“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

Bu sözləri oxuyarkən, görünən işığı sinir

impulslarına çevirmək üçün sizin gözünüz

üzvi birləşmə olan retinaldan (vitamin A

aldehidi  və yaxud retinaldehid) istifadə edir. 

Bu  jurnalı vərəqləyərkən, sizə lazim olan

enerji əzələlərdə şəkərin kimyəvi reaksiyası

hesabına əldə olunur. Beyin hüceyrələri

arasında sadə üzvi molekullar (mediator

aminlər) körpü əmələ gətirirlər və beləliklə

də, beyində sinir impulslarının ötürül mə sini

təmin edirlər. Siz hələ də beyninizlə bədə ‐

ninizdə gedən prosesləri anlamadınız, elə

deyilmi? Bu prosesi anlamayan təkcə Siz

deyilsiniz. Yaxşı üzvi kimyaçı olmaq belə,

insan beyninin və bədəninin fəaliyyətini təmin

edən kimyəvi proseslərin təfsilatlarını bilmək

üçün kifayət etmir. 

Biz müəlliflər də  bunu dərk etmək iqti ‐

darında deyilik və buna iddiamız da yox‐

dur. Sadəcə olaraq, bu məqalənin məq sədi

XXI əsrə daxil olmuş üzvi kimya elminin

XIX əsrin əvvəllərində meydana gəldiyi ilk

dövrlərdən indiyə qədər keçdiyi inkişaf yolu ‐

nun həyatla bağlı olan bəzi məqamları

haqda məlumat verməkdir. Üzvi kimyanın

ilkin cəhdi elə həyatın kimyasını başa düşmək

olmuşdur. İndi isə o,  kimyanın onların həya ‐

tında oynadığı roldan o qədər də xəbərdar

olmayan milyonlarla insanları qida maddələri,

paltar, müalicə vasitələri ilə təmin edən

geniş çoxmilli sənayenin inamlı əsaslarına

çevrilmişdir. Kimyaçılar molekulların əmələ ‐

gəlmə mexanizmlərini, onların özəlliklərini,

həyati proseslərdəki rolunu başa düşmək,

həyat üçün faydalı olan, təbiətdən bilavasitə

əldə edə bilmədikləri, məhsulların istehsa ‐

lını yaratmaq üçün uzun müddətdir ki, digər

elm sahələrinin mütəxəssisləri ilə – fiziklərlə,

bioloqlarla, riyaziyyatçılarla, mühən 

dis 


lərlə

yaxından əməkdaşlıq edirlər. XXI əsrin əvvəl ‐

lərinə qədər aparılmış tədqiqatlar nəticəsində

artıq bir çox əhəmiyyətli nailiy yətlərin əldə

olunmasına baxmayaraq, üzvi kimya  hələ

inkişafının yeniyetmə dövrünü yaşa maqdadır.

O,  inkişaf etdikcə özü‐özünü yaradır, təkmil ‐

ləşdirir.  Çox vaxt yeni mole kul ları yarat‐

maqla, o, həyatı öyrənir, canlı lardan alınması

mümkün olmayan mole kul ları sintetik yolla

almaq və öyrənməklə, canlı lar da gedən kim ‐

yəvi proseslər haqda fikir yürüt məyə imkan

verir. Bununla yanaşı, yeni molekulların

yaradılması bizə insan həyatında geniş isti ‐

fadə olunan plastiklər, paltarları boyamaq

üçün yeni rənglər, ətirlər, xəstəlik ləri müalicə

etmək üçün yeni dərmanlar və s. verir. Bəzi

insanlar düşünürlər ki, belə fəaliy  yətlər təbii

deyil və onların məhsulları təhlükəli və

zərərlidir. Lakin sintetik üsulla alınan yeni

molekullar da Yer kürəsində təbii olaraq

mövcud olan başqa molekullardan alınır.

Belə bir müqayisə edək. Quşlar özlərinə

yuva qurur, insanlar isə ev tikirlər. Hansı

təbii deyil? 

Әlbə ə ki, hər ikisi təbii prosesdir. Hər

bir canlı öz yuvasını özü qurur. İbtidai icma

quruluşundan fərqli olaraq, sivil insanlar

mağaralarda yox, evlərdə yaşayırlar. Bəs

həmin evi ərsəyə gətirmək üçün sərf olunan

materiallar hardan alınır? Әlbə ə ki, təbiətdən.

Bu fəaliyyətlərdə təbii olmayan nə var?



54

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



11- sis – retinal görünən

işığı qəbul edən maddə

seratonin

insan mediatoru


Eləcə də insanların öz həyati

ehtiyaclarını ödəmək üçün üzvi

kimya üsullarından istifadə et ‐

məklə  yeni maddələr almasında

təbii olmayan heç nə yoxdur!

Üzvi kimyaçı üçün prosesləri

təbii və qeyri‐təbii proseslərə

ayır maq mənasız şeydir. Təbiətdə

olduğu kimi, üzvi kimyada zə ‐

hərli birləşmələr də var, dərman

və qida maddələri də, sabit mad ‐

dələr də var, dəyişkən bir ləş mələr

də. Bunlar həm təbiətdə,  həm bizim

beynimizdə və bədə 

nimizdə

gedən proseslər, həm də bizim



beynimizdə doğan ide 

yaların


təsiri altında əllərimiz  vasitəsilə

kolba və reaktorlarda apardığımız kimyəvi

proseslərdən alınan məhsullardır. Kimya

nöqteyi‐nəzərindən bunları təbii və qeyri‐

təbii proseslərə ayırmaq heç bir məna kəsb

etmir: bunlar hamısı kimyəvi proseslər dir və

onların böyük bir hissəsi üzvi kimyaya aid‐

dir.


Şüurlu məxluq olaraq, bizim edə bilə cə ‐

yimiz ən yaxşı şey bizi əhatə edən  dünyanı

mümkün qədər daha yaxşı dərk etmək və

əldə etdiyimiz bilikləri öz yaradıcı fəaliy ‐

yəti mizdə istifadə etməkdən ibarətdir. 

Üzvi birləşmələr. Yuxarıda göstərildiyi

kimi, üzvi kimya həyat kimyası kimi fəaliy ‐

yətə başlamışdır, belə ki ilk dövrlərdə həyat

kimyasının laboratoriya kimyasından fərqli

olması fikri mövcud idi. Sonradan üzvi

kimyanın karbon  birləşmələri, xüsusilə daş‐

kömürdən alınan birləşmələrin kimyası olması

fikri irəli sürüldü. Daha sonralar isə bu anla ‐

yışların vəhdət təşkil etməsi müəy yənləş ‐

dirildi. İndi isə «Üzvi kimyaya  canlı larda və



ətraf aləmdə tapılan, digər ele ment ləri də özündə

saxlayan və ya saxlamayan, karbon birləşmə ləri ‐

nin kimyası kimi baxmaq olar».

Bu gün bizə məlum olan üzvi birləşmələr

indiki canlı aləmdə, yerin üzərində və

altında milyon illər ərzində ölü canlıların

çevrilmə kütlələrində  olan və sintetik yolla

əldə edilən birləşmələrdir. İlk dövrlərdə

üzvi birləşmələr, əsasən, bitkilərdən və daş‐

kömürdən müəyyən distillə və ekstraksiya

üsulları ilə alınırdı. Onlardan aşağıdakıları

göstərmək olar:

– bitkilərdən distillə yolu ilə alınan efir

yağları


– əzilmiş bitkilərin turşularla ekstrak 

siya sından alınan alkoloidlər



– nanədən distillə yolu ilə alınan dad‐

verici efir yağı olan mentol

– yasəmənin güllərindən alınan sis – jas‐

mon ətri


XVI əsrdə məşhur bir alkoloid olan xinin

Cənubi Amerikada bitən kinə ağacının qabı ‐

ğından ekstraksiya yolu ilə alınırdı və qız ‐

dır manı, xüsusilə də malyariyanı müalicə

etmək üçün istifadə olunurdu. Bu işi görən

yezuitlər («Yezuit qabığı» dərman kimi tanı ‐

nırdı), əlbə ə ki, xininin kimyəvi qurulu şunu

bilmirdilər.  XIX əsrdə kimyaçılar üçün əsas

kimyəvi birləşmələr mənbəyini daş‐kömür

təşkil edirdi. Daş‐kömür distillə edil dikdə

ondan işıqlandırıcı və istilikverici qazlar (əsa ‐

sən, H


2

və CO), həmçinin aromatik birləş ‐

mələrlə (benzol, piridin, fenol, anilin, tiofen)

zəngin olan qətran alınırdı.



55

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə