SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

26 
 
Qeyd  etdiyimiz  kimi,  ermənilərə  qarşı  könüllü  dəstələr  vuruşmuş  və 
düşmənə  xeyli  də  itki  vermişlər.  Bunlardan  biri  də  Qara  Nuru  Məşədi  Nəcəf 
oğlunun dəstəsi idi. 
Yaddaşlardan:  “Mənim dayım  həmin dəstədə olmuşdur. Dayım  deyərdi  ki, 
qırğından bir neçə gün əvvəl Nuru bizi – məhəllədə inandığı gəncləri bir yerə dəvət 
etdi.  (Nuru  Məşədi  Nəcəf  oğlu  İmamlı  məhəlləsindən  idi.  Ata-babadan  varlı 
olduqları kimi, həm də nəsillikcən pəhləvan imişlər. Atası da, əmisi də gücləri ilə 
Şamaxıda ad qazanmışlar - S.Q.). Bildirdi ki, ermənilər qırğın törədəcəklər. Hazır 
olmalıyıq. Bəzi yoldaşlarımız Nurunun sözünə inanmadılar. Bir çoxumuz evimizdə 
olan  bahalı  əşyalarımızı  və  qonaq  adı  ilə  ailəmizi  başqa  kəndə  apardıq. 
Silahlarımızı gizlətdik. Doğrudan da, bir neçə gün sonra qırğın başladı. İyirmi iki 
yoldaşla  şəhərdən  çıxdıq.  Boyat  kəndində  yerləşdik.  Səhəri  gün  Bakı  tərəfdən 
Şamaxıya  hücum  edən  Qozlu  malakanları  ilə  vuruşduq.  Düşmən  güclü  olsa  da, 
möhkəm  dayanmışdıq.  Bu  döyüşdə  Qara  Nuru  bərk  yaralandı.  Yoldaşlarımızdan 
on bir nəfəri  şəhid oldu. Qara  Nurunu götürüb cəbhədən çəkildik. Boyat  kəndinə 
gəldik.  Nuru  səhər  özü  vəfat  etdi.  Onu  Boyat  qəbristanlığında  dəfn  etdik  (Qara 
Nurunun qəbri indi də durur). O da yaxşı yadımdadır ki, Nuru son nəfəsində: şəhəri 
xilas edin, İmamlı məcidini qoymayın yandırmağa,” - dedi. 
Əliağa  Şeyx  Mövsüm  oğlunun  xatirələrindən:  Dayım  bir  də  söyləyirdi  ki, 
ermənilər Şamaxını yerlə-yeksan etmişdilər: küçələrdə kəsilmiş başlar, başdan ayrı 
düşmüş meyidlər, döşü, saçı kəsilmiş qadın cəsədləri, sinəsi xəncərlə parçalanmış, 
başı güllə ilə paralanmış uşaq meyidlərinin isə sayı-qədəri yox idi. Ən dəhşətlisi o 
idi  ki,  şəhərin  məhəllə  məscidlərinə  pənah  aparmış  insanlar  elə  oradaca  diri-diri 
yandırılmışlar. 
*** 
Sənədlər,  xatirələr  bir daha  təsdiqləyir  ki,  Şamaxını  talan  edən  ermənilərin 
əhaliyə verdikləri cəzaların da dünyada analoqu olmamışdır. 
Mənbələrdən:  “Şamaxı əhalisinin  təhlükəsizliyini qoruya biləcək bir silahlı 
dəstə  belə  yox  idi.  Əhalinin  bir  hissəsi  qorxusundan  meşələrin  dərinliklərinə 
çəkilmiş,  qalanları  isə,  Allah  evi  olan  məscidlərdə  sığınacaq  tapmışdı.  Daşnaklar 
şəhərdə  bütün  kişiləri  qılıncdan  keçirdilər.  Onlar  cavan  qızları  soyunduraraq  öz 
atalarının və qardaşlarının cəsədləri üstündə oynamağa məcbur edir, sonra isə güllə 
yağışına  tuturdular. Şamaxı  məscidlərini  mühasirəyə  alan vəhşi  Lalayevin dəstəsi 
həmin  müqəddəs  səcdəgahları  içəridə  sığınacaq  tapmış  şəhər  sakinləri  ilə  birgə 
yandırıb külə döndərdilər. Şamaxı özü boyda nəhəng bir tonqala bənzəyirdi”.
32
 
Haşiyə:  80  yaşlı  Hacı  Əliağa  Şeyx  Mövsüm  oğlu  Şamaxıda  törədilən 
vəhşiliklərdən  indi  də  danışdıranda  özünü  saxlaya  bilmir,  boğazı  tutulurdu:  “Biz 
nəsillikcə  din  əhli  olmuşuq.  Belə  ki,  babam  Şeyx  Əli  Ağa  Nəcəfül  Əşrəfdə  ali 
ruhani təhsili almış, şəhərin ən mötəbər üləmalarından biri olmuşdur. O, böyük şair 
                                                           
32
 Z.Vəfa. Keçmişini unudan, gələcəyini itirə bilər, “Azərbaycan” qəzeti, 30.III.2000 


27 
 
S.Ə.Şirvani və onun atası Seyid Məhəmmədlə dost olmuşdur. Babamın ömür-gün 
yoldaşı  Seyid  Mina  Mir  Tağı  qızı  da  Seyyid  nəslindən  olub.  Həmişə  Mir  Tağı 
ocağı  ziyarət  yeri  olmuşdur.  Atamın  dediyinə  görə,  babam,  nənəm  çox  səxavətli 
insanlar olmuşdur. Bəzən görərdin ki, babam Şeyx Əli Ağa  yolda rast gəldiyi bir 
imkansıza  obasını  və  ya  çuxasını  bağışlayıb.  Nənəm  çox  zaman  qapıya  gələn 
imkansıza da əl tutmaqla yanaşı, ocaqda bişən xörəyi qazanqarışıq verərdi. Babam 
Şeyx Əli Ağanın şəhərdə çox böyük hörməti vardı. O, vəfat edəndə qış olub. Özü 
də qalın qar bütün yolu bağlayıbmış. Yüz nəfərdən artıq adam İmamlı məhləsindən 
Laləzar qəbristanlığına kimi yolun qarını təmizləyiblər. Şeyx Əli Ağa 1914-cü ildə 
vəfat edib. 
Həkimzadə  Şeyx  Möhsüm  Şeyx  Əli  Ağa  oğlu  1883-cü  ildə  İmamlı 
məhəlləsində anadan olub. O, ilk təhsilini atasından alıb. Əvvəl 
İranın  Məşhəd,  sonra  İraqın  Nəcəf  şəhərində  ali-ruhani  təhsili 
alıb.  Ruhani  təhsili  almasına  baxmayaraq,  o,  dünyəvi  elmlərə 
dərindən  bələd  olmuş,  M.Ə.Sabir,  A.Səhhət,  Qırxayaq,  Tərrah 
kimi  şairlər,  C.Cəbrayılbəyli,  Əliməmməd  Mustafayev  kimi 
ziyalılarla yaxın idi. O, 1918-ci il erməni qırğınına kimi İmamlı 
məscidinin axundu olmuşdur. 
Bir  çox  ailələr  kimi  Axund  da  qırğın  zamanı  ailəsini  götürüb  Şamaxıdan 
çıxır.  Yolda  ailəsinin  başına  olmazın  əzablar  gəlir.  Bir  neçə  qohumu  yolda  vəfat 
edir. Güc-bəla ilə gəlib Qalağqayına çatırlar. Orada həmyerlisi  - qaçqın Kəlbəlayi 
Abdulhüseynin qızı Məleykə xanımla ailə qurur. Şeyx Mövsümün altı övladı  - üç 
oğlu, üç qızı olur. Övladlarının üçüncüsü - Turab, qızları - Gülsüm və Ünbül vəfat 
etmişdir. İki oğlu - Hacı Əli Ağa, Hacı Mirzə Ağa və qızı Mina xanım sağdır, Bakı 
şəhərində  yaşayırlar.  Şeyx  Möhsüm  bir  müddət  Sabirabad  məscidinin  axundu 
olmuşdur. 
Hacı  Əli  Ağanın  dediklərindən:  “Atam  ərəb,  fars  dillərini  dərindən  bildiyi 
üçün  klassik  Azərbaycan  ədəbiyyatını  -  Nizami,  Xaqani,  Nəsimi  və  Füzulinin 
külliyyatının  demək  olar  ki,  çoxusunu  əzbər  bilirdi.  1928-ci  ildə  bir  gecə  gəlib 
evimizi  yoxladılar.  Anamın,  nənəmin  ziynət  əşyaları  ilə  yanaşı,  həmin  şairlərin 
əsərlərini,  bir  də  atamı  Bakıya  apardılar.  Atam  altı  ay  Bakıda  həbsxanada  (o 
zamanlar “Tağıyev türməsi”, sonralar isə karamel fabriki oldu. - S.Q.) həbsxanada 
saxlanıldı.  Ən  nəhayət,  atamı  günahsız  bilib  azad  etdilər.  Ondan  sonra  həmişəlik 
Bakıya  köçdük.  Atam  represiyadan  qurtarmaq  üçün  müəyyən  yerlərdə  fəhlə 
işləməyə (arayış almaq üçün adını yazdırırdı) başladı. 1942-ci ildə dini icraçılara, 
bir  növ,  azadlıq  verildi.  Bakıda  dini  idarə  təşkil  olunandan  sonra,  1937-ci  ildən 
yaxasını  qurtara  bilən  Axundlar  bura  dəvət  olundular.  İlk  Şeyxül  İslam  Axund 
Molla Ağa Əlizadə, atam isə onun birinci müavini, novxanılı Axund Molla Əli Ağa 
Süleymanzadə isə, qazi təyin olundu. Həmin ildə respublikamızda 17 məscid təşkil 
edilmişdir. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə