və indiyə qədər fərqləndirilmir.
Təbii ki, hər
bir fənnin bəzi mühüm komponentləri əmələ
gəlmişdir, yəni müəyyən bir konkret sahə ilə
məşğul olan alimlərin korporativ birliyi yara‐
naraq, onların keçmişdə bu sahə ilə məşğul
olanların fəaliyyətləri nəticəsində meydana
gələn biliklərə xüsusi diqqətləri yönəlmişdir.
Bu həmçinin onların tədqiqatla rının əhəmiy ‐
yət meyarları və dəyərini, eyni zamanda həmin
sahəni qoruyub saxlamaq və inkişaf etdirmək
məqsədilə gələcək üçün kadr hazır lığı mexa ‐
nizm lərini ehtiva edir. Bu proseslərə hakimiy ‐
yət orqanları, digər fənlə rin nümayən dələri ilə
münasibətlər, əlaqələr, onların arasında iyer‐
arxiya da müəyyən təsir göstərir. Belə ki, filo ‐
sof lar hələ indiyə qədər xatırla yırlar ki, bir
za manlar fəlsəfə elmlərin kraliçası idi, son‐
radan bu adı ilahiyyat, yeni dövrdə isə fizika,
sosiologiya, iqtisadiyyat və s. ələ keçirib.
Elmi fənlərin diferensiasiyası (fərqləndiril ‐
məsi) prosesi ayrılmaz surətdə XIX əsr ilə
bağlıdır, hərçənd fizikada onun bəzi tərəfləri
hələ XVII əsrdə, kimyada isə XVIII əsrdə yara ‐
nıb. Məhz o zaman müxtəlif elmlərin obyekt ‐
lərinin arasında fərqləri, fərqli reallıq növləri
haq qında anlayışlar meydana çıxmışdır. Müx ‐
təlif anlayışlar barəsində İ.Kantın yazıları var,
diferensiasiya ideyasını isə şəxsən O.Kont təd ‐
qiq etmişdir. Fənni bölgü, müxtəlif təsnifatl ar o
dövrdə elmin sürətli inkişafını təmin etmiş ‐
dir. Hazırda isə hər kəs fənlərarası tədqi qatla ‐
rın zəruriliyində israr edir. Bu zaman sual
yaranır ki, əvvəllər olduğu kimi, fənn yeni
bilik meydana gətirirmi? Bu, əlbə ə ki, insti‐
tutdur, onun çərçivəsində kadrlar hazır lanır.
O, büdcənin maliyyələşdirmə və bölüş
‐
dürülməsi şərtidir, onun hüdudlarında alim lər
və bürokratiyanın arasında
əlaqələr təşəkkül
tapıb. Amma etiraf etməliyik ki, həqiqət, yeni
biliklərin kəşfi bu gün fənni fərqlər olmadan
baş verə bilməz, lakin özlüyündə onlar yeni
biliyin yaranmasını təmin etməyə qadir deyil.
Vaxtilə fənni bilik əvvəlki qeyri‐elmi biliyə
xor baxdığı kimi, indi də onun özü qeyri‐
kafi, yeni biliyin özü yox, yalnız onun şərti,
resursu olur.
Fənlərarası qarşılıqlı əlaqələrin növləri
Hazırda biz fənlərarası qarşılıqlı əlaqələrin
üç növünü göstərə bilərik. Birincisi, biologiya
və fizika, fəlsəfə və sosial kommunikasiya
nəzəriyyəsi, sosial linqvistika və s. fənlərarası
qarşılıqlı əlaqələr. Bu cür qarşılıqlı əlaqələr
çərçivəsində bir‐biri ilə təsirdə olan fənlərin
predmet (obyekt), metod və nəticələrinin fərqini
nəzərdə tutan sərhədlərinin dəqiqliyi qorunub
saxlanılır. İkincisi, fənlər arasında dəqiq sər ‐
hədlərin olmadığı fənlərarası sistemlərin yara ‐
dılması. Coğrafiya, iqtisadiyyat, beynəlxalq
əlaqələr, kulturologiya, siyasi elmlər, misal
üçün, vahid ölkəşünaslıq sistemində birləşir,
yaxud bir çox fənlərin kəsişməsində yaranmış
proqnozlaşdırma nəzəriyyəsi. Bu fənlər qarşı ‐
lıqlı təsirdə olaraq, bir‐birini tamamlayaraq
bu və ya digər ölkənin, regionun real lığını və
ya dünyanın yaxın gələcəyinin bütöv, tam
mən zərəsini yaradır. Burada ayrı‐ayrı elmlər
fənlərarası tədqiqat üçün resurs bazası yara ‐
dır. Üçüncüsü, elmin fənlərarası sistem lərində
ayrı‐ayrı elmlərdə istifadə edilə bilən univer‐
sal metodologiya (məsələn, marksizm və
A.Toynbinin nəzəriyyəsi kimi) təklif edilən,
əsaslandırılan zaman mövcud fənlərarası qarşı ‐
lıqlı əlaqələr, elmdə heç bir sərhəddi nəzərə al‐
mayan sistemlər nəzəriyyəsi və informasiya
nəzəriyyəsi, məhz bu cürdür.
Bizə görə, fənlərarası tədqiqatların mütə ‐
şəkkil şəkildə həyata keçirilməsi çətindir. Bun ‐
ların tətbiqi üçün üç şərtin yerinə yetirilməsi
vacibdir. Birincisi, metodoloji, yəni fənlərarası
tədqiqatlarda obyekti görmək və təsvir etmək.
Burada bir sual ortaya çıxır; hansı fənnin alimi
bunu görüb təsvir edəcəkdir? İkincisi, təşki ‐
lati, buraya, eyni zamanda maliyyə də daxil ‐
dir. Üçüncüsü, informasiya, yəni nəticələrin
qarşılıqlı olaraq fənlər arasında bölüşdürül ‐
məsini təmin etmək.
39
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
Fənlərarası tədqiqatda qeyri‐formal
məntiq haqqında
Fənlərarası tədqiqatlar bizi belə bir vəziy ‐
yətlə rastlaşdırır: bizim adi, doğru, yeni hesab
etdiklərimizin heç də yeni olmadığı, çox vaxt
isə yanlış olduğu meydana çıxır. Bu vəziyyətə
fənni araşdırmalarda nadir hallarda rast gəli ‐
nir. Fikrimizcə, fənlərarası araşdır
maların
inkişafı bizi belə bir şeylə üzləşdirir: sanki qeyri‐
formal məntiqin paraziddiy yət sizlik (yunanca
pará «yanında», «yanından», «kənarda, xaricdə,
xaricində, kənar, xaric» deməkdir) prinsipi
formal məntiqin fundamental prinsipi olan
ziddiyyət qanununa üstün gəlir. Amma əslində,
bu heç də belə deyil. Hələ Aristotel «Meqara
getmək və getmə məyin» eyni zamanda müm ‐
kün olduğu haqda düşünərkən, yazırdı ki,
bunlar bir‐birinin əksi olsa da, elə bir sahə var
ki, həm bu, həm də o birisi eyni zamanda «möv ‐
cud dur». Və orada ziddiyyət prinsipi işlə mir.
O, «Metafizika»da yazırdı ki, həqiqətən, po ‐
ten siyada (mümkün lükdə) eyni bir şey bir ‐
likdə (hər iki) ziddiy yətli şəkildə ola bilər,
lakin gerçəklikdə – yox. Aristotel qeyd etməyi
lazım bilirdi ki, zid diyyət prinsipini məhdud ‐
laşdır maq lazım dır. O, hesab edirdi ki, vaxt
gələcək bu prinsipin etik təyinatı və ədalət
sərhəd lərinin müəy yən olunmasında bunu
anlayacaq insan tapıla caq dır.
Eyni vaxtda həm yalan danışmaq, həm də
düzünü demək mümkün deyil, ancaq bunu
eyni bir zamanda arzulamaq olar. Və burada
bu və ya digər imkanı seçməkdə insan azaddır.
Lakin bütün potensialın reallaşdı rılması – bu,
artıq başqa fizikadır, onun deyil, qeyri‐Aris‐
totel fizikasıdır (4). XX əsrin əvvəllərində for‐
mal və çoxmənalı məntiq arasında əlaqələrin
dərkinə çoxları – ilk dəfə olaraq çoxmənalı
məntiq ideyasını əsaslandırmış Polşa məntiqçisi
Y.Lukaseviçdən tutmuş lap qeyri‐səlis mənti ‐
qin yaradıcısı Lütfi Zadəyə qədər – müraciət
edirdi. Bu məntiqin tarixi barəsində çoxları
yazıb, misal üçün, təkcə rus dilində yazılmış
əsərlərdən İşmuratov A.T., Karpenko A.S.,
Popov V.M. və bir çox başqalarının işlərini
xatır lamağa dəyər. Fəqət burada başlıcası ondan
ibarətdir ki, fənlərarası tədqiqatlar aristotelçi
formal məntiqini nə inkar, nə də ləğv edir,
əksinə, onu genişləndirir. Klassik məntiqi
geniş ləndirərək çoxmənalı məntiq yalnız fən ‐
lər arası axtarışlara, müxtəlif elm nümayən ‐
dələri mövqelərinin toqquşmasına, eyni zamanda
onların araşdırmalarda iştirakı və dialo quna
imkan yaradır. Bunun üçün əhəmiyyətli olan
odur ki, bir məntiqi sistem daxilində klassik
məntiqi saxlamaq və eyni zamanda onda zid ‐
diyyətin təsirini məhdud laş dırmaq mümkündür.
Fəlsəfə və tarix: fənlərarası
tədqiqat təcrübəsi
Fəlsəfə və tarix böyük fənlərarası qarşılıqlı
əlaqələr təcrübəsinə malikdir. Belə ki məsələn,
Fukydid irsinə malik olmağa həm fəlsəfə, həm
tarix, həm də siyasi elm iddia edə bilər. Eynilə
N.Makiavelli ilə bağlı vəziyyət bu cürdür və
bu sıranı davam etdirmək olar (9). Fəlsəfəni,
hə a təfəkkür haqqında fikir tarixi kimi müəyyən
etmək olar, hərçənd R.Rorti bu fikirlə razı
olmazdı. Bu qarşılıqlı əlaqələrin bir neçə for ‐
ması var: fəlsəfə tarixi, tarixin fəlsəfəsi, nəzəri
tarix və s. Әgər bu problemə məqalə mizin
kontekstində yanaşsaq, onda, fikri mizcə, iki
fundamental yanaşmanı göstərmək olar: keç ‐
mişdə fənlərarası qarşılıqlı əlaqələrin necə
olduğunun təhlilini fəlsəfənin ehtiva etdi yinə
əsaslanan tarixi‐fəlsəfi və sözün həqiqi məna ‐
sında, fəlsəfi yanaşmanın özü. Әlbə ə ki, gələ ‐
cəkdə başqa bir tədqiqatda onları inkişaf
etdi rəcəyimizi nəzərdə tutaraq məqalədə biz
bu böyük problemin yalnız ümumi cizgilərini
göstərəcəyik.
Tarixi‐fəlsəfi yanaşma Platon və Aristotelin
irsinə müraciət etməyi nəzərdə tutur, hərçənd
bu, əlbə ə, F.Bekon, R.Dekart və ya məsələn,
onların «Təbiətin dialektikası» və s. əsərlərini
xatırlayaraq, K.Marks və F.Engels fəlsəfəsinin
fənlərarası qarşılıqlı əlaqəsi kontekstində nəzər ‐
dən keçirilə bilər. Әlbə ə ki, müxtəlif bilik
növlərinə öz sahəsini göstərərək, elmlərin Pla‐
ton və Aristotel təsnifatı, mahiyyət etibarilə,
onlar arasındakı fərqləri hələlik görə bilmir.
40
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014