Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə122/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   118   119   120   121   122   123   124   125   ...   128

 
 
185
 
Qeydlər: 
 
Şengenqanunvericiliyi(o  cümlədən  "Sərhəd  və  viza  məsələləri"  və  "Qeyri-qanuni  miqrasiya  və  geri  qaytarılma  məsələləri"  sütununda  qeyd  olunan  hüquqi 
sənədlər) 
 
Danimarka  ilə  əlaqədar  Avropa  İttifaqının  qanunvericilik  bazasına  inteqrasiya  edilmiş  Şengen  qanunvericiliyinə  dair  19  saylı  Protokolun  3-cü  maddəsinə  və 
Danimarkanın mövqeyinə dair 22 saylı Protokola baxın. 
Birləşmiş Krallıqla əlaqədar Azadlıq, təhlükəsizlik və ədliyyə sahəsi ilə bağlı Birləşmiş Krallığın və İrlandiyanın mövqeyinə dair 21 saylı Protokola, Avropa İttifaqının 
qanunvericilik  bazasına  inteqrasiya  edilmiş  Şengen  qanunvericiliyinə  dair  19  saylı  Protokolun  4-cü  maddəsinə,Avropa  İttifaqı  Şurasının  Birləşmiş  Krallıq  tərəfindən 
təqdim olunmuş müraciətin qəbul edilməsini təsdiq edən 2000/365/EC saylı, 29.5.2000-ci il tarixli Qərarına (OJ2000L131,səh.43–47) və Avropa İttifaqı Şurasının Böyük 
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfindən Şengen qanunvericiliyinin müəyyən hissələrinin tətbiq edilməsi haqqında 2004/926/EC saylı, 22.12.2004-cü il 
tarixli Qərarına (OJ2004L395,səh.70-80) baxın. 
İrlandiya  ilə  əlaqədar  Azadlıq,  təhlükəsizlik  və  ədliyyə  sahəsi  ilə  bağlı  Birləşmiş  Krallığın  və  İrlandiyanın  mövqeyinə  dair  21  saylı  Protokola,  Avropa  İttifaqının 
qanunvericilik  bazasına  inteqrasiya  edilmiş  Şengen  qanunvericiliyinə  dair  19  saylı  Protokolun  4-cü  maddəsinə  və  Avropa  İttifaqı  Şurasının  İrlandiyanın  Şengen 
qanunvericiliyinin bəzi müddəalarında iştirak etmək barədə müraciəti haqqında 2002/192/EC saylı, 28.2.2002-ci il il tarixli Qərarına (OJ2002L64, səh.20–23) baxın. 
Norveçlə və İslandiya  ilə əlaqədar Avropa İttifaqının qanunvericilik bazasına inteqrasiya edilmiş Şengen qanunvericiliyinə dair 19 saylı Protokolun 6-cı maddəsinə, 
Avropa  İttifaqı  Şurası,  İslandiya  Respublikası  və  Norveç  Krallığı  arasında  18.5.1999-cu  il  tarixində  bağlanmış  və  26.6.2000-ci  il  tarixində  qüvvəyə  minmiş  İslandiya 
Respublikasının və Norveç Krallığının Şengen qanunvericiliyinin icra edilməsində, tətbiqində və inkişaf etdirilməsində iştirakına dair Sazişə (OJ1999L176,səh.36-62) və 
Avropa İttifaqı Şurasının, İslandiya Respublikası və Norveç Krallığı arasında bağlanmış və İslandiya Respublikasının və Norveç Krallığının Şengen qanunvericiliyinin icra 
edilməsində, tətbiqində və inkişaf etdirilməsində iştirakına dair Sazişin tətbiq edilməsi üçün bəzi tədbirlər haqqında 1999/437/EC saylı, 17.5.1999-cu il tarixli Qərarına 
(OJ1999L176,səh.31-33) baxın. 
İsveçrə ilə əlaqədar Avropa İttifaqı, Avropa Birliyi və İsveçrə Konfederasiyası arasında 26.10.2004-cü il tarixində bağlanmış və 01.03.2008-ci il tarixində qüvvəyə minmiş 
İsveçrə  Konfederasiyasının  Şengen  qanunvericiliyinin  icra  edilməsində,  tətbiqində  və  inkişaf  etdirilməsində  iştirakına  dair  Sazişə  (OJ2008L53,səh.52-79)  və  Avropa 
İttifaqı, Avropa Birliyi və İsveçrə Konfederasiyası arasındakıİsveçrə Konfederasiyasının Şengen qanunvericiliyinin icra edilməsində, tətbiqində və inkişaf etdirilməsində 
iştirakına dair Sazişin Avropa Birliyi adından bağlanması haqqında 2008/146/EC saylı, 28.1.2008-ci il tarixli Qərarına (OJ 2008 L 53, səh.1-2) baxın. 
Lixtenşteynlə  əlaqədar  Avropa  İttifaqı,  Avropa  Birliyi  və  İsveçrə  Konfederasiyası  arasındakıİsveçrə  Konfederasiyasının  Şengen  qanunvericiliyinin  icra  edilməsində, 
tətbiqində və inkişaf etdirilməsində iştirakına dair Sazişə Lixtenşteyn Knyazlığının qoşulması barədə Avropa İttifaqı, Avropa Birliyi, İsveçrə Konfederasiyası və Lixtenşteyn 
Knyazlığı arasında 28.02.2008-ci il tarixində imzalanmış və 19.12.2011-ci il tarixində qüvvəyə minmiş Protokola (OJ2011L160, səh.21-36) baxın
 
Müəyyən hüquqi sənədlərin tətbiqi 
 
Dublin və Eurodac Əsasnamələri 
 
Danimarka ilə əlaqədarAvropa İttifaqı ilə Danimarka Krallığı arasında 10.03.2005-ci il tarixində imzalanmış və 01.04.2006-cı il tarixində qüvvəyə minmiş Danimarkada 
və ya Avropa İttifaqının hər hansı bir başqa üzv dövlətində təqdim olunmuş sığınacaq üçün müraciətin baxılmasına məsuliyyət daşıyan üzv dövlətin müəyyənləşdirilməsi 


 
 
186
 
meyarları  və  mexanizmlərinə,  həmçinin  Dublin  Konvensiyasının  səmərəli  tətbiqi  üçün  barmaq  izlərinin  tutuşdurulması  üzrə  "Eurodac"  sisteminə  dair  Sazişə 
(OJ2006L66,səh.38-43) və Avropa İttifaqı Şurasının 2006/188/EC saylı, 21 fevral 2006-cı il tarixli Qərarına (OJ 2006L66,səh.37) baxın; Danimarka yuxarıda qeyd olunan 
Sazişin3(2)-ci  maddəsini  əsas  götürərək  əlahiddə  danışıqların  aparılmasını  nəzərdə  tutan  "Eurodac"  sistemi  çərçivəsində  hüquq-mühafizə  tədbirlərinə  aid  hissəni 
çıxmaq şərti  ilə Əsasnamələrin ikisinin də tətbiq edəcəyini  2013-cü il iyulun 4-də Avropa Komissiyasına bildirmişdir. 
İslandiya  və Norveçlə əlaqədar Avropa İttifaqı, İslandiya Respublikası və Norveç Krallığı arasında 19.01.2003-cü il tarixində imzalanmış və 01.04.2001-ci il tarixində 
qüvvəyə  minmiş  Üzv  dövlətdə  və  ya  İslandiyada  və  yaxud  Norveçdə  təqdim  olunmuş  sığınacaq  üçün  müraciətin  baxılmasına  məsuliyyət  daşıyan  üzv  dövlətin 
müəyyənləşdirilməsi meyarları və mexanizmlərinə dair Sazişə (Bəyanatlarla) (OJ2001L93,səh.40-47) və Avropa İttifaqı Şurasının 2006/167/EC saylı, 21.2.2006-cı il 
tarixli Qərarına (OJ2006L57,səh.15-18) baxın; həm İslandiya (2013-cü il iyulun 23-də), həm də Norveç (2013-cü il iyulun 12-də) əlahiddə danışıqların aparılmasını 
nəzərdə  tutan  "Eurodac"  sistemi  çərçivəsində  hüquq-mühafizə  tədbirlərinə  aid  hissəni  çıxmaq  şərti    ilə  Əsasnamələrin  ikisinin  də  tətbiq  edəcəklərini  Avropa 
Komissiyasına bildirmişdilər. 
İsveçrə  ilə  əlaqədar  Avropa  İttifaqı  ilə  İsveçrə  Konfederasiyası  arasında  26.10.2004-cü  il  tarixində  imzalanmış  və  01.03.2008-ci  il  tarixində  qüvvəyə  minmiş  Üzv 
dövlətdə  və ya İsveçrədə təqdim olunmuş sığınacaq üçün müraciətin baxılmasına məsuliyyət daşıyan üzv dövlətin müəyyənləşdirilməsi meyarları və mexanizmlərinə 
dair  Sazişə  (OJ2008L53,səh.5-17)  və  Avropa  İttifaqı  Şurasının  2008/147/EC  saylı,  28.1.2008-ci  il  tarixli  Qərarına  (OJ2008L53,səh.3-4)  baxın;  İsveçrə  əlahiddə 
danışıqların aparılmasını nəzərdə tutan "Eurodac"  sistemi çərçivəsində  hüquq-mühafizə  tədbirlərinə  aid hissəni çıxmaq şərti  ilə  Əsasnamələrin ikisinin də tətbiq 
edəcəyini  2013-cü il avqustun 14-də Avropa Komissiyasına bildirmişdir
Lixtenşteynlə  əlaqədar  Avropa  İttifaqı  ilə  İsveçrə  Konfederasiyası  arasında  Üzv  dövlətdə  və  ya  İsveçrədə  təqdim  olunmuş  sığınacaq  üçün  müraciətin  baxılmasına 
məsuliyyət daşıyan üzv dövlətin müəyyənləşdirilməsi meyarları və mexanizmlərinə dair Sazişin Avropa İttifaqı, İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığı arasında 
28.02.2008-ci  tarixində  imzalanmış  və  19.12.2011-ci  il  tarixində  qüvvəyə  minmiş  Protokoluna  (OJ2011L160,  səh.  39-49)  baxın;  Lixtenşteyn  əlahiddə  danışıqların 
aparılmasını  nəzərdə  tutan  "Eurodac"  sistemi  çərçivəsində  hüquq-mühafizə  tədbirlərinə  aid  hissəni  çıxmaq  şərti  ilə  Əsasnamələrin  ikisinin  də  tətbiq  edəcəyini            
2013-cü il iyulun 11-də Avropa Komissiyasına bildirmişdir. 
 
Şengen Sərhəd  Məcəlləsi 
 
Şengen Sərhəd Məcəlləsi Bolqarıstana,Rumıniyaya və Kiprə daxili sərhədlər haqqında III fəsli çıxmaq şərti ilə şamil olunur. 
 
ŞİS II Əsasnamələri           
 
Avropa İttifaqı Şurasının 2013/158/EU saylı, 7 mart 2013-cü il tarixli Qərarı ilə (OJ 2013 L87/10 27.3.2013) müəyyən edildiyi kimi ŞİS II Əsasnaməsi 2013-cü il aprelin 9-
da tətbiq edilməyə başlamışdır. 
Bolqarıstan və Rumıniya yalnız Avropa İttifaqı Şurası tərəfindən Şengen zonasına qəbul edildikdən sonra bu ölkələrin ərazisinə gəlməyə rədd cavabı vermək məqsədi 
ilə ŞİS II-dən istifadə etmək imkanına malik olacaqlar, lakin ŞİS II haqqında 2007/533/JHA saylıQərara və Avropa İttifaqı Şurasının  Şengen qanunvericiliyində nəzərdə 
tutulmuş Şengen İnformasiya Sisteminə aid müddəaların Bolqarıstan Respublikasında və Rumıniyada tətbiqi haqqında 2010/365/EU saylı,2010-cu il iyun ayı tarixli 
Qərarına əsasən polis və məhkəmə əməkdaşlığı məqsədləri ilə ŞİS II-dən istifadə edə bilərlər. 
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə