SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə52/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   48   49   50   51   52   53   54   55   56

gönd
ərməli? Qanuna görə bəli! Lakin vicdanı olan həkim belə 
“qanunlara” baxa bil
ərmi? Əlbəttə, yox! Odur ki, əzizim, “tibb 
m
əntəqəsində”  işləyib  vicdanımızı  ləkələməkdənsə,  meşədə 
işləyib təmiz vicdanla gəzirik.  
M
ən etiraz etdim: 
– 
Axı  indi  orada  tibb  elmindən  başı  çıxmayan  adamlar 
işləyir. Siz buna necə baxırsınız? – dedim. 
Professor azacıq gülümsünüb: 
– 
Qardaş, – dedi, - biz meşədə də, zonada da öz yoldaş-
larımıza tibbi yardım göstərməyə hazırıq. Onsuz da köməyimiz 
müayin
ə və məsləhətdən ibarət olur. Dərman isə nə məntəqədə 
var, n
ə də bizdə. Yox, qardaş, mən həkim ola-ola xəstə adamı 
meşəyə göndərə bilmərəm, hər cür xəstəni yalnız kinə, aspirin 
v
ə  bromla müalicə  edə  bilmərəm. Bəzən elə  olur ki, məhbus 
gec
ə  xəstələnir. Səhər onu karserə  salırlar.  Onu  karserdən 
çıxartmağa  ixtiyarım  yoxdursa,  mən nə  həkimiyəm? Yox, 
yaxşısı budur ki, nə gözüm görsün, nə könlüm bulansın.  
H
əbs düşərgəsində bizim şikayət ərizələri vermək hüqu-
qu
muz  da  yox  idi.  Qoca  Əsəd  kişinin  dediyi  kimi  “bizə  nə 
A
llah allahlıq etmirdi, nə bəndəsi bəndəlik”.  
Günl
ər gəlib keçirdi.  
Biz 
yavaş-yavaş  bir-birimizə  isinişir,  çətinliklə  olsa da, 
v
əziyyətə alışırdıq. Qışda havanın temperaturu – 40-dan yuxarı 
olduqda, ad
ətən,  bizi  işə  aparmırdılar.  Bu  zaman  biz  beş-beş, 
on-
on  toplaşır,  bir-birimizin dərdini  soruşur,  müxtəlif mövzu-
larda söhb
ət edirdik. Zaman keçdikcə az savadlı və savadsızlar 
savadlılardan  elm  öyrənməyə,  ziyalılar  elmi  mübahisələr 
etm
əyə başladılar. Ayrı-ayrı baraklarda müxtəlif əcnəbi dilləri 
öyr
ənən “dərnəklər”  ədəbiyyat,  tarix,  coğrafiya,  siyasət, 
inc
əsənət və  s.  “düşərgələri”  əmələ  gəldi. Bu “dərnəklərdə” 
m
əhbuslar müəyyən bir dili mükəmməl şəxslərin rəhbərliyi ilə 
öyr
ənir,  elmin  ayrı-ayrı  sahələrilə  maraqlananlar  ayrı-ayrı 

197 

 


yüks
ək  savadlı  şəxslərin  yanına  toplaşıb  öyrənir və  mübahisə 
edirdil
ər. 
M
ən, təbii ki, ədəbiyyat həvəskarları ilə bir küncə çəkilir-
dim. Burada biz Q
ərb və  Şərqin görkəmli  yazıçılarının  əsər-
l
ərini təhlil edir, ədəbi janr, üslub, forma və s. haqqında danı-
şırdıq.  Bu  qrupda  müxtəlif millətlərdən olan 10-a  qədər  şair, 
nasir v
ə ədəbiyyat həvəskarı var idi. Biz bir-birimizlə rus dilin-
d
ə  danışırdıq.  Başqa  cür  mümkün  də  deyildi. Çünki biz bir-
birimizin dilini bilmirdik. Rus dili bizim üçün bir vasit
əçi, kö-
m
əkçi olmuşdu. Mən Bakıda olanda rus dilini yaxşı bilmirdim. 
İndi isə əməlli-başlı öyrənmişəm. Bu dilin köməyilə nə qədər 
yeni şey öyrənmiş, nə qədər yeni insanlarla tanış olmuşam...  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

198 

 


 
ALTINCI MƏKTUB 
 
Sevimli dostum! 
Bu vaxta q
ədər sənə yazdığım məktublarda mən 1937-ci 
ild
ən ta ki, müharibə başlanana qədər başıma gələn qəziyyələri 
yazmışam,  indi bu məktubumda müharibə  başlanandan  bu 
vaxta kimi günümün nec
ə keçdiyini danışmaq istəyirəm.  
Müharib
ənin başlanması xəbərini mən Yakutstanın şima-
lındakı  həbs  düşərgələrində  olarkən  eşitdim.  Biz,  siyasi  dus-
taqlar, bu x
əbəri ağır bir faciə kimi qəbul etdik. Demək olar ki, 
hamımız  bir  nəfər kimi ərizə  yazıb  könüllü  olaraq  vətənimizi 
müdafi
ə  etmək istədiyimizi bildirdik. Təəssüf ki, bizə  nəinki 
r
ədd  cavabı  verildi,  bizi vətəndaş  saymadıqları  kimi,  vətəni 
müdafi
ə edə biləcək bir insan da hesab etmədilər.  
Ətraf düşərgələrdən isə adi cinayətlər üstündə həbs olun-
muş məhbusları təcili olaraq cəbhəyə göndərilmək şərtilə azad 
edirdil
ər.  
Q
əribədir...  oğru,  quldur,  qatil  və  s. vətəni müdafiəyə 
layiq sayıldığı halda biz layiq olmadıq.  
Müharib
ənin ilk həftələrindən başlayaraq, bizi daha güclü 
mühafiz
ə  dəstəsi qoruyurdu. Nəzarətçilərin rəftarı  son  dərəcə 
dözülm
əz, yeməyimiz isə getdikcə pis olurdu. Əvvəllər gündə 
10  saat  işlədiyimiz halda, indi 11-12 saat, bəzən  daha  artıq 
işləyirdik. Müharibənin gedişi haqqında heç bir şey bilmirdik.  
İllər gəlib keçdi. Bu vaxt ərzində mən Komi MSSR, Ural 
v
ə Cənubi Sibirin həbs düşərgələrində oldum. Bu yerlərdə mən 
h
ərdənbir bir parça kağız tapır, sırıqlımın tikişlərinin arasında 
gizl
ətdiyim kiçik qələmlə  öz son əsərimi  yazırdım. Mən onu 
meşədə  ağac  qıranda,  şaxtada  yer  qazanda,  vaqonda  yol  ge-
d
əndə yazır (düşərgədə bu mümkün deyildi), gizlincə yorğanı-
mın içinə yığırdım. Əgər onu çölə ötürmək mümkün olsaydı... 

199 

 


Ayaz, 
əzizim! Mən həmişə inanmışam və yenə də inanı-
ram ki, xalq bu v
əziyyətdən xəbərsizdir; bir qismi aparılan gu-
rultulu t
əbliğata inanıb bizi həqiqətən düşmən hesab edir, əksə-
riyy
ət isə vəziyyətin son dərəcə gərgin olduğunu görüb susur. 
M
ən bunu artıq bir neçə dəfə hiss etmişəm. Doğrudur, bu 
ill
ər ərzində mən heç bir vətəndaşla üz-üzə söhbət etməmişəm, 
bu mümkün d
ə  deyildir, fəqət,  yatab  aparılarkən və  bu  işə 
ged
ərkən təsadüfən rast gəldiyimiz tək-tük adamlar bizə  necə 
d
ə kədər və təəssüflə baxır. 
Bir hadis
ə heç yadımdan çıxmır. Bizi Komi MSSR-dən 
Urala yatab aparırdılar. Hansısa lap kiçik bir duracağın yanında 
mindiyimiz vaqonun t
əkəri xarab oldu. Bizi heç bir zaman 
xalqa göst
ərməyən,  daima  qapalı  vaqonlarda  gecə  aparan və 
əhali  yaşayan  yerlərdən  xeyli  uzaqda  saxlayan  keşikçilər va-
qonu qatardan açmaq üçün bizi yer
ə  düşürməyə  və  başqa 
vaqonlara mindirm
əyə məcbur oldular. 
Yolun qırağında 2 fəhlə qadın işləyirdi. Onlar bizi görcək 
əllərini işdən çəkib, bellərini düzəltdilər və bizi nəzərdən keçir-
m
əyə  başladılar.  Bu  nəzərlərdə  nə  isə  başqa  bir  şey,  nəzarət-
çil
ərdə olmayan bir şey – bizə qarşı hüsn-rəğbət görünürdü. Bu 
baxışlar sanki səbr etməyə, daha dözümlü, daha iradəli olmağa 
çağırırdı. 
Bu qadınlar, gəmidə gördüyü matros, nəzarətçi və əsgər-
l
ərdən bizimlə  yaxşı  rəftar edənlər, bunlar  hamısı  onu  göstə-
rirdi ki, xalq bizi 
öz düşməni hesab etmir, əksinə, bizim halımı-
za acıyır.  
Bütün bunlar özlüyünd
ə  çox  xırda  şeylər olsa da, lakin 
bizim xalqa v
ə  partiyaya  inamımızın  doğru  olduğunu  sübüt 
edirdi.  
İllər gəlib keçdi. Müharibənin 3 ili keçdi. Ordumuz Av-
ro
paya  girdi. Çoxları, o cümlədən mən də bu ümiddə idik ki, 
müharib
ənin  qurtarması  ilə  əlaqədar olaraq dövlətimiz  əfvi-
ümumi ver
ər, başqaları ilə birlikdə bizi də azad edər. 

200 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə