SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə21/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

49 
 
Ramazan Molla İbrahim oğlu, Mirzə Həsən Kərbəlayi Əlabbas oğlu, Mirzə Qəşəm 
Molla  Şahbala  oğlu,  Nakam  Əli  Şirvani,  Mirzə  Məhəmməd  Şirvani,  Məşədi 
Vəlican  Hacı  Abbasqulu  oğlu  Şirvani,  Şıxbaba  Şirvani,  Tərrah  Məşədi 
Məhəmməd,  Aşıq  Musa,  Aşıq  İsmi  Məmmədnəbi  oğlu,  Aşıq  Soltanağa,  Molla 
Nabat, Molla Nisə, Molla Fatma, Molla Nərgiz Ağa qızı, Mələk Məşədi Tahir qızı, 
Şair Xanım, Molla Əsbət, Molla Pərinaz Hacı Abbas qızı və yüzlərlə belə insanlar   
1918-ci ilin soyqırımına məruz qalmış, müxtəlif  işgəncələrlə  qətlə yetirilmişlər. 
Molla   Tubunisə   Molla   Talıb   qızı   XIX əsrin  II yarısında anadan olub. 
Təhsilini  atasından  alıb.  Sonra  o,  İmamlı  məhəlləsindəkı  Molla  Çimnazın 
məktəbində  oxumuşdur.  Tubunisənin  gözəl  səsi  olduğu  kimi,  yaxşı  da  təbi 
olmuşdur.  O,  on  altı  yaşında  yaxın  qohumu  Səlim  adlı  kasıb  bir  gənclə  həyat 
qurmuşdur.  Onların  beş  övladı  olmuşdur.  Tubunisənin  23  yaşı  olanda  əri  qazanc 
dalınca gedir. İtkin düşür. Ondan sonra çətinliklə beş uşağını saxlamağa başlayır. 
O, sevgilisinin ölümünə neçə-neçə şerlər yazmışdır: 
 
Qırmacın ucu yaşıl,  
Gün dəycək parıldaşır,  
Sən öldün, mən də öldüm,  
Qəbir mənə yaraşır. 
 
Molla  Tubunisə  qoca  atasının  məsləhəti  ilə  qız  məktəbi  təşkil  edir.  Bir 
müddət məktəbdarlıqla məşğul olur. Sonra dini mərasimlərdə mərsiyələr oxuyur və 
ya  mollalıqla  məşğul  olur.  Erməni  qırğını  zamanı  xəstə  imiş.  Böyük  təkidlə 
uşaqlarını şəhərdən çıxara bilir. Özü isə, yol gedə bilməyəcəyini hiss edib, evində 
qalır.  Fikirləşir  ki,  yaşı  altmışı  ötmüş  qocaya  yəqin  ki,  rəhm  edərlər.  Ermənilər 
Şamaxını oda qalaq edirlər. Tubunisə evdən çıxanda İmamlı məhəlləsini od içində 
görür.  Qonşular  bir-birinə  dəyir.  Hamı  İmamlı  məscidinə  pənah  aparır.  Tubunisə 
də  eləcə.  Erməni  cəlladları  məscidi  ağızınacan  insanla  dolu  olduğunu  görən  kimi 
qapıları bağlayıb dörd tərəfdən binaya od vururlar. İçəridə diri-diri alışan insanların 
fəryadı  ərşə  bülənd  olur.  İnsanların  tükürpərdici  səsi  Pirdirəki  dağında  əks-səda 
verir. Molla Tubunisə də məsciddə yandırılan insanların arasında olur. 
Molla Tubunisənin əlyazmaları, atası molla Talıbdan qalan kitabları balaca 
evində  yanıb  məhv  olur.  80-ci  illərdə  köhnə  şamaxılıların  yaddaşlarından 
Tubunisənin 10-12 şerini əldə edə bilmişik. 
 
Gəl 
 
Qasid gedər olsan, qürbət ellərə, 
Qəzyəli yarımdan xəbər gətir, gəl! 
Bu naləni izah elə dağlara
Tapar olsan, əhvalımı yetir, gəl. 


50 
 
                   *** 
Deginən yoldadır, sona bülbülün,  
Yaqub timsallıdır halı müşkülün, 
Gəlin otağında solubdur gülün, 
Qebralı dərdimi azalt bitir, gəl! 
                *** 
Çatdır ki, beş balan qaman gündədir, 
Ağır müsibətim hələ öndədir, 
Bəlkə dada çatdı qüdrəti qadir
Qəddim “dala” dönüb, günüm, ötür, gəl. 
                       *** 
Gəl apar naməni Səlim itkinə
Getdi, Tubunisəni qoydu pis günə
Haray versin, mənim kimi miskinə, 
Qoy yazım halımı beşcə sətir, gəl!
57
 
 
Məşədi  Bikə  Məşədi  Bağı  qızı  –  1860-cı  ildə  Şamaxıda  Sarıtorpaq 
məhəlləsində  anadan  olub.  Atası  Məşədi  Bağı  molla  olmuşdur.  Bikə  yazıb-
oxumağı atasından öyrənmiş, sonra Molla Pərinin ev məktəbində oxumuşdur. Dini 
biliklərə  malik olduğu  kimi,  klassik poeziyaya da bələd olmuşdur. Deyilənə görə, 
ana  nəsli  S.Ə.Şirvaninin  nəslindən  olmuşdur.  Gənc  yaşlarından  şer  yazmağa 
başlamışdır.  Mirzə  Tağı  Məşədi  Ağa  oğlu  adlı  bir  ziyalıya  ərə  getmişdir.  Ərinin 
razılığı ilə Məşədi Bikə evlərində, qonum-qonşunun qız uşaqlarına dərs vermişdir. 
Ermənilər şəhərə daxil olmamış övladları şəhərdən çıxmış, ər-arvad evdə qalmışdır. 
Lalayevin  adamları  tərəfindən  qətlə  yetirilmiş,  bütün  Sarıtorpaq  məhəlləsi  kimi, 
onların  da  evləri  yandırılmışdır.  Şair  “İsmayıl  Fitdağı  deyərdi  ki,  Məşədi  Bağı 
mənim ata qohumlarımdandır. Atam Məşədi Bikənin qətlindən çox danışardı, onun 
şeirlərindən bir çoxunu əzbərdən deyərdi”. 
 
Sarıtorpaq məhəlləsi 
 
Şamaxının anasıdır, 
Sarıtorpaq məhəlləsi. 
Şer-sənət yuvasıdır, 
Sarıtorpaq məhəlləsi. 
 
Sinədəftər yazarları, 
Çeşid-çeşid bazarları, 
Hər gələnə etibarı, 
                                                           
57
 Şirvanın 350 şairi, (top. Ə.Cəfərzadə, S.Qəniyev), Ünsiyyət, Bakı, 1997. 


51 
 
Sarıtorpaq məhəlləsi. 
 
Şahlar, xanlar diyarıdır, 
Şirvanın namus, arıdır, 
Quş südü desən, varıdır, 
Sarıtorpaq məhəlləsi. 
 
Kimlər gəldi, kimlər getdi, 
Bağında gül, nərgiz bitdi, 
Zəlzələdə çoxu itdi, 
Sarıtorpaq məhəlləsi. 
 
Bikə burda boya çatdı, 
Söz dedi, yazdı, yaratdı, 
İlhamıma bir qanaddı, 
Sarıtorpaq məhəlləsi.
58
  
 
Aşıq  Şıxmirhüseyn  (Hüseyn)  Əlihüseyn  oğlu  1876-cı  ildə  Şamaxının 
Ağdərə  kəndində  anadan  olub.  Uşaqlıqdan  gözəl  səsə  malik  olan  Şıxmirhüseyn 
atasının  məsləhəti  ilə  Şamaxıya  gəlir  və  burada  təhsil  alır.  Əmisi  onu  Aşıq 
Sədrəddinin yanına aparır. O, tez bir zamanda aşıqlıq sənətinin sirlərinə yiyələnir. 
Əngəxaranlı Aşıq Sədrəddin ona, ustad “silləsi” vurandan sonra Şıxmirhüseyn el-
oba məclislərinə sərbəst ayaq açır. Şirvan-Quba  regionunda böyük ad-san qazanır. 
Deyilənə görə, o Xaçmaz kəndlərinin birində varlı ailədən olan Turac adlı bir qızı 
sevmiş,  lakin  qızın  atası,  kasıb  aşıqla  qohum  olmağı  adına  sığışdırmamışdır. 
Sonralar,  o,  öz  eşq  macəraları  əsasında  “Aşıq  Hüseyn  və  Rurac”  adlı  bir  dastan 
bağlamışdır. Dastanın bəzi qoşmaları ustad aşıqların yaddaşından əldə etmişik. 
1918-ci  ildə  erməni  iğtişaşı  başlamazdan  bir  az  əvvəl  aşıq  yolunda 
qardaşıgildə  yerləşir.  Gecələrin  birində  “Şamaxı  yolu”nda  da  ermənilər  faciə 
törədirlər.  Aşıq  Şıxmirhüseyn  də  şəhid  olur.  Uşaq  aşıqların  yaddaşından  onun 
şerlərindən nümunələr toplaya bilmişik: 
 
Çağırram ürəkdən “lam” bir, “cim” iki, 
Şövqlə gələndə, adı Mühəmməd. 
Salavatlar gül camala, ya Rəsul, 
Din islamın ilk ustadı, Mühəmməd. 
 
Sidqini bağladı şahlar şahına, 
Ona görə yetdi öz muradına, 
                                                           
58
 Məşədi Bikənin əldə etdiyimiz beş şeri arxivimizdədir – S.Q. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə