SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

30 
 
Arifin  taleyi  babasının  taleyinə  çəkdi:  1991-ci  ilin  noyabr  ayının  20-də 
xalqımızın  bir  çox  dəyərli  ziyalıları  və  ləyaqətli  övladlarının  mindiyi  “Mİ-8” 
vertolyotu Qarabağın Qarakənd səmasında vuruldu, 23 nəfər həlak oldu. O zaman 
mütəxəssislərin  gəldiyi  nəticə:  “onları  bir  vertolyota  yerləşdirərək  məhv  etmək, 
ermənilərin və Kremlin birgə düşünülmüş planları idi”.
34
 
Akademik  Tofiq  İsmayılov,  daxili  işlər  naziri  Məhəmməd  Əsədov, 
respublika  prokuroru  İsmət  Qayıbov,  jurnalist  Osman  Mirzəyev,  dövlət  xadimi 
Vəli Məmmədov, jurnalist Alı Mustafayev kimi insanlarla yanaşı televiziyada adi 
işıqçı işləyən Arif İsmayıl oğlu Hüseynzadə də şəhid oldu. 1918-ci ildə Şamaxının 
pristavı  Vahab  bəy  Rəhimbəy  oğlu  erməni  soyqırımının  qurbanı  oldu.  Düz  73  il 
sonra  isə  onun  qız  nəticəsi  -  Lətifə  xanımın  nəvəsi  Arif  də  eyni  cinayətkarlar 
tərəfindən  qətlə  yetirildi.  Özü  də  21  yaşında.  Vabab  bəyin  taleyi  nəticəyə  qismət 
oldu. 
* * * 
Şamaxını  hər  tərəfdən  mühasirəyə  alan  ermənilərlə  mübarizə  aparan 
könüllülərin  bir  dəstəsinə  də  Şamaxı  qəzasının  rəisi  olmuş  Azad  bəy 
Qocamanbəyov başçılıq edirdi. 
Şamaxıda hadisələrin gərginliyini qəza rəisi Azad bəy çoxdan hiss etmişdi. 
Odur  ki,  öz  yaxın  dostları,  etibar  etdiyi  ziyalılar,  bəylər  və  vəzifə  sahibləri  ilə 
məsləhətləşdi.  Neçə-neçə  qanlı-qadalı  döyüşlərdə  olmuş  polkovnik  Azad  bəy 
gizlicə bir az silah-sursat toplaya bildi. Onları Şamaxıdakı mülkündə deyil, Pirsaat 
çayı  yaxınlığında  olan  mülkündə  yerləşdirdi,  ətrafına  etibarlı  adamlar  topladı. 
Vəzifə  sahibləri:  Vahab  bəy,  Məmmədtağı  Əlizadə,  Şeyx  Hacı  Axund,  Mustafa 
Əfəndi, Hacı Vahab Ələkbərov, Teymur Abutalıbov, Hacı Əli Mustafazadə kübar, 
varlı  və  tacirlərindən  Hacı  Mahal,  Hacı  Soltan  bəy,  Məşədi  Tapdıq,  Kərbəlayi 
Yusif, Tərlan bəy və başqaları ilə məsləhətləşmələr apardı. Onun gizlicə düzəltdiyi 
könüllülər  dəstəsində  əlliyə  yaxın  məsləkdaşı  var  idi.  Oğulluğu  Bəymirzə, 
Məmmədtağı  Hacı  Ağacəfər  oğlu,  Musa  bəy  Hacı  Dadaş  oğlu,  Tərlan  bəy 
Əliyarbəyov, Üşüdü İbad, Həsən bəy Zülfüqarov, Osman Əfəndi, Məmmədsadıq, 
Talışxan  bəy  və  Qardaşxan  bəy  qardaşları,  Tacir  Hacı  Qulam  bəy,  Tacir  Əli 
Abbasqulu  və  başqaları  erməni  daşnakları  ilə  son  gülləsinə  qədər  vuruşmuş,  bir 
çoxu da vətən yolunda şəhid olmuşdur. 
Ermənilər  Mədrəsə  tərəfdən  Şamaxını  top  atəşinə  tutmağa  başlayır.  Top 
atəşləri yağış kimi yağır. Azad bəy könüllülər dəstəsinə “hansı yolla olursa-olsun, 
topçuları susdurmaq lazımdır”, - deyə göstəriş verir. 
Bəxtiyar  Məhəmməd  Tağı  oğlu  İsmayıllının  yazdıqlarından:  “Zoğalavay 
çayı vadisində erməni zabiti Aterbekovun Mədrəsədə təşkil etdiyi çoxsaylı silahlı 
birləşməsi  ilə  türk  zabiti  Osman  Əfəndinin  təşkil  etdiyi  sərrast  güllə  atanlardan 
ibarət  olan  azsaylı  dəstənin  apardığı  uğurlu  əməliyyat  diqqətəlayiqdir.  Osman 
                                                           
34
 20 noyabr vertolyot faciəsi. “İki sahil” qəzeti, 20.IX.2001. 


31 
 
Əfəndinin  dəstəsindən  olan  məşhur  atıcılar  -  Məhəmməd 
Tağı,  Udulu  Üşüdü  İbad,  Məhəmməd  Sadiq,  Qardaşxan  və 
Talışxan  qardaşlarının  sərrast  atəşi  nəticəsində  ermənilər 
böyük  itki  və  tələfat  verib  qaçmağa  məcbur  olmuşdur. 
Səhərisi gün əldə edilən qarşılıqlı razılaşma əsasında hər iki 
tərəf  bayraq  qaldırıb  ölülərini  yığmağa  başlayırlar. 
Müsəlmanlar  içi  xalça  ilə  döşənmiş  arabada  3  meyit 
aparırlar.  Meyitlərdən  ikisi  Talışxan  və  Qardaşxan 
qardaşlarının, üçüncüsü isə onların nökəri 18 yaşlı Xudunun 
idi. Bunu görən Məhəmməd Tağı hönkür-hönkür ağladıqdan sonra silahdaşlarının 
intiqamını  almağa  söz  verərək  onların  ruhuna  and  içmişdi.  Çox  keçmir  ki, 
Məhəmməd Tağı öz  andını  yerinə  yetirərək ermənilərlə  aparılan növbəti döyüşdə 
qəddarlıqla məşhur olan Saday yüzbaşının oğlu başkəsən, həmişə sərxoş, mauzerist 
Sureni və ermənilərin pulemyotçusunu təpəsindən vurmuşdur”.
35
 
Polkovnik Azad bəyin dəstəsi Mədrəsə erməniləri ilə xeyli vuruşmuşdur. Bu 
dəstə  düşmənin  qarşısını  almaqla  əhalinin  şəhərdən  çıxmaları  üçün  xeyli  şərait 
yaratmışdır.  Sonra  Azad  bəy  sağ  qalan  silahdaşları  ilə  şəhəri  tərk  etmişdir. 
Müzəffər  türk  ordusu  qan  qardaşlarına  yardıma  gələndə  Azad  bəy  bir  neçə 
silahdaşı ilə onlara qoşulmuş və yenidən düşmənlə vuruşmuşdur.  
I Haşiyə: Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov 1860-cı ildə anadan 
olmuşdur, Atası Şamaxının məşhur mülkədarlarından idi. Onun mal-qarası, qoyun 
sürüləri,  Şamaxıda  mağazaları  və  böyük  imarəti  var  idi.  Pirsaat  çayının  sahilində 
geniş əkin sahələri olmuşdur. Mənbələrdə, xatirələrdə qeyd olunduğu  kimi, o çox 
nadinc bir uşaq imiş. 
Xatirələrdən:  “Azad  uşaqları  incidir,  söyürdü,  döyürdü,  qapı-pəncərələri 
sındırırdı. Uşaqlar hər gün Seyid Əzimə ondan şikayət edirlər. Bir dəfə yenə də bir 
uşaq ağlaya-ağlaya Azadın onun döyməsini Seyid Əzimə xəbər verir. Seyid Əzim 
Azadı lövhəyə çağırıb aşağıdakı şeri yazdırır: 
 
“Dad sənin əlindən, dad, Azad,  
Yaz ki, fəryad əlindən, Azad,  
Stolu, akoşkanı sən sındırdın,  
Ev oldu bərbad əlindən, Azad”. 
 
Şeri uşaqlar da öz dəftərlərinə köçürüb əzbərləyirlər”.
36
 
Azad bəy Şamaxıda 
realnı məktəbi bitirdikdən sonra atası onu Peterburqa oxumağa göndərir. Azad bəy 
orada hərbi məktəbdə oxuyur. O, ərəb, fars, türk və rus dillərini mükəmməl bilirdi. 
                                                           
35
 “Yeni Azərbaycan” qəzeti, 31 mart 2000. 
36
 Ə.Mustafayev. Xatirələrim. Bakı, 1985, s. 46-47. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə