“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

«Ekzistensializm – humanizimdir» (1946) müha ‐

zirələrində verilmişdi.

Sartr özünün ekzistensializmin ateist versi ‐

yasını azadlıq və humanizim fəlsəfəsi kimi

təqdim edirdi. Sartr deyirdi: «Mən allahsız yaşa ‐

yıram, bununla fəxr edirəm».

Sartr  Nobel mükafatından imtina etməsi ‐

nin səbəblərini belə izah etmişdir:

«Mən çox təəssüf edirəm ki, iş qalmaqal

formasını aldı, mükafat verilir, amma ondan

imtina olunur.

Bunun səbəbi – məni əvvəlcədən məlu mat ‐

landırmadılar ki, nə hazırlanır. Mən oktyabrın

15‐də «Fiqaro li erer»də onun Stokholmdakı

müxbirinin belə bir məlumatını oxuduqda ki,

İsveç Akademiyası mənim namizədliyimi

müdafiə etməyə meyillidir, amma hələ son

qərar qəbul olunmayıb, mən Akademiyaya

məktub yazdım və səhəri gün onu göndərdim

və hesab etdim ki, beləliklə, mən vəziyyəti

düzəldə bilərəm, bir də məsələyə heç vaxt

qayıdılmasın.

Mən o vaxt hələ bilmirdim ki, Nobel müka ‐

fatı gələcək laureatın fikirindən asılı olma‐

yaraq verilir və düşünürdüm ki, hələ ona mane

olmaq mümkündür. Amma əla bilirdim ki,

İsveç Akademiyası seçim etdikdən sonra bu

seçim dən imtina edə bilməz. Akademiyaya

gön dər diyim  məktubda  izah  etdiyim  kimi

müka fat dan imtina etməmin səbəbləri nə İsveç

Akademi yasına, nə də Nobel mükafatının özünə

aid deyil. Bu məktubda mən iki növ səbəb

göstərdim: şəxsi və ictimai.

Şəxsi səbəblər: 

Mənim imtinam heç də düşünülməmiş

hərə 

kət deyildi, çünki mən həmişə rəsmi



fərqlənmə nişanlarından imtina etmişəm.

1945‐ci ildə İkinci Dünya müharibəsindən

sonra mənə Fəxri legion ordeni təklif edil ‐

dikdə mən ondan imtina etdim, baxmayaraq

ki, hökumətdə dostlarım da var idi. Mən heç

vaxt, bəzi dostların təklif etdiyi kimi, Kollec de

Fransa daxil olmaq istəməmişdim.

Bu mövqeyin əsasında mənim yazıçı

mövqeyim durur. Siyasi, sosial və ya mədəni

sahədə müəyyən mövqedə olan yazıçı yalnız

o vasitələrin köməyi ilə hərəkət etməlidir ki,

bu yalnız onun özünə məxsusdur. 

Bütün mümkün olan fərqləndirici nişanlar

onun oxucularını təzyiq altına salır ki, mən

bunu arzuolunmaz hesab edirəm. «Jan Pol

Sartr» və ya «Nobel mükafatı laureatı Jan Pol

Sartr» imzaları arasında fərq var. 

Belə fərqlə razılaşan yazıçı bununla onu

qeyd edən assosiasiyanı və ya institutu əlaqə ‐

ləndirir. Mənim Venesuela partizanlarına rəğbə ‐

tim yalnız mənə aiddir. Lakin əgər «Nobel

mükafatı laureatı Jan Pol Sartr» Venesuela

müqavimətinin müdafiəsinə qalxırsa, onda o

bununla da Nobel institutunun özünü də bu

işə cəlb edir.

Yazıçı özünün instituta çevrilməsinə imkan

verməməlidir, hə a bu halda olduğu kimi ən

mötəbər forma olsa belə.

Aydındır ki, bu mənim olduqca şəxsi

mövqeyimdir və bu mövqedə artıq bu müka ‐

fata layiq görülənlərin tənqidi yoxdur. Mən

tanımaq şərəfinə layiq olduğum bir çox laure‐

atlara dərin hörmət edirəm və onlara heyranam.

Obyektiv səbəblər:

Hazırda mədəni cəbhədə bir mümkün

mübarizə forması iki mədəniyyətin – Şərq və

Qərb mədəniyyətlərinin sülh şəraitində mövcud ‐

luğu uğrunda mübarizədir. Bununla mən demək

istəmirəm ki, qardaşlaşmış mədəniyyətlər



35

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




lazımdır. Mən gözəl başa düşürəm ki, bu iki

mədəniyyətin müqayisəsinin özü qaçılmaz

olaraq münaqişə formasını almalıdır. Amma

bu müqayisə fərqli insanlar və mədəniyyətlər

ara sında, institutlar müdaxilə etmədən baş

ver məlidir.

Mən şəxsən bu iki mədəniyyət arasında

əks likləri dərindən hiss edirəm: mən özüm bu

əksliklərin məhsuluyam. Mənim rəğbətim qaçıl ‐

maz olaraq sosializmə və «şərq bloku» adlanan

tərəfə meyillidir, amma mən burjua ailəsində

doğulmuşam və tərbiyə almışam. Bu mənə

icazə verir ki, iki mədəniyyətin yaxınlaşmasını

istəyən hər kəslə əməkdaşlıq edim. Lakin mən

inanıram ki, təbiidir ki, «yaxşı qalib gələcək»,

başqa sözlə, sosializm.

Odur ki, mən nə Şərq, nə də Qərb ali mədə ‐

niyyət instansiyalarından heç bir təltifi qəbul

etmək istəmirəm, baxmayaraq ki, əla başa

düşürəm ki, onlar mövcuddur. Mənim bütün

rəğbətim sosializm tərəf dədir, mən eyni dərə ‐

cədə Lenin mükafatını da qəbul edə bilməz ‐

dim, əgər birdən mənə onu təklif etsəydilər.

Mən yaxşı anlayıram ki, özü‐özlüyündə Nobel

mükafatı Qərb blokunun ədəbiyyat mükafatı

deyil, amma onu belə etdilər və bu səbəbdən

də İsveç Akademiyasının nəzarətindən çıxan

hadisələr mümkün oldu.

Bu səbəbdən indiki vəziyyətdə Nobel müka ‐

fatı Qərb yazıçıları və ya Şərqdən olan «qi ‐

yamçılar» üçün verilən mükafatdır. Məsələn,

Cənubi Amerikanın ən dahi şairlərindən biri

Neruda təltif olunmamışdır. Heç vaxt Araqo‐

nun namizədliyi ciddi müzakirə olunma mış ‐

dı, baxmayaraq ki, o, tamamilə bu mükafata

layiqdir. Belə bir fakt təəssüf doğurur ki,

Nobel mükafatı Pasternaka verilib, Şoloxova

yox. Həm də nəyə görəsə xaricdə çap olunan

və SSRİ‐də yasaqlanan yeganə Sovet kitabını

Nobelə layiq görüblər. Anoloji jest ilə tarazlığı

bərpa etmək olardı, amma əks mənada. Әlcə ‐

zair müharibəsində mən və başqaları «121‐ci nin

Manifesti»ni imzalayanda mən bu mükafatı

böyük məmnuniyyətlə alardım, çünki bununla

təkcə mən qeyd olunmazdım, bizim mübarizə

apardığımız azadlıq işi dəyər ləndirilmiş olardı.

Amma bu baş ver mədi və mükafat müharibə

qurtardıqdan sonra mənə verildi.



Azadlıq və pul:

İsveç Akademiyasının əsaslandırmasında

azadlıq haqqında deyilir: bu sözün çox izahları

mövcuddur. Mənə gəldikdə mən azadlığı

daha konkret planda başa düşürəm: mənə

görə bu, bir cütdən artıq çəkmə sahibi olmaq

və sırf iştahı çəkən şeyləri yeməkdir. Mənə elə

gəlir ki, mükafatdan imtina onu almaqdan

daha az təhlükəlidir. Әgər mən onu qəbul

etsəydim, bu o demək olardı ki, mən ona «itki ‐

lərin obyektiv əvəzi» deyərdim. Mən «Fiqaro

li erer»də  oxudum ki, «mənim müba hisəli siyasi

keçmişim mənə günah sayıl maya caq». Mən

bilirəm ki, bu məqalə Akade mi yanın fikri deyil,

amma o aydın göstərir ki, mənim razılığım

bəzi sağ dairələrdə hansı məqsəd lərlə yozula‐

caq. Mən hesab edirəm ki, bu «mübahisəli siyasi

keçmiş» hələ də qüvvə sində qalır, baxmaya ‐

raq ki, mən öz yoldaşları mın arasında keç mişdə

etdiyim bəzi səhvləri etiraf etməyə hazı ram.

Mən bununla demək istəmirəm ki, Nobel

mükafatı «burjuaziya mükafatıdır». Amma

mənə yaxşı məlum olan burjuaziya dairələri

mütləq belə burjuaziya şərhi verə bilərdilər. 

Nəhayət, mən gəlirəm pul məsələsinə:

İsveç Akademiyası ümumi şərəfə külli miq‐

darda pulu birləşdirməklə laureatın çiyinlərinə

ağır yük qoyur. Bu problem mənə əziyyət

verirdi. Və ya mükafatı qəbul etmək və alınan

məbləği fəaliyyətləri əhəmiyyətli sayılan hərə ‐

katların və təşkilatların müdafiəsinə isti fadə

etmək. 


Şəxsən mən aparteidə qarşı London müba ‐

rizə komitəsi haqqında düşündüm. Və ya

ümumi prinsiplərlə əlaqədar olaraq ondan

imtina etmək və bu hərəkatı ehtiyacı olan müda ‐

fiədən məhrum etmək. 

36

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə