SeyfəDDĠn qəNĠyev



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix31.10.2018
ölçüsü1,47 Mb.
#77210
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

52 
 
Səcdə qıldı, o, otuz cüz “Qurana”, 
Seçmədi, doğmadan yadı Mühəmməd. 
 
Dayaq durdu o, zəlilə, möhtaca, 
“Rəf-rəf” ilə qanaq açdı Meraca, 
Hünərilə yetdi, o, taxtı-taca, 
Hümbətinə yol aradı, Mühəmməd. 
 
Aşıq Hüseynin qəlbi ataşlı, 
Ürəyi qubarlı, gözləri yaşlı, 
Çox cəfalar çəkdim, mən başıdaşlı, 
Bilirəm ki, var imdadı, Mühəmməd.
59
 
 
Ağəli bəy Əfəndizadə Naseh: - 1856-cı ildə Şamaxıda tacir ailəsində anadan 
olub.  O,  mədrəsə  təhsili  alıb,  ərəb,  fars  dillərinə  mükəmməl  yiyələnmişdir. 
Bununla  yanaşı,  şəhər  rus  məktəbində  (годоской  школа) 
oxumuşdur. Onun Şamaxı ziyalıları arasında xüsusi hörməti 
olmuşdur. O, M.Ə.Sabir, A.Səhhət, M.Tərrahın yaxın dostu 
və əmlakdaşı idi. Şamaxı şairlərinin şerlərinin toplanması və 
onların  F.Köçərliyə  çatdırılmasında  A.Nasehin  xüsusi 
xidmətləri  olmuşdur.  Bu  barədə  F.Köçərli  “Azərbaycan 
ədəbiyyatı”  kitabında  yazır:  “Xüsusən,  Ağəli  bəyin  haqqı 
bizim  boynumuzda  artıq  dərəcədədir  ki,  Şamaxı  şüərasının 
tərcümeyi-hallarına  dair  bir  çox  məlumat  bizə  cəm  edib 
göndərmişdir. Bu barədə ol cənaba, alimi-qəlbdən razılıq izhar edib, cənab həqdən 
ona, xoşbəxtlik tuli-ömür, mərhəmət olmasına təmənna edirik”.
60
 
Ağəli bəy Naseh 30 ilə yaxın Şamaxıda məhkəmədə çalışmışdır. Bu idarədə 
haqsızlıq edən rus, erməni çinovnikləri ilə dəfələrlə üz-üzə gəlmişdir. 1912-ci ildən 
sonra  millətçi  ermənipərəst  Jukranskinin  Şamaxıya  qəza  rəisi,  Kolomentsevin  isə 
hakim göndərilməsi Nasehi məyus etmişdir. Həmin şəxslər dövlət idarələrində olan 
azərbaycanlıları incidir, onları vəzifələrindən uzaqlaşdırmağa çalışırdılar. Xeyirxah, 
zilayı  qədri  bilən  bələdiyyə  rəisi  Teymurağa  Xudaverdiyev  də  işdən  ilk 
çıxarılanlardan oldu. “Bu cür təqib edilənlərdən biri də Naseh idi. Kolomentsev 30 
il məhkəmə idarəsində çalışan 60 yaşlı, saf qəlbli Nasehi cürbəcür yaramaz sözlərlə 
təhqir edir, qaçırmağa çalışırdı”.
61
 
A.Naseh  vəzifəsindən  çıxır,  erməni-rus  millətçilərinin  gec-tez,  1905-1907-
ci  il  hadisələrinin  təkrar  edəcəkləri  barədə  öz  dostlarına  məlumat  verir  və  onları 
                                                           
59
 Aşiqin şerlərində Aşıq Baratın ifasından əldə etmişik – S.Q. 
60
 F.Köçərli. Azərbaycan ədəbiyyatı, II cild Bakı, 1981, səh. 99. 
61
 C.Cəbrayılbəyli. Xatirələrim. Bakı, 1966, səh. 121. 


53 
 
ehtiyatlı olmağa çağırırdı. Artıq şəhərdə ermənilərin fəallığı günü-gündən çoxalırdı. 
Onun ürəyi xəstə idi. Şəhərdə yayılan şayiələr onun halını daha da pisləşdirir. “5-6 
gün ağır xəstə yatdı”. Nəhayət, ürəyi davam gətirmədi və altı baş xırda uşağın gözü 
yaşlı qoyub bizi həmişəlik tərk etdi”.
62
 
Ərəb, fars, rus, türk dillərini mükəmməl bilən və bu dillərdə yüzlərlə şəxsi 
kitabı olan  “şəhər kitabxanasına  fond toplanarkən 150-dən  artıq  ən  yaxşı  kitabını 
bağışlayan, Şamaxı şairlərinin çoxunun əlyazmalarını özündə toplayan Nasehin evi 
də  ermənilər  tərəfindən  yandırılmışdır.  30-40  il  müddətində  o,  şamaxılı  şairlərin 
əlyazmalarını toplayıb bir yerə cəm etmişdi. 1918-ci il faciəsi o əlyazmaları məhv 
etməklə neçə-neçə Şirvanı nisbəli şairlərin adını məhv etdi”. 1918-ci ilin hadisələri 
nəticəsində  nəinki  Nasehin,  hətta  Sabirin,  Səhhətin  də  əsərlərinin  mühüm  qismi 
tələf olmuşdur. Tərrah və başqalarının əsərlərindən isə əsər-əlamət qalmamışdır”.
63
 
Onun külliyyatı, evi məhv edilsə də, şerlərinin bir qismi bizə gəlib çatmışdır. 
 
Varımdı sinəmdə dərdü qəmi-nihan, ölürəm, 
Bu sirri eyləmədim kimsəyə bəyan, ölürəm. 
 
Bacardığınca qəmi-eşqi gizlədim, axır, 
Kəsildi  taqətü səbrü qərarı-can, ölürəm. 
 
Səfayi-vəsldir aləmdə gərçi məqsudim, 
Bəbayi-hicrin ilə bağrım oldu qan, ölürəm. 
 
Açılmamış-gül idim gülşəni nəzakətdə
Bahari-ömrümü eşq eylədi xəzan ölürəm. 
 
Başım bənəfşə kimi qəm düzündə çox qaldım, 
Vüsalın olmadı üstümdə sayəban, ölürəm. 
 
Şikayət eyləmədim möhləti-fəraqından, 
Zəlili xari diləfkari bizəban ölürəm. 
 
Ümid idim çəkərəm dərdi-eşqi Naseh tək, 
Qırıldı risteyi-ümmid nagəhan, ölürəm. 
 
Mirzə  Məmmədtağı  Şirvani  –  1870-ci  ildə  Şamaxı  şəhərində  anadan 
olmuşdur.  Mədrəsə  təhsili  alıb,  ərəb  və  fars  dillərini  öyrənmişdir.  Şamaxıda  ana 
dili və şəriət müəllimi işləmişdir. M.Ə.Sabir, A.Səhhət, Ə.Naseh, M.Hadi ilə yaxın 
                                                           
62
 C.Cəbrayılbəyli. Xatirələrim. Bakı, 1966, səh. 121. 
63
 Yenə orada. səh. 118. 


54 
 
dost  olmuş  və  onlarla  şerləşmişdir.  1918-ci  ildə  evində  ailəsi  ilə  birlikdə  qətlə 
yetirilmişdir.  Qalabaz  məhəlləsində  olan  evi,  bütün  əlyazmaları,  kitabları 
yandırılmışdır. Şairin 1902-ci il zəlzələsinə həsr etdiyi şerin bir parçası və bir neçə 
qəzəli bizlərə gəlib çatmışdır.  
 
Təzədən şəhri-Şamaxı yenə viran oldu, 
Dağılıb hər tərəfə xak ilə yeksan oldu. 
Belə yer zəlzələsi bəlkə qiyamətə ola,  
Heç görünübmü xəlayiq belə vəhşətdə ola. 
Kərbəla vaqiyəsibəlkə bu babətdə ola, 
Əsəri-Kərbübəla burda nümayən oldu. 
 
Ağababa  Məşədi  Nurulla  oğlu  Sağəri.  1847-ci  ildə  İmamlı  məhəlləsində 
tacir  ailəsində  anadan  olmuşdur.  Atası  savadlı  bir  şəxs  olmuş,  ərəb-fars  dillərini 
bilmişdir.  Ticarətlə  əlaqədar  Şərq  ölkələrinin  bir  çoxunda  olmuşdur.  Ağababa 
mollaxana və mədrəsə təhsili almış, 40-ilə yaxın Şamaxıda müəllimlik etmişdir. O, 
“Beytüs-səfa”  məclisində  də  iştirak  etmişdir.  O,  1880-1882-ci  illərdə  İran, 
Ərəbistan,  Orta  Asiyanı  gəzib  səyahət  etmişdir.  Cağəri  klassik  üslubda  əsərlər 
yazmışdır. Onun qəzəl və qəsidələrinin bir hissəsi günümüzə gəlib çatmışdır.  
1918-ci  il  faciəsi  zamanı  ailəsi  ilə  Şamaxıdan  Qarasuya  qaçmışdır.  Yolda 
xəstəliyə tutlan şair orada faciənin qurbanı olmuşdur. 
 
Ey-şanə, türreyi-əfşanıma dəymə, 
Canım çıxar, ol zülfü-pərişanıma dəymə. 
 
Etmə günümü qaə mənim, zülf, həzər qıl, 
Çin-çin tökülüb, ol məni-sabanıma dəymə. 
 
Ey sürmə, həya eylə, günüm eyləmə tirə, 
Çeşmi-siyahi-nərgizi-fəttammadəymə. 
 
Cənnət qapısın bağlama sən aşiqi-zarə, 
Ey badi-səba, caki-giribamma dəymə. 
 
Qoy canım çıxsın, mənə rəhm eyləmə, cərrah, 
Əl vurma mənə, nabəki-peykanıma dəymə. 
 
Yıxma evini Sagərinin, bad, həzər qıl, 
Hər ləhzə əsib sibi-zənəxdanəma dəymə! 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə