SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə23/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

55 
 
Haşiyə:  Qeyd  etdiyimiz  kimi,  Şamaxı  bu  qırğında  təkcə  övladları, 
istedadlarını 
deyil, 
minlərlə 
sənət 
incilərini, 
əlyazmaları, 
sənədləri, 
qiraətxanalarında,  məktəblərində,  on  üç  məhəllə  məscidində  olan  qədim 
əlyazmaları  və  dini  kitablarını  itirməklə,  neçə-neçə  şair-alim  və  filosofundan  da 
əlini üzdü, onlar haqqında deyiləsi söz qalmadı. Bu itkini isə heç cür, heç vaxt bərp 
etmək mümkün deyildir. 
On  üç  məhəllə  məscidi  əlyazmalarla  birlikdə  yerlə-yeksan  oldu.  Nisbətən 
salamat qalan təkcə Cümə məscidi oldu. 
Şamaxı Cümə məscidi: şamaxı müxtəlif əsrlərin müxtəlif çağlarında bir çox 
müharibə,  basqın  və  zəlzələlərə,  1918-ci  ildə  isə,  daha  dəhşətli  fəlakətə  məruz 
qalmışdır.  Müharibə  və  zəlzələdən  salamat  çıxan  bu  memarlıq  incisi  də,  etnik 
təmizləmə,  azərbaycanlılara  qarşı  Səlib  yürüşü  və  eləcə  də,  kütləvi  qırğınlar 
törədən erməni daşnakları tərəfindən yerlə-yeksan edildi. Elə ixtişaş başlanan kimi 
Cümə  məscidi  Lalayevin  malikanəsindən  top  atəşinə  tutuldu.  Allah  evinə  -  bu 
məscidə pənah gətirənlərə, məscid qarışıq od vurdular. 
Haşiyə:  tarixçilər,  arxeoloqlar  Cümə  məscidi  haqqında  çox  yazmışlar. 
Alimlərin  bir  qrupu  həmin  məscidi  Dərbənddə,  Orta  Asiyada  olan  məscidlərlə 
müqayisə edir və bunların xəlifə “Əbu-Müslümün hakimiyyəti dövrünə, yəni VIII 
əsrə
64
 aid  olduğunu  göstərirlər.  Başqa  qrup  alimlər  isə 
ayrı fikir söyləyirlər. “Cümə məscidi, rəvayətə görə, hələ 
X əsrdə tikilib”.
65
 
XIX  əsrdə  və  1902-ci  ildə  baş  verən  zəlzələ  bu 
dəyərli 
abidəni 
güclü 
təsir 
etmişdir. 
Nəhayət, 
Şamaxılı 
memar 
Zivərbəy 
Əhmədbəyov  və  mülki-mühəndis  İ.K.  Ploşko  tərəfindən 
məscidin  yenidən  bərpa  olunması  üçün  1908-ci  ildə 
layihə  hazırlanmışdır.  Bir  müddət  sonra  məscid  “qədim 
özülü üzərində yeni”dən tikilir. 1918-ci ildə ermənilər bu 
gözəl  memarlıq  abidəsini  yenidən  məhv  edirlər. 
“Məscidin  kitabxanasında  olan  iki  minə  yaxın  əlyazma  və  dini  kitabların  külü 
insan külünə qarışır”. Məscid yenidən bərpa olunsa da, divarlarında qalan yanmış 
daşlar  1918-ci  ilin  faciəsindən  günümüzə  çox  söz  deyir.  Bizi  ayıq-sayıq  olmağa 
çağırır. 
Abbas  Səhhət  -  Başqa  ziyalılar  kimi,  o  da  şəhərdə  ermənilərin  Lalayevin 
başına  çox  yığıldığının  şahidi  olurdu.  Ziyalı  dostlarına  “kafirlərin  oturuşundan-
duruşundan 1905-ci ilin iyi gəlir,”  - deyirdi.  “1917-ci il fevral inqilabından sonra 
A.Səhhətin  bir  sıra  demokratik  siyasi  tədbirlərin  həyata  keçirilməsində  fəal  
iştirakı,    Şamaxılılar  arasında  apardığı  kütləvi  təşviqat  işi,  xüsusən  milli  ədavət 
                                                           
64
 Ş.Fətəliyev. Quberniya şəhəri. bakı, 1982, s. 427. 
65
 Qobustan jurnalı. Bakı, 1982, №6, səh. 35. 


56 
 
hissini  qızışdırmağa  can  atan  fitnəkarlara  qarşı  açıq  mübarizəsi  mühafizəkarlar 
içində  ona  çoxlu  düşmən  qazandırmışdır.  Şairi  təqib  etməyə,  ölümlə  qorxutmağa 
başlamışdılar, evində axtarış aparmış, təhqir etmiş və hədələmişlər”.
66
 
O,  dövrdə  A.Səhhət  Şamaxıdakı  vəziyyəti,  Aqabekyan  kimi  millətçilərin 
Şamaxıda  etdikləri  özbaşınalıqlar  haqqında  mətbuatda  çıxış  edir.  Göstərir  ki,  bu 
yaxınlarda “müsəlmanlar silahlanır”, - deyə Tiflisdən əskəri qüvvə gətirib, “şəhəri 
əlli  altı  hissəyə  bölüb,  bir  gündə  müəyyən  saatda  qəflətən  axtarış  etsinlər.  Hansı 
evdə silah və ərzaq, məkumat və məlbusat buldularsa, fövrən həzac etsinlər. Bunun 
da  nəticəsi  nə  olduğu  məlumdur.  İştə,  qara  ürəkli  provakatorların  da  istədiyi 
budur”.
67
 
Şəhərdə  başlanan  iğtişaşları  hiss  edən  Səhhət  Şamaxıdan  uzaqlaşmağı 
qərara alır. Odur ki, “Şair mart ayında ailəsi ilə birlikdə yaxındakı Göylər kəndinə 
getmiş  olur.  Lakin  səfər  uzun  çəkmir.  Bir  neçə  gün  sonra  Göylərə  gələn  qardaşı 
Məhəmməd Rza xəbər gətirir ki, Şamaxıda nisbətən sakitlikdir. Arxayınlaşan şair 
ailəsi ilə birlikdə geri - şəhərə qayıdır”.
68
 
Bilal  Nuriyevin  (1894-1995)  xatirələrindən:  “1918-cı  ilin  martında  iyirmi 
iki yaşım vardı. Şer-sənət  həvəskarı idim. Novruz bayramına  hazırlaşırdıq. Xəbər 
gəldi ki, Abbas Səhhət kəndə gəlib. Özü də S.Ə.Şirvaninin yaxın dostu olmuş Hacı 
Nüsrəddinin qardaşı Hacı Məhyəddinin evinə düşüb. Mən də atamla Hacının evinə 
getdim.  Kəndin  savadlı  şəxsləri  Hacının  evinə  yığışmış  -  Səhhətin  görüşünə 
gəlmişdi.  Abbas  Səhhət  qara  kostyum  və  əbada  idi.  Ağarmış  saçları  başına 
qoyduğu  qara  papağın  yanlarından  çıxmışdı. 
Sifətinə  yaraşan  bığı  vardı.  Üz-gözündən  dərd, 
niskil  aydınca  görünürdü.  O,  bir  qədər 
ədəbiyyatdan,  dindən  danışandan  sonra  əsas 
mətləbə 
keçdi. 
Ermənilərin 
hiylələrindən, 
fitnələrindən söhbət saldı. Sonra camaata ehtiyatlı 
olmağı tövsiyyə etdi. On gün sonra Abbas Səhhət 
Şamaxıya qayıtdı”. 
A.Səhhət Şamaxıya qayıdandan az sonra şəhər yenidən ermənilərin işğalına 
məruz  qalır.  “Bu  dəfə  həm  A.Səhhətin,  həm  də  qardaşının  ailəsi  qaçqınlara 
qoşularaq  şəhərdən  çıxır.  A.Səhhətin  var-yoxunu,  o  cümlədən,  bütün 
əlyazmalarım, xüsusən, yaradıcılığının son dövrlərinə aid qeyri-mətbuat əsərlərini 
özü  ilə  aparmağa  imkan  tapmır”.  Yarı  yolda  -  Sığırlıya  çatanda  şair  oğulluğa 
götürdüyü  dayısı  oğlunu  Böyükağanı  əlyazmalarını  götürmək  üçün  Sığırlıdan 
Şamaxıya göndərir. Böyükağa Mehdizadə Şamaxının yaxınlığına qədər gedirsə də, 
şəhərə daxil ola bilməyib, geri qayıdır”.
69
 
                                                           
66
 K.Talıbzadə. “Abbas Səhhət”. Bakı., 1986, səh. 67. 
67
 A.Səhhət. Əsərləri II c. Bakı, 1976, səh. 72. 
68
 K.Talıbzadə Göstərilən əsəri. səh. 67. 
69
 Yenə orada, səh. 61. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə