SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

28 
 
Atamın  səyinə  baxmayaraq,  Şamaxı  kimi  qədim  mədəniyyət  və  dini 
mərkəzdə  məscid  açılmasına  icazə  verilmir.  1954-cü  ildə  Şeyxülislam  Axund 
Molla Ağa Əlizadə vəfat edir. Onun yerinə atam seçilir. Atam ömrünün sonuna  - 
1966-cı  ilə  kimi  Zaqafqaziya  Şeyxülislamı  vəzifəsində  çalışır.  O,  üç  dəfə 
Ümumdünya Sülhü Müdafiə Komitəsinin ali mükafatına layiq görülmüşdür. 
Atamın soyadı belə gedirdi - Şeyx Mövsüm Şeyx Əli Ağa oğlu Həkimzadə. 
Həkimzadə  ilə  bizim  heç  bir  əlaqəmiz  yoxdur.  Onun  belə  bir  tarixçəsi  vardır. 
Əmim Mirzə Məhəmməd Şeyx Əli Ağa oğlu dini baxışlarla yanaşı İranda oxumuş 
və  həkimlik  sənətinə  yiyələnmişdir.  Tiflisin  baş  hakimi  Şamaxıya  qonaq  gəlir. 
Əmim onunla görüşür. Şikayət edir ki, İranda oxuduğu üçün ona iş vermirlər. Baş 
hakim  deyir  ki,  bu  düz  işdir.  İrandakı  tibbi  təhsil  zəifdir.  Bu  zaman  əmim  etiraz 
edir. Orada əsl tibb elmi öyrədilir. İnanmırsınızsa sübut edim. Sizin babasiliniz var, 
- deyir. 
-
 
Bunu nədən bilirsiniz? - deyə rus həkimi təəccüblənir. 
-
 
Sizinlə  görüşəndə  əliniz  əlimdə  qaldığı  zaman  nəbzinizdən  hiss  etdim. 
Özü də bir həftəyə müalicə edə bilərəm. Əmim bir həftənin içində kirpi əti ilə onu 
müalicə  edir.  Sonra  onun  göştərişi  ilə  əmimin  Şamaxıda  həkim  işləməyinə  icazə 
verirlər.  Əmim  deyərdi  ki,  bu  söhbəti  Abbas  Səhhətə  danışanda,  o,  məni 
qucaqlayıb öpdü, təbrik etdi, “sən məndən qabağa düşdün”, -deyə gülümsədi. 
1920-ci  ilin  əvvəllərində  əmim tutulmaqdan  qorunmaq, üçün sənədlərdə 
soyadını Həkimzadə yazdırır. Atam da eləcə.  
II  Haşiyə:  Hacı  Əli  Ağa  rus,  ərəb  dillərini  bilən  80  yaşına  çatmış  bir 
ağsaqqaldır. 1918-ci il qırğını barədə ondan bildiklərini, eşitdiklərin soruşdum: 
Əmim  Mirzə  Məhəmmədin  danışdığı  bir  əhvalatı  indi  də  unuda  bilmirəm. 
Ermənilər bir neçə tərəfdən şəhəri top atəşinə tutmağa başladılar. Bu atəşlər şəhərin 
mərkəzinə  o  qədər  də  ziyan  vurmurdu.  Camaatı  yaman  günə  qoyan  Lalayevlərin 
mülkündə  yerləşdirilmiş  silahlı  dəstələr  idi.  Lalayevlərin  mülkündən  atılan 
pulemyotun güllələri, top mərmiləri, düz  Cümə  məscidinə tuşlanmışdı. Belə anda 
insanlar ancaq Allah evinə  - məscidə pənah aparırdı. Həmin yolu da Lalayevlərin 
sərrast  atıcıları  kəsmişdilər.  Qucağı  uşaqlı  qadınlar  məscidə  çata-çatda  dağın 
üstündəki  (Lalayev  mülkü  şəhərin  ən  uca  yerində  idi  -  S.Q.)  daşnaklar  o  dəqiqə 
güllə  ilə  vururdular.  Uşaq  ananın  qucağından  yerə  düşürdü.  Ananın  ölümü  ilə 
ürəkləri  soyumayan  quldurlar oradan uşaqları da  nişan alırdılar. Pulemyot  gülləsi 
körpənin  cəsədini  parça-parça  edib  göyə  sovururdu.  Atam  deyirdi  ki,  türklər 
gələndən sonra, mən, əmim oğlu Musa Qəni oğlu ilə şəhərə getdik. Artıq yay idi. 
İydən-qoxudan  baş  çatdadığı  kimi,  xarabalıqlarda  qalan  qol-qıç,  baş,  cəsəd 
qalıqları  insanı  dəhşətə  gətirirdi.  Bizim  evimizin  ancaq  bir  hissəsi  uçmuşdu. 
Qonşumuz  Məşədi  Nağının  eyi  tamam  məhv  edilmişdi.  Özümü  xarabalığa  sarı 
verdim.  Daş-qalağının  koğuşunda  Məşədi  Nağının  çılpaq  meyidini  gördüm. 
Bədəndəki dəlik deşiyin  hesabı yox idi.  Həyətimizə  gəldik. Musa  ilə bir-birimizə 
sarılıb doyunca ağladıq. Bu zaman bir türk əsgəri bizə  yaxınlaşıb əlini çiynimizə 


29 
 
qoydu,  təsginlik  verdi.  Tanış  olduq.  Əsgərin  adı  Mehmet  idi.  Mənim  ruhani 
olduğumu bilib dedi: 
-  Əfəndim,  deyirsiniz  ki,  siz  xocasınız.  Bildiyiniz  kimi,  “Qur`an”da 
buyurulub  ki,  halal  mal  nə  yanar,  nə  də  oğurlanar.  Axı,  sizin  evinizin  bir  hissəsi 
yanıb. Səbəb nə? 
-  Əfəndim, yəqin ki, məvacibimin haram qatı olubmuş, - deyib atam əsgərə 
köməklərinə görə minnətdarlıq etdi”.
33
 
* * * 
Şəhər sakinləri erməni və malakanların şəhəri mühasirəyə aldıqlarını görüb, 
gecə  imkan  tapan,  silahlı  müsəlmanların  köməyi  ilə  ayaqyalın,  başıaçıq  şəhərdən 
qaçır, didərgin düşürdülər. 
Haşiyə: 
Vahab 
bəy 
Rəhimbəyov 
Şamaxıda  pristav  olmuşdur.  O,  ermənilərdən 
çoxdan  şübhələnmişdi.  Bir  neçə  gündən  sonra 
Nağaraxana kəndindən olan malakan dostu İvan 
Maksimoviç  onun  yanına  gəlir.  O,  malakan  və 
ermənilərin  bəd  niyyətləri  barədə  Vahab  bəyə 
ətraflı məlumat verir. Elə həmin gün Vahab bəy 
etibar  etdiyi  bütün  yaxın  adamlarını  bir  yerə 
toplayır,  xəbəri  onlara  çatdırılır.  Belə  qərara 
gəlirlər  ki,  ürək  qızdırdıqları  bütün  adamlara  xəbər  çatdırsın  və  əhali  şəhərdən 
çıxarılsın. Əldə olan silahlar etibarlı insanlara paylansın. 
Açıqlama:  Vahab  bəy  Rəhimbəyov  1854-cü  ildə  Şamaxıda  anadan 
olmuşdur.  O,  Şamaxıda  mollaxana  və  mədrəsədə  oxumuş,  realnı  məktəbdə  təhsil 
almışdır.  Bir  müddət  Şamaxıda  məhkəmədə  işləmişdir,  Vahab 
bəyin üç oğlu (Xanlar bəy, Cəfərqulu bəy, Səməd bəy)  iki qızı 
(Tacə  və  Lətifə  xanım)  olmuşdur.  Şamaxıda  ixtişaş  başlanan 
kimi  ailəsini  -  arvadı  Hacı  qızı  Qəmər  xanımla  (1887-1940) 
birlikdə  Ağdaşa  göndərmişdi.  Yolda  iki  uşağı  -  qızı  Tacə  və 
oğlu 
Səməd  bəy  vəfat  edirlər.  Dostu  Qaraxunlu  Əşrəf  bəy  Vahab 
bəyin ailəsini hörmətlə qəbul edir. Sonra onu Şəkiyə bəyin dostu 
Hacı Ağa Cəfərin ailəsinə çatdırır. Vahab bəy şəhərdən çıxmağı, 
qorxub 
qaçmağı 
adına 
sığışdırmır. 
Odur 
ki, 
nökəri 
Əli, 
qulluqçusu  Gövhərlə  birlikdə  evində  qalır.  Atışma  zamanı  nökəri  Əli  də  ölür. 
Vahab  bəy  son  nəfəsinə  kimi  daşnaqlarla  vuruşur,  ən  nəhayət,  o  yaralanır. 
Ermənilərin  həyətə  girəcəyini  görən  qulluqçu  Gövhər  təndirə  girir  və  gizlənir. 
Yağılar  həyətə  daxil  olurlar.  Vahab  bəyin  başını  kəsir  və  mülkünü  talan  edib 
yandırırlar. 
                                                           
33
 Hacı Əli Ağanın məktubu bizdədir – S.Q. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə