Sevginin dadı (roman)



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə32/144
tarix21.06.2018
ölçüsü2,71 Mb.
#50584
1   ...   28   29   30   31   32   33   34   35   ...   144

101 

 

zığı  gəlir.  Onların  ikisini  də  götürüb  evlərinə  aparır...  Bu  oğ‐



lanın adı elə səninki kimi Fərhad imış. Fərhadın ailəsi hər gün 

bala  durnanı  yemləyir,  böyüdürlər.  Bir  qədər  sonra  ana  durna 

aldığı  yaradan  ölür...  Balaca  durna  o  qədər  gözəlmiş  ki,  adam 

baxdıqca baxmaq istəyirmiş... 

–  Buy  səni  vurğun  təpəndən  vurmasın,  yenə  üstümə  işə‐

din!? Dur, dur ayağa döşəyi çevirim..! Səni oğlan ölmə elə. Yekə 

eşşəyin tayıdı, bunun çıxartdığı həkətə baxırsanmı sən Allah... 

Nənəmin  ikinci  nağılını  axıradək  dinləməyə  heç  vaxt  gü‐

cüm çatmazdı – şirin yuxuya gedərdim və yuxuda bu nağılların 

baş  qəhrəmanı  olardım.  Yenə  yuxuda  nənəmin  yerinə  işəmiş‐

dim... 

 

 



Dilbər: 

 

Fərhadı  həmişə  doğma  qardaşım  bilmişəm.  Onu  cırnat‐



mağı  çox  sevirdim.  Ancaq  bir  gün  gözlənilmədən  aramızdan 

sirli pərdə asıldı. 

...Fərhadgilə  getmişdim  –  ot  gətirmək  üçün  bağa  birlikdə 

getməliydik  onunla.  Familə  xala  dedi  ki,  –  “Çoxdan  gedib  ba‐

ğa”. “Axı birlikdə gedəsiydik...” – dedim. “Nə bilim, yəqin hu‐

şundan çıxıbsan”, – Familə xala dedi. Bağa tək yollandım. Bağın 

yolağası açıq idi və Fərhad bağda görünmürdü. “Yəqin dincəlir, 

indi onun başına bir oyun açım ki...” – xəlvətcə ona yaxınlaşıb 

qorxutmaq  istəyirdim.  Həmişə  dincəldiyi  qoşa  heyva  ağacları‐

nın  yanına  iməklədim.  Yanaşı  əkilmiş  heyva  ağaclarının  çətiri, 

dibinə gün işığı düşməyə imkan vermirdi. Ətrafı isə sıx və hün‐

dür kalış, gəndalaşla əhatələnmişdi. Elə, “pıxk!” edib onu hür‐

kütmək  istəyirdim  ki,  gördüyüm  mənzərədən  dilim  ağzımda 

quruyub qaldı. Fərhad şalvarını dizədək aşağı çəkib alətiylə oy‐

nayırdı.  Belə  səhnəni  ilk  dəfə  idi  görürdüm.  Bədənini  qəfildən 



102 

 

qaytan  kimi  gərib  zarıyıb‐ufuldayanda,  sifətinin  əzabla  əzilib‐ 



büzüldüyünü görəndə qorxudan bilmədim neyləyim – onu lağa 

qoyub  gülümmü,  ya  qaçıb  gizlənimmi.  Ancaq  ayıb  olacağını, 

utanacağını ağlıma gətirdim və xəlvətcə bağın digər tərəfinə çə‐

kildim.  Gördüyümdən  özüm  utanırdım  və  ağlayırdım.  O  gün‐

dən  sonra  Fərhaddan    çəkinirdim  –  o  artıq  gözümdə  xeyli  də‐

yişmiş  və  böyümüş,  bir  az  qorxmağa  başladığım  biriydi.  Hər 

dəfə  köynəyini  soyunub  kərəntiylə  ot  biçəndə  açıq  sinəsində 

yenicə çıxmağa başlayan tüklərinə, baldırlarına, biləyinin möh‐

kəm əzələlərinə indi əvvəlki gözlə baxa bilmirdim. Ona toxun‐

maq üçün bəhanələr axtarırdım. Tərinin qoxusu, günəşdən qa‐

ralmış  əzələli  biləyi  də  əvvəlkindən  fərqliydi.  Onun  zəhmət‐

keşliyi, sadəliyi,  bütün  bicliklərdən  uzaq  olması,  hər ağır işin 

altına “uf” demədən girməsi, üzüyola olması indi onu gözüm‐

də başqa bir qəhrəmana çevirmişdi. Məni qoruyacaq mələk san‐

mağa  başlamışdım  onu.  Dayanmadan  gərgin  işləyərkən  onun 

qarın  və  kürək  əzələlərinə  göz  qoyar,  –  “Çox  yaraşıqlıdır  və 

güclü oğlandır” – fərəh və həsədlə düşünərdim. İndi ona “Qa‐

qaş”  deməyə  utanırdım.  O,  öz  bic  əməliylə  aramızda  dərin  bir 

uçurum yaratmışdı. 

Mənə  diqqət  ayırmadığından  hirslənməyə  başlamışdım. 

Başımı  itirmişdim,  özümə  yer  tapa  bilmirdim.  Guya  gilas  ye‐

mək istədiyim üçün ağaca “dırmanırdım” – onu işindən ayırım 

deyə. İşini tullayıb ağaca çıxar, balaca vedrəni gilasla doldurub 

mənim qabağıma qoyub yenidən işinin başına qayıdardı. Məni 

körpə uşaq kimi yanına alıb hər yerə aparır, həmişə də mənimlə 

uşaq kimi davranardı. Bu da məni hövsələdən çıxarırdı. İstəyir‐

dim  ki,  mənə  qarşı  daha  diqqətli  olsun,  vaxtının  çoxunu  mənə 

sərf  eləsin,  mənim  də  böyüdüyümü  anlasın.    Amma,  nə  qədər 

çalışsam da onun gözündə böyüyə bilmirdim... 

Nənə  həmişə  deyərdi  ki,  –  “Əgər  Fərhad  olmasaydı,  mən 

tənhalıqdan ölərdim. Yazıq uşaq həm özlərinin, həm də mənim 



103 

 

ev‐eşik,  bağ‐bağat,  mal‐tövlə,  ot‐əncər  işlərimi  görür.  Dədən 



yönlü‐başlı  bir  oğul  əkmədi  ki,  gələ  qala  nənəsinin  yanında  – 

həm mənə baxa, həm də bütün malım‐mülküm ona qala”. Nə‐

nəmin, Fərhadı məndən çox istəməsinə də qısqanırdım indi... 

Yenə yay tətilinə kəndə gəlmişdim. “Ceyran”a ot yükləyib, 

məni  da  ot  bağlarının  arasına  qoymuşdu.  Eşşəyin  üstündə 

yırğalana‐yırğalana  gedir,  əlində  çatı  qabaqda  gedən  Fərhadı 

diqqətlə izləyirdim. Qoluqısa köynəyini öndən düyünləmişdi – 

azca  tüklənmiş  göbəyi  açıqda  idi.  Şalvarının  islanmış  balağını 

dizəcən  çırmalamışdı.  Baldırlarının  tükləndiyinə  indi  fikir 

verirdim.  Fürsəti  əldən  vermək  istəmirdim.  Qaş  qaralmışdı  və 

üzümün qızaracağını görməyəcəkdi. Odur ki, qəfildən: 

– Qaqaş, heç istədiyin qız var? – deyə soruşdum. 

– Ay qız, sənin nə başın çıxır qız istəmək nədi? Bir də ki, nə 

işinə qalıb? 

–  Niyə  çıxmır  ki,  nə  vaxta  qədər  məni  uşaq  yerinə qo‐

yacaqsan?  Guya  görmürəm  Əsli  ilə  necə  söhbətləşirsiniz? 

Onunla evlənəcəksən? 

– Nə evlənmək, nə qız istəmək, ay təpəl keçi? Evlənən vax‐

tımdı? Uşaqsan, uşaq qələtini elə, cəhrə kimi cırıldama. 

– Səni bilmirəm, ancaq mənim ərə gedən vaxtımdı. Adaxlı‐

larım elçi düşəcək qapımıza... – güldü və uzun civir çubuğuyla 

astaca  başıma  vurdu,  –  Sənin  burnunun  fırtılığı    hələ  quruma‐

yıb, ağzından da süd iyi gəlir. Ərə gedənə bir bax... – dedi. 

Hirsimdən  otu  yolmacladım.  Hətta,  evə  çatanda  nənəmə 

rişxəndlə demişdi  ki, – “Nənəsi, gələn il dəli keçimizin ərə ge‐

dən  vaxtıdır,  cer‐cehizini  hazırlamısanmı?”.  Xəbərçiliyinə  görə 

iki gün Fərhadı dindirmədim. 

Yerə‐göyə sığmırdım – yekəldiyimi min cür bəhanəylə Fər‐

hada  sübut  etmək  istəyirdim.  Soruşsanız  ki,  –  “Fərhada  aşiq 

olmuşdun?”,  –  vallah,  “yox”  deyərəm.  Sadəcə,  istəyirdim  ki, 

Fərhadı əvvəlki kimi öz qardaşım qədər istəyə bilim, yenə  qay‐



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə