Dövrünün
böyük astronomu, riyaziyyat çısı,
etnoqrafı, tarixçisi və filosofu Əbu Reyhan
Biruni 973-cü ildə Xarəzmdə anadan olmuşdur.
Onun əsərləri bu gün də Qərb elm dünyasında
mənbə kimi istifadə edilir. UNESCO-nun 25
dildə çap etdirdiyi “Cornier” jurnalı 1974-cü il
iyun sayının üz qabığında “1000 il əvvəl Orta
Asiyada yaşayan beynəlxalq düha Biruni: as-
tronom, tarixçi, botanik, əczaçılıq mütəxəssisi,
geoloq, şair, mütəfəkkir, riyaziyyatçı, coğrafiya -
şünas və humanist” ifadələrinə yer vermişdir.
Yaşadığı əsrə “Biruni əsri” deyilməsinə səbəb
olan və yaşadığı dövrdən əsrlər sonra da
əsərlərindən fayda götürülən Biruni yalnız İslam
aləmində deyil, bütün dünyada dərin iz
qoymuşdur. Əslən türk olan (bəzi mənbə lərdə
fars mənşəli olduğu bildirilir) Biruni türklərin
İslamı qəbul etməsi nəticəsində bu mədəniyyətin
çox geniş ərazilərə yayılması ilə bəşəriyyətin,
xüsusilə elm sahəsində böyük qazanclar əldə et-
diyini bildirmişdir. Biruni elmlə din arasında
körpü salmaqla elmi fəaliyyətində yeni bir cığır
açmışdır. Qurani-Kərimə olan sevgisini hər
vasitə ilə dilə gətirən Biruni dini qaynaqlara
əsaslan maqla elmi təcrübə ilə isbatetmə şərtini
irəli sürmüş, “Müqayisəli Dinlər Tarixi” elminin
əsasını qoymuşdur.
Ümumdünya cazibə qanununun ingilis alimi
Nyuton tərəfindən kəşf edilməsi qəbul olunsa da,
bu istiqamətdə ilk tədqiqatlar Biruniyə məxsus -
dur. Bundan başqa indi də geniş müzakirə edilən
quru hissələrinin şimala doğru sürüşməsi fikrini
9 əsr əvvəl Biruni elmi dövriyyəyə gətirmişdir.
Yaşadığı dövrdə “Ümid burnu”nun varlığından
ilk dəfə danışan Biruni Şimali Asiya və Şimali
Avropa haqqında da hərtərəfli məlumatlar
vermiş, əsərlərində Xristofor Kolumbdan beş əsr
əvvəl Amerika qitəsindən və Yaponiyadan bəhs
etmişdir.
Biruni Buxara kitabxanasında görkəmli
filosof, təbib İbn Sina ilə tanış olmuşdur. Dövrün
iki böyük dühası bir-birinin biliklə
rindən
faydalanmışlar. Ümumiyyətlə, Buxara alimləri
sağlam bilik mübadiləsi ənənəsinə sadiq olan və
biliklərini bölüşən alimlər olmuşlar. Onlar
bildiklərini digərlərindən gizlət
məz, elmdə
diskussiyanı üstün tutmaqla yanaşı, həm də
tənqidi qəbul edərdilər. Bu onu göstərir ki, elmdə
diskussiya mədəniy yəti Şərqdə mövcud olmuş və
bu günümüzə süzülüb gəlmişdir. Biruni bir
65
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Əbu Reyhan
Biruni: elmi və dini
biliklərin vəhdəti
Elm və din rubrikası
mövzuda heç zaman İbn Sina ilə razılaşmırdı. İbn
Sina Aristotelin sabitlik nəzəriyyəsini qəbul edən
alimlərdən biri idi. Yəni o, kainatın başlan ğıca
malik olduğuna və dünyanın İlahi varlıq
tərəfindən idarə edildiyinə inanmırdı. Bu
düşüncə iki böyük alim arasında ziddiyyətlər
yaradırdı. Biruni İbn Sinanın ateist olmasına çox
təəssüflənir və dostunun həyata bu cür baxışını
qəbul etmirdi. Ona görə Biruni tez-tez Quran
ayələrindən sitat gətirib dinin elmlə vəhdətini
yaratmaq istəyirdi. Məhz bundan sonra Biruni
Astronomiya elmində dövrünün ağlasığmaz
kəşflərini etmişdir.
Gecəni, gündüzü, günəşi, göy cisimlərini
yaradan Odur. Onların hər biri öz orbitində üzür.
(21. Ənbiya-33 ayə)
Biruninin bu ayə haqqında açıqlamaları:
“Göy cisimlərinin hər biri öz orbitində üzür”
deyilməsində "əl-fələk" kəlməsindən istifadə
edilmişdir. "Fələk" kəlməsi ayədə ərəbcə "əl"
birləşməsi əlavə edilmədən göstərilmişdir. İndi
qədim ərəb lüğətlərinə diqqət edib "fələk"
kəlməsinin mənasının nə olduğunu anlayaq.
Əsrlər öncə yazılmış ərəb lüğətlə rində "fələk"
kəlməsinin 3 mənası var:
1. Ulduzların dairəvi hərəkəti: (Qurandan
əvvəl ərəblər "fələk" kəlməsini bu mənada
istifadə etmirdilər). İndi ərəbcə Astronomiya
elmi "İlm əl-fələk"dir. Yəni göy cisimlərinin
hərəkətini incələyən bir elm.
2. Gəmilərin dairəvi hərəkətləri: Gəmilər
daima dairəvi hərəkət edirlər. Bu da dünya nın
düz xətli olmadığından qaynaqlanır.
3. Dairəvi şəkildə bir ərazi. "Fələk"
kəlməsinin anlamı ortaq nöqtəsi olan dairəvi bir
ərazidən bəhs edilməsidir. Beləcə, ayədə
göstərildiyi kimi göy cisimləri öz oxu ətra fında
dairəvi hərəkətdədir.
Bəs nə üçün "əl-fələk" deyil, "fələk" kəlməsi
istifadə edilmişdir. Əsrlər öncə İbn Aşur Quran
təfsirində belə yazırdı. "Fələk" kəlməsinin tək
şəkildə istifadə olunması mənanı ümumiləşdirir,
yəni hər bir göy cisminin öz orbiti olduğu və çox
sayda orbitlərin var olduğu mənasına gəlir.
Əgər "əl-fələk" şəklində istifadə edilsəydi,
konkret bir orbitdən bəhs edilmiş olardı. Deməli,
bundan belə nəticə çıxarmaq olar ki, Göy
cisimləri tək bir orbit ətrafında deyil, hər biri öz
orbiti ətrafında hərəkət edirlər.
Biruninin açıqlamaları: Ayədə "kullun"
kəlməsi istifadə olunur. Ərəbcədən tərcü mədə
"hər biri" mənasını verir, ümumiyyətlə, hər biri
və ya hamısı kəlmələri ayrıca istifadə olunmur.
Çünki "nəyin hər biri" və ya "nəyin hamısı" sualı
ortaya çıxır.
XI əsrdə yaşayan ərəb alimləri Əl-Zemahşeri
və Əl-Beydavinin təfsirlərində bu ayət belə
açıqlanmışdır: “Ərəbcədə “tənvin deyilən hərəkə”
bir kəlmədə istifadə olunursa o kəlimədə əvəzlik
yazılmaya bilər. Yəni (Onların) "hər biri" kəlməsi
Günəş və Ayların hər biri anlamına gəlir. Bu da
kainatda çoxlu sayda günəşlər, aylar və müxtəlif
göy cisimlərinin olmasından xəbər verir”.
Biruni məhz bu ayələrdəki hikmətlərə istinad
edərək Astronomiya sahəsindəki ən vacib əsəri
olan "əl-Qanunül-məsudi" (Məsudi qanunları) adlı
əsərini yazmışdır. O, Ptolomey və Aristotel
təlimlərinə qarşı çıxaraq, Yerin tərpənməz deyil,
fırlanan bir kütlə olduğunu, Yerin Günəş
ətrafında, Ayın isə Yerin ətrafında da dövr et-
diyini sübut etmiş, göy üzü və yer səthinin
müxtəlif xüsusiyyətlərini en və uzunluq
dairələrini, qitə və dənizləri göstərmək üçün di-
ametri 7 metrə bərabər olan kürə düzəltmişdir. O
bu işləri ilə tarixdə Yeri kürə üzərində xəritəyə
salan ilk alim adını qazanmışdır. 995-ci ildə bu
Şərqin birinci relyefli qlobusu oldu. İşığın
sürətinin səsin sürətinə nisbətən son dərəcə
66
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Elm və din rubrikası