“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

Amma mən düşünürəm ki, bu, yalançı

alter nativlərdir. Mənə aydındır ki, 250 min

krondan imtina edirəm, çünki istəmirəm ki, nə

Şərq, nə də Qərb blokuna rəsmi bağlanmış

olum. Bununla belə məndən tələb etmək olmaz

ki, təkcə mənim, şəxsi yox, həm də yoldaşla ‐

rımın hamısının razılaşdığı prinsipimdən 250

min krona görə imtina edim.

Bütün bunlar həm mükafatın verilməsini,

həm də onu imtina ilə qarşılamaq məcburiy ‐

yətimi mənim üçün əzablı etdi.

Mən bu bəyanatımı İsveç cəmiyyətinə öz

rəğbətimi ifadə etməklə bitirirəm».

Jan Pol Sartrın bütün həyatı şəxsi zəifliyini,

başqasının sarsaqlığını, dünyanın təsirini aradan

qaldırmaqda keçmişdir. O vəfat etdikdə 50

min adam onun cənazəsinin arxasınca getmişdi,

amma hələ də onun kitablarının arxasınca mil ‐

yonlarla adam gedir. «Le‐Monde» qəzetinin

nekroloqunda yazılmışdı: «XX əsrin heç bir

fransız intellektualı, heç bir Nobel mükafatçısı

Sartr qədər ictimai fikrə bu qədər dərin,

uzunmüddətli və hərtərəfli təsir etməmişdir».

Belə deyilir ki, kiməsə anadangəlmə dün ‐

yanı idarə etmək qismət olur, kimsə bu haqqı

özü qazanır.

O, 1905‐ci il iyunun 21‐də Parisdə doğul ‐

muş, təminatlı və yaxşı ailədə – dəniz zabiti

Jan‐Batist Sartr və onun həyat yoldaşı Ann‐

Mari Şveyserin ailəsində birinci və tək övlad

olmuşdu. Ann‐Mari Elzasda anadan olmuşdu:

o, məşhur alim ailəsindən idi, bu ailənin zəngin

intellektual ənənəsi var idi. Məşhur filosof,

həkim, musiqiçi, gələcəkdə Nobel mükafatı

laureatı olan Albert Şveyser onun əmisi oğlu

idi.


Uşaq cəmi 15 aylıq olduqda atası tropik

qızdırmadan ölür.

Pol ümumi pərəstişə keçən ümumi sevgi

atmosferində böyümüşdü. Gənc ana üçün o,

həqiqi uşaqdan çox, güman ki, oyuncaq idi,

hə a oğlunun çarpayısını öz otağında qoy ‐

muşdu (praktiki olaraq o, yeniyetmə olanda

da belə idi). Oğlan da ona eynilə həqiqi sevgi

ilə cavab verirdi.

Sonralar Sartr ailəni günahlandırırdı ki,

onlar onun həyatını şikəst ediblər: onlar onu

təkcə ailədə bir uşaq kimi qoymayıblar, həm

də onu ərköyün böyütməklə Sartr üçün iltifatlı

olmayan həyata həyat immunitetindən məhrum

ediblər. Lakin əksər tədqiqatçılar hesab edirlər

ki, gənc Jan Pola ən böyük zədəni ailəsi yox,

təbiət vurub. Jan Pol Sartr kiçik, cılız, gözəl ol‐

mayan sifətə və seyrək saçlara malik idi, bu ‐

nunla yanaşı bir gözü, demək olar ki, kor və

ikinci gözü də çəp idi. Onun bütün sonrakı

həyatı bütün dünyaya intellektinin cismindən

çox yüksəkdə olduğunu sübut etməyə cəhd

idi.

Qeyd edək ki, Fransanın keçmiş prezidenti



Şarl de Qoll Sartra çox böyük dəyər vermişdi.

Belə ki, Fransanın Әlcəzairi işğal etdiyi vaxt‐

larda Sartr küçələrdə Fransanın bu hüquqsuz

addımını qınayan yazılar paylayırdı. Buna

görə Fransanın dövlət başçısı Şarl de Qolla

Sartrın «qulağının çəkilməsi» üçün təzyiqlər

edilirdi. Şarl de Qoll isə haqqında tən qid lər

yağdırılan və düşüncələrini qəbul etmə diyi Sartrın

arxasında duraraq çox mənalı və lakonik bir

ifadə işlətmişdi: «Sartra toxunma la rına icazə

vermərəm! Çünki Sartr Fransa deməkdir!!!» 

Doğrudan da, Sartr XX əsrin ən böyük

şəxsiyyətlərindəndir. Onun şəxsiyyətinin mahiy ‐

yətini açan ən gözəl sənəd 1974‐cü ildə həyat

yoldaşı ilə sual‐cavabın mətnidir. Onu da

qeyd edək ki, Sartrın həyat yoldaşı Simona de

Bovuar da yüksək intellekt sahibi, nüfuzlu

şəxsiyyət idi.

Jurnalın növbəti nömrəsində Sartrın həyat

yoldaşı ilə dialoqunun mətni veriləcəkdir. 



V.M.ABBASOV,

AMEA‐nın müxbir üzvü,

k.e.d., professor          

37

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Son illər elmdə  fənlərarası  tədqiqatlar

aktual lıq kəsb etməyə başlamışdır. «Kəşflər

elmlərin  kəsişməsində  baş verir» ifadəsi artıq

adiləşib. ( 1,2,3) Hə a demək olar ki, bu cür

tədqiqatlar trendə (təmayülə) çevrilərək vacib

yanaşma statusu qazanır. Lakin bu hələ o

demək deyildir ki,  onlar ciddi  fəlsəfi tədqi ‐

qat ların mövzusu olub. Təbii ki, fənlərarası

araşdırmaların  aktuallığı  daha çox  funda‐

mental  elmlərdə dərk olunur. Bununla əlaqə ‐

dar  qeyd  edək ki, fənlərarası qarşılıqlı əlaqə  lə rin

elmi tədqiqi bu məqalənin mövzusunda olan

fəlsəfi dərkdən fərqlənir.

Fikrimizcə, filosoflar ictimai elmlərin əvvəlki

bölgüsü çərçivəsində təhlil oluna bilməyən və

müxtəlif sahələrə aid informasiyadan getdikcə

daha çox istifadə etməli olurlar (10). Bundan

əlavə, fəlsəfə, sosiologiya, biologiya və yəqin ki,

bütün fundamental elmlər arasında əlaqələrin

dərk edilməsinə  zərurət duyulur. Beləliklə,

bir tərəfdən, fənlərarası problemləri anlama

fəlsə fəsi, onların keyfiy yəti və dərinliyi müəyyən

anlayış, məzmun, məna, obraz, məntiq və kom ‐

munikasiyaların olmasını tələb edir. Digər

tərəfdən  isə  elmin  özünün   onlara   tələbatı

var.


Fəlsəfə fənlərarası tədqiqat dili ola bilər.

Lakin bunun üçün  onun özü  keçmişini,

özünü yeni bir tərzdə  dərk etməlidir ki, özü ‐

nün indiki və gələcək təmayüllərini qabaqca ‐

dan sezə bilsin. Әlbə ə, müasir şəraitdə fən lər arası

tədqiqatlar  probleminin fəlsəfi dərki, ilk növ ‐

bədə, bu problemin təşəkkülü tarixini onun

başqa elmlərin inkişafı  ilə qarşı lıqlı əlaqələri

kontekstində təhlil  etməyi nəzərdə tutur.

Fəndən fənlərarası qarşılıqlı 

əlaqələrə doğru

İndi  aydın olur ki, fənlərarası tədqiqatların

aparılması vacibdir, fəqət fənlərarası tədqi ‐

qatlar fəlsəfəsinin əhəmiyyətini dərk etmək,

fəlsəfənin müstəqil elmlərin inkişafını inkar

etmədiyini, əksinə müxtəlif elmlərin inkişafını

dəstəklədiyini anlamaq deməkdir. Bir tərəfdən

fənlərarası tədqiqatlarla əlaqədar qeyri‐klassik

yanaşmalar, digər tərəfdən isə müxtəlif fənlərə

ayrılan klassik elm bir‐biri ilə sıx bağlıdır.

Lakin bu zaman müəyyən etmək lazımdır ki,

fənlərarası  tədqiqatlar fundamental və ictimai

elmlərdə,  bu və ya digər konkret tədqiqatın

müxtəlif mərhələlərində necə olmalıdır. Nəzərə

alınmalıdır ki, hər bir konkret biofizik və ya

biokimyaçı özlərinin fənlərarası sahəsi ilə

məşğul ola bilər, fəqət müxtəlif səbəblərdən öz

obyekti ilə klassik fizika və ya kimya arasındakı

əlaqələri heç görməyə də  bilər və  s. 

Lakin filosof bu əlaqələri görməlidir,  çünki

fəlsəfənin  xüsusiyyəti, onun fəlsəfənin inkişaf

tarixi  ilə bağlılığı,  metodologiya və episte‐

mologiyaya diqqəti ona həmin əlaqələri dərk

etməyə imkan verir. Xatırladaq ki, Orta əsrlər

fəlsəfəsində  bir  çox  şeylər ilahiyyat və fəlsə ‐

fə nin qarşılıqlı  əlaqələrindən  asılı idi, Foma

Akvinat  isə israr edirdi  ki, «fəlsəfə –  ilahiy ‐

yatın qulluqçusudur». Orta əsrlər deizmini də,

fəlsəfə və  dinin  ayrılmasını  (müsəlman ənə ‐

nəsində  əl‐Qəzzali  və  İbn Rüşd arasında müba ‐

hisə) yada salaq. Bu misallar bizə  hələ  Orta

əsrlər və İntibah dövründə iki ənənənin –

ilahiyyat və fəlsəfə, ilahiyyat, astronomiya və

fizika ( C.Bruno, Qaliley) arasında fənlərarası

əlaqələrin təşəkkülünü, həmçinin fəlsəfə və

elmlərin aşkar  tabeliliyi  və ikinci dərəcə lili ‐

yini, yəni elmlərin bölgüsündə  iyerarxi yanın

mövcudluğunu təsəvvür etməyə imkan verir. 

Fənni  bölgü və elm bir‐birinin eyni olan

anla yışlar deyil. Elm fənn bölgüsündən əvvəl

yaranıb. Hər şeyi – fizikanı da,  metafizikanı

da  ehtiva edən  Platon və Aristotel  dövrü fəlsə ‐

fəsini xatırlayaq. Bununla belə, etiraf da etmək

olar ki, klassik elmdə həyata keçmiş nəzəri

bilik,  buna baxmayaraq, xüsusi fənni bilik

formasında  təşəkkül tapıb. Ona görə də elm

və fənn anlayışları çox vaxt  fərqləndi rilmirdi

38

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014



Fənlərarası tədqiqatlar: problemi

dərketmə  fəlsəfəsinə  dair


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə