“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

Fizika və metafizika, fəlsəfə və ruh haqqında

təlim – bunlar eyni bir şeydir, bütün bunlar

fəlsəfədir. Әgər N.Makiavelli və İntibah döv ‐

rünə, siyasi elmin  institusionalizasi yasının

(təşkilatlanmasının) başlandığı dövrə müraciət

etsək,  bu, hələ də sona çatmamış uzun sürən bir

prosesdir. Әlbə ə, müasirlə rimizin əksəriyyəti

siyasi elmin yaranmasını XIX əsrlə bağlayır,

onun elementlərinin forma laşmasını isə Platon

və Aristotelə aid edir. Bu halda, başlı cası budur

ki, fəlsəfə tarixinə bu baxımdan müraciət,

fikrimizcə, səmərəlidir, sualların meydana

çıxmasına təkan verir.

İndi isə ikinci, sözün həqiqi mənasında,

müasir‐fəlsəfi yanaşma haqqında. XX əsrin

fəlsəfəsi, əsasən, dilin fəlsəfəsi idi. Və bu təkcə

ingilisdilli analitik fəlsəfəyə aid deyil. Dil

problemi elmin fəlsəfəsi,  fenomenologiya, ekzis ‐

tensializm fəlsəfəsi üçün mühüm problem

olub və olaraq qalır. Aydın olur ki, bu fəlsəfə

üçün fənlərarası qarşılıqlı əlaqənin (təsirin)

əsasında, ilk növbədə, dilçilik yerləşir. İndi,

fik 

rimizcə, dillə yanaşı şüur və təcrübə



fəlsəfəsi aktuallıq kəsb edir. Problemin bu cür

qoyuluşu çoxistiqamətli fənlərarası tədqiqatla ‐

rın yeni bir anlamını doğurur. Bu tədqiqatların

ən təbii daxili qarşılıqlı əlaqələr üsulunu

bunda görürük: təcrübəmiz bizə şüurlu təsəv ‐

vür etməyə, dil isə bizə onu ifadə etməyə

imkan verir. Bu kontekstdə amerikalı filosof

C.Sörlün əsərlərini, Karl Popperin  intellektual

təcrübə ideyasını  xatırlamaq olar. Sörl, məsə ‐

lən, «Zehnin yenidən kəşfi» ( The rediscovery

of the mind)  kitabında qeyd edir ki, şüur

beyindəki  fiziki proseslərin doğurduğu real

subyektiv təcrübədir. Diqqəti buna cəlb etmək

istərdim ki,  şüur və təcrübə fəlsəfəsi yalnız

sosial və humanitar elmlərin deyil, həm də

fizika, kimya və biologiyanın  qarşılıqlı əlaqə ‐

lərini (təsirini) nəzərdə tutur. Әbəs yerə deyil ‐

dir ki,  Sörl öz mövqeyini  bioloji naturalizm

adlandırır.

Bu iki yanaşma ilə bərabər,  tarixin fəlsəfəsi

və ya nəzəri  tarix adlandırılan elm  barəsində

də  bir neçə söz demək istərdim. Tarixin məna ‐

sının olub‐olmaması haqqındakı məsələ  yalnız

tarixçi və filosofları deyil, çoxlarını maraqlan ‐

dırır.  Aydındır ki,  tarixçilər, arxeoloqlar çox

vaxt tarixi ayrı‐ayrı faktlara müncər etməyə və

ya onu bir rəvayət kimi təqdim etməyə

çalışırlar. Әlbə ə ki, tarix  fundamental elm ‐

lər dən  fərqlənir, onun, ilk növbədə, təkrar ‐

lana bilməyən bir fakt  ilə əlaqəsi  var. Fəqət

bu, tarixdə faktlar, məlumatlar  və nəzəriyyə

arasında əlaqələri görməməyə heç bir əsas

vermir. Aşkar edilmiş hər hansı bir faktın

əsasında nəzəriyyə, müəyyən yanaşmalar və

nəticələr yerləşir. Onlar bir‐biri ilə o qədər sıx

bağlıdır ki, onları bir‐birindən dəqiq surətdə

ayırmaq təşəbbüsü nəticə verməzdi. Amma,

buna baxmayaraq, biz yenə də tarixə əsasla ‐

naraq, onunla hesablaşaraq düşünürük və baş ‐

lıcası,  biz  nə üçün bu cür düşündüyü müzü

anlamağa çalışırıq. Bu işdə bizə  dil, şüur və

təcrübə kömək edir. Buradan bu nəticə çıxır ki,

tarixin fəlsəfəsi  və nəzəri tarix yalnız  çoxisti ‐

qa  mətli  fənlərarası  tədqiqatlar  kimi    müm ‐

kündür. Bu,  insan zəkasının imkan ları xari cində

olduğundan tarixin mənasını, mahiyyətini

dərk etməyin (gələcəyi qabaqcadan görməyin

və keçmişi adekvat surətdə anlamağın) prak‐

tiki surətdə mümkün olmadığına baxma‐

yaraq, alimlər buna nail olmağa  çalışacaqlar.

Bizim fikrimizcə, bu sahədə davamlı axtarış ‐

ların səbəbi ondadır ki, insan daim daha səmə ‐

rəli və ədalətli cəmiyyət qurmağa,  mərhə mətli,

şəfqətli olmağa  çalışır  və daha yaxşı gələcəyə

can atır. 

Metafizika və fizika

Adətən, fizika və metafizikadan söz düşəndə

filosoflar Aristoteli  xatırlayırlar. Bizə ən yaxın

tarixdə isə M.Haydiggeri xatırlamaq olar.

M.Hay digger qeyd edir ki, «varlıq haq qında

sualı yenidən qoymaq lazımdır». Haydigger

əlavə edir ki, qeyd olunan sual hal‐hazırda unu ‐

dulur, bu isə yenidən metafizikaya yönəl 

məmizə səbəb olur.  Bəs fizikləri metafizika hansı



cəhətlərinə görə maraqlandırır və ümumiy ‐

yətlə, bu onlar üçün maraqlıdırmı?

Lakin əvvəlcə onu qeyd edək ki,  Meqa ‐

radan olan  böyük filosofun əlyazma larının

sistemləşdiricisi və onların naşiri, ondan  iki

əsr sonra yaşamış Rodoslu  Andronik, əsərləri



41

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




nəşr edərkən, görünür, bu prinsipdən çıxış

edib: Aristotelin özü tərəfindən adları  verilən

əlyazmalar «Fizika», bütün qalan  başqa əsərlər

isə  «Metafizika» adlandırılsın. Sonradan meta ‐

fi zika müxtəlif  cür təfsir edilib. Bəzi alimlər

indi də belə hesab edir ki, metafizika fizikadan

sonra gələnlərdəndir. A.N.Çanışev bunda  tari xin

ironiyasını  görür. Aristoteldə fizikadan əvvəl

gələnlər metafizika, yəni «fizikadan sonra gələn»

adlandırılıb (6). Lakin tədqiqatçıların əksəriy ‐

yəti «meta»nı  kainat, təbiət və fizikanın təmə ‐

lində dayanan  bir şey kimi şərh‐təfsir edir.

Metafizika (əvvəlinci fəlsəfə) bütün mövcu ‐

datın əsas  prinsip  və səbəblərini  öyrənir.

XX əsrdə Martin Haydiggerin metafizikası

(onto logiya)  ən əhəmiyyətli hesab edilir, lakin

C.P.Sartr, A.Kojev  və başqalarının da metafi ‐

zik  fikirləri maraqlıdır. Absolyut  (Mütləq)

ideyasının eyni olan əsas ideyalar məcmusu

kimi bir teoloji metafizika da var idi. Amma

bu, ayrıca bir tədqiqatın mövzusudur. Bizim

üçün  tədqiqatımızın kontekstində fəlsəfi, dini

və elmi metafizikanın dialoqu, onların  çoxsahəli

qarşılıqlı əlaqələri ideyası maraqlıdır. İlk növbədə,

qeyd etmək istərdim ki, məşhur fiziklər belə

bir  nəticəyə gəliblər ki,  müasir kosmologiya

fizika və metafizika arasında klassik anlamdakı

sərhədlərin yerini dəyişdirir, bu isə kosmoloji

diskursda fiziki və metafiziki olanların mənaca

bir‐birinə qarışdığına dəlalət edir (8). Rusiyalı

alim A.İ.Pançenko, məsələn, «transsendental

fizika» və «eksperimental metafizika» kimi

anlayışların dərk edilməsi barəsində məsələ

qaldırır (7). Lakin məsələ heç də onlar üçün

birdən‐birə elə həmin  C.Berklinin  ideyala rı ‐

nın maraqlı olduğunda deyil. İndi R.Penrouz,

S.Hokinq səviyyəsində dayanan fiziklər obyek ‐

tiv gerçəkliyi özlüyündə deyil, onun müvafiq

fundamental nəzəriyyələrin eksperimental‐

müşahidə əsasında idraki situasiyalarda təzahür

forması kimi  qəbul etməyin qanunauyğun

olduğu haqda yazılar dərc edirlər.

Sonda  vurğulamaq istərdim ki, fənlərarası

tədqiqat problemi  və ya problemləri, onların

fəlsəfi komponenti  həll olunmaqdan  hələlik

uzaqdır. Biz  burada onları  yalnız ümumi

şəkildə təsvir edərək fəlsəfə və metodoloji

refleksiyanın  inkişaf  perspektivlərinin onlarla

bağlı olduğu konseptə bir qədər işarə etməyə

cəhd etdik. Fənlərarası tədqiqatlar, əlbə ə,

qeyri‐klassik rasionallıq  növü deyil, lakin o,

biliklərin inkişafının çoxəsrlik  ənənələrinin

varisidir və onların dərk edilməsi hələ də

səmərəli ola bilər.



İlham MӘMMӘDZADӘ,

AMEA Fəlsəfə və Hüquq 

İnstitutunun direktoru, fəlsəfə elmləri dok‐

toru, professor

Әdəbiyyat      

1. Копейкин К. Богословский и есте‐

ственнонаучный взгляд на онтологическую

природу мироздания// Метафизика. № 1.

2011. С. 131.

2. Петров М.К. Язык. Знак. Культура.

М., «Наука», 1991.

3. Степин В.С. Теоретическое знание.

М., «Прогресс‐Традиция», 1999.

4. Аристотель.  Сочинения в 4‐х томах. М.,

«Мысль», 1976‐1984.

5. Ишмуратов А.Т., Карпенко А.С., Попов

В.М. О паранепротиворечивой логике//

Синтаксические и семантические исследо‐

вания неэкстенсиональных логик. М.,

«Наука», 1989.

6. Чанышев А.Н.  Курс лекций по древней

философии. М., «Высшая школа», 1981, с. 285.

7. Панченко А.И.  Физическая реаль‐

ность: трансцендентальная физика или экс‐

периментальная метафизика? //  Фило соф ский

журнал. № 1, 2008. С. 68‐76.

8. Жаров С.Н., Мещерякова Н.А. Совре‐

менная космология: философские гори‐

зонты/ Под редакцией В.В.Казютинского.

М., «Канон+» РООИ «Реабилитация», 2011. 

9. Анкерсмит Ф.Р. Возвышенный исто‐

рический опыт. М., «Европа», 2007.

10. Мамедзаде И.Р. О философии. Со‐

временные подходы, тенденции и перспек‐

тивы. Баку, «Текнур», 2011.

42

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə