“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   27   28   29   30   31   32   33   34   35

İnsanın genetik məlumatları haqqında Bey nəl ‐

xalq Bəyannamə (2003‐cü il), İnsanın klon ‐

laşdırılması haqqında Bəyannamə (2003‐cü il),

Kənd təsərrüfatı və qida məhsullarının isteh ‐

salı üçün bitkilərin genetik resursları haq ‐

qında Beynəlxalq Müqavilə (2001‐ci il), İndiki

nəsillərin gələcək nəsillər qarşısında məsuliyyəti

haqqında UNESCO‐nun Bəyannaməsi (1997‐ci il),

UNESCO‐nun mədəniyyət müxtəlifliyi barə ‐

sində Ümumi Bəyannaməsi (2001‐ci il) və s.

[5,6,7,14]

Lakin bununla belə, bilavasitə bioetika

üzrə məsələləri tənzimləyən ilk hüquqi akt

yalnız 2005‐ci ilin oktyabr ayının 21‐də qüv ‐

vəyə minmişdir. Həmin vaxt UNESCO‐nun

Baş Konfransının 33‐cü sessiyasında İnsan hü ‐

quqları və bioetika haqqında Ümumi Bəyan ‐

namə qəbul edilmişdir. Sənədin mahiy yətini

əks etdirən müddəalarında (maddə 1) qeyd

edilir ki, bəyannamə təbabət və həyat elmi ilə

bağlı olaraq insana tətbiq edilən texno 

lo 


giyaların sosial, hüquqi və ekoloji aspekt lərini

nəzərə almaqla,  buradakı etik məsə lə lərə toxu ‐

nur.


Bəyannamədə əsas bioetik prinsiplər,  məlu ‐

 mat landırma,  könüllü  razılıq,  şəxsi  həyatın

toxunulmazlığı, informasiyanın qapa lılığı, hər

hansı bir diskriminasiyanın yolve rilməzliyi, o

cümlədən yeni müddəalar, məsə lən, sosial məsu ‐

liyyət prinsipi (maddə 14) geniş əks olun  muş ‐

dur. Sənəd müvafiq prinsipləri açıq la maq la yanaşı,

onların praktikada tətbiqinə isti qamətlən diri ‐

lərək qərarların qəbulunda «peşəkarlığa, düz ‐

gün lüyə, ardıcıllığa və aşkar lığa» çağırır. O, eyni

zamanda elm və texni kanın müxtəlif sahələ ‐

rin dən olan nüma  yəndələrdən ibarət etika

üzrə müstəqil plüra listik komitələrin yaradıl ‐

masını da tövsiyə edir [5].

Göründüyü kimi, son illər bioetika məsə ‐

lələrinin həllində böyük irəliləyiş əldə olun ‐

muş, beynəlxalq statusa malik ciddi sənədlər

qəbul edilmişdir.

Bununla belə, qeyd olunmalıdır ki, yuxa ‐

rıda adları çəkilən hüquq aktları forma və

məzmun etibarilə qarşıya qoyulan məqsədlər

çərçivəsində günün tələblərinə cavab vermir

və bu sahədə hüquq normalarının formalaş ‐

masını tam təmin etmir.  

Məlumdur ki, bu proses öz mahiyyəti etibarı

ilə stoxastik olmaqla yanaşı, riyazi ehtimalın

statistik üsulları da onun tədqiqinə tətbiq

olunmalıdır. Deməli, inkişafda böhran və fəla ‐

kət arasında olan, insan amilini nəzərə alan yeni

hüquqi normaların yaradılmasına və elmi

cəhətdən əsaslandırılmasına böyük ehtiyac ya ‐

ranmışdır. Başqa sözlə desək, elmi‐ictimai pro ‐

sesləri idarə etmək məqsədilə yeni hüquq

normalarının işlənməsi tələb olunur. 

Məntiqi (yəni S‐vari) əyri əsasında təkamül

prosesini modelləşdirən diferensial tənliyinin

həllinə nəzər salaq [4,8,9,10,15,16]:

Burada α və β parametrləri qiymətlən ‐

dirilir, yəni α inkişaf prosesinin sürətinin, β isə

prosesi tormozlaşdıran amilin göstəricisidir.

Bu tənliyin həlli nəticəsində proqram dəsti

işlənmiş və hal‐hazırda ondan istifadə olunur.

Fəlsəfi baxımdan bu, xeyir və şər qüvvələri

nəzərə almaqla prosesin nə dərəcədə təkamül

xarakteri daşıdığını göstərir. 

Məqsəd isə yuxarıda qeyd olunan proses ‐

lərin tənzimlənməsinin hüquqi normalarının

işlənməsində klassik riyazi anlayışlara söykə ‐

nən üsullardan istifadə etməklə, hüquqi nor ‐

malar üçün yeni tətbiqi proqram dəstinin

yaradılmasıdır.

Әvvəlcə statistikaya nəzər salaq. XX əsrdə

elmin son nailiyyətləri əsasında yaradılmış

nüvə silahları və sonralar nano səviyyəsində

yaradılmış texnologiyaların inkişaf tempi,

yəni müəyyən zaman çərçivəsində tezliyi və

amplitudası böhran və fəlakətlərin yaranması

tezliyi ilə müəyyən mütənasibliyə malikdir. 



70

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014

2

d t

d x

 

Avtoreqressiya 1970–1990-cı ill r 



0

0,05


0,1

0,15


0,2

0,25


0

5

10



15

20

 



   

 

k.1 



başlanğıc

proqnoz


Şəkil 1

Avtoreqressiya 1970–1990‐cı illər


Daha doğrusu, elm inkişaf etdikcə baş

verən böhran və fəlakətlər arasında olan kor ‐

relyasiya təhlili əsasında müəyyən edilmişdir

ki, bu əmsal 0,5‐dən böyükdür. Belə vəziyyət

isə əlaqələrin inkişafının xaotiklikdən qayda ‐

laşmağa və xaotikliyə daha yaxın olduğunu

göstərir. Bu isə yenə də proseslərin yeni hü ‐

quqi normaların yaradılmasının tənzimlən ‐

məsi və idarə olunmasını tələb edir. 

Hüquq normaları çərçivəsinin işlənməsi

üçün «qızıl kəsik» prinsipi adlandırılan me ‐

yar dan istifadə olunması təklif olunur. Bunu

ilk dəfə olaraq Leonardo da Vinçi «ilahi mütə ‐

nasiblik» adlandırmışdır. 

Hüquq normalarının vaxtında işlənməsi

prinsipinin dünənini, bu gününü və sabahını

nəzərə almaqla, müstəqil ekspert qiymətlən ‐

dirilməsi ilə inkişafla böhran arasında prose ‐

sin elə bir kəsiyi müəyyən edilməlidir ki,  bu,

ədədi olaraq 1,61 nisbətində olsun. Həmin

ədəd bu səpkidə hüquq normalarının çərçivə ‐

sini müəyyənləşdirir. 

Bu məqsədlə AMEA İnsan Hüquqları İnsti ‐

tutunda müstəqil ekspertlər tərəfindən aparıl ‐

mış tədqiqatlar nəticəsində yeni normaların

işlənməsinin elmi əsası təklif edilmişdir.

Yuxarıda qeyd olunan prinsip üzrə [10]

elmin inkişafını sürətləndirən (α) və onu

«tormozlaşdıran» (hüquqi çərçivəyə salan nor ‐

mativ aktlar nümunəsində) (β) parametrləri

nəzərə alınmaqla, hüquq normalarının yeni

səpkidə işlənməsi üçün məntiqi inkişaf –

təkamül (S‐vari əyri) modeli və «qızıl kəsik»

dən ibarət yeni normativ meyar təklif olunur

və konkret statistik materialda tətbiq olun ‐

muş dur [2, 8, 11, 14]. 

Statistik tədqiqatlar avtoreqressiya və

logis tik (S‐vari) əyrilərini modelləşdirən xüsusi

tətbiqi proqramlar dəsti vasitəsilə kompü terdə

aparılmışdır.

Bioetika sahəsində hüquqi normaların

işlənib beynəlxalq təşkilatlar tərəfindən qəbul

olunması avtoreqressiya modeli (üsulu) üzrə

əvvəllər 1970–1990‐cı illər arasındakı dövr

(şək. 1), sonra isə 1991–2009‐cu illərdəki dövr

araş dırılmışdır. 

Şəkil 1‐dən göründüyü kimi, 1970–90‐cı

illərdəki dövrdə qəbul olunmuş qanunların

inkişafında müəyyən qayda müşahidə olun ‐

mur, yəni xaotiklik hökm sürür.



Avtoreqressiya 1991–2009‐cu illər

Әksinə, 1991–2009‐cu illər dövründə qəbul

olun muş hüquqi sənədlər nöqteyi‐nəzərindən

həm ilkin (göy xə ), həm də proqnoz əyrilə ‐

rindən görünür ki, onlar daha mütərəqqi və

qaydalaşmağa meyillidirlər.



Avtoreqressiya 1991–2009‐cu illər

Şəkil 3‐də həmin qanunların məntiqi və

yaxud logistik (S‐vari əyri) modeli üzrə təhlili

bir daha sübut edir ki, bioetika sahəsində baş

verən inkişaf məntiqi təkamül xarakterə malik ‐

dir.


Bu qayda universal xarakter daşımaqla bu

və ya digər sahələrin hüquq normalarının

işlənməsində də orijinal elmə əsaslandırılmış

model kimi qəbul oluna bilər.



Eldar ŞAHBAZOV,

professor, hüquq üzrə

fəlsəfə doktoru, 

Aytən MUSTAFAYEVA

71

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014

0

0,01


0,02

0,03


0,04

0,05


0,06

0,07


0,08

0,09


0,1

0

5



10

15

20



 

   

 

0,000


0,010

0,020


0,030

0,040


0,050

0,060


0,070

0,080


0,090

0,100


0

2

4



6

8

10



12

14

16



    

S-   


 

k.3 


başlanğıc

proqnoz


Şəkil 2

başlanğıc

S əyrisi

Şəkil 3



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə