“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

Qeyd etdiyiniz kimi, 2014‐cü il fevralın 24‐də

Azərbaycanın birinci xanımı, Heydər Әliyev

Fondunun prezidenti Mehriban Әliye vanın

rəhbərliyi ilə Fondun yeni layihəsinin – mək ‐

təbəqədər təhsil müəssisələrinin inkişafı proq ‐

ramının təqdimatı keçirilmişdir. Proqram

ölkə mizin bütün bölgələrində uşaq bağçala ‐

rının genişmiqyaslı tikintisi, yenidənqu rul ‐

ması və əsaslı təmirinin dəstəklənməsini nəzərdə

tutur. 2005‐ci ildə Heydər Әliyev Fondunun

təşəbbüsü ilə «Yeniləşən Azərbaycana yeni

məktəb» layihəsi qısa müddət ərzində uğurla

icra olunduğu kimi, qeyd olunan layihənin

köməyi ilə məktəbəqədər təhsil infrastruktu‐

runun müasirləşdirilməsinə, məktəbəqədər

təhsilin səviyyəsinin yüksəlməsinə, mövcud

problemlərin tam aradan qaldırılmasına nail

olunacaqdır.



– 12 illik ümumi təhsilə keçid nə qədər

realdır və bununla bağlı hansı islahatların

aparılması nəzərdə tutulur?

– Qeyd edim ki, Dövlət Strategiyasında əksini

tapmış 12 illik ümumi təhsilə keçid zamanı

təhsilin məzmununda baş verən yeniliklərin,

bir sıra araşdırmaların nəticələrinin nəzərə

alınması vacibdir. Məlumdur ki, dünya nın bir

çox qabaqcıl ölkələrində təhsil müd dətinin

artırılması istiqamətində artıq müəyyən addım ‐

lar atılmışdır və bu proses davam et mək dədir.

Məsələn, Kanada, Fransa, Hollandiya və

Çexiyada hazırda ümumi təhsilin müddəti 14

ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avs‐

traliya və Yeni Zelandiyada 13 illik ümumi

təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi

Koreya, Polşa və bir sıra digər ölkə lər də isə

ümumi təhsilin müddəti 12 ildir. Ümumiy yətlə,

hazırda 12 illik ümumi təhsili tətbiq edən

ölkələr dünya üzrə çoxluq təşkil edir. Son sta‐

tistik məlumatlara görə, belə ölkələrin sayı

170‐i ötmüşdür. Çox az sayda ölkədə ümumi

təhsilin müddəti 11 il təşkil edir. Onu da

vurğulamaq istərdim ki, İqtisadi Әmək daşlıq

və İnkişaf Təşkilatının məluma tına görə, hər

hansı bir ölkədə istənilən təhsil pilləsi üzrə

təhsil müddətinin bir il artırılması ölkənin

Ümumi Daxili Məhsulunun 3–6 faiz artmasına

gətirib çıxarır. Bununla yanaşı, təhsil müddə ‐

tinin artırılması təhsilə ayrılan xərclərin də

artması ilə nəticələnir. Özü də bu artım kifayət

qədər böyük rəqəmlərlə ifadə olunur. Lakin

xərclərin artmasına və olduqca böyük miq ‐

yaslı tədbirlərin həyata keçirilməsi perspektiv ‐

lərinə baxmayaraq, bu, Azərbaycan dövlətinin

strateji xə ini, neft kapitalının insan kapitalına

çevrilməsini hədəfləyən kursun fəlsəfəsini əks

etdirir.


12 illik ümumi təhsilə keçidin təmin olun ‐

ması üçün mövcud təhsil standart və kuri ‐

kulumların yenilənməsi, tam orta təhsil pillə sində

təlimin istiqamətlər üzrə aparılması nəzərdə

tutulmuşdur. Bu sahədə yeniliklər dən biri və

məncə, ən mühümü tam orta təhsil səviyyə ‐

sində təhsil müəssisələrinin müxtəlif istiqa ‐

mətlər üzrə bölünməsidir. Bütün bunlar inki şafın

yeni çağırışlarını dəyərləndirmək və daha

yetkin vətəndaş yetişdirmək baxımdan əlavə

resurs və gələcəyə hazır olmaq imkanıdır.

– Dünyanın inkişaf etmiş ölkələrində

ümumi təhsilin normal təşkilinin əsas səbəb ‐

 lərindən biri də məktəblərə müstəqil lik ve ‐

rilməsidir. Ölkəmizin ümumtəhsil məktəb  lərinə

belə bir imkanın verilməsi mümkün ola ‐

caqmı?

– Dövlət Strategiyasının Fəaliyyət Planı

təsdiq edildikdən sonra həyata keçiriləcək

islahatların önəmli qismi məktəblərin idarə

olunması və maliyyələşməsini əhatə edəcək.

Bu zaman nəzərə alınmalı ən vacib prinsip

nəticəyönlülükdür. Müxtəlif ölkələrin təcrübəsi

göstərir ki, məktəblərin özünüidarəetmə mexa ‐

 nizmi tətbiq olunan ölkələr beynəlxalq qiy ‐

mət 


ləndirmə tədqiqatlarında daha yüksək

nəticələr göstərirlər. Lakin özünüidarəetmə

prinsipinin  daha yüksək şəffaflıq və hesabatlı ‐

lığın da tətbiqi ilə parallel şəkildə həyata keçi ‐

rilməsi nəzərdə tutulur.

Maliyyələşmə islahatlarının da əsas məq ‐

sədi təhsildə keyfiyyət artımına nail olmaqdır.

Daha yüksək nəticələr əldə etmiş təhsil işti ‐

rakçıları həvəsləndirilməli və onların işi

21

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




maddi cəhətdən stimullaşdırılmalıdır. Təhsil

Nazirliyi tərəfindən həyata keçiriləcək bütün

islahatların ən vacib məqsədi şagird nailiyyət ‐

lərini yaxşılaşdırmaq, onların hərtərəfli inkişa ‐

fına nail olmaq və savadlı gələcək nəslin

forma laşmasına töhfə verməkdir.

«Azərbaycan Respublikasında təhsilin inki ‐

şafı üzrə Dövlət Strategiyası»nda beşinci isti ‐

qamət ölkəmizdə iqtisadi cəhətdən daya nıqlı

və dünyanın öndə gedən təhsil sis tem lərinin

standartları ilə eyni səviyyədə dura bilən maliy ‐

yələşdirmə modelinin qurul masını özündə ehtiva

edir. Bu istiqamət çərçivəsində təhsilin mövcud

maliyyələş dirmə  sisteminin  təkmil ləş diril ‐

məsi, təhsil müəssisələrinin adam başına maliy ‐

yə ləşmə sisteminə keçidi, ödənişli təhsil xid mət ləri

göstərilməsinin dəstəklənməsi nəzərdə tutu‐

lur.


Bu gün təhsilin maliyyələşdirilməsi sahə ‐

sində görüləsi işlər çoxdur. Burada ən böyük

hədəf təhsilə adekvat həcmdə maliyyə resurs ‐

larının cəlb edilməsi, təhsil xərclərinin Ümumi

Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6

faizə çatdırılması, təhsil müəssisələrinin bir

təhsilalana düşən xərc əsasında maliyyələş ‐

dirmə mexanizminə səmərəli keçididir. Biz

strategiyada tamamilə yeni maliyyə institutunun

–  büdcədənkənar  vəsaitlər  hesabına  for ma   laş ‐

 dırılan  Təhsilin  İnkişaf  Fondunun  ya ra   dıl    ma sını

nəzərdə tutmuşuq. Bu da təhsillə bağlı xüsusi

layihələrin, tədqiqatların və s. yeni maliyyə ‐

ləş mə  mexanizminin  tətbiq  olun ma sına  yar ‐

dım edəcəkdir.

– Dərslik siyasətinin həyata keçirilməsi

istiqamətində hansı islahatlar nəzərdə tutu‐

lur?

– Təhsilin məzmununun təkmilləşdiril 

məsi ilə yanaşı, müvafiq tələblərə cavab verən



dərsliklərin və metodik vəsaitlərin hazırlan ‐

ma sına da böyük ehtiyac duyulur. Təbii ki,

təhsilin səviyyəsi xeyli dərəcədə dərsliklərin

keyfiyyətindən və məzmunundan asılıdır.

Bu sahədə mövcud olan problemi həll

etmək üçün onun kökünü tapmaq lazım gəlir.

Problemin kökü isə müəllifdir, daha doğrusu,

müəlliflərin az olmasıdır. Təhsil Strategiya ‐

sında kurikuluma əsaslanan yeni dərsliklərin

yaradılması, şagird və müəllimlərin müvafiq

dərslik seçiminin təmin olunmasına xüsusi

diqqət ayrılır.

Eyni zamanda müasir tələblər təhsilve ‐

rənlər qarşısında təkcə dərsliyin məzmunu ‐

nun təhsilalanlar tərəfindən mənimsə nil məsini

deyil, həmçinin və bəlkə də, daha vacib – lazımi

bilikləri necə və haradan əldə etmək yollarını

onlara öyrətməyi tələb edir. Ona görə də

dərsliklərlə yanaşı, təfəkkürün və şəxsiyyətin

inkişafına yönəlmiş, yeni kurikulum və infor‐

masiya‐kommunikasiya texnologiyaları əsasında

təhsilverənlər üçün təlim metodologiyaları,

metodiki vəsaitlər, didaktik materiallar və

digər təlim vasitələrinin hazırlanmasını stimul ‐

laşdıran mexanizmlər də yaradılmalıdır.

Tərəfimizdən dərsliklərin keyfiyyətini yük ‐

səltmək məqsədilə dərslik müəlliflərinə kuri ‐

kulumun  tələblərinin  dərindən  öyrə dil  mə sinin

təşkili nəzərdə tutulmuşdur. Bu işin əsas

məqsədi kurikulumun əsas tələblərinin, stan‐

dart və alt‐standartların dərsliyin məzmu nuna

çevrilməsi yollarının öyrədilməsi, dərs lik lərin

qiymətləndirilməsi meyarlarının izah edil 

məsindən ibarətdir.



Biz hər zaman dərsliklərdə olan problem ‐

lər barədə danışırıq. Amma o da həqiqətdir ki,

dərsliyin ilk dəfə yaradılması çox ağrılı bir

prosesdir. Söz yox ki, dərsliklərimiz daha

keyfiyyətli olmalıdır. Amma biz dərslik hazır ‐

lanması üçün müraciət edən insanlar arasında

fənn mütəxəssislərini görmək istəyərdik.

Onlar bu işlə əlaqədar müraciət etmirlər. Bu,

problemdir və biz görürük ki, ali təhsil müəs ‐

sisələrinin müvafiq kafedralarında mütəxəs ‐

sislər, peşəkarlar toplaşıb. Azərbaycan Milli

Elmlər Akademiyasının müvafiq institut la ‐

rında mütəxəssislər fəaliyyət göstərir. Amma

biz universitetlərin adlarını dərsliklərin

hazırlanması üçün elan olunan tender iştirak ‐

çı ları arasında görmürük. İqtisadi nöqteyi‐

nəzərdən də bu həmin universitetlər üçün

faydalı işdir. Dövlət bu işə görə xeyli vəsait

ödəyir. Dərsliklərin məzmununun hazırlan ‐

ması üçün xərclənən vəsait universitetlərin



22

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə