SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

36 
 
İmamzadə  ziyarətgahında  dəfn  edilən  şəxsin  dördüncü  imam  Zeynalabdinin 
oğlanlarından  biri  olduğu  qeyd  edilir.  Ziyarətgahın  tarixi  VIII  əsrə  aiddir. 
İmamzadəyə hörmət əlaməti olaraq, 1370-ci ildə orada məscid tikilmişdir. 
Məscidin  Axundu  Hacı  Elşənin  dediklərindən:  Ziyarətgahda  dəfn  olunanın 
adı məlum deyildir. Vaxtilə məzarın  üstündə  yazılı  kitabə  olmuşdur. 1918-ci  ildə 
erməni  daşnaqları  Şamaxıda  olan  bütün  tarixi    abidələrlə    yanaşı,  “İmamzadə” 
məscidini  də  yandırmış,  orada  olan  yazılı  kitabəni  məhv  etmişlər.  Odur  ki,  xalq 
arasında  ziyarətgah  Qərib  Ata  və  ya  İmamzadə  (İman  oğlu)  adlandırılmışdır. 
Məsciddə  aparılan  arxeoloji  qazıntılar  təsdiq  edir  ki,  “İmamzadə”  məscidi 
tikiləndən bəri beş dəfə bərpa edilmişdir. 
Deyilənlərdən o da bəlli olur ki, bu məzarda uyuyan Pirsaat ziyarətgahında 
dəfn  olan  şəxsin  -  Mir  Sahab  Ağanın  qardaşıdır.  Məscid  ikimərtəbəli  olmuşdur. 
Son  bərpa  zamanı  aşkar  edildi  ki,  məscidin  21  metr  hündürlüyündə  olan  birinci 
mərtəbəsi  torpağın  altındadır.  Məsciddə  bu  günə  kimi  qalan  yeganə  kitabədən 
orada  Mövlanə  Seyid  Mühəmməd  Saleh-əl-müddəris  adlı  böyük  bir  alimin  dəfn 
olunduğu  bəlli  olur.  Bu  da  bir  daha  təsdiqləyir  ki,  Şamaxıdakı  başqa  məscidlər 
kimi, “İmamzadə”də orta əsrlərdə mədrəsə fəaliyyət göstərmişdir. 
1902-ci  il  zəlzələsi  zamanı  “İmamzadə”  məscidi  yerlə-yeksan  olmuşdur. 
1910-1917-ci  illər  ərzində  böyük  memar  Ziyvor  bəy  Əhmədbəyov  tərəfindən 
məscid qədim özül üzərində yenidən tam bərpa edilmişdir. 
1918-ci  ilin  martında  cəllad  S.Lalayevin  evinə  yaxın  olan  “İmamzadə” 
məscidi ermənilər tərəfindən dağıdılmışdır. Şəhərin yaşlı sakinləri  - Mürşid baba, 
Məşədi Nazpərinin (100 yaşlı) dediklərindən bəlli olur  ki,  qırğın zamanı  yüzlərlə 
qadın,  uşaq  və  yaşlı  insan  “İmamzadə”yə  pənah  aparırlar.  Məscidin  Axundu 
Cəfərqulu  beş  nəfər  kişi  ilə  həmin  insanları  müdafiə  edirlər.  Ən  nəhayət,  onların 
güllələri qurtarır. Erməni cəlladları həmin kişiləri məsciddəkilərin gözü qarşısında 
qəddarlıqla öldürürlər. Sonra  məscidin  ağzını  bağlayıb  od  vururlar. Şahidlərin 
dediyinə görə, qaçqınlar şəhərə qayıdandan sonra məsciddə yandırılmış insanların 
sümük  və  küllərini  bir  yerə  yığıb  oradaca  dəfn  edirlər.  1918-ci  ildə  Müsavat 
hökuməti  qətlə  yetirilən  insanların  üstündə  xatirə  lövhəsi  qoyurlar.  Həmin  qəbir 
daşı indiyə kimi durur”. 
Haşiyə:  Şamaxının  böyük  dini  bilik  sahibi,  alim  Axund  Mehdi  Ağa  da  öz 
vəsiyyətinə görə 1911-ci ildə həmin məsciddə dəfn edilmişdir. 
*** 
Elmi araşdırmalar bir daha təsdiqləyir ki, erməni daşnakları Şamaxıda təkcə 
varlıların  mülklərini  deyil,  eyni  zamanda,  ziyalıların,  elm-sənət  fədailərinin 
evlərini bilərəkdən yandırmağı, qarət etməyi də qarşılarına məqsəd qoymuşlar. Bu 
fəlakət  Şamaxının  memarlıq  incilərini,  məscidi,  sarayı  və  evləri,  keçmiş  tikililəri, 
məktəbləri  məhv  etdiyi  kimi,  yüzlərlə  ziyalılar  –  şair  müəllim,  alim,  din 
xadimlərinin 
dəyəri 
bilinməyən 
əlyazma  kitabxanalarını 
yandırmışlar. 
S.M.Qənizadə,  A.Səhhət,  M.Ə.Sabir,  Axund  Şeyx  Əli  ağa,  Mirmehdi  Ağa,  Mirzə 


37 
 
Həbib,  Müfti  Mustafa  Əfəndi,  Axund  Cəfər,  Əlicabbar  Orucəliyev,  Möhsün  bəy 
Qədirli, Böyük bəy Mahmudbəyov, Mahmud Əfəndi (prof. E.Əfəndiyevin  əmisi), 
Ələddin  Əfəndizadə,  Axund  Hacı  Rza,  Hacı  Musa  oğlu,  Əbdülqadir  Qafar  oğlu, 
Əlimməd Mustafayev, Əbdürrəhman Əfəndiyev, Tofiq Şirvanlı, Məhəmmədhəsən 
Tərrah,  Ağaəli  bəy  Naseh,  Kərbəlayi  Yusif,  Şahlar  bəy  Şıxəlibəyov,  Rüstəm  bəy 
Mamedov  və  başqalarının  evi  bilərəkdən  yandırılmış,  talan  olunmuş,  qədim 
kitablar, əvəzsiz əlyazmalar məhv edilmişdir. 
Kitabxanasını, əlyazmalarını mülkündən, varından çox istəyənlərdən biri də 
Rusiyanın  Dövlət  Dumasının  deputatı  Məmmədtağı  Əbdülsəməd  oğlu  Əlizadə 
olmuşdur.  Erməni  daşnakları  tərəfindən  şəhərin  xarabazara  çevrildiyini,  əhalinin 
qətlə yetirildiyini görən Məmmədtağı doğmalarının təkidinə baxmayaraq, şəhərdən 
çıxmır. “Bu qədər kitabı, əlyazmanı məhv olmağa qoymaram”, - deyib, mülkündə 
qalır. 
Açıqlama:  Məhəmmədtağı  1958-ci  ildə  Şamaxıda  tacir  ailəsində  anadan 
olmuşdur. Onun atası Qafqaz Müsəlmanları İdarəsində şeyxülislamı Şeyx Əhməd 
Hüseynzadə  Salyanlının  qızı  Fatma  Bikə  elə  evlənmişdir.  Məhəmmədtağı  15-16 
yaşında  Tiflisə  getmiş,  ana  babası  Şeyx  Əhməd  Salyanlının  yanında  qalmış  və 
ruhani  məktəbinə  daxil  olmuşdur.  Məhəmmədtağı  babasının  köməyi  ilə  ərəb,  fars 
dilləri ilə yanaşı rus və fransız dillərini də dərindən öyrənmişdir. 
O, 1874-cü ildə Bakıya gəlir, burada H.Zərdabi, H.Vəzirov ilə tanış olur. O, 
“Əkinçi”  qəzetində  əməkdaşlıq  etmişdir.  Bakı  Realnı 
Məktəbinə  daxil  olmuşdur.  Sonra  o,  Novo-Aleksandriyada 
“Kənd  Təsərrüfatı  mütəxəssis  hazırlayan  bir  instituta  daxil 
olmuşdur. 
Bundan 
sonra 
o, 
Moskvada 
Petrovski 
Akademiyasında  oxumuşdur.  1883-cü  ildə  Akademiyanı 
bitirib  Peterburqa  gəlmişdir.  Alman  və  ingilis  dillərini  də 
yaxşı  bilən Məhəmmədtağı Peterburqda  maliyyə  nazirliyində 
Rixterin  rəhbərlik  etdiyi  “Rüsum  və  töycü”  şöbəsində 
işləməyə  başlayır”,  “İqtisadiyyata  dair  biliyini  artırmaq, 
Avropa  həyat  şəraitini  bilavasitə  müşahidə  etmək  məqsədilə 
Almaniyaya,  Fransaya  gedir.  Almaniyanın  Sileziya  vilayətində  olarkən  apardığı 
müşahidələr, topladığı faktlar əsasında “Sileziyanın iqtisadiyyatı haqqında” alman 
dilində  kitab  yazıb  nəşr  etdirir”  (prof.  X.Məmmədov).  O,  1988-ci  ildə 
Peterburqdan  geri  qayıtmış  və  həmişəlik  Şamaxı  şəhərində  yaşamışdır.  Şamaxıya 
gələndən  sonra,  Əlizadə  Şərqi  səyahət  etmək  fikrinə  düşmüş,  əvvəl  İrana  getmiş, 
orada  gördüklərinə,  müşahidə  etdiklərinə  əsasən  kəskin pamflet səciyyəli bir  əsər 
yazmışdır,  o,  qeyri-mətbu  əsər  haqqında  1906-cı  ildə  məlumat  verən  “Həyat” 
qəzeti  göstərirdi  ki,  müəllif  bu  əsəri  nəşr  edərsə,  zənnimizcə,  ortaya  bir  ikinci 
“səyahətnameyi – İbrahimbəy” çıxmalıdır. (prof. X.Məmmədov).  
M.Əlizadə  1906-cı  ildə  Rusiyanın  birinci  Dövlət  Dumasına  Bakı 
quberniyasından deputat seçilmişdir. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə