“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

deyil), ancaq nə zaman düşünsəm, beynimdə

bu şeylər olur! Tanrını düşündüyümdə belə! 



Jan Pier Şonjü: Beynimiz davamlı olaraq

hər şeyə məna verməklə məşğuldur. Məsə ‐

lən, baxışlarınızın mənə yönəldiyini görü ‐

rəm, bəlkə də, bir neçə saniyə sonra sizə

verəcəyim cavabı əvvəlcədən hazırlamağa

çalışıram. Sizin məna axtarışınızı anlamağa

cəhd edirəm. 

Pol Rikör: Şüur özünü bilər (və ya bilməz,

şüurdan xaric problem də məhz budur).

Ancaq beyin qəti şəkildə və dəyişməz bir

bilik obyekti olaraq qalacaq, heç bir zaman

bədən sahəsinə aid olmayacaqdır. Düşüncə

mənasında beyin özünü «düşünməz». Ancaq

siz beyini düşünürsünüz. 

Jan Pier Şonjü: Әlbə ə, ancaq düşüncə

də beyin olmadan özünü düşünə bilməz!

Beyin bir obyektdir, ancaq bütün hər şeyi

idarə edir və şəxsin öz bədənini qavra ma sı ‐

na və ona dair plan‐proqramlar qurmasına

imkan yaradır. 



Pol Rikör: Dünya daxilində olan zehin

ilkin olaraq qlobaldır və işləyəndə bütövdən

hissəyə doğru, elmi prosedurda isə hər

zaman hissədən mürəkkəbliyə keçmək şək ‐

lində işləyir. Mən fenomenolojik platformada

qalaraq tənqid edirəm. Sizin neyronal mode ‐

linizin quruluşuna etirazım yoxdur. Әslində,

mənim sualım yaşanmış təcrübəmin də

labo ratoriya təcrübəsi mənasında təcrübə ilə

eyni biçimdə modelləşdirilib‐modelləşdiril ‐

mə yəcəyi, dünyadakı yerim, özüm, bədənim

və digər bədənlər haqqındakı anlayışımın

zərbə almadan modelləşdirilməyə müvafiq

olacağına aiddir. 



Jan Pier Şonjü: Sizin bu modelləşdirməyə

baxış tərziniz, mənanın itməsi və «episte‐

molojik zərərə» səbəb olma görüşünüz məni

təəccübləndirdi. Belə ki humanitar‐sosial

elmlərdə Pol Rikörün bu sözünü tez‐tez təkrar

edirəm: «Daha yaxşı başa düşmək üçün daha

çox açıqlamaq». Bir model hər zaman nöq ‐

san lıdır, ancaq insana bilik sahəsində irəli ‐

ləmək üçün təkan verir. İtirilənə nisbətdə

qazanc daha yüksəkdir. 



Pol Rikör: Təfəkkürün fiziki əsas olmadan

işlədiyinə heç bir zaman inanmadım. İnsan

ətraf mühiti sonradan dəyişdirmək üçün

ancaq lazım gələndə məlumat toplamaqla

kifayətlənməz. Daha başlanğıcdan onu şərh

edər, formalaşdırar. Husserlin nəşr olunma ‐

mış son yazılarında ifadə etdiyi kimi, insan

öz davranış hədəflərinə və məqsədinə çat‐

maq üçün özünün dünyasını qurar. Beyin–

sizin ifadənizlə – təşkil etdiyi proqramları

dünyada əks etdirmədən əvvəl dünya hazır ‐

lanıb‐tamamlanmış bir şey deyil. Daha əvvəl

təşkil olunduğu fərz olunan bir dünyanın

üzərinə beyinin əlavə bir şey əks etdirmə ‐

sindən deyil, yaşam dünyasının (Lebenswelt)

praqmatik olaraq qurulmasından söz açmaq

daha düzgün olardı. 

Jan Pier Şonjü: Ancaq bizim məqsədimiz

beynimizin  və onun funksiyalarının məlu ‐

matına əsasən imkan daxilində irəliləmək,

dünyaya dair təcrübələrimizin necə həyata

keçdiyini addımbaaddım və iyerarxik olaraq

daha yaxşı başa düşməyimizə imkan verəcək

modellər qurmaqdan başqa bir şey deyil.

Pol Rikör: Beynimdə bəzi şeylər baş verir

və siz mənə beynimdə nələr olduğunu söylə ‐

yəndə neyronlar haqqındakı məlumat larım

artır. Ancaq bu məlumat bir simadakı sirli

baxışı anlamağa bir şey əlavə edirmi? Küçə ‐

dəki, ailənizdəki insanların üzünə baxanda

onların beyinlərində olanlara dair bir şey

bildiyiniz üçün anlaya biləcəyinizimi zənn

edirsiniz? 

Jan Pier Şonjü: Qarşılıqlı təcrübələrimiz

istər‐istəməz beyinlərimizi səfərbər edir.

Әlbə ə, bu nəticə beyinə birbaşa təsir etməklə

deyil, dolaylı olaraq, dialoqla, fikir alış‐verişi

prosedurunda əldə edilir. Bir baxıma beyində

52

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




anlamanın bir coğrafiyası mövcuddur. Konkret

fenomenlər əsas olaraq birinci və ikinci hissi

sahələri  səfərbər edərkən, mə umlar daha

çox geniş əlaqələndirmə nümayiş etdirir.

Xarici aləmlə əlaqə yerini daha çox mücər ‐

rəd proqramlara və layihə lərə verir. Buna müqa ‐

bil iyerarxiyada mücərrəd olan bu təfəkkür

tərzləri müəyyən şəkildə hərəkət etmək

üçün səfərbər olurlar. Beyin biliyə bir seçmə

proseduru sayəsində çatır. Vilyam Ceyms

haqlı olaraq hələ o vaxtlar belə deyirdi:

«Düşünmək seçmək demək dir» ( To think is

to make selections). 

Pol Rikör: Başlanğıcda fizika, kimya və

biologiya terminləri ilə tərif etdiyiniz bir

ətraf mühit mə umu meydana gətirirsiniz.

Məhz bu mərhələdə belə artıq elmi olaraq

tərtib olunmuş bir dünya yaradırsınız. Sonra

bu dünyanın məna və mahiyyətdən uzaq

boş olduğunu söyləyirsiniz. Məhz bu dünya

daha əvəllər Kopernik və Nyuton inqilabları

ilə məna və mahiyyətdən uzaqlaşdırılmışdı.

Onlar Hans Consun da ifadə etdiyi kimi,

«ölü» fiziki bir dünya buraxdılar. Dünyanın

sizin ifadənizlə proqramlaşdırılmasının bir

seçmə proseduru ilə həyata keçirildiyi  möv ‐

zu sunda sizinlə həmfikirəm. Ancaq haradan

başlayaraq? Az əvvəl dediyim yaşam dünyası

qeyd etdiyim mərhələdən, bura canlının öz

istiqamətini axtardığı, oranı nisbətən başa

düşülən, özü üçün yaşana bilən bir yer halına

gətirmək üçün mənalı siqnallar seçdiyi bir

dünyadır. Şüur içində əşyalar olan bir qutu

deyil. Mən dünya ilə xüsusi bir münasibət ‐

də yəm: bu, dünyada anadan olma və müəyyən

vəziyyətdə olma münasibətidir. Bir şeyə

yönəlmə, yəni görmək, hansısa bir şeyin

qarşısında olmaq, dolayısı ilə xarici aləmdə

iştirak etmək deməkdir. «Daxil, xaricdir»

fikrində sehrli bir şey yoxdur. Bu paradoks

sadəcə şüuru «daxili», dünyanı da «xarici»

hesab edən iki qütblü təsəvvürü rədd et‐

diyini ifadə edir. «Xarici dünya» təcrübəçinin

elmi olaraq bildiyi və texniki mənada nəzarət

etdiyi şəkli ilə dünyadır. Bu canlının içində

istiqamətini axtararaq qurduğu şəkil ətraf

mühit deyil. Halbuki şəxsin özü və başqaları

ilə olan münasibətləri belə bir atmosferdə

qurulur və davam edir. 



Jan Pier Şonjü: Qarşılıqlı əlaqə və anlaşma

şüurlu subyektlər arasında olur. Niyyətlər,

məqsədlər, layihələr və davranış proqram ‐

ları nın hər biri ayrı‐ayrı neyron sis temlərini

dövriyyəyə soxur. Beyinlərimiz bu sayədə

indinin və keçmişdəki xarici aləmin çox müx ‐

təlif qaynaqlarını da bu işə əlavə edərək bu

prosesdə təsirli şəkildə iştirak edir. 



Pol Rikör: Qəbul edirəm. «Canlılar qru ‐

pu nun» analizi onu yenidən qiymətləndir ‐

məmizə kömək edə bilər. Belə olanda dünya  nın

gözəlliyini yaşayarıq!



Hazırladı: 

Dr. Rəşad İLYASOV

53

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə