SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ƏHMƏD CƏFƏRZADƏNİN  
ŞEİRLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

34 

 


 
 
 
 
 
 
 
 
 
 
 
 
Əhməd Cəfərzadə həm də gözəl şair idi. Həm klassik, 
h
əm də xalq şeiri üslubunda şeirlər yazmışdır. Yuxarıda qeyd 
etdiyimiz  kimi,  şairin  şeirlərinin mövzusunu  haqsızlığa,  xal-
qa,  camaata  qarşı  zülm  edənlərə, hətta dövlət  başçısına  – 
Stalin
ə  (Yusifə)  etiraz,  Şirvanın  füsunkar  təbiəti,  başı  qarlı 
uca  dağları,  laləli-nərgizli  yaylaqları,  nur  çeşməli  bulaqları, 
şır-şır  axan  çaylarının  zümzüməsinin vəsfi,  əmək 
adamlarının  hünərlinin, saf, pak məhəbbətin tərənnümü 
t
əşkil edir. Şair şeirlərini Əhməd, Kərbəlayi, Əfqan, Əfqani, 
Miskin Əfqan və s. təxəllüslərlə yazmışdır.   
 
 
 
 
 
 
 
 
 
 
 

35 

 


 
 
 
 
 
 
 
GƏRAYLILAR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

36 

 


QARA BAXTIM 
 
N
ə müddətdir bu qəflətdən, 
Oyanmırsan, qara baxtım. 
Ç
əkdirdiyin əziyyətdən, 
Usanmırsan, qara baxtım. 
 
Atmısan ummani-qəmə, 
Gülünc etmis
ən aləmə. 
M
əni dərdə salıb yenə, 
Dayanmırsan, qara baxtım. 
 
Axıtdın seltək qanımı, 
Üzmüs
ən cavan canımı, 
Almısan adu sanımı, 
Ut
anmırsan, qara baxtım. 
 
Yaşayıram zəhmət ilə, 
Ç
ətinliklə, zillət ilə, 
S
əbəb nədir Əhməd ilə, 
Dolanmırsan, qara baxtım? 
 
1948 
 
ZİNDANDA  
 
Adam dostun v
əfa qəsdin, 
Bil
ər zindanda, zindanda. 
Tök
ər şur ilə göz yaşın, 
Sil
ər zindanda, zindanda. 
 
Soyuq kül
ək əsən zaman, 
Yavru quşlar susan zaman

37 

 


Qalın meşə kəsən zaman, 
M
ələr zindanda, zindanda.  
 
X
əyal etməz nədir şadlıq, 
Gör
ər min fitnə, fəttadlıq, 
Sızıldar, bircə azadlıq, 
Dil
ər zindanda, zindanda. 
 
Kimi d
ərdi-dilin anlar, 
Kimi pis niyy
ətdə yanlar, 
Kimi t
ən eyləyib danlar, 
Gül
ər zindanda, zindanda. 
 
Axar s
əhralərə qanı, 
Gün günd
ən gedər canı, 
Qalıb zillətdə Əfqani_,_Öl_ər_zindanda,_zindanda.___1954__BİZ'>Əfqani
Öl
ər zindanda, zindanda. 
 
1954 
 
BİZ  
 
(Tutulmağına bais olan şeirlərdən) 
 
Tapdanırıq hər zaman
Ayaqlarda nalıq biz. 
Yoxdur hüquq dill
ənək, 
El
ə bil ki, lalıq biz. 
 
Yağı ölməmiş durur, 
Günd
ə bir hiylə qurur, 
Yet
ən bizdən qan sorur, 
Sanki beç
ə balıq biz. 

38 

 


Qızılgültək solmuşuq, 
Yaman gün
ə qalmışıq, 
Haqsız cəza almışıq, 
Açılmamış falıq biz. 
 
H
ər tərəfə atırlar, 
Canil
ərə qatırlar, 
Gah alıb, gah satırlar, 
T
əpik atmaz malıq biz. 
 
Ağlayırıq, gülmürük, 
Üzülürük, ölmürük, 
Mübariz
ə bilmirik, 
Quru qilü qalıq biz. 
 
Bağlı qalır qolumuz, 
Dumanlıdır yolumuz, 
Dumandı sağ-solumuz, 
D
əryadakı salıq biz. 
 
Yet
ər artıq əziyyət, 
D
ərdü bəla müsibət
Əfqani, çəkir zillət, 
İndi halbahalıq biz. 
1948 
 
 
DİLBƏR  
 
N
ədən məni hər görəndə, 
Bürünürs
ən şala, Dilbər. 
Q
əfil çıxanda qarşıma, 
Qayıdırsan dala, Dilbər. 

39 

 


Qurban olum göz-
qaşına, 
Günd
ə dolanım başına, 
Gedib dem
ə qardaşına, 
Salma m
əni qana, Dilbər. 
 
S
ənsən aşiqlərin canı, 
Aldın əldən din-imanı, 
Qoysana m
əzlum Əfqanı
Qadan, balan ala, Dilb
ər. 
27.12.1961 
 
SARI BÜLBÜL  
 
X
əzan olmuş bu bağçamda, 
N
ə gəzirsən, sarı bülbül? 
G
əl görünmə gözlərimə, 
Ağlamayım barı, bülbül. 
 
F
ələk soldurdu bağımı, 
X
əzəl etdi yarpağımı, 
Artırdı sinə dağımı, 
Bir çal
madım tarı, bülbül. 
 
Duman almış dörd yanımı, 
Q
əm-qüssə üzmüş canımı, 
Yarım pozub peymanımı, 
Mehman edib sarı, bülbül. 
 
Sızlayır məzlum Əfqanım
Kims
əyə gəlmir gümanım, 
Ölüb-itmir m
ənim canim, 
Yoxmuş qeyrət-arı, bülbül. 
  
 
 
 
 
 
1948 

40 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə