“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

Elm tarixində müxtəlif elm sahələrinə

mənsub şəxslər arasındakı dialoqlar böyük re‐

zonansa səbəb olmuşdur. Bu dialoqlar elm

sahələri arasında inteqrativ əlaqələrin qurul ‐

 masına və böyük elmi nəzəriyyələrin (grand

theories) meydana gəlməsinə şərait yaradır.

Jurnalın  «Dialoq rubrikası hissəsində məşhur

fransız  nevrobioloqu Jan Pier Şonjü ilə XX əsrin

məşhur  filosoflarından olan Pol Rikörün dialoqu bu

baxımdan böyük əhəmiyyət kəsb edir.

Bu dialoqda təbiət elmləri ilə humanitar

elmlər arasındakı «iki mədəniyyət» mə u ‐

mu ilə də ifadə edilən klassikləşmiş əlaqə ‐

sizliyi açmağa cəhd edilir: beyinin strukturu

və işləməsi haqqında məlumat əldə etmək

özümüzə dair biliyimizə nə əlavə edə bilər?

Beynimizi tanımaq gündəlik həyatdakı təcrü ‐

bəmizə, dünya  və «başqası» ilə olan münasi ‐

bə 

timizə necə təsir edə bilər? Beyin ilə

düşüncə‐şüur arasında nə cür əlaqə vardır?

Estetik və mistik təcrübə nevro elmlərin

tədqiqat obyekti ola bilərmi? Təbiətə istinad

edən bir etika anlayışı mümkün və ya tələb

olunandırmı? 

Jan Pier Şonjü: 1936‐cı ildə Fransada

anadan olmuşdur. Nevrobilogiya üzrə elmlər

doktorluğunu Paster İnstitutunda müdafiə

etmişdir. Burada Molekulyar Biologiya kafed ‐

rasının müdiri olan Nobel mükafatçısı, bi‐

oloq Jak Monodun kafedra sında işləmişdir.

1972‐ci ildə Molekulyar Nev 

robiologiya

Kafedrasının müdiri və 1975‐ci ildə profes‐

sor olan Şonjü karyera sında altı yüzdən çox

elmi məqalənin müəllifidir  və bir çox elmi

mükafat almışdır. Hal‐hazırda Paster İnsti‐

tutunda Molekulyar Nevrobiologiya Kafed ‐

ra 


sının müdiri və Kollec de Fransda da

professor olaraq işləyir.  



Pol Rikör: 1913‐cü ildə Fransada anadan

olmuşdur. Müasir dövrün məşhur filosof və

tarixçilərindən biri hesab olunur. İkinci Dünya

müharibəsi ərəfəsində Almaniyaya gedərək

Münxen Uversitetində Martin Haydigger və

Edmund Husserlə dair tədqiqatlar apardı.

Alman hökuməti tərəfindən agent likdə i i‐

ham edilərək müharibə illərini Pome 

ranie

həbs düşərgəsində keçirdi. Azadlığa çıx ‐



dıqdan sonra dil fəlsəfəsi və psixoana lizdəki

müxtəlif interpretasiya təlimlərini feno me ‐

nologiya baxımından tədqiq etdi. Sarbonna,

Yale və Çikaqo kimi universi tet lər də dərs



47

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Dialoq 


verdi. Etika, metafor, hermenev tika, Ziqmund

Freyd, Rudolf Bultman, Martin Haydigger və

Edmund Husserlə dair təd qiqat ları və fikir ‐

ləri XX əsr fəlsəfəsinə öz möhürünü vur ‐

muş dur. Pol Rikör 2005‐ci ildə vəfat et miş dir. 

Vacib bir qarşılaşma:

Bilik və müdriklik

Jan Pier Şonjü: Siz hər kəsin tanıdığı  və

heyran olduğu bir filosofsunuz. Mən isə bir

tədqiqatçıyam. Həyatım insanın sinir sis‐

teminin və xüsusilə beyninin işləmə mexa ‐

nizmlərinin nəzəri və təcrübi  olaraq tədqiq

olunmasına həsr edilmişdir. Hər nə qədər

insan beynini ən mikroskopik struktur ların ‐

dan, yəni onu əmələ gətirən molekul lardan

hərəkətlə anlamağa çalışsam da, bu baxış

tərzi onun düşünmə, hiss və həyəcanlar,

bilmək qabiliyyəti və əxlaq duyğusu kimi ənə ‐

nəvi  fəlsəfənin sahəsinə daxil olan ən yüksək

funksiyalarını anlama istəyini də kənarlaş ‐

dır 


mır. Məhz mənim də daxil olduğum

molekulyar bioloqlar qarşısında ürküdücü

bir problem vardır: molekulların təşkil et‐

diyi bu elementar strukturlarla gözəlliyin

qavranması və ya elmi yaradıcılıq kimi

qarışıq və inteqrativ funksiyalar arasındakı

əlaqəni tapmaq. Kopernik, Darvin və Freyd ‐

dən sonra indi bizə Ruhun əldə olunması işi

qalır! Bu XXI əsr elminin qarşısında duran

ən təsirli və ürküdücü problemlərdən biridir.

Antik dövrdən etibarən fransız ənənə ‐

sinə görə, ruh (espirit) adı verilən mə uma

(anqlosakson müəlliflərin mind, yəni zehin

dediklərinin eyni mənalısı) dair tezislər

təqdim edən, müzakirələr aparan və arqu ‐

ment lər gətirən hər zaman filosoflar olmuş ‐

dur. Dolayısıyla burada hər birimiz əks

qütblərdən yola çıxaraq görünsək də, fəlsəfə

ilə nevrobiologiya arasındakı bu görüşü mən

məmnunluqla qarşılayıram. Sizin çalış mala ‐

rınıza böyük bir heyranlıq duyuram. Bəlkə

də, bu mənim səhvimdir, ancaq Fran sada

əxlaq və etik problemlərə dair bu qədər

dərin şəkildə fəlsəfi fikirləri inkişaf etdirmiş

müəllifə rast gələ bilmirəm. Nə üçün bir

48

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




ortaq məxrəcə gəlib  yekdil bir ifadə tərzi

yaratmayaq? Bəlkə, bunu edə bilmərik.

Ancaq bu təşəbbüsün  heç olmasa uyğunluq

nöqtələrini müəyyən etmək, daha da əhə ‐

miyyətlisi, qırılma nöqtələrini görmək və bir

gün istər‐istəməz doldurulması lazım olacaq

boşluqları aktuallaşdırmaq baxımın dan maraqlı

olacaqdır. 



Pol Rikör: Dialoq ifadənizə müqabil, son

dərəcə ciddi bir əsər olan «L`Homme Neu‐

ronal» (Neyronal İnsan) adlı əsərin müəllifi

olaraq sizi mən də səmimiyyətlə salamla ‐

yıram. Bu təşəbbüsümüz, sözün əsl məna ‐

sın da, bir görüşmədir və ən başlıcası insan

feno menologiyası ilə əlaqədar olaraq ara ‐

mızdakı peşə xüsusiyyətlərindən, yəni biri ‐

mizin elm adamı, digərimizin filosof  ol ma   sından

yaranan  baxış tərzlərindəki fərqliliyin varlı ‐

ğın dan qaynaqlanır. Ancaq eyni zamanda başqa

bir qaynağı da var: Başlanğıcda bu baxış tərzinin

fərqinə dair fikir ayrılıqlarını həll etməsək

belə, daha yüksək bir müzakirə səviyyəsinə

çatdırma istəyimiz ciddi səbəb və arqument ‐

ləri meydana gətirəcəkdir. 

Öz çıxış nöqtəmi ifadə edim. Mən özümü

Avropa fəlsəfəsi daxilində müxtəlif cərəyan ‐

lardan, üç fərqli baxış tərzinə malik olan bir

cərəyana aid edirəm: Refleksiv fəlsəfə, feno ‐

menolojik fəlsəfə  və hermenevtik fəlsəfə.

Birinci baxış tərzi refleksiv fəlsəfə, yəni  insa ‐

nın malik olduğu düşünmə və hissetmə

gücünü, onu özünə başqalaşdıran bilik, təc ‐

rübə və hislərdə yenidən əldə etmə təşəb ‐

büsünü ifadə edir. Jan Nabert mənim də aid

olduğum cərəyanın bu ilk qolunun ən mühüm

təmsilçisidir.

İkinci baxış tərzi – fenomenologiya – «əşya   ‐

ların özlərinə», yəni özünü ancaq mədəni,

fəlsəfi və dini tarixdən miras qalan mental

strukturlardan asılı olmayaraq təcrübəyə aid

olan şeyin ortaya çıxmasına çatmaq idealını

ifadə edir. Bu istək refleksiv düşüncənin əksinə

nəzəri, təcrübi və estetik yaşamın istiqamət ‐

lənmiş – niyyətlənmiş (intentionnel) tərəfini

vurğulayır. Bu baxış tərzinin ən mühüm müda ‐

fiəçisi ona adını verən Edmund Husserldir.



49

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə