XX əsr və XXI
əsrin əvvəllərini əhatə edən
qısa tarixi bir dövr ərzində dünyada elmi‐ictimai
proseslər sürətlə inkişaf etmiş və insanın normal
həyat tərzinin təminatı, maddi nemətlər bolluğu
yaradılması istiqamətində bir sıra mühüm
nəticələr əldə olunmuşdur. Әyani misallarla
bu proseslərin inkişaf sürətini göstərmək müm ‐
kündür.
Elmin inkişafında insan amilinin nə qədər
mühüm əhəmiyyət kəsb etdiyini ötən əsrin
ikinci yarısında tibb sahəsində qazanılan
nailiyyətlər sübut etmişdir.
Belə nailiyyətlər sırasında əvvəllər sağal ‐
maz hesab olunan xəstəliklərdən əziyyət çəkən
insanların müalicəsinin mümkünlüyü, ağır
xəsarətlər almış şəxslərin qeyri‐müəyyən müd ‐
dətə komatoz vəziyyətdə saxlamaqla onla rın
«ölmək hüququndan» məhrum edil məsi, ciddi
fiziki qüsurlarla doğulan uşaqların həyatının
uzadılması, qanın sepa rasiyası, daxili orqanla ‐
rın transplantasiyası, eyni zamanda süni orqan ‐
ların yaradılması, süni mayalanmanı və s.
göstərmək olar.
Bu uğurlar bir tərəfdən insanların həyat
səviyyəsinin yüksəldilməsi, sağlamlıqlarının
möhkəmləndirilməsi, ömürlərinin uzadılması
ilə nəticələnsə də, digər tərəfdən bir‐biri ilə
münasibətdə müəyyən ziddiyyətlərin yaran ‐
masına və elmi, ictimai, sosial, mənəvi proses ‐
lər müstəvisində köklü dəyişikliklərin baş
verməsinə səbəb olmuşdur. Həmin dəyişiklik ‐
lərin əksəriyyətinin məhz biologiyadan, xüsu ‐
silə də tibbi biologiyadan qaynaqlandığı zəru rətinə
görə elm aləmində «bioetika» adla nan yeni
anlayış və etik meyar formalaşmışdır.
Bioetika – insanın həyatla ölüm arasında
manipulyasiyası zamanı mənəvi‐etik‐hüquqi
sərhədlər haqqında olan biliklər sistemidir.
Belə ki, məhz 1965–1990‐cı illərdə elmin,
xüsusilə təbabət elminin inkişafı inqilabi nəti ‐
cə lərə səbəb olmuş, insanların nəinki müali ‐
cəsinə, sağlamlıqlarının bərpasına, eyni zamanda
onların həyatı ilə manipulyasiya edilməsinə
imkan yaratmışdır [13]. Bu isə yüzil liklər boyu
formalaşan ümumbəşəri mənəvi dəyərlərlə
kəskin təzadların meydana çıxmasına şərait
yaratmışdır.
Tibbin yeni nailiyyətləri və bu gün dün ‐
yada geniş vüsət almış genetik tədqiqatlar belə
bir vacib və insanlıq üçün taleyüklü suala
cavab axtarır: Elm, texnika sahəsində əldə olu ‐
nan yeniliklərin tətbiqi, onların insan həyatına,
ətraf mühitə nüfuz etdirilməsi hansı mənəvi‐
etik prinsiplərə söykənməlidir və ən nəhayət,
qazanılan, icrası mümkün olan ən son texno ‐
loji imkanların hər birinin həya tı mıza müda ‐
xiləsi nə dərəcədə zəruri və icazəlidir?
Әlbə ə, belə vəziyyətdə bəziləri, bir qayda
olaraq, «elmi tərəqqini dayandırmaq olmaz»
deyir, bəziləri nəzarətsiz texniki tərəqqinin
qurbanına çevrilməkdən ehtiyat edir. Bir baş ‐
qaları isə «təbiətə, ilkin yaşayışa qayıtmağa»
cəhd göstərir. Elm ilə ziddiyyət təşkil edən bu
fikirlərlə də tam razılaşmaq olmaz. Müasir elmin
inkişafına inanaraq yerdə qalanlara «pisdir»
demək də, onun səmərəsinə gözü bağlı inan ‐
maq da sadəlövhlükdür. Çünki prob lemin
kökündə duran məsələ kor‐koranə elmi təd qi ‐
qatları dayandırmaq deyil – halbuki bu, müm ‐
künsüzdür – yeni metodların ekspe
riment
mərhələsinə çatmasını, sonradan nor mal kom ‐
mersiya predmetinə çevrilməsini ciddi hüquqi
nəzarət altına almaqdan ibarətdir.
Eyni zamanda elmi və ictimai proseslərin
inkişafında böhran və təzadların qaçılmaz
olduğu göz qabağındadır.
Proseslərə təsir edə bilən insan amili elmi
təfəkkürə «ətraf mühit və dərketmə» kimi
yeni kateqoriya gətirmişdir. Bir tərəfdən insan
kosmik fəzanın fəth edilməsində fantastik
nailiyyətlərinə sevinir, gələcəkdə enerji ehti ‐
yat larının digər planetlərdən Yer kürəsinə nəqli
imkanlarına, Günəşin sonsuz enerji mənbə ‐
yinə malik olmasına inanır. Әgər dünən bu
68
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
ELMİ‐SOSİAL PROSESLӘRDӘ BİOETİK
NORMALAR SİSTEMİNİN RİYAZİ ÜSULLARLA
ӘSASLANDIRILMASINA DAİR
düşüncələr xülya idisə, bu gün reallığa çevril ‐
mək dədir. Məsələn, 2008‐ci ildə Hindis tan
alimlərinin elmin son nailiyyətləri əsasında
hazırlanmış kosmik aparatlar vasitəsilə Ay sət ‐
hindən uzunmüddətli enerji ehtiyatına malik
nümunələri Yerə gətirmələri bəşəriyyəti hey ‐
ran etmişdir.
Amma digər tərəfdən, kosmik gəmilərin,
süni peyklərin Yerin zərif ozon qatını dəfələrlə
zədələmələri və bununla da biosferdə ekoloji
tarazlığın pozulması gələcəkdə kosmik tədqi ‐
qatların hansı arzuolunmaz nəticələrə gətirib
çıxaracağını bəri başdan ehtimal etməyə əsas
verir.
Başqa bir misal. XX əsrin ikinci yarısında
atom və hidrogen bombalarının yaranması,
nüvə texnologiyalarının inkişafı, atom elektrik
stansiyalarının inşası bəşəriyyəti enerji ilə təmin
etməklə yanaşı, onu ekoloji, bioloji və huma ‐
nitar uçurum qarşısında qoymuşdur.
Bu yaxınlarda «Nature Nanotechnology»
jurnalı dünyanın 400‐dək alimi arasında
keçirilən rəy sorğusunun heyrətamiz nəticələ ‐
rini açıqlamışdır. Məlum olmuşdur ki, onların
hər biri «nano» eranın gəlişini ruh yüksəkliyi
ilə qarşılasa da, sıravi istehlakçılarla müqayi ‐
sədə nanotexnologiya və gen mühəndisliyinin
imkanlarından daha çox narahat olduğunu
etiraf etmişdir. Onların fikrincə, yeni texno ‐
logiyaların insan orqanizminə və ətraf mühitə
təsiri gözlənilməz nəticələrə səbəb ola bilər.
Әn çox təhlükə yaradan amil isə genetik modi ‐
fikasiya olunmuş ərzaq məhsullarının yayıl ‐
masıdır. Bu təhdid əvvəllər nüvə enerjisinin
yaratdığı qorxuya bərabər tutulur. Elə isə
«nano» və elmin digər ən yeni nailiyyət
‐
lərindən bəşəriyyət nəyi gözləməlidir – vəd
olunan cənnəti, yoxsa cəhənnəmi?
Alimlərin bu barədə də fikri birmənalı
deyildir. Məsələn, «Sun Microsystems» şirkə ‐
tinin təsisçilərindən olan Bill Coysun qəna ‐
ətinə görə, «əgər nanorobotlar özlərinə bənzər
yeni robotlar törətmək imkanına malik olar ‐
larsa, bu proses əvvəl‐axır insanın nəzarə tin ‐
dən çıxacaqdır. Bu zaman «azadlığa qovuş muş»
nanorobotlar xaotik şəkildə çoxalacaq, Günəş
enerjisi ilə qidalanan və sayı milyardları ötən
gözəgörünməz qiyamçılar ordusu onları əhatə
edən hər şeyi özlərinə bənzəyən məxluqlara
«çevirəcəklər». Nəticədə Yer planeti, üzərin ‐
dəki bütün canlı və cansız aləmlə birlikdə
nəhəng selikli kütlə halını alacaqdır». ABŞ‐ın
Massaçusets ştatı Universitetinin Elm və Mü ‐
hən dislik kafedrasının professoru, «Gözə gö ‐
rünməz maşınlar dövrünün müha ribəsi» adlı
kitabın müəllifi Tomas Makkarti isə əmindir ki,
«nanotexnologiyalar» yalnız föv qəl kiçik, mikro
ölçülü döyüş silahlarını yarat maqla kifa yət ‐
lənməyib, onların istehsal va sitə lərini də dün ‐
yaya gətirəcəklər. Nəticədə düşmən ölkəsinin
əhalisinə qarşı həqiqi soyqı rım törədiləcəkdir.
Bu zaman gen mühən disliyi qalibləri məğlub ‐
edilməz edəcəkdir.
Qeyd edilməlidir ki, 2002‐ci ildə ABŞ‐da
nanofəlakətlərinin qarşısının alınması məqsə ‐
dilə xüsusi mərkəz təsis edilmişdir. Bu gün
həmin mərkəz bu sahə üzrə Ümumdünya nə ‐
zarət təşkilatının yaradılması ideyasının təşəb ‐
büskarı kimi çıxış edir. Beləliklə, insana,
ümu
milikdə bəşəriyyətə təhdid məqsədilə
istifadə edilə biləcək elmi nailiyyətlərə nəzarət
(inzibati, hüquqi, etik) məsələsi bu gün
xüsusilə aktual mövzuya çevrilmişdir. Burada
həm etik, həm də hüquqi aspektlər bir‐biri ilə
sıx şəkildə uzlaşmışdır. Müasir təbabətdə, gen
mühəndisliyində, insan orqanlarının trans ‐
plan tasiyasında, biotexnologiyalarda baş verən
misilsiz texnoloji nailiyyətlər elmin bioetika
kimi zəruri sahəsinin formalaşmasına tələbat
və zəmin yaratmışdır.
Bioetika problemlərinin ilk və geniş müza ‐
kirəsi hələ 1946‐cı ildə Almaniyanın Nürnberq
şəhərində olmuşdur [1]. BMT‐nin İnsan Hü ‐
quq ları üzrə Ümumi Bəyannaməsini (1948‐ci
il), həmin qurumun iqtisadi, sosial, mədəni,
vətəndaş və siyasi hüquqlar haqqında beynəl ‐
xalq paktları (1966‐cı il), Әsas hüquqlar haq ‐
qında Xartiyanı (2000‐ci il) və ümumi xarakter
daşıyan digər beynəlxalq sənədləri də nəzərə
alaraq, bu problemlərə dair aşağıdakı xüsusi
beynəlxalq aktlar hazırlanmış və qəbul edil ‐
mişdir: Təbabət və biologiyanın nailiy yətlə ri ‐
nin tətbiqi ilə əlaqədar İnsan hüquqları və
ləya
qətinin müdafiəsi barədə Konvensiya
(1997‐cı il), İnsan hüquqları və biotəbabət
haqqında Konvensiya (1997‐ci il) və onun əlavə
protokolları, İnsanın genomu, İnsan haqları
haqqında Ümumi Bəyannamə (1997‐ci il),
69
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014