OĞLAN
(Sevgilimin dilind
ən)
Bu n
ə işdir, sən tutursan,
İnsaf elə, dayan, oğlan.
Ya keflis
ən, ya yuxulu,
Aç gözünü,
oyan, oğlan.
Qulaqlarım qalıb səsdə,
Göz tikir
əm yolun üstə,
H
əsrətindən oldum xəstə,
D
ərdim sənə bəyan, oğlan.
İşarənin çoxu himdir,
Him eyl
əmə, açıq dindir,
Soruşanda dostun kimdir?
M
əni əvvəl sayan oğlan.
Əfqan ağlar zarı-zarı,
Dünyanın yox etibarı,
S
ən sözündə düz ol barı,
Saf eşqimi duyan oğlan.
1961
MƏNİ
Bir sevday
ə düşmüşəm ki,
M
əhbus edib teldə məni.
Hansı yerdən evə gəlsəm,
O gözl
əyir yolda məni.
~
41
~
O
, oduma şamtək yanır,
H
əsrətimdən alovlanır,
X
əlvətdə qul tək dayanır,
B
əyənməyir dildə məni.
H
əsrətindən düşüb oda,
Cavan ömrü verdim bada,
D
ərd əlindən gəldim dada,
T
ənə edir el də məni.
12.01.1963
EY DAŞ
Ey daş, qəmli baxışların,
Bils
ən nələr dedi mənə?
Ömründ
ə bir dəfə gülən,
H
ər vaxt mələr, dedi mənə.
Dedi, bir vaxt m
ən cavandım,
S
əntək qəmli dolanardım,
Çox t
ələsmə, səbr et bir az,
Üzün gül
ər, dedi mənə.
Dedi, miskin, oyanginan,
Şəfəqlərə boylanginan,
Ey
Əfqani, dayanginan,
Köm
ək gələr, dedi mənə.
1947
~
42
~
QURBANDIR
Ey taz
ə cavan dilbər,
Al
əm sənə heyrandır.
Ey başımıza sərvər,
Qurban s
ənə bu candır,
Canlar s
ənə qurbandır.
S
ənsiz yox olur karım,
H
əm dövləti-varım,
Ey ruhi-v
əfadarım,
S
ənsiz ürəyim qandır,
Canlar s
ənə qurbandır.
Dün s
ən ki, qanad verdin,
Sandım ki, imdad verdin,
Canıma həyat verdin,
Qurban s
ənə Əfqandır,
Canlar s
ənə qurbandır.
DEYİLMİSƏN?
Ömrümüzün v
əfasından,
Yalan dünya deyilmis
ən?
İrişməz heç biri qandan,
Ziyan dünya deyilmis
ən?
Çatıbdır aləmə təmrin,
Keçir qafill
ərdə əmrin,
Günü-gün
azalır ömrün,
Yalan dünya deyilmis
ən?
~
43
~
Düz atdın sehrilə kəndün,
Ed
ərsən hər kəsə fəndün,
Bu möhl
ət yara kəməndün,
Salan dünya deyilmis
ən?
Bu x
əlqi aldadan sözə,
Tök
ərsən torpağı gözə,
İçi xain, gülən üzə,
Uman dünya deyilmis
ən?
Ged
ərsən hər ziyan izə,
Uyub qafil dey
ən sözə,
G
ədanı şah edib bizə,
S
əran dünya deyilmisən?
Yürü, ey biv
əfa, yürü,
Qırmırsan köhnə zənciri,
Neç
ə belə köçdən geri,
Qalan dünya deyilmis
ən?
Buna,
ey canım, aldanma,
Bunun var- dövl
ətin sanma,
Bunun şuğlinə aldanma,
Dana dünya deyilmis
ən?
Veribs
ən Əhmədə meyli,
Bu dünya şuğlinə xeyli,
Axıdan gözlərdən seyli,
Viran dünya deyilmis
ən?
~
44
~
QOŞMALAR
~
45
~
QARA GÖZLƏR
Ey loğman baxışlı, dərya kamallı,
Söyl
ə, kimi gözlər o qarə gözlər?
Ey surahi boylu, gün
əş camallı,
N
ədəndir olubdur avarə gözlər?
Söyl
ə, kimi gözlər o qarə gözlər?
Qaşların cəllad tək alır canımı,
Kipriyin ox kimi tökür qanımı,
Göz yaşım çay misal tutub yanımı,
Hayıf ki, etməyir bir çarə gözlər?
N
ədəndir olubdur avarə gözlər?
Könül arzulayır qucsun belini,
Sorsun dodağını, əmsin dilini,
Öpsün gül üzünü, hörsün telini,
Neçin düz çıxmayır ilqarə gözlər,
N
ədəndir etməyir bir çarə gözlər?
Mail
əm üzündə həbəşi xalə,
Çoxların batırıb dövrü məlalə,
Əfqani istəyir yetsin vüsalə,
Hayıf ki, etməyir bir çarə gözlər,
N
ədən düz çıxmayır ilqarə gözlər?
1954
~
46
~
Dostları ilə paylaş: |