“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   2   3   4   5   6   7   8   9   ...   35

yətlər əksini tapmışdır. Bununla da Azər ‐

baycan haqqında indiyə qədər bənzəri olma yan

yeni və müfəssəl məlumat toplusu hazır ‐

lanmışdır. Nəşr 2007‐ci ildə Azərbaycan,

2012‐ci ildə isə rus dillərində işıq üzü gör müş ‐

 dür. Hazırda «Azərbaycan» cildinin ingilis

dili versiyası üzərində iş görülür. Ki tab ‐

 xanada 847‐ci ildə nəşr olunan dün yanın ilk

ensiklopediyasının surəti də nüma yiş etdirilir.

2012‐ci ildə nəşr olunan «Azər baycan Muğam

Ensiklopediyası»nın redaksiya heyə tinin sədri

Heydər Әliyev Fondunun prezidenti Mehri ‐

ban Әliyevadır.

Mərkəzin kitabxanasında Azərbaycan Milli

Ensiklopediyasının digər yeni nəşrləri və onlar

barədə biblioqrafik məlumatlardan ibarət

bukletlər sərgilənir. Mərkəzdə həm redak‐

siya heyətinin, həm də əməkdaşların fəaliy ‐

yəti üçün hər cür şərait mövcuddur.

Prezident İlham Әliyev mərkəzin akt və

konfrans zalları ilə tanış oldu. Zallarda bey ‐

nəl xalq və respublika əhəmiyyətli tədbir ‐

lərin keçirilməsi üçün bütün tələblər nəzərə

alınmışdır. Kitab anbarı, mini mətbəə, müasir

informasiya texnologiyalarının tətbiqinə

imkan verən rabitə sistemi ölkə həyatının

keçmişinin və bu gününün Milli Ensiklope‐

diyada daha dolğun əksini tapması imkanla ‐

rını genişləndirəcəkdir. Ümumi sahəsi 7500

kvadratmetr olan mərkəzin yerləşdiyi ərazidə

əsaslı abadlıq və yaşıllaşdırma işləri görül müşdür.

Prezident İlham Әliyev görülən işlərdən

razılığını bildirdi, tapşırıq və tövsiyələrini

verdi.


4

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Aprelin 18‐də Azərbaycan Milli Elmlər

Akademiyasının (AMEA) illik ümumi yığın ‐

cağı keçirilmişdir. Tədbirdə Azərbaycan Res ‐

pub likası  Prezidenti  Administrasiyasının

rəhbəri akademik Ramiz Mehdiyev, AMEA‐nın

həqiqi və müxbir üzvləri, Milli Məclisin

depu tatları, ali məktəblərin rəhbərləri, dövlət

və hökumət qurumlarının, ictimai təşkilatla ‐

rın nümayəndələri iştirak etmişlər.

Akademik Ramiz Mehdiyev və elmi icti ‐

maiyyətin nümayəndələri əvvəlcə AMEA‐nın

ayrı‐ayrı bölmə və institutlarının ötənilki

fəaliyyətini, yerinə yetirilən elmi tədqiqat

işlərini əks etdirən sərgi ilə tanış olmuşlar.

AMEA‐nın müvafiq institutlarının, digər

elmi tədqiqat müəssisələrinin son bir ildə

qazandığı uğurları əks etdirən sərgi işti rak ‐

çılar tərəfindən yüksək qiymətlən dirilmişdir.

Ümumi yığıncağı açan Azərbaycan Milli

Elmlər Akademiyasının prezidenti akade ‐

mik Akif Әlizadə AMEA‐da il ərzində görül müş

işlər barədə məlumat vermişdir. Bildi ril ‐

mişdir ki, Akademiyanın Rəyasət Heyəti

tərəfindən təsdiq edilmiş siyahı tərkibi

49 həqiqi (akademik) və 97 müxbir üzvdən

ibarətdir. İclasda 135 nəfər iştirak edir. İclas

öz işinə başlamağa səlahiyyətlidir.

Akif Әlizadə demişdir ki, AMEA‐nın

ötən il aprelin 24‐də keçirilmiş illik ümumi

yığıncağından sonra Akademiyanın yeddi

üzvü dünyasını dəyişmişdir. Bunlar akade ‐

miklər Rəhim Rəhimov, Asəf Nadirov, Bəh ‐

ram Әsgərov, AMEA‐nın müxbir üzvləri

Ab 


dulla Muxtarov, Sabir Hacıyev, Sabit

Kərimov, İsgəndər Cəfərovdur.

Akademiyanın vəfat etmiş üzvlərinin

xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

AMEA‐nın prezidenti qeyd etmişdir ki,

illik yığıncağın gündəliyində iki məsələ vardır:

Azərbaycan Milli Elmlər Akade mi yası Rəya ‐

sət Heyətinin 2013‐cü ildəki fəaliy yəti və

görkəmli alimlərin adına təsis edil miş müka ‐

fatların təqdim olunması.

Gündəlik səsə qoyularaq qəbul olunmuş

və reqlament müəyyənləşdirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiya sı ‐

nın prezidenti akademik Akif Әlizadə ötənilki

ümumi yığıncaqdan keçən dövr ərzində

ölkəmizin həyatında baş vermiş ən mühüm

hadisənin prezident seçkiləri olduğunu diqqətə

çatdırmışdır. Akademik Azərbaycan xalqı ‐

nın ümumi iradəsi nəticəsində bu ali dövlət

vəzifəsinə seçilmiş Prezident İlham Әliyevi

elmi ictimaiyyət adından təbrik etmişdir.

Akif Әlizadə AMEA‐nın dövlətimizin başçı ‐

sının elmə dair qərarlarını rəhbər tutaraq

2013‐cü ildə də uğurla fəaliyyət göstərdiyini

bildirmiş, elmi fəaliyyətin yeni meyarlarla

təşkili və idarə olunmasını elmi infrastruk‐

turun müasirləşdirilməsini və qabaqcıl texno ‐

logiyaların tətbiqini həyata keçirən əsas

prin sip kimi qeyd etmişdir. AMEA prezi‐

denti Azərbaycanın regionun elm mərkə ‐

zinə çevrilməsi üçün bütün imkanlara sahib

olduğunu, müasir informasiya‐kommunika ‐

siya texnologiyaları ilə təchiz edilmiş, böl gə də

ən qabaqcıl kitabxanalardan olacaq İnforma siya

Resursları Mərkəzinin istifadəyə tam hazır

olduğunu və müasir elmi istiqamətlər üzrə

yeni institutların yaradılacağını bildirmişdir.

5

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Azərbaycan Milli Elmlər Akademiyasının

illik ümumi yığıncağı keçirilmişdir


Akademiyanın prezidenti demişdir ki,

AMEA Azərbaycan Prezidentinə dəstək ola ‐

raq müstəqil dövlətçiliyimizin əsaslarının

möhkəmləndirilməsində üzərinə düşən vəzi ‐

fələrin öhdəsindən layiqincə gəlmiş, cəmiy ‐

yətin sosial‐iqtisadi tərəqqisinə, mə dəni‐mənəvi

təşəkkülünə töhfəsini vermişdir. Dövlə ti ‐

mizin başçısı Akademiyanın ölkədə elmin

təşkili və inkişafındakı böyük xidmətlərini

nəzərə alaraq bu mötəbər elm ocağının 70

illik yubileyinin keçirilməsi haqqında Sərən ‐

cam imzalamışdır.

Akif Әlizadə demişdir ki, Azərbaycan Pre ‐

zidenti tərəfindən hər il olduğu kimi, ötən

ildə də ölkəmizdə elmin inkişafı ilə bağlı çox

mühüm qərarlar qəbul edilmişdir. Prezident

İlham Әliyevin müvafiq fərman və sərən ‐

cam larına əsasən Akademiyanın həqiqi və

müxbir üzvləri yüksək dövlət təltiflərinə layiq

görülmüş, AMEA‐nın əməkdaşlarının maaş ‐

ları, doktorantların təqaüdləri, elmi dərə cə ‐

lərə görə vəzifə maaşlarına əlavələrin məbləği

artırılmışdır.

Bildirilmişdir ki, ötən il aprelin 24‐də ke ‐

çi ril miş ümumi yığıncaqda AMEA‐nın pre ‐

zidenti və Rəyasət Heyətinin yeni tərkibi

seçilmişdir. Seçkilərdən sonra Akademiyada

köklü islahatlara başlanılmışdır. Bu islahat ‐

ların əsas prinsipini ölkəmizin inkişaf strate ‐

giyasına uyğun olaraq elmi fəaliyyətin yeni

əsaslarla təşkili və idarə olunması, elmi in‐

frastrukturun müasirləşdirilməsi, qabaqcıl

texnologiyaların tətbiqi, elmi fəaliyyətin

yeni meyarlar əsasında qiymətləndirilməsi

və s. təşkil etmişdir.

Akademik Akif Әlizadə ölkənin inkişaf

strategiyasına uyğun olaraq regionlarda elmi‐

texniki potensialı artırmaq məqsədilə bir

sıra islahatların həyata keçirildiyini, o cüm ‐

lədən Prezident İlham Әliyevin «Azərbay ‐



6

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə