“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

Әvvəllər dini mətnlər, klassik ədəbi mətn ‐

lərə (filologiya) və hüquqi mətnlərə tətbiq

olunmuş olan hermenevtik metoddan miras

qalan üçüncü baxış tərzi insan təcrü bələrinin

«oxunması»  adlandıraca ğı mız  şeylə  bağlı  şərh ‐

lərin çoxluğunu vurğulayır. Bu üçüncü tərzli

fəlsəfə, başqa bütün növ fəlsəfənin  ilkin təsəv ‐

vürlərdən asılı olma ması iddiasını araşdırır. Bu

üçüncü təmayülün başlıca ustad ları Diltey,

Haydigger və Qadamerdir.

Mən bundan sonra bu dialoqda üç baxış

tərzini də ifadə etmək üçün fenomenologiya

terminindən istifadə edəcəm. 

Jan Pier Şonjü: Hələ  tələbə ikən mole ‐

kulyar biologiya sahəsindəki inkişaf mənə

təsir etdi. Altmışıncı illərdən başlanan bu proyekt

hələ də uğurla davam edir. «Allosterik proteinlər»

adlandırılan molekul lardan bəziləri təyin ‐

edici  xüsu siy  yətlərə  malikdir.  Bu  proteinlər

hüceyrənin yaşamasına şərait ya radır. Bun‐

lar, eyni zamanda hü ceyrənin xarici şəraitə

uyğun laşması üçün də aç‐bağla funk si ya sını

görən  düy mələr  (komu ta torlar)  vəzifəsini  də

yerinə  yetirir.  Hü cey  rənin  bu  funk si yalarını

fiziki‐kimyəvi  məf hum   lar  çərçivəsində  anla‐

maq tədqiqat ənənəsinin yaranmasına səbəb

olmuşdur və mən də bura daxiləm. Bundan

başqa bu kamutatorlara bənzəyən sinir hücey ‐

rələri arasın 

dakı əlaqəni yaradan kimyəvi

maddi reseptorlar «nevrotrans 

mit 

terlər»


(neurotransme eurs) mövcuddur. Beyni‐

mizin bütün funksiyaları, ən bəsitindən ən

mürəkkəbinə qədər bu molekul‐komuta 

torları işə salır və xarici dünya ilə birbaşa



əlaqə qurmağımıza imkan yaradır. Sinir hücey ‐

rələri arasındakı əlaqələr beyinin inkişaf

prosesi boyunca mərhələli olaraq qurulur və

yeni əmələ gələn orqanizm təcrübə və yanıl ‐

malara, yoxlama və sına malara, seç məyə

dayanaraq öz funk siyasını yerinə yetirir.

Qısası beyin deyincə hər şeyi ilə  hazır və

vəzifəsini yerinə yetirə cək «genetik struktur»

deyil, ümumi genetik çərçivə daxilində bir

çox epigenetik ünsür lə rin arxa‐arxaya və iç‐

içə beyin toxumala rın da (neyron şəbəkə ‐

sində) yerlərini alması anlaşılmalıdır. Beyin

daxilində gedən inki şaf edici funksiyalar bi‐

oloji təkamül mərhə ləsində fiziki, ictimai və

mədəni ətrafla da əlaqə qurur. Beləcə təbii

olaraq bəşəri və humanitar elmlərlə biolo ‐

giya arasında son dərəcə məhsuldar müna ‐

sibət qurulur. 

Az əvvəl qeyd etdiyiniz  «Neyronal İnsan»

kitabım sayəsində anladım ki, molekuldan

ruhi funksiyalara qədər (psixiatriya) mövcud

məlumatları sistemləşdirmə təşəbbüsü, beyin

və funksiyalarına dair mənim layihələrimə

geriyə doğru güclü təsir etmişdir. Bu möv ‐

zuda Rene Tomun  baxış tərzini mənim ‐

səyirəm. Ona görə bir modelləmə cəhdində

mühüm olan onun ontolojik hədəf sahəsidir,

yəni şeylərin və varlıqların əsas və köklərinə

dair təsəvvürlərimizə etdiyi və edəcəyi tə ‐

sirdir, başqa sözlə, altında yatan fəlsəfədir.

«Neyronal İnsan» kitabını yazarkən Spino ‐

zanın «Etika»sını və düşüncəsinin mahiyyə ‐

tini və qətiliyini kəşf etdim. Spinoza deyirdi:

«İnsanların hərəkətlərini və arzularını, xətlər,

səthlər və cisimlər kimi tədqiq edəcəm».  Bir

«neyronal insan» necə əxlaqi subyekt ola

bilər? Bu gün sizinlə dialoq qurma istəyimin

də əsasında bu gizlənir. 



Pol Rikör: Ağlıma Jorj Konqilem və Qastun

Başlyar gəlir. Konqilemin «Canlının Biliyi»

adlı əsəri mənim üçün bu dialoqda mühüm

mənbə olacaq. Konqilem filosof və bir həkim

kimi canlı varlığın öz ətrafını necə qur du ‐

50

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




ğunu, öz hərəkətində «canlılıq dəyərini» necə

əks etdirdiyini göstərir. Canlı təbiətdə fiziki

qanunlardan kənar normalar sistemi qurur.

Başlyara gəlincə, «Elmi Zehnin Yaranması» adlı

kitabında bu istiqamətdə epistemolojik qop ‐

manı izah edir. 



Jan Pier Şonjü: Bundan başqa Karl Popper

ilə Con Ekles arasındakı dialoqu da bilirik.

Bunlardan biri filosof, digəri isə nevrobioloq

idi. Müştərək əsərləri «Öz və Beyni» (The Self

and its Brain) adını daşıyır. 

Pol Rikör: İkisi birlikdə, anqlosakson la ‐

rın «mind» dediyi ruh və ya zehin fəl səfə ‐

sinə müvafiq səviyyələri iyerarxik ola raq ələ

alan bir fəlsəfə sistemi qurmağa cəhd etdilər. 



Jan Pier Şonjü: Demək, əlimizdə bir

nevrobioloq və filosof arasında ən azından

yaxın tarixə aid bir dialoq vardır. Bizim bu

dialoqumuzda fəlsəfi mənada ən əsaslı sual

budur: Sinir sistemi və  beyinə dair tədqi ‐

qatlardakı inkişaf bizi XVIII əsrdə Deyvid

Hyum tərəfindən «olan» (what is) ilə norma‐

tiv «olması vacib olan» (what ougt to be)

arasında, başqa sözlə desək, elmi biliklə etik

qaydalar arasında əsaslı fərqi yenidən araş ‐

dırmağa sövq etməzmi? Məsələn, müasir filo ‐

soflardan  Habermas  etik qaydaların, şüb  hə siz,

həqiqət kateqoriyasına daxil oldu ğunu ifadə

edərək müzakirəni yenidən qızışdırmışdır. 



Pol Rikör: Beyin haqqında bütün bildik ‐

lərim müəyyən növ biliklərdir. Ancaq başqa

növ biliklər də vardır. Bu sualın cavabına

dair sizinlə ixtilafa düşə bilərik:  Beyin

qabığına (korteks) dair əldə etdiyimiz yeni

biliklər, əvvəldən bəri bədənin işləməsinə

dair yaşayaraq öyrənmiş olduqlarımı, xüsu ‐

silə həyəcanlar, hislər və bədənimə malik

olmağımla bağlı olan hər şeyi artırırmı?

Mənim tək bədənim var, başqa bədənlər isə

qarşımda durur.

Jan Pier Şonjü: Problemi çox yaxşı başa

düşürəm. İlkin olaraq sinir sistemi ilə əlaqə ‐

dar elmdə iki fərqli tədqiqat tərzi olduğuna

dair görüşdə sizinlə razıyam. Birinci metod,

beyinin anatomiya və morfologiyası, mik ‐

ros kopik quruluşu, sinir hüceyrələri və onla ‐

rın sinaptik əlaqələrini tədqiq edir. İkincisi

isə hal və mərhələləri, davranışları, duyğu

və həyəcanları, düşüncələr və ətraf mühitə

qarşı təsirləri tədqiq edir. Bu iki anlayış uzun

müddət bir‐birindən ayrı tutulmuşdur. Mənə

görə, fərdi müxtəliflik və dəyişkənliyə bax ‐

ma yaraq, biz insanların beyinlərinin bir‐birinə

uyğun gələn, hə a çox bənzəyən həyatla ‐

rından bəhs etmələri «başqaları» mə u munu

meydana gətirir. Bundan başqa özü müzə aid

psixoloji halları başqalarına da aid etmə ‐

yimiz, başqalarının da mənimkinə yaxın bir

həyatı olduğu mənasına gəlir. Ancaq yenə

də haqlısınız. Çünki sinir sisteminə dair elm ‐

lərdəki inkişaf hələ çox nöqsanlıdır. 

Pol Rikör: Sualım da buradan meydana

gəlir: Beyin haqqında əldə etdiyim məlumat,

beynim ilə əlaqədar heç bir şey bilmədən

sadəcə bədənimin işləməsi ilə özüm haq ‐

qında əvvəldən bəri əldə etdiyim bilikləri

artırırmı? Burada «həyat» sözü açar sözdür

və iki mənaya gəlir. Birincisi, bioloqların gözü

ilə görünən həyat, ikincisi isə yaşanan həyat...



Jan Pier Şonjü: Aktual nöqtəyə işarə edir ‐

 siniz:  Beyin haqqında bilinənlər normal vərdiş

edilən təcrübi səviyyədə dəyişiklik lərə səbəb

olacaqdırmı? Cavabım fəlsəfəyə isti na dən

olacaqdır: «Ruhun qaranlıq gecə ləri olan

qorxuları dağıtmaq üçün günəşin işıq ları və

ya günün aydınlığı deyil, təbiətin ağıl ilə

tədqiq edilməsi vacibdir» – deyirdi Luk ‐

retius. Hələ o vaxtlar Spinoza belə  ifadə

edir di: «İnsanlar davranışlarını müəyyən

edən səbəblərin deyil, yalnız hərəktlərinin

şüurunda olduqları üçün özlərini azad

hesab edərlər». 

Pol Rikör: Bir şəkildə yaşanan da, bilinən

də eyni bədəndir. Yəni zehni və bədəni olan

da eyni insandır. Həm fenomenologiyanı,

həm də elmi aşacaq bir üçüncü ifadə tərzi

hər halda bu ontolojik eynilik əsasında

qurulacaqdır. Mövzunu belə ifadə edə bilə ‐

rəm:  Beynim düşünmür (düşünən beynim

51

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə