“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   27   28   29   30   31   32   33   34   35

Müasir Amerika filosoflarından olan Con

Sörl  1932‐ci ildə Kolorado ştatının Denver şəhə ‐

rində anadan olmuşdur. Oksfordda oxuduğu

1950‐ci illərdə məşhur analitik filosoflar olan

Con Oustin və Peter Frederik Stravsonun dərs ‐

lərində iştirak etmişdir. Hal‐hazırda da Kalifor ‐

niyada Berkli Universiteti Fəlsəfə kafedrasının

professorudur. 1960‐cı illərin ortalarında «azad

şəkildə danış hərəkatı» (free speech movement)

adlı məşhur tələbə etirazında iştirak etmiş ilk

professor olmuşdur. Zehin və dil fəlsəfəsində

apardığı tədqiqatlara görə Con Sörl 2000‐ci ildə

Jan Nikod və 2004‐cü ildə isə Amerika Milli

Humanizm mükafatına layiq görülmüşdür. 

Con Sörl, əsasən, dil və zehin fəlsəfəsi sahə ‐

sində çox əhəmiyyətli tədqiqatlara imza atmış ‐

dır. Məhz bu yazıda təqdim etdiyimiz «Şüur və

Dil» əsəri də dil və zehin fəlsəfəsi sahəsində

Sörlün qələmə aldığı məqalələr toplusundan

ibarətdir. Kitab müasir elmi‐fəlsəfi arqumentlər

çərçivəsində şüur, mən düşüncəsi, ictimai qu ‐

rum lar, niyyət, səbəb və nəticə və s. mövzularını

dərindən izah edir. Con Sörl  «Şüur və Dil»  əsəri ‐

nin girişində analitik şəkildə fəlsəfəyə dair iki

sualını belə qoyur: «Mən» anlayışımızı təbiət

elmlərindən, xüsusilə fizika, kimya və biologi ‐

yadan əldə etdiyimiz dünya anlayışlarıyla necə

bir bütünlük içərisində və tutarlı şəkildə izah

edə bilərik?» və «Şüur bütövlükdə  nədir və

dünya ilə necə münasibətdədir?»

Con Sörl XX əsrdə daha çox inkişaf edən

analitik dil fəlsəfəsinə sadiq qalaraq bu kimi

sualları cavablamadan əvvəl onun analiz edil ‐

mə sinin vacibliyini vurğulayır. Nümunə kimi

Sörl məşhur zehin‐bədən problemini bu mövzuda

misal gətirir. O bu sualın qoyuluş tərzini, hansı

əsas fikirlərə istinad edilərək ortaya atıldığını

analiz edir. Ona görə, nə qədər ki zehni struk ‐

turun  fiziki strukturlardan ayrı bir ontologiyaya

malik olduğunu düşünən XVII əsr fəlsəfi termi ‐

nologiyasını qəbul etməyə davam edəcəyik,

problemin həlli çətinləşəcəkdir. Bütün daxili,

subyektiv və hissi xüsusiyyətləri ilə şüurun (eynilə

həzmin mədənin bir funksiyası olduğu kimi)

beyinin bir xüsusiyyəti olduğu başa düşüldükdə

problemin fəlsəfi həlli mümkün olacaqdır. Ancaq

şüurun beyində necə işlədiyi problemi də bun ‐

dan sonra izah edilməlidir. 

Bu kontekstdə Sörl, Dekartla başlayan skeptik

dəlil və cavabını ciddiyə almanın vaxtının çoxdan

keçdiyini vurğulayır. Ona görə XVII əsrdən fərqli

olaraq müasir dövrdə  biliyin güclü bir əsasa

dayan masını isbat etmək gülüncdür. Çünki müasir

intellektual‐fəlsəfi atmosferdə ən açıq şey budur

ki, bilik gündən‐günə dəyişir. Və biliyin varlığı

şübhəli deyildir. 

Kitabdakı «şüur problemi»,  «şüurun elmi

şə kildə necə tədqiq olunacağı», «şüur»,  «heyvan

zehinləri»  və  «niyyət və təbiətdəki yeri»  adlı ilk

beş yazı şüur və niyyət fenomenlərinin dün yanın

neçə funksiyaya malik olduğu və anla şılmasına

dair  mövzuları əhatə edir. 

Maraqlı cəhətlərdən biri də budur ki, Con Sörl

heyvan zehinlərindən bəhs edərkən heyvanların

da insanlar kimi ağrı və həzz qədər şüur, inanc və

arzularla birlikdə bir zehnə malik olduqlarını,

ancaq dildən məhrum olduqları üçün zehni quru ‐

 luşlarının məhdud olduğu görüşünü müdafə edir. 

Con Sörlə görə, beyindəki proseslər şüura səbəb

olur, ancaq səbəb olduqları şüur substansiya

(cövhər) və ya ayrı bir varlıq növü deyil. Şüur

sadəcə bütün sistemin daha yüksək mərtəbədəki

bir keyfiyyətidir. 

Kitabda yer alan altıncı «Kollektiv niyyətlər

və davranışlar» yazısında Sörl fərd olaraq insa ‐

nın niyyətinin ictimai mühitlə əlaqəsini izah

edərək fərdi niyyətin, eyni zamanda sosial aspekt ‐

dən asılı olduğunu və ona təsir etdiyini vurğu ‐

layır. Yeddinci və səkkizinci yazılarında isə zeh nin

strukturu psixologiya və sosial elmlər kontekstində

tədqiq olunaraq niyyətin də, eyni zamanda ictimai

münasibətlərdə praktik və hermenevtik mahiy ‐

yətinə diqqət çəkilir. 

Doqquzuncu və onuncu yazılarda Oustin və

Vitgenşteyn kimi filosofların inkişaf etdirdikləri

analitik dil fəlsəfəsinə dair maraqlı fikirlər

işlənir. Belə ki Con Sörl özünün məşhur əsəri

olan «Nitq Aktları» (Speech Acts) kitabına əsas ‐

lanaraq bu yazılarda «xəbərverici» (constative)

və «icraedici» (performative)  cümlələr arasındakı

fərqi rədd etməkdədir. Burada qeyd olunmalıdır

ki, Qərb fəlsəfəsində  «xəbərverici» (constative)

və «icraedici» (performative)  cümlələrin 1950‐ci

illərdən etibarən kəşf olunması, pozitivist‐

fizikalist düşüncə tərzinin tərk olumasına səbəb

olmuşdur. Belə ki, A.J.Ayerin və bu cərəyana



66

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Dəyərli kitablar 

Con Сюrl


mənsub olan filosofların görüşlərinə görə, yalnız

dildəki ifadələr fiziki fenomenlər sayəsində öz

təsdiqlərini tapmalıdır. Bu isə dil‐düşüncə əlaqə ‐

sinə böyük zərbə vurmaq deməkdir. Məsələn,

dildəki əmr cümlələri, yəni «icraedici» (perfor ‐

mative)  cümlələri fenomenlər təsdiqləmir, əksinə

bu mahiyyətdə olan cümlələr fenomenləri və dav ‐

ranışları yönləndirir. Təsadüfi deyil ki, bu fikri

fəlsəfi aspektdən ilk dəfə təhlil edən J.L.Oustinin

əsərinin adı da belədir: «Sözlərlə əşyaları necə

yaratmaq olar?» (How to do things with words?) 

Son dörd yazının ilkində Con Sörl danışma

fenomeninin hermenevtik mahiyyətini, ikinci ‐

sində analitik fəlsəfədə şüur və niyyət əleyhinə

olan görüşlərin tənqidini, son iki yazıda isə həm

nitq aktları, həm də niyyətlilik nəzəriyyəsində

zehni həqiqət formalarının olduğunu iddia

etməkdədir. 

Bu məqamda qeyd etməliyəm ki, Con Sörl

şüurun mahiyyətini açıqlayarkən təbiət elmləri

ilə sosial elmlərin mahiyyətcə fərqini də bu

kontekstdə izah edir. Ona görə, təbiət elmləri

həqiqətin dünyada immanent olan xüsusiyyət ‐

lərini hər hansı bir müşahidəçidən asılı olmadan

mövcud olduğu şəkildə təsvir edir. Buna görə

də cazibə qanunu, fotosintez və elektromaqnetik

dalğalar tamamilə təbiət elmlərinin mövzula rı ‐

dır. Ancaq hamamda cakuzinin olması, beş

dolların varlığı və ya bir stulun var olma kimi

xü 


susiyyətləri təbiət elmlərinin mövzularına

daxil deyil. Qeyd olunan bu əşyalar fiziki xüsu ‐

siyyətlərə malik olsalar da, hamamda caku zinin

olması və ya beş dollarlıq pul olma xüsu siy ‐

yətləri ancaq müşahidəçi və istifadəçi lərə bağlı

olaraq dəyər qazanır və var olurlar. Məhz Sörl

bunu izah edərkən şüurun, eyni zamanda niyyət

ilə əlaqəsini də quraraq təbiət elmlə rin dən fərqli

olaraq, humanitar‐sosial elmlərin niyyət daşıyan

mahiyyətlərini vurğulayır. Bu mənada da hər

hansı bir simvol ona simvolluğu aid edən

müşahidəçiyə və istifadəçiyə görə simvol sayılır. 

Ümumiyyətlə, Con Sörl özünün bütün fəlsəfi

yaradıcılıq sistemində XVII əsrdən, yəni Rene

Dekartla başlayan fəlsəfi dünyagörüşünün müasir

dövrdə parçalayıcı mahiyyətinə diqqət çəkərək

texniki elmlərdən tutmuş humanitar elmlərə

qədər şüur, ictimai münasibətlər, niyyət, dil

fəlsəfəsi kimi ciddi elmi‐fəlsəfi mövzuları bu

kitabında analitik şəkildə izah edir.  

Con Sörlün bu kitabda qeyd etdiyi ən əsas

məqamlardan biri şüur və beyin əlaqəsinə dair

görüşləridir. Belə ki Sörl müasir nevrobiologiya

sahəsindəki inkişafı diqqətə alaraq fəlsəfə sahə ‐

sində də bu arqumentlərin tətbiq olunma sına

çalışır. Hə a o, beyinin bir mexanizm oldu ğunu

və bir prinsip olaraq beynimiz kimi düşüncə və

zehni prosesə malik olan süni bir beyin yara ‐

dılmasını mümkün hesab edir. Məhz bu düşüncə

tərzi modern fəlsəfədə ciddi müzaki rələrə səbəb

olur. Haqlı olaraq bəzi müasir filosoflar düşün ‐

mənin beyini hərəkətə gətirdiyini və əhatə etdi ‐

yini vurğulayaraq, beyindəki neyronların hərə kətinə

istinad edilərək həyatın tam olaraq açıqlana bil ‐

məyəcəyini ifadə edirlər. Çünki insanın xarici

aləmlə qurduğu münasibət nəticəsində müxtəlif

bilik növləri meydana çıxır. Həyatın özü insanın

buraya istiqamətlənməsi və anlamaya çalışması

sayəsində ona müəyyən biliklər verir. Təfəkkür

pro sesi bu baxımdan insanı bir bütovlük çərçi ‐

vəsində qiymətləndirir.  

Afət KAMALOVA,

AMEA‐nın Fəlsəfə və 

Hüquq İnstitutunun əməkdaşı

67

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə