk  avtobusla  bizi  Bakıya  yola 



salmışdı  –  “Siz  gedin,  mən  də  sabah  gələrəm.  Atanıza  deyin, 

sabah  avtobusun  qabağına  çıxıb  məni  qarşılasın”  –  demişdi. 

Avtobus  ağzına  qədər  təpiliydi.  Oturacaqların  arasındakı  ke‐

çiddə  ayaqüstə  durmağa  da  yer  yox  idi.  Sərnişinlərin  demək 

olar  ki,  hamısı  yaşlı  qadınlar,  ağsaqqal  qocalar  və  uşaqlar  idi. 

Oturanlar növbə ilə ayaqüstə duranları əvəz edirdi. Uşaq oldu‐

ğumuza görə bizi çox ayaqüstə saxlamırdılar. 

Oktyabrın  3‐ü  Durna  nənə  görür  ki,  maşınlar  dalbadal 

düzülüb sərhəddə tərəf üz tutublar. 

–  Ay  Familə,  yenə  nəsə  olub,  camaat  Bakı  tərəfə  getmək‐

dən, Qafana sarı qaçırlar! – Familə xalanı da səsləyib yola çıxır. 

Yük maşınlarının kuzovu silahlı, əliyalın adamlarla doluymuş. 

Hər  maşına  səslənir,  –  “Ay  bala,  ay  oğul,  nolubdu,  hara  ge‐

dirsiniz belə?!”– deyə özünü karvanın qabağına atırmış. Qonşu‐

muz  Asif  də  öz  QAZ‐53‐ü  ilə  10‐15  nəfər  adamı  götürüb  kar‐

vana qoşulur. Özünü QAZ‐53‐ün qabağına ataraq – “Asif, qur‐

ban olum, bu camaat erməni tərəfə hara gedir, dəli olub bunlar, 

nədi?!” – soruşur. Asif, – “Əliyarı öldürüblər!” – deyir. 

Durna  nənənin  başına  elə  bil  göydən  yekə  bir  daş  düşür. 

Əvvəlcə səndirləyir, sonra dizlərini idarə edə bilməyib yerində 

burulur,  ağır  bədəni  ilə  arxasıüstə  asfalta  yıxılır.  Zərbədən  hu‐

şunu  itirir.  Familə  xala  haray‐həşir  salır,  Asifin  yük  maşının‐

dakı adamlar düşərək onu qucaqlarında Ağəli əmigilə aparırlar. 

Arvad dinməzcə gözünü bir nöqtəyə zilləyib baxır, nə eşidir, nə 

də danışa bilir, səsə hay vermir... 

Ağəli əminin dalınca kövşənə adam yollayırlar. Bir qədər‐

dən sonra Ağəli əmi gəlib çıxır və son günlər düz əməlli işlədi‐

yini  görmədiyimiz  telefonun  yan  çarxını  fasiləsiz  fırladıb  mər‐

kəzi  rayon  xəstəxanasını  yığır.  “Alo,  alo..,  ...alo,  kamutator, 

alooo..,  qızım,  alo..,  kamutator  təcili  xəstəxananı  calayın,  təcili 

birləşdirin, çox vacibdir, ağır xəstə var..., Allah köməyin olsun, 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə