yələşdirmə
sisteminin təkmilləşdiril məsi, təhsil
müəssisələrinin adambaşına maliy yələş mə sis ‐
teminə keçidi, ödənişli təhsil xidmətləri gös ‐
tərilməsinin dəstəklənməsi və Təhsilin İnkişafı
Fondunun yaradılması nəzərdə tutulur.
Bu gün Azərbaycan artıq yeni dövrə – mo ‐
dernləşdirmə dövrünə qədəm qoyub. Bu döv ‐
rün hədəfləri sosial‐iqtisadi həyatın qa baqcıl
beynəlxalq təcrübəyə uyğunlaş dı rılm asından,
bu yolla davamlı iqtisadi inki
şa
fın təmin
olunmasından, eləcə də əhalinin həyat səviy ‐
yəsinin daha da yüksəldilmə sin dən iba rətdir.
Xalqımızın müstəqil yaşamaq kimi tarixi haq ‐
qının gerçəkləşməsi gələcək inkişaf pers pek ‐
tivlərinin aydın şəkildə müəy yən ləş di ril məsinə
imkan verir. Güclü və dinamik inkişaf edən
Azərbaycanın insan kapi talı müasir dövlətçilik
fəlsəfəmizin əsas hədəfidir. Bu hədəflərin
gerçəkləşməsi də xeyli dərəcədə təhsilin üzə ‐
ri nə düşür və onun daşıdığı missiya ilə bağlıdır.
Müasir dövrümüzdə insanlar, daha geniş
çevrədə dövlətlər və nəhayət, bəşəriyyət bir
şeyi aydın dərk edib ki, təhsil fenomeni dün ‐
ya nın yeni inkişaf trendlərini müəyyən edir.
Bu, dünən də belə olmuşdur, bu gün də belə ‐
dir, gələcəkdə də belə olacaqdır.
Bu gün sürətlə modernləşən Azərbay
‐
canda təhsilin insan kapitalının inkişafı çağı ‐
rış larına cavab verməsi üçün yeni, daha təsirli
addımların atılmasına ehtiyac vardır. Bu
ehtiyacın ödənilməsi tələbindən irəli gələn
Dövlət Strategiyasının əsas məqsədi ölkədə
səriştəli təhsilverənlərə, ən yeni texnologi ya ‐
lara əsaslanan infrastruktura malik, keyfiy yət
səviyyəsinə görə dünyada öncül mövqe tutan
təhsil sistemi formalaşdırmaqdır. Bir daha
qeyd etmək istərdim ki, təhsil sistemimiz iqti‐
sadi cəhətdən dayanıqlı və dünyanın aparıcı
təhsil sistemlərinin standartlarına uyğun səviy ‐
yəyə qaldırılmalıdır.
İnanmaq istərdim ki, strategiyanın reallaş ‐
dırılması bu məqsədə nail olmağa, təhsilin
məzmununun, kadr hazırlığının, təhsildə idarə ‐
etmənin, infrastrukturun Azərbaycanın perspek‐
tiv inkişaf konsepsiyasına uyğun yenidən
qurulmasına imkan verəcək, ölkədə biliklərə
əsaslanan iqtisadiyyatın və informasiya cəmiy ‐
yətinin təşəkkülünü, davamlı inkişafı təmin
edəcəkdir. Bu inkişafın Azərbaycan modelinin
qurulmasında təhsildən gözlədiyimiz töhfələr
olacaqdır.
– Azərbaycanın birinci xanımı, Heydər
Әliyev Fondunun prezidenti Mehriban xanım
Әliyeva Fondun məktəbəqədər təhsil müəs ‐
sisə lərinin inkişafı proqramının təqdimatı
mərasimində belə bir fikir söyləyib: «Bu gün
ölkəmizdə fəaliyyət göstərən uşaq bağçala ‐
rının əksəriyyəti sovet dövründə tikilib. O
zamandan bu günə qədər Azərbaycanda əha ‐
li nin sayı 25–30 faiz artıb və mövcud bağça ‐
lar tələbatı ödəmir». Bu məsələ ilə bağlı
fikirlə rinizi bilmək istərdik.
– Elmi‐pedaqoji araşdırmalar göstərir ki,
insan ömür boyu öyrəndiyinin böyük bir
hissəsini altı yaşına qədər mənimsəyir. Məhz
bu dövrdə uşağın idraki və fiziki inkişafının
təməli qoyulur. Bu təməlin nə qədər möhkəm
və düşünülmüş olması şəxsiyyətin gələcək
inkişafını təmin edir və onun həyat fəlsəfəsini,
cəmiyyətə baxışlarını müəyyənləşdirir.
Tərbiyə ümumbəşəri anlayış olsa da, hər
bir xalqı səciyyələndirən öz milli, mənəvi
xüsusiyyətləri: ana dili, dini, tarixi, ədəbiyyatı,
incəsənəti, mədəniyyəti, adət və ənənələri vardır.
Bütün bunlar həmin xalqın milli mənəviy ya ‐
tını təşkil edir, böyüməkdə olan nəslin tərbi ‐
yəsində böyük rol oynayır.
Ümumiyyətlə, insan tərbiyəsi, onun getdikcə
kamilləşməsi, cəmiyyət üçün dəyərli şəxsə çev ‐
rilməsi hər bir dövrdə filosofların, pedaqoq‐
alimlərin tədqiqat obyekti olmuş, tərbiyəetmə
fəaliyyətinə insanın dünyaya gəldiyi ilk
günlərdən, hə a ana bətnində olarkən başlan ‐
ma
sının vacibliyini tutarlı faktlarla sübuta
yetirmişlər. Uşaqların erkən yaşlarından tər ‐
biyə olunmasını həyata keçirən xüsusi müəs ‐
sisələrin olmadığı bir dövrdə bu vacib məsələ
bilavasitə ailələrdə yerinə yetirilmişdir.
Zaman ötdükcə insanların məşğulluğunun
getdikcə artması məktəbəqədər müəssisələrin
yaradılması zərurətini meydana çıxarmışdır.
Məktəbəqədər təhsil müəssisələrinin tarixi
ondan başlamışdır ki, XIX əsrdə Almaniyada
Fridrix Frebel 3–7 yaşlarında uşaqların idraki,
17
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
fiziki və sosial baxımdan inkişafını təmin edən
oyunlardan ibarət kurikulum tərtib etmişdir.
Bu kurikulumun tətbiqində əsas məqsəd uşaq ‐
ları məktəbə hazırlamaqdan ibarət idi. Təhsil
işçiləri belə təhsil proqramlarının faydasını
müşahidə etdikcə məktəbəqədər tərbiyə işi
tədricən İngiltərə, Kanada, Birləşmiş Ştatlarda
da tətbiq edilməyə başlandı. Sonralar bu,
təhsilin ayrılmaz hissəsi kimi bütün dövlətlər
və cəmiyyətlər tərəfindən qəbul edildi.
Məktəbəqədər təhsil dövlətə nə verir? Bu
təhsil dövründə uşaqların fiziki, sosial və idraki
inkişafının düşünülmüş şəkildə təşkili onun
bütün gələcək taleyinə öz təsirini göstərir.
Mütəxəssislər hesab edirlər ki, mükəmməl
məktəbəqədər təhsil yalnız təhsilin növbəti
mərhələsində uşağın nailiyyət göstəricilərinin
yüksəldilməsi baxımından əhəmiyyətli olma ‐
yıb, həm də öz sosial, iqtisadi ehtiyaclarını
təmin edən vətəndaşın formalaşdırılmasında
böyük rol oynayır. Belə vətəndaşları olan
dövlətdə isə kasıblığın səviyyəsi aşağı düşür,
cinayətkarlıq azalır. Bu da insanların maddi
rifahını və təhlükəsizliyini təmin edir. Bütün
göstərilənlər dövlətin və dövlətçiliyin qüvvət ‐
lən məsinə xidmət edir.
Bununla belə, etiraf etmək lazımdır ki, keç ‐
miş sovet dönəmində ümumtəhsil məktəbləri
ilə müqayisədə məktəbəqədər təhsilin inkişa ‐
fına, onun təkmil infrastrukturunun yaradıl ‐
ma sına nisbətən az diqqət yetirilmişdir. Bölgə lərdə
müasir, birtipli layihə ilə tikilən müəssisələr
xeyli azlıq təşkil edirdi.
İnkarolunmaz faktdır ki, ölkəmizdə məktə ‐
bəqədər müəssisələrin inkişafı Azərbaycanın
müstəqillik illərinə təsadüf edir.
Hazırda Azərbaycan Respublikasında 111090
uşağı əhatə edən 1677 məktəbəqədər təhsil
müəssisəsi, o cümlədən 537 uşaq bağ çası, 1110
körpələr evi‐uşaq bağçası, 25 körpələr evi,
5 məktəb‐bağça, sağlamlıq im kan ları məhdud
uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni za‐
manda 12 müəssisədə 19 xüsusi təhsil qrup ‐
ları, 4 sanator tipli məktəbə qədər təhsil müəs sisəsi
fəaliyyət göstərir.
Respublikamızda təhsilin bütün sahələ ‐
rinə, o cümlədən məktəbəqədər təhsilə dövlə ‐
timiz tərəfindən xüsusi diqqət və qayğı göstə rilir,
xüsusi dövlət proqramları həyata keçirilir.
Məktəbəqədər təhsil sahəsində mövcud olan
problemlərin aradan qaldırılması, təhsilin
18
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014