SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

40 
 
Şamaxıya  üç  günə  gəlib  çıxmışlarsa,  onlar  iki  gün  ərzində  Ağsu  və  Göyçayı  da 
zəbt etməyə imkan tapdılar”.
45
 
Ən  nəhayət,  erməni  daşnakları  İsmayıl  xan  Ziyadxanovun  dəstəsi  ilə 
qarşılaşırlar. Bu döyüşdə S.Şaumyanın “erməni-bolşevik”  ordusu qələbə çalır. Bu 
qələbə münasibəti ilə S.Şaumyan, Moskvaya V.İ.Leninə müjdə göndərir. Professor 
V.Quliyevin  yazdığı  kimi,  “tarixçilərin  tədqiqatlarında”  oxuyuruq:  “1918-ci  ilin 
yazında  Bakı  proletariatının  yardımı  və  zəhmətkeş  kütlələrin  fəal  işitirakı  ilə 
Azərbaycanın  şərq  qəzalarında  Sovet  qoşun  dəstələri  (oxu:  erməni-daşnak  qəza 
dəstələri - V.Q) aprelin 14-də Lənkəranı azad etdi, aprelin 17-19-da Şamaxı sovet 
şəhərinə çevrildi”.
46
 
Bəli, bu “böyük qələbə” Şamaxıda 4 minə yaxın dinc əhalinin qəsdən qətli 
(o cümlədən, 1653 qadın, 965 uşağın, yandırılan, talan edilən 58 kənddə isə 3204 
nəfər kişi, 1979 nəfər qadın, 959 nəfər uşağın məhv edilməsi) hesabına başa gəlir 
(Bunlar  adları  siyahıya  düşənlərdi).  Əslində  FİK-nin  işləri  yarımçıq  qaldığı  üçün 
qətlə  yetirilənlərin  sayı  düzgün  dəqiqləşdirilə  bilmədi.  Ona  görə  də  mənbələrdə 
Şamaxıda  qətlə  yetirilmiş  insanların  sayı  barədə  fikir  müxtəliflikləri  mövcuddur. 
Məsələn,  bir  mənbədə  oxuyuruq:  “Şaumyan  cəlladları  Şamaxı  uyezdində  qanlı 
faciələr törətdi. Şamaxı şəhərindən yalnız xarabalıqlar qalmışdı. 15 minlik əhalisi 
qılıncdan keçirildi. Az bir hissəsi bu faciədən qaçqınlıqla başını qurtara bildi”.
47
 
Başqa  bir  mənbədə  göstərilir  ki,  şəhərində  təqribən,  8-12  min,  bütövlükdə 
Şamaxı  qəzasında  isə,  40  minə  qədər  insan  qətlə  yetirilmişdir.  Çox  təəssüflər  ki, 
onların yalnız 12 min nəfəri qeydə alınmışdır”.
48
 
Göründüyü  kimi  sənədlərdən  də  erməni  terrorçularının  Şamaxı  və  onun 
kəndlərində  qətlə  yetirdikləri  günahsız  insanların  sayını  dəqiq  müəyyən  etmək 
mümkün  deyildir.  Amma  ötən  əsrin  90-cı  illərindən  bəri  apardığımız  ciddi 
araşdırmalar  nəticəsində  (yüz  nəfərə  yaxın  şahiddən  topladığımız  xatirə  və 
məlumatlar)  müəyyən  edə  bilmişik  ki,  erməni  cinayətkarları  -  S.Şaumyan, 
S.Lalayan, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi və yerli 
havadarlarının iştirakı ilə Şamaxı şəhərində təqribən, 14-16 min, onun 40 kənd və 
obalarında (Bugünkü Şamaxı və Qobustan rayonları ərazisindəki kəndlər) 6-8 min 
nəfəri qətlə yetirmişlər. Şamaxı şəhəri, onun kənd və obalarından didərgin, qaçqın 
düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur. 
Mənbələrdə  bu  qırğın  zamanı  Şamaxı  qəzasında  58  kəndin  yerlə-yeksan 
edildiyi,  yandırıldığı  haqqında  məlumat  verilir.  Yəqin  etmişik  ki,  həmin  siyahıya 
faciə törədilmiş bəzi kənd və obaların adı düşməmişdir. Həmin kənd və obaları da 
                                                           
45
 V.Arzumanlı, N.Mustafa. Göstərilən əsəri, səh. 91.  
46
 V.Quliyev.Göstərilən əsəri. səh.27.  
47
 Салех бек. Армянстого. Баку, 1994, стр. 329. 
48
 Soyqırımı. Xalq qəzeti, Bakı. 27 mart, 2001.  


41 
 
siyahıya daxil edəndə məlum olur ki, 1918-ci il soyqırımı zamanı Şamaxı qəzasının 
90-a yaxın, rayonun isə 40-dan artıq kənd və obası faciəyə məruz qalmışdır. 
 
III FƏSĠL 
 
ġAMAXI ERMƏNĠ TERRORUNDAN AZAD OLUNDU 
 
Şamaxı, Ağsu, Göyçay əraziləri bolşevik-daşnak ordusunun əlinə keçəndən 
sonra S.Şaumyan və onun əlaltıları - S.Lalayev və A.Əmiryan 20-25 mindən artıq 
çoxsu  da  erməni  cəlladlarından  təşkil  olunmuş  ordunun  Gəncəyə  hücum  planını 
hazırlayırdılar. 
Beləliklə,  Azərbaycan  ərazisinin  çox  hissəsi  günü-gündən  erməni-daşnak 
ordusu  tərəfindən  işğal  edilməyə  başlandı.  Nəticədə  əhali  qətlə  yetirilir,  kəndlər, 
şəhərlər  xarablıqlara  çevrilir,  xalqın  maddi-mədəniyyət  abidələri  yer  üzündən 
silinir, əhali qaçqın-köçkün vəziyyətinə düşür, bir sözlə, ölkə qan içində üzürdü. 
Azərbaycanlılara  kömək  etmək,  xalqı  qandan-qadadan,  daşnak-bolşevik 
zülmündən xilas etmək, bu bəladan, faciədən qurtarmaq üçün Türkiyə hökumətinin 
hərbi  naziri  Ənvər  Paşa  Qafqaz  İslam  Ordusu  yaradılmasını  məsləhət  bilir.  Odur 
ki,  ilk  öncə  ögey  qardaşı  general  Nuru  Paşanı  təlimatlandırır.  Bundan  sonra  o, 
Qafqaz  İslam  Ordusunun  məqsəd  və  vəzifələri  haqqında  məsləkdaşlarına  izahat 
verir. Bu müqəddəs təşəbbüs nazirin məsləkdaşları tərəfindən alqışlanır. 
“Ənvər  Paşanın  əsas  məqsədi  Türkiyə  nizami 
qoşunlarının  köməyi  ilə  Təbrizdən  Dağıstana,  Tehrandan 
Türkistana  qədər  olan  bütün  əraziləri  nəzarət  altına  almaq, 
onları  yadelli  işğalçıların  əlindən  qoparmaq,  imkan 
daxilində  bu  yerlərdə  milli  hökumətlərin  yaradılması  üçün 
ictimai-siyasi zəminə nail olmadıqdan ibarət idi”. 
Odur  ki,  Nuru  Paşa  1918-ci  il  aprel  ayının  8-də  öz 
ordusu  ilə  Azərbaycana  yola  düşür  və  may  ayının  25-də 
Gəncəyə çatır, fəaliyyətə başlayır. Bir neçə gün sonra, yəni, 
1918-ci  ilin  may  ayının  28-də  Azərbaycan  Demokratik 
Cümhuriyyəti  öz  müstəqilliyini  elan  edir.  Cümhuriyyətin 
təşkil etdiyi Milli Məclisdə Məmməd Əmin Rəsulzadə sədr seçilir. Hökumətin ilk 
Baş naziri Fətəli xan Xoyski (səkkiz nəfər nazir təyin olunmuşdur) olur”.
49
 
Bu  zaman  Azərbaycanın  bir  çox  bölgələri  kimi  Bakı  da  S.Şaumyanın 
tərəfdarlarının əlində olduğu üçün paytaxt Gəncə şəhəri seçilmişdir. 
1950-ci il aprel ayının 28-də M.Ə.Rəsulzadə Atatürk Xalq evində oxuduğu 
məruzədə  həmin  illəri  xatırlayaraq  deyirdi:  “Cümhuriyyət  qurulan  zaman  silahlı 
                                                           
49
 V. Arzumanlı. Qafqaz İslam Ordusu və Azərbaycanın erməni-rus işğalından təmizlənməsi, “Elturan” 
jurnalı. Bakı, 1999. N 1-2, səh.9. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə