SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

42 
 
rus  qüvvələrinə  arxalanan  bolşeviklər  Azərbaycanın  paytaxtı  Bakını  zəbt  etdilər, 
türk-müsəlman  əhalisini  qırğına  verdilər  və  Gəncədəki  Milli  Azərbaycan 
qüvvələrini  də  hədələməyə  başladılar.  Bu  təhlükə  qarşısında  1918-ci  il  4  iyunda 
Batumda o zamankı Osmanlı hökuməti nümayəndələri ilə bir müqavilə imzalandı 
və bu müqaviləyə görə, türk ordusu azərbaycanlı qardaşlarının köməyinə gəldi və 
1918-ci  ilin  15  sentyabrında  birləşmiş  qüvəllər  Bakını  qəsbkar  əllərdən  xilas 
etdilər”.
50
 
Gəncədə  və  Gəncə  yaxınlığında  mövqe  tutmuş  düşmən  ünsürləri 
susdurduqdan sonra Qafqaz İslam Ordusu Şərqə doğru hərəkət etməyə başladı. Ən 
böyük  və  ağır  döyüşlərdən  biri  Göyçayda  oldu.  Artıq  bu  zaman  “Şimal  yolu  ilə 
Göyçay qəsəbəsinə yaxınlaşan bolşevik rus və erməni qüvvələri keçdikləri erməni 
yaşayış  məntəqələrindən  canlı  qüvvə  və  təminat  toplayaraq  28-30  minlik  orduya 
çevrilmişdilər”.
51
 
Nuru  Paşanın  rəhbərlik  etdiyi  Qafqaz  İslam  Ordusu  bu  döyüşdə  bolşevik-
daşnak hissəsinin burnunu ovdu və Bakı səmtə yol aldı. Belə bir qələbədən sonra 
erməni terrorçularının zülmündən cana doymuş Azərbaycan xalqının igid övladları, 
könüllü dəstələr nizami orduya daxil olmağa başladılar. 
Nuru  Paşanın  ordusuna  könüllü  qoşulanlar  arasında  erməni  qatillərindən 
həmyerlilərinin  intiqamını  almağa  hər  cür,  hər  vaxt  hazır  olan  şamaxılılar  da  var 
idi. “Şamaxıda cavanlardan ibarət təşkil etdiyi dəstəyə gecəli-gündüzlü təlim keçən 
Osman  Əfəndi  az  bir  zamanda  onlardan  sərrast  atıcılar  yetişdirməyə  müvəffəş 
olmuşdu.  Bu  dəstə  ermənilərlə  aparılan  döyüşlərdə  ermənilərin  bir  çox 
hücumlarının  qarşısını  ala  bilmişdi.  Osman  Əfəndi  Göyçaya  gəldiyi  iki  günün 
içərisində orduya 60 nəfər könüllü cəlb etmişdi. Göyçaya varid olan müzəffər türk-
osmanlı ordusunun tərkibinə qatıla bilmələri üçün hazırlanmışdı. 
Qafqaz  İslam  Ordusunun  zərbi-dəstinə  davam  gətirə  bilməyən  25-30 
mindən artıq olan bolşevik-daşnak ordusu geri çəkilməyə başladı. Kürdəmir, Ağsu 
azad  edildi.  İşin  dəhşəti  onda  idi  ki,  yağı  düşmən  geri  çəkildikdə  daha  çox  və 
dəhşətli  faciələr  törədirdilər,  yaşayış  məntəqələrində  adda-budda  salamat  qalmış 
tikililəri yandırır, heç kimə, heç nəyə rəhm etmirdilər. 
Məğlubiyyətlərindən  daha  da  vəhşiləşən  erməni-daşnakları  təsadüfən  rast 
gəldikləri  azərbaycanlılara  ağlasığmaz  işgəncələr  verir,  sonra  da  yerindəcə 
güllələyirdilər. 
Müzəffər  Nuru  Paşa  ordusu  iyul  ayının  20-də  Şamaxını  azad  etdi. 
Təxminən, dörd ay ərzində Şamaxı şəhəri yerlə-yeksan olmuş, şəhərin quruca adı 
qalmışdı. Erməni daşnaklarının ayağı dəydiyi müsəlman kəndləri isə tamamilə yox 
edilmişdi.  Şəhər  azad  edildikdən  sonra  müxtəlif  yerlərdə  gizlənmiş  insanlar  türk 
ordusunun pişvazına çıxırdılar. 
                                                           
50
 M.Ə.Rəsulzadə - Əsrimizin Siyavuşu. B. 1991, s. 90. 
51
 Birinci Dünya müharibəsində Osmanlı Ordusunun Qafqaz hərəkatı. Bakı 1998, səh. 25. 


43 
 
Uzun bir müddət qorxu, həyəcan, aclıq, səfalət içində yaşamış bu insanların 
üzündə kiçik də olsa ümid, sevinc işığı sezilirdi. 
Mənbələrdən: “Türk ordusu Şamaxıya, demək olar ki, küçələrdə, həyətlərdə 
yüzlərlə  yandırılmış,  tüstüsü  göyə  qalxmış  mülklərin,  binaların,  evlərin  və 
dalanların,  eləcə  də,  içərisində,  kömürə-külə  dönmüş,  vaxtın  istisinin  təsirindən, 
şişib  dağılmış,  çürüməkdə  olan  çoxlu  insan  cəsədləri  ilə  dolu  olan  vaxtda  gəlib 
çıxmışdı.  Yandırılmış  binaların  alovu  artıq  sönmüş  olsa  da,  əmələ  gəlmiş 
xarabalıqlardan həm də yüksələn tüstünün və kül tozlarının təsirindən nəfəs almaq 
çətinləşirdi”.
52
 
Hacı  Musa  Tağı  oğlunun  yaddaşından:  “Bizim  evimiz  Sarıtorpaq 
məhəlləsində  idi.  Bu  məhəllədə  varlı-karlı  insanların,  kübarların  imarətləri  daha 
çox idi. Şəhər azad ediləndən üç gün sonra evimizə qayıtdıq. Şəhər xarabazar idi. 
Türk  əsgərləri  şəhərə  daxil  olanda  hamımız  onlara  baş  endirdik.  Mən  1902-ci  il 
zəlzələsini  də  görmüşdüm.  Ermənilərin  şəhərdə  törətdikləri  fəlakət  zəlzələdən  də 
betər idi. Evimizdən, qonşuların mülklərindən əsər-əlamət qalmamışdı. Yay olduğu 
üçün ətrafı iy, qoxu bürümüşdü. Əslində isə bir dənə də olsun bütöv cəsəd yox idi. 
İtlərin,  siçovluların,  tülkülərin  paraladığı  meyitlər  dəhşətli  görkəmə  düşmüşdü. 
Şamaxıya qayıdan insanlar fəryad edə-edə ilk əvvəl məhəllədəki insan cəsədlərini, 
eləcə  də,  cəsədlərdən  ayrı  düşmüş  bədən  üzvlərini  -  qol,  baş,  qıç,  əl-ayaqları 
toplamağa  başladılar.  Bir  neçə  gün  içində  yüzlərlə  insan  cəsədləri  toplanıb  dəfn 
edildi.  Çoxsu  da  məscidinin  həyəti  və  Şamaxının  Qəriblər  qəbrisitanlığında. 
Bundan əlavə, insan cəsədlərinin, külü məscidlərdə də basdırılırdı. Bu işlərin icrası 
zamanı  türk  əsgərləri  də  fəal  iştirak  edirdilər.  Belə  vaxtlarda  bizim  hansı  hissləri 
keçirdiyimizi söyləmək o qədər də asan deyildi. Ürəyi gedən, ağlamaqdan göz yaşı 
quruyan, ah-fəryaddan səsi batan insanlar yüzlərlə idi. Demək olar ki, 1919-cu ilin 
qışına  kimi  şəhər  hələ  yaxşı  təmizlənməmişdi.  Azərbaycanın  müxtəlif  ərazilərinə 
didərgin  düşmüş  şamaxılılar  yavaş-yavaş  şəhərə  qayıtmağa  başladılar.  Mən 
qonşumuz  Ağamirzənin ailəsinin şəhərə qayıtmasının şahidi olmuşam. Bizdən iki 
tin,  o  biri  tərəf  “İmamlı”da  yaşayırdılar.  Ağamirzənin  evi  tam  uçmuşdur.  Bir 
oğlunu  ermənilər  öldürmüşdülər.  Onun  qırxa  yaxın  yaşı  olardı.  Anası  Püstə  nənə 
də  sağ  idi.  Həyətə  çatdılar.  Ailə  yerindəcə  donmuşdu.  Ana,  Ağamirzə  ilə  yoldaşı 
Güllü  və  oğlanları  Niyaz,  Nuru  evin  uçmayan  divarına  söykənib  ağlamağa 
başladılar.  
Ağamirzə  arvadı  Güllü  ilə  evin  xarabalığına  cumdular.  Bir  saata  yaxın 
yanmış  daş-torpağı  ələk-vələk  elədilər.  Ən  nəhayət,  Ağamirzənin  dəhşətli  səsi 
hamımızı  diksindirdi.  O,  atası  İmamlı  məscidinin  mollası  Məşədi  Əsədin  yanıb-
kösəvə  dönmüş  cəsədini  daşların  arasında  tapa  bilmişdi.  Ağamirzə  cavan  olduğu 
üçün atam onu güclə kənara çəkdi, anam Güllünü və uşaqları alaçığımıza gətirdi. 
                                                           
52
 S.Ələsgərova, İ.Məmmədli. Şəhid türk zabiti məzan, “Vışka” qəzeti, 21.VI.2000. 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə