SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə53/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   48   49   50   51   52   53   54   55   56

T
əəssüf ki, belə olmadı. Nəinki biz buraxılmadıq, əksinə, 
h
əbs düşərgələri yenidən, özü də daha böyük bir sürrətlə dol-
mağa başladı.  
Yeni g
ələn siyasi dustaqların da “cinayəti” təxminən bi-
zimki kimi q
əribə idi. Lakin bunların arasında gənclər daha çox 
idi. Yeni g
əlmiş  siyasi  dustaqların  demək olar ki, əksəriyyəti 
Ukrayna, Belorusiya, Moldaviya, Piribalti
ka  respublikaları  və 
RSFSR-nin q
ərb rayonlarından olub, müharibə dövründə işğal 
olunmuş  zonalarda  yaşayan  yerli  əhalidən ibarət  idi.  İşğal 
dövründ
ə müxtəlif mülki idarələrdə: hesabdar, hakim, müəllim, 
müh
əndis, katib, dilmanc, qarovulçu, dükandar və s. peşələrdə 
işləmişdilər. 
Dig
ər bir qismi zorla polis xidmətinə cəlb olunanlar idi. 
Bütün  bu  şəxslərin demək olar ki, hamısı  imkan  olan  kimi 
partizanlara  qoşulmuş  və  ya  sovet  ordusu  sıralarına  daxil  ol-
muş, müharibənin axırına kimi döyüşlərdə iştirak etmiş, çoxlu 
igidlikl
ər göstərmiş,  əlil  olmuş,  müxtəlif orden və  medallarla 
t
əltif olunmuşdular. 
Bütün bunlar h
əmin şəxslərin istəmədən etmiş olduqları 
x
ətanı müəyyən qədər yüngülləşdirməli idi. Lakin nədənsə, hər 
yerd
ə tiribunallarda bir cür hökm çıxarırdılar – 25 il. 
Başqa  bir  qism  siyasi  məhbuslar-bunlar  əsasən 18-25 
yaşlı gənclər idi – müharibədən sonra heç bir cinayət etmədik-
l
əri halda həbs  olunmuşdular.  Bunları,  əslində  mövcud olma-
yan müxt
əlif antisovet təşkilatlarda  iştirak  etməkdə, müxtəlif 
xarici 
ədəbiyyat oxumaqda, toplanışlar keçirməkdə təqsirləndi-
rirdil
ər. 
H
ərbi  əsirlər  siyasi  dustaqların  içərisində  çoxluq  təşkil 
edirdi. Onların arasında bütün xalqların nümayəndələri var idi. 
Bunların  haqqında  edilən zülm heç yerə-göyə  sığışan  şey 
deyildi.  Əlində  tüfəng vətəni müdafiə  edəsən, sonra  da səni 
“v
ətən xaini” adlandırsınlar. 

201 

 


Q
ərb rayonlarından olan bir sıra məhbusların cinayət işi 
lap gülm
əli  idi.  Onların  1940-cı  ilədək (yəni həmin rayonlar 
SSRİ  tərkibinə  qoşulanadək) maarif, tibb, inzibati və  hərbi 
orqanlarda xidm
ət etdiklərinə görə həbs etmişdilər. 
Yaşlı bir kişi olan Çervak deyirdi: 
– 
Ay canım, axı mən nə biləydim ki, bizim yerlər sovet 
ərazisinə  qoşulacaq.  Həm də  ki, müəllim  harda  işləyir?  –
M
əktəbdə. Mən də  məktəbdə  işləmişəm.  İntəhası,  o zaman 
bizim yerd
ə  başqa  bir  dövlət  quruluşu  var  idi.  Məgər bundan 
öt
əri adamı həbs edərlər? Bizim günahımız nədir? 
Doğrudan  da,  bizim  MVD  və  MQB-nin bu illərdə  həbs 
etdiyi  adamların  demək  olar  ki,  hamısı  vətənə  və  xalqa səda-
q
ətli insanlar olduqlarına görə həmişə ancaq bu sualı verirdilər: 
– 
Bizim günahımız nədir? 
Müharib
ə  qurtarana  yaxın  həbs  düşərgələrində  çoxlu 
dindarlar görünm
əyə başladı. Bunlar siyasi məhbus adlansalar 
da, 
əslində siyasətdən son dərəcə uzaq adamlar idi. Doğrudur, 
bunların  arasında  katolik  kilsəsinə  mənsub olan olduqca 
m
ədəni və  savadlı  adamlar  var  idi. Lakin onlar da siyasətə 
qoşulmurdular. 
Düşərgəyə  qədəm  qoyduqları  ilk  gündən etibarən onlar 
m
əhbusları dini təşkilata “Bratya İeqovı” (İeqov qardaşları) 
t
əşkilatına cəlb etməyə başladılar. 
Bizd
ə heç bir kitab, qəzet və s. olmurdu. Fəqət, bunlar nə 
üsullasa müxt
əlif dini ədəbiyyat və  hətta həmin təşkilatın 
Amerikada n
əşr olunan “Armaqeddon” adlı aylıq məcmuəsini 
d
ə  əldə  edirdilər.  Bunlarda  “İncil”-in demək olar ki, bütün 
dill
ərə tərcüməsi var idi. 
Çoxları kimi mən də uzun illər kitab görmədiyimdən, bu 
m
ətbuatla  maraqlandım.  Aman  dostum!  Bu  “Armaqeddon” 
m
əcmuəsində nələr yazılmır... 
Bu ki, h
əqiqi mənada sosializm quruluşuna zidd olan bir 
şeydir. 

202 

 


Bu t
əşkilatın  üzvləri bir-birinə  qardaş  deyirlər.  Onların 
yegan
ə vasitəsi dini təbliğatdır. Bu şəxslərdən birisi Latış keşişi 
Adonis m
ənimlə  yanaşı  yatırdı.  O,  çox  qoca,  mən isə  xəstə 
olduğumdan bizə 1ay dinclik vermişdilər. Bu 1 ayın ərzində biz 
bekar qalıb xeyli söhbət etdik. Adonis bütün var qüvvəsini sərf 
ed
ərək məni mənsub olduğu dini təşkilata cəlb etməyə çalışırdı. 
Əvvəllər mən buna əhəmiyyət vermirdim. “Qoy nə  deyir, 
desin”  –  dey
ə  düşünürdüm.  Lakin  günlər keçdikcə  onun təb-
liğatı  məni bezikdirməyə,  əsəbləşdirməyə  başladı.  Mən  əvvəl 
n
əzakətlə, bir qədər sonra tündlüklə  və  ən  axırda  kobudluqla 
m
əndən əl çəkməyini xahiş etdim.  
Q
əribədir, bu insanda ən böyük təbliğatçılıq məharəti, nə 
böyük irad
ə  var. Mən hətta  onu  ağır  sözlərlə  təhqir edəndə 
bel
ə, üzündəki mülayimliyi dəyişmir,  dilindəki  şirin  sözlər 
acısı  ilə  əvəz olunmur. Afərin, bax təbliğatçı  belə  lazımdır: 
inandırmağı bacaran, sakit və iradəli. 
                                          *** 
Dostum! M
əktubu qurtarmışdım ki, azərbaycanlı yoldaş-
larımızdan  biri  təsadüfən  düşərgənin içində  öldü.  O,  qapıdakı 
odun q
alağından odun götürmək istərkən iri bir buz parçası gic-
gahına düşür və elə oradaca ölür. 
M
ən bu 9 il ərzində minlərlə yoldaşın öldüyünü görmü-
şəm. Biçarə məhbuslar payız milçəyi kimi hər gün 5-5, 10-10 
qırılırdı. Lakin bu ölüm o birilərindən fərqlidir. 
M
əsələ burasındadır ki, İslam (ölən yoldaşımızın adı belə 
idi) istirah
ət  günü  öldü.  Hamı  düşərgədə  idi. Meyiti gətirib 
baraka qoydular.  
Aradan 5 d
əqiqə  keçməmiş  nəzarətçilər gəlib onu apar-
maq ist
ədilər. Məhbuslar bir-birinin sözünü kəsə-kəsə  xahiş 
etm
əyə başladılar ki, qoy meyiti özümüz basdıraq. Nəzarətçilər 
çox dedil
ər, məhbuslar  az  eşitdilər,  əlacsız  qalan  nəzarətçilər 
r
əisin yanına şikayətə getdilər. 

203 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə