“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

və indiyə qədər fərqləndirilmir. Təbii ki,  hər

bir fənnin bəzi mühüm komponentləri əmələ

gəlmişdir,  yəni  müəyyən bir konkret sahə ilə

məşğul olan  alimlərin korporativ  birliyi yara‐

naraq, onların  keçmişdə  bu sahə ilə məşğul

olanların fəaliyyətləri nəticəsində meydana

gələn biliklərə xüsusi diqqətləri yönəlmişdir.

Bu həmçinin onların tədqiqatla rının  əhəmiy ‐

yət meyarları və dəyərini,  eyni zamanda həmin

sahəni qoruyub saxlamaq və inkişaf etdirmək

məqsədilə gələcək üçün kadr hazır lığı mexa ‐

nizm lərini ehtiva edir. Bu proseslərə hakimiy ‐

yət orqanları, digər fənlə rin nümayən dələri ilə

münasibətlər, əlaqələr, onların arasında iyer‐

arxiya da müəyyən  təsir göstərir. Belə ki, filo ‐

sof lar hələ indiyə qədər xatırla yırlar ki, bir

za manlar fəlsəfə elmlərin kraliçası idi,  son‐

radan  bu adı ilahiyyat, yeni dövrdə isə  fizika,

sosiologiya, iqtisadiyyat və s. ələ keçirib.

Elmi fənlərin diferensiasiyası (fərqləndiril ‐

məsi) prosesi ayrılmaz surətdə XIX əsr ilə

bağlıdır, hərçənd fizikada onun bəzi tərəfləri

hələ XVII  əsrdə,  kimyada isə  XVIII  əsrdə yara ‐

nıb. Məhz o zaman  müxtəlif elmlərin obyekt ‐

lərinin arasında fərqləri, fərqli reallıq növləri

haq qında anlayışlar meydana çıxmışdır. Müx ‐

təlif anlayışlar barəsində İ.Kantın yazıları var,

diferensiasiya ideyasını isə şəxsən O.Kont təd ‐

qiq etmişdir. Fənni bölgü, müxtəlif təsnifatl ar o

dövrdə  elmin sürətli inkişafını təmin etmiş ‐

dir. Hazırda isə hər kəs fənlərarası tədqi qatla ‐

rın zəruriliyində israr edir. Bu zaman sual

yaranır ki, əvvəllər olduğu kimi, fənn yeni

bilik meydana gətirirmi? Bu, əlbə ə ki, insti‐

tutdur, onun çərçivəsində kadrlar hazır lanır.

O, büdcənin maliyyələşdirmə və bölüş 

dürülməsi şərtidir, onun hüdudlarında alim lər



və bürokratiyanın arasında əlaqələr təşəkkül

tapıb. Amma etiraf etməliyik ki, həqiqət, yeni

biliklərin kəşfi bu gün fənni fərqlər olmadan

baş verə bilməz, lakin özlüyündə onlar yeni

biliyin yaranmasını təmin etməyə qadir deyil.

Vaxtilə fənni bilik  əvvəlki qeyri‐elmi biliyə

xor  baxdığı  kimi,   indi də onun özü  qeyri‐

kafi,  yeni biliyin özü  yox,  yalnız onun şərti,

resursu  olur.

Fənlərarası qarşılıqlı əlaqələrin növləri 

Hazırda biz fənlərarası qarşılıqlı əlaqələrin

üç növünü göstərə bilərik. Birincisi, biologiya

və fizika, fəlsəfə və sosial kommunikasiya

nəzəriyyəsi, sosial linqvistika  və s. fənlərarası

qarşılıqlı əlaqələr.  Bu cür qarşılıqlı əlaqələr

çərçivəsində bir‐biri ilə təsirdə olan  fənlərin

predmet (obyekt), metod və nəticələrinin fərqini

nəzərdə tutan sərhədlərinin dəqiqliyi qorunub

saxlanılır. İkincisi, fənlər arasında dəqiq sər ‐

hədlərin olmadığı fənlərarası sistemlərin yara ‐

dılması. Coğrafiya, iqtisadiyyat, beynəlxalq

əlaqələr, kulturologiya, siyasi elmlər, misal

üçün, vahid ölkəşünaslıq sistemində birləşir,

yaxud bir çox fənlərin  kəsişməsində yaranmış

proqnozlaşdırma nəzəriyyəsi. Bu fənlər qarşı ‐

lıqlı təsirdə olaraq, bir‐birini tamamlayaraq

bu və ya digər  ölkənin, regionun real lığını və

ya dünyanın yaxın gələcəyinin bütöv, tam

mən zərəsini yaradır. Burada ayrı‐ayrı elmlər

fənlərarası tədqiqat üçün resurs bazası yara ‐

dır. Üçüncüsü, elmin fənlərarası sistem lərində

ayrı‐ayrı elmlərdə istifadə edilə bilən univer‐

sal metodologiya (məsələn, marksizm  və

A.Toynbinin nəzəriyyəsi kimi) təklif edilən,

əsaslandırılan zaman mövcud fənlərarası qarşı ‐

lıqlı əlaqələr, elmdə heç bir sərhəddi nəzərə al‐

mayan sistemlər nəzəriyyəsi və  informasiya

nəzəriyyəsi, məhz bu cürdür.

Bizə görə, fənlərarası tədqiqatların mütə ‐

şəkkil şəkildə həyata keçirilməsi çətindir. Bun ‐

ların tətbiqi üçün üç şərtin yerinə yetirilməsi

vacibdir. Birincisi, metodoloji, yəni fənlərarası

tədqiqatlarda obyekti görmək və təsvir etmək.

Burada bir sual ortaya çıxır; hansı fənnin alimi

bunu görüb təsvir edəcəkdir? İkincisi, təşki ‐

lati, buraya, eyni zamanda maliyyə də daxil ‐

dir. Üçüncüsü, informasiya, yəni nəticələrin

qarşılıqlı olaraq fənlər arasında bölüşdürül ‐

məsini təmin etmək. 



39

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Fənlərarası tədqiqatda qeyri‐formal 

məntiq haqqında

Fənlərarası tədqiqatlar bizi belə bir vəziy ‐

yətlə rastlaşdırır: bizim  adi,  doğru, yeni hesab

etdiklərimizin heç də yeni olmadığı, çox vaxt

isə yanlış olduğu meydana çıxır. Bu vəziyyətə

fənni araşdırmalarda  nadir hallarda rast gəli ‐

nir. Fikrimizcə, fənlərarası araşdır 

maların


inkişafı bizi  belə bir şeylə üzləşdirir: sanki qeyri‐

formal məntiqin paraziddiy yət sizlik (yunanca

pará «yanında», «yanından», «kənarda, xaricdə,

xaricində, kənar, xaric» deməkdir)  prinsipi

formal məntiqin fundamental prinsipi  olan

ziddiyyət qanununa  üstün gəlir. Amma əslində,

bu heç də belə deyil. Hələ Aristotel «Meqara

getmək və getmə məyin» eyni zamanda müm ‐

kün olduğu  haqda düşünərkən, yazırdı ki,

bunlar bir‐birinin əksi olsa da, elə bir sahə var

ki, həm bu, həm də o birisi   eyni zamanda «möv ‐

cud dur». Və orada ziddiyyət prinsipi işlə mir.

O, «Metafizika»da  yazırdı  ki, həqiqətən, po ‐

ten siyada (mümkün lükdə)  eyni bir şey bir ‐

likdə (hər iki) ziddiy yətli şəkildə ola bilər,

lakin gerçəklikdə – yox. Aristotel qeyd etməyi

lazım bilirdi ki, zid diyyət prinsipini məhdud ‐

laşdır maq lazım dır. O, hesab edirdi ki,  vaxt

gələcək bu prinsipin etik təyinatı və ədalət

sərhəd lərinin müəy yən olunmasında bunu

anlayacaq insan tapıla caq dır. 

Eyni vaxtda həm yalan danışmaq, həm də

düzünü demək mümkün deyil, ancaq bunu

eyni bir zamanda arzulamaq olar. Və burada

bu və ya digər imkanı seçməkdə insan azaddır.

Lakin bütün potensialın reallaşdı rılması – bu,

artıq başqa fizikadır,  onun deyil, qeyri‐Aris‐

totel  fizikasıdır (4). XX əsrin əvvəllərində for‐

mal və çoxmənalı məntiq arasında əlaqələrin

dərkinə çoxları – ilk dəfə olaraq çoxmənalı

məntiq  ideyasını əsaslandırmış Polşa məntiqçisi

Y.Lukaseviçdən tutmuş lap qeyri‐səlis mənti ‐

qin yaradıcısı  Lütfi Zadəyə qədər – müraciət

edirdi. Bu məntiqin tarixi barəsində çoxları

yazıb, misal üçün, təkcə  rus dilində yazılmış

əsərlərdən İşmuratov A.T., Karpenko A.S.,

Popov V.M. və bir çox başqalarının işlərini

xatır lamağa  dəyər.  Fəqət burada başlıcası ondan

ibarətdir ki, fənlərarası tədqiqatlar aristotelçi

formal məntiqini nə inkar, nə də ləğv edir,

əksinə, onu genişləndirir. Klassik məntiqi

geniş ləndirərək çoxmənalı məntiq yalnız fən ‐

lər arası axtarışlara, müxtəlif elm nümayən ‐

dələri mövqelərinin toqquşmasına, eyni zamanda

onların araşdırmalarda iştirakı və dialo quna

imkan yaradır. Bunun üçün əhəmiyyətli olan

odur ki, bir məntiqi sistem daxilində klassik

məntiqi  saxlamaq və eyni zamanda onda zid ‐

diyyətin təsirini məhdud laş dırmaq mümkündür. 

Fəlsəfə və tarix: fənlərarası 

tədqiqat təcrübəsi

Fəlsəfə və tarix böyük fənlərarası qarşılıqlı

əlaqələr təcrübəsinə malikdir. Belə ki məsələn,

Fukydid irsinə malik olmağa həm fəlsəfə, həm

tarix, həm  də siyasi elm iddia edə bilər. Eynilə

N.Makiavelli ilə bağlı vəziyyət bu  cürdür  və

bu sıranı davam  etdirmək olar (9). Fəlsəfəni,

hə a təfəkkür haqqında fikir tarixi kimi müəyyən

etmək olar, hərçənd R.Rorti bu  fikirlə razı

olmazdı. Bu qarşılıqlı əlaqələrin  bir neçə for ‐

ması var: fəlsəfə tarixi, tarixin fəlsəfəsi, nəzəri

tarix və s. Әgər bu problemə məqalə mizin

kontekstində yanaşsaq, onda, fikri mizcə, iki

fundamental yanaşmanı göstərmək olar: keç ‐

mişdə fənlərarası qarşılıqlı əlaqələrin necə

olduğunun  təhlilini fəlsəfənin ehtiva etdi yinə

əsaslanan tarixi‐fəlsəfi və sözün həqiqi məna ‐

sında, fəlsəfi yanaşmanın özü. Әlbə ə ki, gələ ‐

cəkdə  başqa bir tədqiqatda onları  inkişaf

etdi rəcəyimizi nəzərdə tutaraq məqalədə biz

bu böyük problemin yalnız ümumi  cizgilərini

göstərəcəyik.

Tarixi‐fəlsəfi yanaşma Platon və Aristotelin

irsinə müraciət etməyi nəzərdə tutur, hərçənd

bu, əlbə ə, F.Bekon, R.Dekart  və ya məsələn,

onların «Təbiətin dialektikası» və s. əsərlərini

xatırlayaraq,  K.Marks və F.Engels fəlsəfəsinin

fənlərarası qarşılıqlı əlaqəsi kontekstində nəzər ‐

dən keçirilə bilər. Әlbə ə ki, müxtəlif bilik

növlərinə öz sahəsini göstərərək, elmlərin Pla‐

ton və Aristotel  təsnifatı, mahiyyət etibarilə,

onlar arasındakı fərqləri  hələlik görə bilmir.



40

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə