“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

qüvvə və şüur mərkəzlərindən biri kimi qeyd

olunur. Müasir induizmdə hesab olunur ki, insan

bədənində çakralar müxtəlif əsəb düyünlərinə

və vəzilərə uyğundur. 

İnduizm dini təcrübələrində çakralar (və

ya bədənin mexanizmini tənzimləyən nazim

çarxlar) – bu, nadi (sanskr. 

नाडी, nāḍī — kanal,

boru, vena, puls) kəsişmə nöqtəsidir, hansı ki,

onunla insan bədəninə həyat enerjisi (prana –

«həyat», «nəfəs» və ya «daimi hərəkət») keçir. 

İnduizmdən başqa, çakra anlayışından

bəzi buddizm sistemlərində, xüsusilə Tantra

və Yoqada, bir çox müasir fövqəltəbii (okkult)

sistemlərdə, Çinlilərin daosizmində (dantyan),

həmçinin xüsusi simvolik təsvir lərdə (çankra

yantra) istifadə olunur. 

Çakra islam düşüncəsində də həmçinin

xatırlanır. İslamın sufizm fəlsəfəsində (İslamın

ezoterik şərhi) «lətaiflər» haqqında buna bənzər

anlayışlar vardır. Lətaif hərfi mənada «incəlik»

deməkdir və incə qavrama nöqtəsi mənasını

verir, həmçinin paklıq nöqtəsi, nur lanma yeri,

reallıq mərkəzi də adlanır. Sufi lər qəlb, ruh,

sirr, xəfi, əxfa, nəfs kimi 6 lətaif təbəqəsini

fərqləndirirlər. 4 əsas qavrayış orqanının

aktivizasiyası sufi metodologiya 

sının bir

hissəsi hesab olunur: 

– Ürək (qəlb)

– Şüur (sirr)

– İntuisiya (xəfi)

– Gizli şüur (əxfa) 

Çakranın mövcudluğu haqqında konsep ‐

siya ənənəvi hind təbabəti və alternativ təba ‐

bətin digər bəzi növləri üçün xarakterikdir,

lakin müasir elmlər, əsasən də, biologiya və

biotəbabət güman edir ki, insan bədənində

çakraları müəyyən edə biləcək fiziki və fizi ‐

oloji struktur mövcud deyil. 

«Efir bədəni» daimi olaraq fırlanan çakra

vasitəsilə kosmosdan enerji udur və bu gücü

bədənə ötürür. 

Allah insanı 8 hissədən yaradır: torpaq dan

– bədəni; daşdan – sümükləri; dənizdən –

qanı; buluddan – düşüncəni; işıqdan – rəngi;

küləkdən – nəfəsi; oddan – istiliyi; günəşdən –

gözləri. Bu barədə qədim əlyazmalarda de ‐

yilir. 

Çakralar efir və fiziki bədən arasında əsas



kontakt nöqtələri vasitəsilə kainatın günəş

enerjisi və «pranik» enerji (sanskrit sözü olub,

kainatın elementlərini birləşdirən günəş dən

gələn kosmik enerji (həyat enerjisi) anla mını

verir) ilə qidalandığımız ötürücülər he 

sab


olunur. 

Hindlilərin anlamına görə, çakralar «həyat

enerjisi çeviriciləri»dir. 

Hal‐hazırda 7 çakranın mənası məlumdur,

lakin bəşəriyyətin ruhi (mənəvi) bərpasının

növbəti pilləsinə keçid ilə daha 5 çakra aşkar

olunacaq və inkişaf edəcək. Mikrokosmosun

və ya insanın bütün imkanlarının inkişafı qis ‐

mən günəş sistemi planetlərinin təsir gös tər ‐

diyi 12 çakranın inkişafı ilə bağlıdır. 



60

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Çakralar insanın kamilləşdiyi zaman təd ‐

ricən açılmağa başlayır. Bəzi insanlar tez inki ‐

şaf edir, bəziləri tədricən, çakralar da müxtəlif

insanlarda müxtəlif yaş dövründə kəşf edilir

(adətən, təqribən 34 yaşınacan). 

«Efir bədəni»ndə ardıcıl olaraq yerləşən

7 çakra endokrin vəziləri vasitəsilə bel sütu ‐

nunda həyat enerjisi yayır və insanda qan

dövra nını idarə edir. Hər çakranın mərkəzin ‐

dən saplaq çıxır və bel sütununa yönələrək

onunla əlaqələnir. Belə ki o, çakraları ən mühüm

enerji kanalına bağlayır – «Suşumna»ya, hansı

ki onurğa boyunca başa doğru yüksəlir. 

Çakralar daimi fırlanma və vibrasiya vəziy ‐

yətində olur. Məhz bu fırlanma, istiqamətdən

asılı olaraq, enerjini cəzb edir və uzaqlaşdırır. 

Çakralar saat əqrəbi istiqamətində və ya

əksinə fırlanır. Sağa doğru çevrilmə Yan (kişi)

anlamını verir. O, iradə gücü və fəaliyyət ifadə

edir. Daha az pozitiv mənası isə aqressivlik və

hakimiyyət yanğısıdır. Sola doğru çevrilmə İn

(qadın) anlamını verir. Qəbulluğu və itaətkar ‐

lığı simvolizə edir, daha az pozitiv mənası isə

zəiflikdir. 

Çakralar onlara kainatdan, təbiətdən, səmavi

varlıqlardan, insanlardan və hə a əşyalardan

gələn enerjini özünə hopdurur. Hər bir çakra

fiziki bədəndə orqanizmdəki fiziki və emosi ‐

onal prosesləri tənzimləyən bir endokrin vəzi

kimi ifadə olunur. 

Ali kosmik enerji çakralar vasitəsilə insa ‐

nın fiziki bədəninə doğru istiqamətlənir.  Bu

enerji, həmçinin həyat enerjisi adlanır və həya ‐

tımızda fiziki, əqli, ruhi sağlamlığımızda müəy ‐

yən əhəmiyyətə malikdir. 

Enerjinin çakralar vasitəsilə harmonik olaraq

bədənə keçə bilmədiyi vəziyyət yarandıqda və

ya çakralardan biri təcrid edildikdə (blok laş ‐

dırıldıqda), yaxud da hədsiz dərəcədə mey ‐

dana gəldikdə, bu, disbalansa gətirib çıxarır

ki, bu da həyatın bütün sferala rında, o cümlə ‐

dən orqanizmdə müvafiq endok rin vəzilərin

funskiyasının pozulması və maddələr müba ‐

diləsi balansının korlanma sında özünü gös ‐

tərir. 

Fiziki bədəndə çakralar «radioötürücülər»



kimi fəaliyyət göstərir. Onlar fiziki bədənə

energetik bədənlərin yüksək tezliyinə təsir gös ‐

tərən yüksək, daha təmiz energiyadan cərəyan

ötürür və bununla yüksək tezliyi fiziki bədə ‐

nimizin istifadə edə biləcəyi formaya dəyişir. 

Bütün kainat böyük əzəli bir qüvvə ilə

qurul muşdur. Bu qüvvə hər bir cismə, məxluqa

ona müvafiq həcmə görə və onlara psixoloji,

emosional, intellektual, ruhi nöqteyi‐nəzər

baxımından müvafiq olan tezliklə ötürülür.

Fəzada olan bu sonsuz enerji fiziki bədənlərə

keçərkən, onun gücü və qüdrətliliyi xeyli

azalmağa başlayır, beləliklə, bədənlər onu

canına çəkə bilər (bir halda ki, bədənlər bütün

əsas qüvvənin bir qisminə davam gətirə bilər). 

İnsan bədəni kainat kimi müxtəlif qatlar ‐

dan ibarətdir – ruhi, emosional, intellektual və

əlbə ə, material. İnsan bədəni ilə «kosmosun

bədəni» arasında fərq dalğalarının uzunlu ‐

ğun da və tezliyindədir. Bir halda ki, insanlar

düşünmək qabiliyyətinə malikdir, onlar müva ‐

fiq şəkildə intellektual, intuitiv və emosional

səviyyədə müxtəlif energetik bədənlərə və

müxtəlif təbəqəli düşüncəyə köklənə bilirlər,

deməli, ilahi qüvvə nəinki xaricdə, həm də

daxilimizdədir. Təfəkkürü genişləndirmək üçün

müxtəlif üsullar:  pozitiv düşünmə, istiqamət ‐

lən miş təxəyyül, meditasiya və başqaları buna

imkan yaradır.

Şüur – çox güclü bir silahdır. O, material

sfera, məsafə, zaman  ilə məhdudlaşmayıb və

bizim çoxölçülü vücudumuz daxilində düşün ‐

cə nin müxtəlif təbəqələrinə görə dəyişə bilər.

Bu dəyişikliklər tez‐tez və sürətlə baş verə

bilər. Bu səbəbdən bədənin enerji mər kəz ləri

çox vacib rol oynayır. Nə zaman ki, çakralar ‐

dan birinə diqqət yönəlir, insan şüurlu və ya

şüursuz olaraq konkret həmin çakranın cavab ‐

deh olduğu hissə ilə bağlı olur. Prob 

lemə


fikrini cəmləşdirmə onun həllinə imkan vermir,

əksinə. Problemlə əlaqəli düşüncə və emosi ‐

yaya daha çox enerji sərf olunduqca, o qədər

də problem böyüyür və şiddətlənir. Әksinə,

həmin çakranın tarazlaşmasına fikrini cəmlə ‐

mək müsbət nəticələrə gətirib çıxaracaq: çak ‐

ra nın tarazlaşmasına və çakranın qeyri‐kafi

işindən yaranan ümumi disbalansın (fiziki,

emosional və ruhi) korreksiyasına. 

Hind və digər qədim mədəniyyətlərdə çak ‐

ra  lara müəyyən rənglər, ünsürlər, işarələr və

xüsusiyyətlər şamil olunur. 



61

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə