“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   27   28   29   30   31   32   33   34   35

Məsələn, torpaq ünsürü cinsiyyət vəziləri

ilə, birinci çakra ilə, Mars planeti ilə, qırmızı

rənglə və yaqut daşı ilə əlaqələndirilir. Bu

elementlərin uyğunlaşdırılması metodikası

ümumi tarazlığın yaranmasına səbəb olur və

insana yaxşı təsir göstərir. 

Çakralar sabit deyil, hərəkətlidirlər. Hərə ‐

kətli çakra – sağlam çakradır. Elə bir vəziyyət

yarana bilər ki, onların hərəkətliliyi zəifləyə

bilər, enerji lazımi formada ötürülə bilməz və

çakra təcridlənə (bloklaşdırıla) bilər. Bu, nadir

hadisə deyil. Belə tıxanma müxtəlif forma ‐

larda meydana gələ bilər, məsələn, ciddi travma,

yaxud daha artıq kiçik travmaların məcmusu. 

Sağlam çakraların işini klapanın işinə

bənzətmək olar. O, lazım olduqda bağlanır və

açılır. Arzuolunmaz enerjini, yaxud mənfi

reaksiyanı o filtrasiya edir. O, uyğun və

düzgün enerji qarşısında açıla bilər. 

Həmçinin müntəzəm narkotikdən və dər ‐

man preparatlarından istifadə, alkoqoldan və

tütündən sui‐istifadə, narkozdan müntəzəm

və uzunmüddətli istifadə də çakralara təsir

göstərə bilər. Yerli və ümumi anesteziyadan

sonra çakralara dərhal müalicə və harmoniza ‐

siya lazımdır. Bu hallarda çakralar açıq qala

bilər ki, nəticədə insan xarici təsirlərə qarşı

həssas və çox asılı qala bilər – yaxud da çak ‐

ralar tədricən bərkiyib bağlana bilər ki,

nəticədə insan müəyyən bacarıq və duyğuları

itirə bilər. 

Bu cür halları müalicə və gül terapiyası ilə

(çakraların yaxşı reaksiya göstərdiyi) aradan

götürmək olar. Lakin çakralara əsas təsir özü ‐

nümüalicə vasitəsilə göstərilə bilər. Bu özü ‐

nümüalicəyə dərk etmə, seyr etmə (xüsusilə

güllər və hərəkət) daxildir. 

Әsas çakralar

1. Muladhara (mūlādhāra, 

मूलाधार – mūlā –

kök, əsas, adhāra – fundament, bazis, dayaq)

Energetik potensialın (kundalini) birinci

qırmızı rəngli çakrası, cinsi orqan yaxınlığında

aralıq nayihədə yerləşir. Әsas funksiyaları:

həyatı qorumaq instinkti, bütün növ aqres ‐

siyalar və mənfi reaksiyalar, sağ qalma, təhlü ‐

kəsizlik, sağlamlıq, cinsin davam etdirilməsi

instinkti, Kundalini energiyası başlanğıcı. Mu ‐

lad hara sağ qalmaya cavabdehdir. Həqiqi qorxu

hissi Kundalini enerjisini bu çakra səviyyə ‐

sində təcrid edir, yüksək təfəkkür mərkəz lə ‐

rinə yolunu bağlayır ki, bu da insanı sağ qal ma

instinkti  də daxil olmaqla tam stupor vəziy ‐

yətə gətirir. Muladharanın inkişaf etdiril məsi

üçün nizam‐intizamlılıq, cəhdlik və punk tu al ‐

lıq kimi keyfiyyətləri özündə inkişaf etdirmək

lazımdır. 

Fiziki bədəndə regenerativ proseslərə və

immun sisteminə cavab verir. 

Orqanlar: yoğun bağırsaq, sidik kisəsi,

prostat vəzi, uşaqlıq, ayaqlar

Endokrin sistem: böyrəklər, böyrəküstü

vəzilər

Kristallar: yaqut, qranat, obsidian



Rəng: tünd‐qəhvəyi, qırmızı, boz, tünd‐

qırmızı, albalı 

Ünsürlərlə assosiasiyası: torpaq 

Müvafiq musiqi tonu: do 



2. Svadhişthana (svādhi

ṣṭhāna, स्वाधिष्ठान–

sva – şəxsi, adhi

ṣṭhāna – məskən) 

Әsas funksiyaları:  emosiyalar, cinsi enerji,

həyatsevərlik, spontanlıq (qeyri‐iradilik), həvəs,

məmnuniyyət, Kundalini energiyası. 

Çakra təxminən qasıq sümüyünün yuxarı

kənarında və göbək arasında yerləşir. Bu çakra

yemək, cinsi əlaqə, spirt və s. şəhvətli zövq

almaq motivləri ilə assosiasiya olunur. Mulad ‐

hara çakra səviyyəsində insan dünyada təhlü ‐



62

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




kə sizliyi barədə, mövcud olmanın ele men tar

rahatlığının yaradılması barədə narahat olduğu

halda, Svadhişthana səviyyəsində dünya və

onun içərisində hər şey onun tərəfindən bu və

ya digər maddi zövqün mənbəyi hesab olunur.

Svadhişthananın inkişaf etdirilməsi üçün mütləq

özündə təvazökarlıq, fiziki zövqlərdə təm ‐

kinlik, səbirlilik, fiziki bədənin gigiyenası, da ‐

nı şıq zamanı müxtə sərlik kimi keyfiyyətləri

inkişaf etdir mək lazımdır. 

Digər mənbələrə görə,  svadhişthana özündə

cinsi enerji axınının hərəkət etməsinə kömək

edən mərkəzi əks etdirir.  Lakin cinsi funksiya

ilə yanaşı, bu çakra yaradıcılıq baxımından

özünü reallaşdırmaya, cinsi enerjinin yaradıcı

enerjiyə sərf olunmasına (çevrilməsinə)  yönəl ‐

mişdir. 

Fiziki bədəndə maddələr mübadiləsinin sürət ‐

liliyinə və «mayelərin» hərəkətinə cavab verir. 

Orqanlar: cinsi, bətn kələfi, appendiks

Endokrin sistem: cins vəziləri

Kristallar: serdolik (əqiq), yantar (kəhrəba)

Rəng: narıncı, al, çəhrayı, yasəməni

Ünsürlərlə assosiasiyası: su 

Müvafiq musiqi tonu: re

3. Manipura (ma

ṇipūra,  मणिपूर – mani —

qiymətli şey; pur — şəhər)

Göbək nahiyəsinə aid olan hakimiyyət, zən ‐

ginlik, intellekt və iradə gücü ifadə edən çak ‐

radır. Qəbul olunmuşdur ki, Manipura fiziki

bədəndə günəş kələfinin olduğu  nahiyədə

yerləşir. 

Manipura çakranın ruhi təkamül səviy ‐

yəsində insanı həyatın mənası, onun ümumi

varlıq sxemində yeri kimi suallar maraq lan ‐

dırmağa başlayır. Tanta ənənələrində hesab

olunur ki, Kundalini bu çakraya çatdığı zaman

əsl ruhi təkamül başlayır. Manipura intellektə

cavab verir. Qəzəb hissi Kundalini enerjisini

bu çakra səviyyəsində bloklaşdırır və Kunda ‐

liniyə insanın ruhi mərkəzinə (ürək çakrasına)

çatmasına imkan vermir.  Qəzəbi tanıması və

qəbul etməsi ilə insan Kundaliniyə şüurun

yüksək mərkəzinə keçməsinə şərait yaradır.

Acıq, qəzəb və hiddət bu mərkəzi bütün

mümkün olan gücü ilə aktivləşdirir ki, bu da

insanı affekt halına gətirə bilər. 

Әsas funksiyaları: hakimiyyət, nəzarət,

azadlıq, karyera, əminlik, gözüaçıqlıq, ağıl 

Fiziki bədəndə həzm sisteminə cavab verir. 

Orqanlar: mədə, mədəaltı vəzi, öd kisəsi,

qaraciyər

Endokrin sistem: mədəaltı vəzi və qara ‐

ciyər


Kristallar: yantar (kəhrəba), sarı turmalin,

sitrin və topaz

Rəng: sarı

Ünsürlərlə assosiasiyası:  od 

Müvafiq musiqi tonu: mi

4. Anahata (anāhata, 

अनाहत – toxunulmaz,

zərbə almayan, ilahi səs) Ürək nahiyədə yer ‐

ləşən sevgi çakrası. 

Döş sümüyünün mərkəzində yerləşmişdir.

Anahatanın keyfiyyətləri: özünə əminlik, mərd ‐

lik, cəsarət, immunitet, antitellərin forma laş ‐

ması, sevgi, ürəkdə sevinc və rahatlıq, vəzifə

və xoşbəxtlik hissi ilə dolu həyat, qarşılıqlı

müna sibətlərin və öhdəlik lərin ideal normaları. 

Әsas funksiyaları:  sədaqət, sevgi, mər hə ‐

mət, empatiya, sevinc, mehribanlıq 



63

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə