yiş etdirdi ki, Laplas-Qauss paylanması (normal
pay lanma) insanın psixoloji xüsusiyyət lərinə, o
cümlədən də intellektə tətbiq oluna bilər.
İntellektə aid bir sıra müasir nəzəriyyəçilər
üçün maraqlı olan Amerika psixoloqu Lyuis
Leon Turstonun ideyaları əvvəlki intellekt nəzə -
riy
yələrindən daha fərqli idi. Turston “əsas
mental qabiliyyətlər nəzəriy yəsini” yaratdı. O,
intellektin 7 əsas qabiliyyət vasitəsilə üzə
çıxdığını sübut etmək istədi:
– nitq səlisliyi;
– deyiləni dərk etmək;
– obrazları fəzada təsəvvür etmək;
– ədədlərlə işləmək;
– assosiativ yaddaş;
– mühakimə;
– qavrama sürəti
İntellektə dair müasir nəzəriyyələr
Müasir intellekt nəzəriyyəçilərindən biri olan
Amerika psixoloqu Raymond Spiarman apardığı
elmi tədqiqatlar vasitəsilə insan intellektini
öyrənməyə başladı. O, 1960-cı ildə mental
testləri yerinə yetirmiş uşaqların nəticələri
üzərində apardığı müşahidələrə əsaslanaraq belə
bir nəticəyə gəldi ki, ümumi intellekt 2 faktordan
ibarətdir. Bu faktorları “maye” (fluid) və
“kristallaşmış” (crystallized) intellekt adlandırdı.
Spiarmana görə, obyektlər arasında əlaqənin kəşf
edilməsi, baş verən hadisələrdə qanunauyğun -
luğun aşkarlanması, məsələlərin yeni həll yolla -
rının tapılması maye intellekt, əldə edilmiş
bilik lərin tətbiqi isə kristallaşmış intellekt ilə bağ -
lıdır. Qeyd edək ki, “maye” intellekt erkən gənc -
liyə qədər inkişaf edir və sonra onun səviyyəsi
tədricən enməyə başlayır. Bu dövr insan həyatı -
nın daha məhsuldar dövrü kimi səciyyələnir.
“Kristallaşmış” intellekt isə orta yaşlara qədər
artır, bir müddət sabit qalır və zaman keçdikcə
azalmağa başlayır.
Çoxtərəfli intellekt (multiple intelligence)
Amerika psixoloqu Hovard Qardner
tərəfindən 1983-cü ildə təklif edilən nəzəriyyəyə
görə, bütün insanlar eyni tip intellektə malik
olmurlar. Hər bir fərd fərqli sahələrdə başqala -
rından daha üstün intellektə malik ola bilər.
Hovard Qardner 7 belə sahə müəyyənləşdirdi və
onları aşağıdakı kimi təyin etdi:
Bədən-kinestetik intellekt (bodily-kinesthetic) –
bədənin və onun hissələrinin çevikliyi və
qıvraqlığını, ətraflar vasitəsilə müxtəlif işləri
keyfiyyətlə yerinə yetirmək və yaradıcılıq üçün
istifadə etmək qabiliyyətini əhatə edir.
Vizual-fəza intellekt (spatial) – fəzada obyekt -
lərin bir-birinə nəzərən keyfiyyətlərini, yerləş -
məsini müəyyən etmək və yerdəyişmə zamanı
yarana biləcək dəyişikliyi təyin etmək qabiliyyə -
tindən, obrazları və şəkilləri aydın təsəvvür etmə
bacarığından ibarət intellektdir.
Musiqi intellekti (musical) – səsin yüksək -
liyini, tonunu, ritmini ayırd etmək, müxtəlif
səslər
dən kompozisiya yaratmaq, melodiyanı
səsləndirmək qabiliyyətidir.
Verbal-linqvistik intellekt (verbal-linguistic) –
dilləri öyrənmək, fikri şifahi və yazılı şəkildə
dəqiq ifadə etmək bacarığıdır.
Məntiqi-riyazi intellekt (logical-mathe mati -
cal) – problemləri məntiqi analiz etmək, elmi
tədqi
qat aparmaq qabiliyyətlərindən, riyazi
əməliyyatları aparma bacarığından ibarətdir.
İnterpersonal intellekt (interpersonal) – başqa
insanları anlamaq, onların niyyətlərini, hislərini
başa düşməkdir.
İntrapersonal intellekt (intrapersonal) – insa -
nın özünü anlaması, öz hislərini, istəklərini,
ehtiyaclarını müəyyən edə bilməsi bacarığından
ibarətdir.
H.Gardner daha 3 intellekt növünü də bu
siya hıya əlavə etdi:
naturalist intellekt (naturalistic) – ətraf aləmi,
təbiəti başa düşmək, onun qanunauyğunluqlarını
anlamaq;
spiritual/ekzistensial intellekt (spiritual/exis -
tensial) – həyatın mənasını anlamaq, həyat və
dinə aid suallara cavab tapmaq qabilliyyəti;
moral intellekt (moral) – başqa insanların
maraqlarını nəzərə alaraq qərar qəbul etmək,
gördüyü işlərə görə məsuliyyət daşıdığını anla -
maq bacarığı ilə əlaqədardır.
Onun fikrincə, son 2 tip intellekti daha çox
araşdırılmağa ehtiyac duyur.
Üçtipli intellekt (triarchic theory of intelligence)
Bu tip intellekt Amerika psixoloqu Robert
61
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
J.Stern
berq tərəfindən irəli sürülmüşdür. Bu
nəzəriyyəyə əsasən intellekt 3 istiqamətdə
inkişaf edir:
analitik – insanın aldığı informasiyanı analiz
və müqayisə etməsi, qiymətləndirmə bacarığı;
kreativ – insanın yeni ideyalar irəli sürməsi,
problemlərin yeni həllini tapması, fərz etməsi,
kəşf etməyi bacarması;
praktik – insanın nəzəriyyələri tətbiq etməsi,
öyrəndiklərindən praktik olaraq istifadə edə
bilməsi.
Emosional intellekt (emotional intelligence)
Emosional intellekt anlayışı psixologiyaya
H.Qardnerin, P.Saloveyin və J.Mayerin 1980-ci
illərdə apardıqları tədqiqatlarla daxil oldu.
Emosional intellekt insanın başqalarını və özünü
başa düşmək qabiliyyəti kimi səciyyələnir.
Emosional intellekt də öz növbəsində
özünüdərketmə və özünüidarəetmə olmaqla 2
hissəyə bölünür:
1. Öz emosiyalarını dərketmə, qiymətləndirmə;
2. Uyğunlaşma və optimizm;
Bundan başqa, sosial həssaslıq – empatiya,
təşkilat daxilində başqalarına qarşı diqqətlilik,
münasibətlərin idarə edilməsi – ruhlandırıcı rəh -
bər lik, təsir etmə, başqalarının inkişafına səbəb
olma, konfliktləri idarə etmə, kollektivçilik də bu
qəbildəndir.
Bütün fəlsəfə tarixi boyu rasional fikirlə hiss
arasında, intellektlə emosiya arasında, məntiqi
təfəkkürlə intuisiya arasındakı münasibət
məsələsi diqqət mərkəzində olmuş, böyük dis -
kus siyalar doğurmuşdur. Əməli fəaliyyətin, hissi
təcrübənin rolunu əsas tutan cərəyan fəlsəfə tari -
xində sensualizm (başlıca nümayən
dələri
F.Bekon, Lokk, Berkli, Yum, Didro və s.), ağlın,
rasi onal idrakın rolunu üstün tutan cərəyan isə
rasionalizm (Platon, Aristotel, Dekart, Spinoza,
Leybnits, Kant və s.) kimi məlumdur. Hər iki
cərəyan məsələyə birtərəfli yanaşdığı üçün idra -
kın həqiqi elmi mənzərəsini yarada bilmə mişdir.
Məsələnin düzgün həlli hissi olanla rasional
olanın vəhdətdə götürülməsini tələb edir.
Elə məsələlər var ki, onu sövq-təbii surətdə,
vərdiş və ya fəhm hesabına həll etmək mümkün
deyil; burada məntiqi mühakimə – intellekt tələb
olunur; riyaziyyat məsələləri, abstrakt elmi
konstruk siyalar və s. bu qəbildəndir.
Elə məsələlər də var ki, onları ağılla,
intellekt lə dərk etmək olmaz. Bunlar iki qrupa
bölünür:
1. Emosional hadisələr (gözəllik, məhəbbət,
hörmət, şöhrət və s.); onları yalnız duymaq müm -
kündür. Bu sahədə hər cür əqli mühakimə isə
mütləq təhrifə gətirib çıxarır. Onlar haqqında
ümumiləşmiş fikir də ağıl yox, yalnız zəka
vasitəsi ilə mümkündür.
2. Mürəkkəb (işlədilən intellektual aparat -
dan daha mürəkkəb hadisələr nəzərdə tutulur)
hadisələr; məsələn konkret həyat hadisələri.
Onlar dəyişkən və təkrarlanmaz olduqlarından
xüsusi tədqiqata nə elmi tələbat, nə də imkan var.
Belə məsələləri fəhmlə və ya hissin hökmü ilə
həll etmək lazım gəlir. Ağıl nə qədər güclü olsa
da burada acizdir. “Ağıllı düşünənə qədər dəli
vurub payını götürür” müdrikliyi də buradan
yaranıb.
İnsanda fəhm qabiliyyəti əsasən irsiyyətlə
bağlı olsa da, onun formalaşmasında praktikanın,
həyat təcrübəsinin çox böyük rolu var.
Həm abstrakt-məntiqi, həm konkret-həyati,
həm də emosional-estetik xarakterli informasi ya -
la rın ümumiləşdirilməsi, gerçəkliyin ən ümumi
mənzərəsinin yaradılması üçün idrak pillələ rin -
dən bu və ya digəri ayrılıqda kifayət deyildir. Bunun
üçün primitiv duyğu və intellekt pillələrindən
başqa, fəhm, estetik qiymətləndirmə və s. idrak
məqamlarından da istifadə edilməsi zəruridir.
Dialektik idrak metodunun əsasında məhz
abstraktla konkretin vəhdəti şərti durur. Abstrakt
konstruksiyalar intellekt vasitəsilə yaradıldığı
kimi təkcə intellekt vasitəsilə də dərk edilə bilir.
Abstrakt olan intellektsiz, konkret olan isə
fəhmsiz, emosiyasız dərk edilə bilməz.
Zəka – hiss və ağlın, fəhm və intellektin
vəhdətidir. Hər hansı bir məsələnin öyrənilmə -
sində abstrakt təfəkkür, formal məntiq qaydaları
ilə yanaşı, müəyyən bir sövq-təbii hiss, fəhm
(fəlsəfi dildə desək “qeyri-şüuri” idrak ) də iştirak
edir.
“Qeyri-şüuri” anlayışı heç də hərfi mənada
başa düşülməməlidir. Bu anlayışın məzmunu ilə
62
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013