“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

yələşdirmə sisteminin təkmilləşdiril məsi, təhsil

müəssisələrinin adambaşına maliy yələş mə sis ‐

teminə keçidi, ödənişli təhsil xidmətləri gös ‐

tərilməsinin dəstəklənməsi və Təhsilin İnkişafı

Fondunun yaradılması nəzərdə tutulur.

Bu gün Azərbaycan artıq yeni dövrə – mo ‐

dernləşdirmə dövrünə qədəm qoyub. Bu döv ‐

rün hədəfləri sosial‐iqtisadi həyatın qa baqcıl

beynəlxalq  təcrübəyə  uyğunlaş dı rılm asından,

bu yolla davamlı iqtisadi inki 

şa 

fın təmin



olunmasından, eləcə də əhalinin həyat səviy ‐

yəsinin  daha  da  yüksəldilmə sin dən  iba rətdir.

Xalqımızın müstəqil yaşamaq kimi tarixi haq ‐

qının gerçəkləşməsi gələcək inkişaf pers pek ‐

tivlərinin  aydın  şəkildə  müəy yən  ləş  di ril məsinə

imkan verir. Güclü və dinamik inkişaf edən

Azərbaycanın insan kapi talı müasir dövlətçilik

fəlsəfəmizin əsas hədəfidir. Bu hədəflərin

gerçəkləşməsi də xeyli dərəcədə təhsilin üzə ‐

ri nə düşür və onun daşıdığı missiya ilə bağlıdır.

Müasir dövrümüzdə insanlar, daha geniş

çevrədə dövlətlər və nəhayət, bəşəriyyət bir

şeyi aydın dərk edib ki, təhsil fenomeni dün ‐

ya nın yeni inkişaf trendlərini müəyyən edir.

Bu, dünən də belə olmuşdur, bu gün də belə ‐

dir, gələcəkdə də belə olacaqdır.

Bu gün sürətlə modernləşən Azərbay 

canda təhsilin insan kapitalının inkişafı çağı ‐



rış larına cavab verməsi üçün yeni, daha təsirli

addımların atılmasına ehtiyac vardır. Bu

ehtiyacın ödənilməsi tələbindən irəli gələn

Dövlət Strategiyasının əsas məqsədi ölkədə

səriştəli təhsilverənlərə, ən yeni texnologi ya ‐

lara əsaslanan infrastruktura malik, keyfiy yət

səviyyəsinə görə dünyada öncül mövqe tutan

təhsil sistemi formalaşdırmaqdır. Bir daha

qeyd etmək istərdim ki, təhsil sistemimiz iqti‐

sadi cəhətdən dayanıqlı və dünyanın aparıcı

təhsil sistemlərinin standartlarına uyğun səviy ‐

yəyə qaldırılmalıdır.

İnanmaq istərdim ki, strategiyanın reallaş ‐

dırılması bu məqsədə nail olmağa, təhsilin

məzmununun, kadr hazırlığının, təhsildə idarə ‐

etmənin, infrastrukturun Azərbaycanın perspek‐

tiv inkişaf konsepsiyasına uyğun yenidən

qurulmasına imkan verəcək, ölkədə biliklərə

əsaslanan iqtisadiyyatın və informasiya cəmiy ‐

yətinin təşəkkülünü, davamlı inkişafı təmin

edəcəkdir. Bu inkişafın Azərbaycan modelinin

qurulmasında təhsildən gözlədiyimiz töhfələr

olacaqdır.

– Azərbaycanın birinci xanımı, Heydər

Әliyev Fondunun prezidenti Mehriban xanım

Әliyeva Fondun məktəbəqədər təhsil müəs ‐

sisə lərinin inkişafı proqramının təqdimatı

mərasimində belə bir fikir söyləyib: «Bu gün

ölkəmizdə fəaliyyət göstərən uşaq bağçala ‐

rının əksəriyyəti sovet dövründə tikilib. O

zamandan bu günə qədər Azərbaycanda əha ‐

li nin sayı 25–30 faiz artıb və mövcud bağça ‐

lar tələbatı ödəmir». Bu məsələ ilə bağlı

fikirlə rinizi bilmək istərdik.

– Elmi‐pedaqoji araşdırmalar göstərir ki,

insan ömür boyu öyrəndiyinin böyük bir

hissəsini altı yaşına qədər mənimsəyir. Məhz

bu dövrdə uşağın idraki və fiziki inkişafının

təməli qoyulur. Bu təməlin nə qədər möhkəm

və düşünülmüş olması şəxsiyyətin gələcək

inkişafını təmin edir və onun həyat fəlsəfəsini,

cəmiyyətə baxışlarını müəyyənləşdirir.

Tərbiyə ümumbəşəri anlayış olsa da, hər

bir xalqı səciyyələndirən öz milli, mənəvi

xüsusiyyətləri: ana dili, dini, tarixi, ədəbiyyatı,

incəsənəti, mədəniyyəti, adət və ənənələri vardır.

Bütün bunlar həmin xalqın milli mənəviy ya ‐

tını təşkil edir, böyüməkdə olan nəslin tərbi ‐

yəsində böyük rol oynayır.

Ümumiyyətlə, insan tərbiyəsi, onun getdikcə

kamilləşməsi, cəmiyyət üçün dəyərli şəxsə çev ‐

rilməsi hər bir dövrdə filosofların, pedaqoq‐

alimlərin tədqiqat obyekti olmuş, tərbiyəetmə

fəaliyyətinə insanın dünyaya gəldiyi ilk

günlərdən, hə a ana bətnində olarkən başlan ‐

ma 

sının vacibliyini tutarlı faktlarla sübuta



yetirmişlər. Uşaqların erkən yaşlarından tər ‐

biyə olunmasını həyata keçirən xüsusi müəs ‐

sisələrin olmadığı bir dövrdə bu vacib məsələ

bilavasitə ailələrdə yerinə yetirilmişdir.

Zaman ötdükcə insanların məşğulluğunun

getdikcə artması məktəbəqədər müəssisələrin

yaradılması zərurətini meydana çıxarmışdır.

Məktəbəqədər təhsil müəssisələrinin tarixi

ondan başlamışdır ki, XIX əsrdə Almaniyada

Fridrix Frebel 3–7 yaşlarında uşaqların idraki,



17

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




fiziki və sosial baxımdan  inkişafını təmin edən

oyunlardan ibarət kurikulum tərtib etmişdir.

Bu kurikulumun tətbiqində əsas məqsəd uşaq ‐

ları məktəbə hazırlamaqdan ibarət idi. Təhsil

işçiləri belə təhsil proqramlarının faydasını

müşahidə etdikcə məktəbəqədər tərbiyə işi

tədricən İngiltərə, Kanada, Birləşmiş Ştatlarda

da tətbiq edilməyə başlandı. Sonralar bu,

təhsilin ayrılmaz hissəsi kimi bütün dövlətlər

və cəmiyyətlər tərəfindən qəbul edildi.

Məktəbəqədər təhsil dövlətə nə verir? Bu

təhsil dövründə uşaqların fiziki, sosial və idraki

inkişafının düşünülmüş şəkildə təşkili onun

bütün gələcək taleyinə öz təsirini göstərir.

Mütəxəssislər hesab edirlər  ki, mükəmməl

məktəbəqədər təhsil yalnız təhsilin növbəti

mərhələsində uşağın nailiyyət göstəricilərinin

yüksəldilməsi baxımından əhəmiyyətli olma ‐

yıb, həm də öz sosial, iqtisadi ehtiyaclarını

təmin edən vətəndaşın formalaşdırılmasında

böyük rol oynayır. Belə vətəndaşları olan

dövlətdə isə kasıblığın səviyyəsi aşağı düşür,

cinayətkarlıq azalır. Bu da insanların maddi

rifahını və təhlükəsizliyini təmin edir. Bütün

göstərilənlər dövlətin və dövlətçiliyin qüvvət ‐

lən məsinə xidmət edir.

Bununla belə, etiraf etmək lazımdır ki, keç ‐

miş sovet dönəmində ümumtəhsil məktəbləri

ilə müqayisədə məktəbəqədər təhsilin inkişa ‐

fına, onun təkmil infrastrukturunun yaradıl ‐

ma sına nisbətən az diqqət yetirilmişdir. Bölgə lərdə

müasir, birtipli layihə ilə tikilən müəssisələr

xeyli azlıq təşkil edirdi.

İnkarolunmaz faktdır ki, ölkəmizdə məktə ‐

bəqədər müəssisələrin inkişafı Azərbaycanın

müstəqillik illərinə təsadüf edir.

Hazırda Azərbaycan Respublikasında 111090

uşağı əhatə edən 1677 məktəbəqədər təhsil

müəssisəsi, o cümlədən 537 uşaq bağ çası, 1110

körpələr evi‐uşaq bağçası, 25 körpələr evi,

5 məktəb‐bağça, sağlamlıq im kan ları məhdud

uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni za‐

manda 12 müəssisədə 19 xüsusi təhsil qrup ‐

ları, 4 sanator tipli məktəbə qədər təhsil müəs    sisəsi

fəaliyyət göstərir.   

Respublikamızda təhsilin bütün sahələ ‐

rinə, o cümlədən məktəbəqədər təhsilə dövlə ‐

timiz tərəfindən xüsusi diqqət və qayğı göstə rilir,

xüsusi dövlət proqramları həyata keçirilir.

Məktəbəqədər təhsil sahəsində mövcud olan

problemlərin aradan qaldırılması, təhsilin

18

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə