“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

müasir tələblər səviyyəsində qurulmasının

təmin olunması istiqamətində kompleks təd ‐

birlər yerinə yetirilir.

Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Res ‐

pub likasında  məktəbəqədər  təhsilin  yeniləş di ril ‐

məsi  Proqramı  (2007–2010‐cu  illər)»  çər çi  vəsində

37 yeni məktəbəqədər təhsil müəssisəsi inşa

edilərək istifadəyə verilmiş, 52 məktəbəqədər

təhsil müəssisəsində əsaslı təmir işləri apa 

rılmış, 184 müəssisə müvafiq avadan lıqlarla, o



cümlədən oyuncaq və idman avadan lıqları,

texniki vasitələrlə təchiz olun muş dur. Eyni za‐

manda bütün məktəbəqədər təhsil müəs si ‐

sələri müxtəlif təlim vəsaitləri ilə təmin edil mişdir.

Azərbaycan Respublikası Prezidentinin

təsdiq etdiyi 2011–2013‐cü illərdə Bakı şəhə ‐

rinin və onun qəsəbələrinin, habelə region ‐

ların sosial‐iqtisadi inkişafına dair dövlət

proqramlarına əsasən paytaxtda və onun qəsəbə ‐

lərində 174 məktəbəqədər müəssisə əsaslı

təmir olunmuşdur. 34 müəssisədə isə əsaslı

təmir işləri aparılır. Respublikanın digər şəhər

və rayonlarında 1 yeni məktəbəqədər təhsil

müəssisəsi inşa edilmiş, 41 müəssisədə əsaslı

təmir işləri yerinə yetirilmişdir.

Dövlət məktəbəqədər təhsil müəssisələri

şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, özəl

sektorun da inkişafı böyük əhəmiyyət kəsb

edir. Yeni qəbul olunmuş «Körpələr evlərinə,

körpələr evi‐uşaq bağçalarına, uşaq bağçala ‐

rına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə

müddətli vergi güzəştlərinin verilməsi haqqında»

qanuna əsasən 2014‐cü il yanvarın 1‐dən başla ‐

yaraq 10 il müddətinə məktəbəqədər təhsil

müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edil ‐

miş hüquqi şəxslərin mənfəət vergisini və

sadələşdirilmiş vergini ödəməkdən azad

edilirlər. Bu isə uşaqların intellektual, fiziki və

psixoloji inkişafı üçün lazımi şəraitin yaradıl ‐

ması ilə yanaşı, bu sahənin inkişafının təkcə

dövlət sərmayələri ilə deyil, həmçinin özəl sek ‐

torun iştirakının stimullaşdırılması yolu ilə

təmin etmək məqsədi daşıyır.

«Təhsil haqqında» qanunda Azərbaycan

dövləti qarşısında öz məsuliyyətini dərk edən,

xalqının milli ənənələrinə və demokratiya prin ‐

siplərinə, insan hüquqları və azadlıqlarına

hörmət edən, vətənpərvərlik və azərbay cançı ‐

lıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı

düşünən vətəndaş və şəxsiyyət yetişdirmək

təhsilin əsas məqsədlərindən biri kimi önə

çəkilir. Qanunda məktəbəqədər təhsilin ilk və

vacib pillə olmaqla ailənin və cəmiyyətin

maraqlarına uyğun olaraq, uşaqların erkən

yaş dövründə intellektual, fiziki və psixi

inkişafını, sadə əmək vərdişlərinə və həyati

bacarıqlara yiyələnməsini, istedad və qabiliy ‐

yə tinin üzə çıxarılmasını, sağlamlığının qorun ‐

masını, estetik tərbiyəsini, şəxsiyyət kimi

formalaşmasını, məktəb təliminə hazırlığını,

təbiətə və insanlara həssas münasibətinin

formalaşmasını təmin etməli olduğu göstərilir,

məktəbəqədər təhsilin inkişaf etdirilməsi,

əsasən, 3 səbəbdən vacib hesab edilir:

1. Aparılmış tədqiqatlara görə, uşaqların

erkən yaşdan təhsilinə qoyulan sərmayə iqti‐

sadi və sosial baxımdan daha yüksək fayda ‐

lılıq əmsalına malikdir. Başqa sözlə, tədqi qatlar

göstərir ki, bu yaş dövründə uşağın inkişafına

xərclənən vəsait sonradan dəfələrlə artıq gəlir

gətirir.

2. Məktəbəqədər təhsil valideynlərə daha

artıq dərəcədə dəstək olmaqla qadınların

məşğulluq göstəricilərinə xüsusilə müsbət

təsir edir.

3. Məktəbəqədər təhsil vasitəsilə uşaqlar

arasında bərabərlik imkanlarının yaradılması

sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri

arasında fərqlərin azalmasına gətirib çıxarır.

«Təhsil haqqında» qanunda fasiləsizlik,

vəhdətlik, dinamiklik təhsil sahəsində dövlət

siyasətinin əsas prinsiplərindən biri kimi qeyd

edilmişdir. Qanuna görə, mövcud təhsil stan ‐

dartları, tədris proqramları və planları əsa ‐

sında təhsilin bir neçə səviyyədə əldə edilməsi

imkanı, təhsilin ayrı‐ayrı pillələri arasında sıx

dialektik qarşılıqlı əlaqənin təmin olunması və

onun insanın bütün həyatı boyu ardıcıl davam

etməsi vacib məsələ olaraq irəli sürülmüşdür.

Bununla belə, respublikada məktəbəqədər

yaşlı uşaqların təhsil müəssisələrinə cəlbi 14,8 faiz

təşkil etdiyindən bu yaşda uşaqların 80 faizindən

çoxu davamlı və ardıcıl təhsil imkanından kə ‐

narda qalır. Halbuki Təhsil Nazirliyi tərəfindən



19

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




aparılmış milli qiymətlən dirmə tədqiqatları da

sübut edir ki, ibtidai təhsilin sonunda bir ildən

artıq uşaq bağçasına getmiş uşaqlar uşaq

bağçasına getməmiş uşaq lardan ana dili və

riyaziyyatda daha yüksək nəticə göstər miş lər.

Ona görə məktəbəqədər təhsil müəssisələ ‐

rindəki təlim‐tərbiyə prosesi ailələrdəki eyni

prosesin, ibtidai təhsil isə məktəbəqədər təhsil

və məktəbə hazırlıq təli minin davamı kimi

vahid sistemdə birləş məlidir. Yalnız bu halda

uşağın psixoloji və mənəvi cəhətdən məktəb

təliminə hazır olma sından danışıla bilər. Belə

bir sistemin qurul ması, heç şübhəsiz, ibtidai

təhsilin  keyfiy yə tinə  əhəmiyyətli  dərəcədə

müsbət təsir göstərə bilər.

Məktəbəqədər təhsil sahəsində mövcud

problemlərin artıq yüksək səviyyədə tanınma ‐

sının nəticəsidir ki, bu təhsil növü Azərbaycan

dövlətinin təhsil siyasətində prioritet sahə

hesab edilmişdir. «Azərbaycan 2020: gələcəyə

baxış» İnkişaf Konsepsiyasında ölkə üzrə

azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb ‐

olunma səviyyəsinin orta Avropa göstəricisi

səviyyəsinə çatdırılması əsas məqsəd kimi

təqdim edilir. Buna nail olmaq üçün isə

məktə bəqədər təhsil müəssisələri şəbəkəsinin

genişləndirilməsi, onların şərait və təchiza ‐

tının yaxşılaşdırılması, habelə bu sahədə müx ‐

təlif tipli, məsələn, icma və ailə tipli müəs sisələrin

yaradılmasına xüsusi önəm veri lir.

Konsepsiyada göstərilən bu məqsədlərdən

çıxış edərək Azərbaycan Respublikası Prezi‐

dentinin 24 oktyabr 2013‐cü il  tarixli Sərən camı

ilə təsdiq edilmiş «Azərbaycan Res pub lika ‐

sında təhsilin inkişafı üzrə Dövlət Strate gi ‐

yası» sənədində məktəbəqədər təhsilin

inki şa fına yönəlmiş bir sıra hədəflər öz əksini

tapmışdır:

* qabaqcıl beynəlxalq təcrübə əsasında

məktə bəqədər təhsil üzrə pedaqoji və idarə ‐

etmə heyətinin müstəqil sertifikatlaşdırma

(lisenziyalaşdırma) sisteminin yaradılması;

* erkən yaşlı uşaqların məktəbəqədər təhsillə

əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması;

* məktəbəhazırlıq təhsilinin (1 il) icbarili ‐

yinin təmin olunması.

Məktəbəqədər təhsil müəssisələrinin Təhsil

Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin

olmamasına baxmayaraq, son 10 ayda Təhsil

Nazirliyi tərəfindən ümumtəhsil məktəblə ‐

rində məktəbəhazırlıq qruplarının yaranma ‐

sını dəstəkləyən addımlar atılmış, bu qruplara

cəlb edilən uşaqların vaxtından əvvəl I sinfə

müsa 


hibəsiz qəbul olunması barədə qərar

qəbul olunmuşdur.

Strategiya sənədində, eyni zamanda məktə ‐

bəqədər təhsil üzrə kurikulumun tətbiqinin

sürətləndirilməsi zəruri hesab edilmişdir.

Kurikuluma əsasən məktəbəqədər təhsil uşağın

ətraf aləmlə harmoniyasını təmin etməyə,

xeyirxah hislər oyatmağa, əməkdaşlığa və

müsbət özünütəsdiqə nail olmaq baxımından

əhəmiyyətlidir. Məhz bu dövrdə uşaqlarda

ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür

elementləri formalaşır, ətraf aləmin hadisələri,

sadə qanunauyğunluqları arasında qarşılıqlı

əlaqələri müəyyənləşdirmək və əldə edilmiş

bilikləri müstəqil tətbiq etmək bacarıqları

yaranır.


Məktəbəqədər təhsilin proqramı (kuriku‐

lumu) müasir dünya təcrübəsinə uyğun yeni

baxış və yanaşmalar əsasında hazırlandı ğın ‐

dan onun etibarlılığını, nəzərdə tutulan nəticə ‐

lərin reallaşmasına hansı səviyyədə təminat

verəcəyini sınaqdan keçirmək üçün həmin

proqramın (kurikulumun) pilot qaydasında

tətbiqi məqsədilə respublikanın 15 pilot şəhər

və rayonunda məktəbəqədər təhsil müəssi sə ‐

lə  rinin  pedaqoji  işçiləri  üçün  təlimlər  keçi ril ‐

mişdir. Bu təlimlərdən 3093 tərbiyəçi keç  mişdir.

Cəmiyyətin müxtəlif xarakterli problem ‐

lərinin həllində aparıcı rol oynayan Heydər

Әliyev Fondunun prezidenti, UNESCO‐nun

və İSESCO‐nun xoşməramlı səfiri Mehriban

xanım Әliyeva hər zaman dəyərli təklif və

təşəbbüslə təhsil sisteminə öz töhfələrini verir.

«Yeniləşən Azərbaycana yeni məktəb» proq ‐

ramı çərçivə sində təxminən 400 məktəb tikil ‐

miş və təmir edilmişdir.

Heydər Әliyev Fondu tərəfindən məcburi

köçkünlər üçün salınan 83 qəsəbədə 50 uşaq

bağçası tikilmişdir. Eyni zamanda Bakı şəhə ‐

rində 11 məktəbəqədər təhsil müəssisəsi əsaslı

təmir olunmuş, 7 yeni uşaq bağçası inşa edi ‐

lərək istifadəyə verilmişdir.



20

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə